Məhkəmə qərarları › İş №2(007)-2628/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2628/2024

30.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2628/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi və gecikdirilmiş aliment borcunun ödənilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi və gecikdirilmiş aliment borcunun ödənilməsi” haqqında ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi müvafiq prosessual pozuntulara yol verməklə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd edir ki, ərizəçi maraqlı şəxs ilə aralarında bağladıqları Bakı 10 saylı Mediasiya Təşkilatının MŞB/10/2024-00212 saylı, xx.xx.2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi ilə yanaşı həmin barışıq sazişi əsasında xx.xx.2024-cü il tarixədək yığılmış 525 manat gecikdirilmiş borcun ödənilməsi ilə bağlı da iddia qaldırmışdır. Belə olan halda məhkəmə iddia tələbinin mahiyyətinə toxunmadan bildirir ki, hazırda ilk öncə ərizəçi tərəfindən qarşı tərəflə bağladığı barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edilməli, məhkəmə araşdırılması ilə ərizə əsaslı olarsa və barışıq sazişi təsdiq edilərsə, aliment məbləğinin sazişdə qeyd edilən tarixdən yəni, may ayından başlayaraq hər ay 20-dən 30-dək tutulması müəyyən ediləcəkdir. Bundan sonra ərizədə qeyd olunan gecikdirilmiş borc ilə bağlı məsələ, yəni Barışıq sazişində qeyd olunan həmin məbləğin maraqlı şəxs tərəfindən ödənilməməsi öz təsdiqini tapdıqdan sonra ərizəçi həmin vəsaiti icra qaydasında tələb edə bilər. Beləliklə, məhkəmə tərəfindən ilk öncə Barışıq sazişinin şərtlərinə əməl edilmədiyi müəyyən edilərək, xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsinə dair işə baxıb yekun məhkəmə aktı qəbul etdikdən sonra digər tələb öz həllini tapa bilər. Bununla da, hazırki halda ərizəçi bir-biri ilə əlaqəsi olmayan tələbləri birləşdirdiyi üçün ərizənin məhkəmə icraatı mümkün deyildir, ona görə də ərizə geri qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi və gecikdirilmiş aliment borcunun ödənilməsi” haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar