Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2616/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, X6 Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə müraciət edərək anası X7 25.03.2021-ci il tarixdə ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini onunla əsaslandırdı ki, X4 anası olmuşdur. Onu “Dədə Qorqud” qəbirstanlığında dəfn etmişdir. Hüquqi savadı olmadığına görə ölüm haqqında şəhadətnaməni vaxtında ala bilməmişdir. O, bununla bağlı Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də onlar imtina məktubu verərək məhkəməyə müraciət etməyini tövsiyyə ediblər. O, bu sənədi başqa qaydada əldə edə bilmir. Buna görə də qeyd olunanları nəzərə alaraq ərizəsinin təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı tərəf Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 09.11.2009-cu ildə Naxçıvan ŞPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, 23.06.1959cu ildə Rusiya Federasiyası, Vladimir vilayətində anadan olmuş X12 Naxçıvan şəh., Babək məh. ev-1a yataqxanada qeydiyyatda olmuşdur. İş materiallarında olan 13.03.2018-ci ildə Naxçıvan ŞPİ tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, 09.08.1991ci ildə Naxçıvan şəhərində anadan olmuş Seyidov X1 şəh., İstiqlal, ev 85 mənzil 8-də qeydiyyatdadır. İş materiallarında olan Naxçıan şəhər VVADQ Şöbəsi tərəfindən verilmiş 30 may 2006-cı il tarixli doğum haqqında şəhadətnaməyə əsasən, Seyidov X13 09.08.1991-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Atası Seyidov X9, anası X5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05Q-968/15 nömrəli 21.05.2021-ci il tarixli məktubda göstərilir ki, ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun ərizəsinin təmin olunması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət eməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Təcili və X3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 3 ünvanında X12 25.03.2021-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin arayışına əsasən, X12 25 mart 2021ci il tarixdə ünvan 1 ünvanında vəfat etmişdir. 25 mart 2021-ci il tarixdə mərhumənin oğlu X2 ərizə ilə müraciət edərək anasının yaşadıqları evdə xəstəlikdən ölməsi faktına görə heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Bu səbəbdən də X7 ailə üzvləri tərəfindən dəfn olunmasına icazə verilir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş 01.07.2021-ci il tarixli 228 nömrəli arayışa əsasən, X12 25.03.2021-ci il tarixində Zığ qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, X8 25 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ərizəçiyə X8 ölüm haqqında şəhadətnamənin alınması üçün zəruridir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə təmin olunsun. 23 iyun 1959-cu il tarixdı Rusiya Federasiyası, Vladimir vilayətində anadan olmuş X7 25 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2616/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2616/2021
13.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver