Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2705/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 2003-cü il tarixdə doğulub, Füzuli rayonunda qeydiyyatdadır, məcburi köçkün kimi Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə məskunlaşmış və bu fakt Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin Nizami rayon sektoru tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 00008 nömrəli arayışla təsdiq olunur. X1 ilə X6 arasında olan nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2(007)-257/2019 saylı qətnaməsinə əsasən pozulmuşdur. X3 20 iyul 2019-cu il tarixdə qəsdən öldürülmüşdür (X15 tərəfindən), lakin onun meyiti tapılmadığından, məhkəmə-tibbi ekspertizasından keçirilmədiyi üçün onun ölümü haqqında ekspert arayışının, rəyinin verilməsi mümkün olmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 1(099)-07/2021 nömrəli hökmü ilə təqsirləndirilən şəxs X15 qisas almaq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Həmin şəxs X15 bu əməli törətdiyinə görə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2019-cu il tarixdən hesablanmaqla, 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, X15 20 iyul 2019-cu il tarixdə, saat 10:30 radələrində yaşadığı İmişli rayonunun Çaxırlı kəndi ərazisində yerləşən evinə qonaq gəlmiş qohumu X14 ilə yemək yeyib spirtli içki qəbul etdikdən sonra həmin gün saat 13:00 radələrində sonuncunun onunla kobud və əsəbi tərzdə danışması, habelə bel nahiyəsinə bağladığı kəmərin sol çiynindən keçən rezin aşırmasını qəflətən dartıb qoparmasından əsassız olaraq şübhələnib, heç bir əsas olmadan Polad Verdiyevin onu öldürmək məqsədilə gəldiyini zənn edərək sonuncunu qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş və Polad Verdiyevə xüsusi əzab etdirməklə dəmir parçası ilə baş və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirərək, X10 xüsusi amansızlıqla qəsdən öldürmüşdür. Daha sonra o, Polad Verdiyevin öldüyünə əmin olduqdan sonra törətdiyi cinayət əməlini gizlətmək məqsədilə cinayətin izlərini itirmək üçün mərhumun meyitini ona məxsus əşyaları ilə və təxminən 7-8 kiloqram çəkidə dəmir lövhəcik bağlayıb qayığa qoymuş, daha sonra qayığı sahildən təxminən 700 metr məsafəyə, Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu istiqamətində sürüb gölün dərin yerində saxlayaraq, içərisində paltar və əşyalar olan paketi və Polad Verdiyevin meyitini bağladığı yüklə birlikdə gölə atmış, hadisədən bir neçə gün sonra Polad Verdiyevə məxsus üst damağa aid 01 ədəd protez dişi onu öldürdüyü yerdə aşkar edərək evin sağ tərəfindəki kolluq sahədə gizlətmişdir. Hökmdə istinad edilmiş məhkəmə-genetik ekspertizasının 09 avqust 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqat üçün ekspertizaya təqdim olunmuş 19 (on doqquz) ədəd müxtəlif ölçülü qamış parçası, 01 (bir) ədəd taxta parçası, 01 (bir) ədəd ağac qabığı, 11 sm uzunluqda və üzərində “UPS” qeydi olan 01 (bir) ədəd karton parçası, 01 (bir) ədəd 08 sm uzunluqda karton parçası, 01 (bir) ədəd 50x30 sm ölçüdə karton parçası, 01 (bir) ədəd 50x50 sm ölçüdə karton parçası, 01 (bir) ədəd ağ rəngli maykanın sol çiyin aşırmasının içəri səthində, 01 (bir) ədəd ağ rəngli uzunqol köynəyin sol qolunda, 01 (bir) ədəd “S” ölçülü ağ rəngli maykanın üzərində, 01 (bir) ədəd ağ rəngli döşək örtüyü üzərində, 01 (bir) ədəd ağ rəngli polietilen paketin tutacaq hissəsi üzərində və 01 (bir) ədəd ağ rəngli idman üst geyimi üzərində aşkar edilmiş qanabənzər ləkələrin insan qanı olduğu, kişi cinsindən olan eyni şəxsə məxsus olduğu və həmçinin Ərizəçi və X7 bioloji atalarına (X11) məxsus olduğu müəyyən edilmişdir. Bundan başqa cinayət işi üzrə mərhum X8 meyitinin İmişli rayonunun Çaxırlı kəndi ərazisində yerləşən süni göldən tapılıb aşkar edilməsi üçün istintaq orqanı tərəfindən aidiyyəti dövlət orqanlarına çoxsaylı müraciətlər əsasında müvafiq mütəxəssis cəlb edilməklə həmin süni göldə axtarışlar aparılmış, lakin meyitin tapılması istiqamətində heç bir müsbət nəticə əldə edilməmiş, eyni zamanda gölün suyunun münasib istiqamətə axıdılmaqla qurudulmasının mümkünlüyü məsələsinə baxılması ilə bağlı müraciətlə bağlı aidiyyəti dövlət orqanlarının gəldiyi nəticə ondan ibarət olmuşdur ki, həmin gölün Araz çayı ətrafındakı göllərlə səthi əlaqəsi olmasa da ərazilər geoloji quruluşuna görə yüksək filtrasiya xüsusiyyətlərinə malik olan qum və çınqıl-çaqıl çöküntülərindən ibarət olduğundan bu göllər hidravliki cəhətdən bir-biri ilə sıx əlaqəlidirlər və gölün birbaşa Araz çayından və ətrafdakı digər süni göllərdən qidalandığını nəzərə alaraq, suyun kənara axıdılması yolu ilə qurudulması çox çətin və praktiki olaraq qeyri-mümkündür. Habelə meyiti süni gölə atmaqda təqsirləndirilən şəxsin göstərdiyi nöqtələrdə mərhum yaxınları və prokurorluq işçilərinin iştirakı ilə dəfələrlə müxtəlif üsullarla axtarışlar aparılmasına baxmayaraq nəticə əldə olunmamış və 14 oktyabr 2019-cu il tarixdən dalğıc-axtarış işləri dayandırılmışdır. İstinad etdiyi hökmlə təqsirləndirilən şəxs X15 qisas almaq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni atasını qəsdən həyatdan məhrum etmişdir. Lakin onun meyiti tapılmadığından məhkəmə-tibbi ekspertizası keçirilmədiyi üçün onun ölümü haqqında ekspert arayışının, rəyinin verilməsi mümkün olmamışdır. Bununla əlaqədar maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən atasının ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina edilərək, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyini tövsiyyə edilmişdir. O, 01 dekabr 1969-cu il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsində doğulmuş X3nun 20 iyul 2019-ci il tarixdə İmişli rayonunda ölməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, mərhum X14 onun qardaşıdır, ərizəçi isə qardaşı qızıdır. X14 təxminən 20-23 iyul tarixində, İmişli rayonunda yerləşən “Karyer” deyilən yerə yaxın, gölün ətrafında qardaşının dostu tərəfindən ona qonaqlıq verilməsi üçün çağırılmış və mübahisə etdikdən sonra onu qətlə yetirərək gölə atmışdır, mərhumun meyiti tapılmamışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İ seriyalı, 319571 saylı doğum haqqında şəhadətnamənin və AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx.xx.2003-cü ildə Sabirabad rayonunda anadan olmuşdur, X3, anası X5r; - AZE seriyalı, 08594619 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 10.06.1969-cu ildə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuşdur; - Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi Nizami rayon sektoru tərəfindən verilən arayışın surətindən görünür ki, Ərizəçi Füzuli rayonundan məcburi köçkün düşmüş, Nizami rayonu, Babək prospekti, 61 ünvanında müvəqqəti qeydiyyatdır; - Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 19 may 2021-ci il tarixli 05Q-938/15 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 8.5-ci bəndinə uyğun olaraq ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla bağlı, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2(007)- 257/2019 saylı qətnaməsinin surətindən görünür ki, X20 оğlu ilə X6 аrаsındа 12 dekabr 1996-cı il tаriхdə Sabirabad rayon Qalaqayın kənd K/D İcra Nümayəndəliyində bаğlаnmış 16 №-li аkt qеydli nikаhın pozulması, birgə nikаhdаn аnаdаn оlmuş xx xxxx 2003-cü il təvəllüdlü Ərizəçi və 01 yanvar 2007-ci il təvəllüdlü X7 аnаsı X2 himаyəsində qalmaları, cаvаbdеh X20 оğlundаn iddiаçı X2 хеyrinə xx xxxx 2003-cü il təvəllüdlü Ərizəçi və 01 yanvar 2007-ci il təvəllüdlü X7 yеtkinlik yаşınа çаtаnаdək sахlаnmаlаrı üçün 12.09.2018-ci il tаriхdən bаşlаyаrаq hər uşаğа görə аydа 150 (yüz əlli) mаnаt оlmаqlа, cəmi 300 (üç yüz) mаnаt sаbit pul məbləğində alimentin tutulması qət edilmişdir; - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 1(099)-07/2021 saylı hökmündən və həmin məhkəmənin məktubundan görünür ki, təqsirləndirilən şəxs X15 qisas almaq niyyəti ilə xüsusi amansızlıqla X10 qəsdən öldürmüş və bu əməlinə görə təqsirləndirilən şəxs X15 Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, hökm 07 may 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin X18 Ərşad оğlu X14 20 iyul 2019cu il tarixdə X15 qəsdən öldürülmüş və sonuncu Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İbtidai istintaq zamanı ərizəçinin atasının meyiti tapılmadığından, məhkəmə-tibbi ekspertizasından keçirilmədiyi üçün onun ölümü haqqında ekspert arayışının, rəyinin verilməsi mümkün olmamışdır. Ərizəçi atasının ölümü ilə bağlı şəhadətnamə verilməsi üçün, Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hazırda ərizəçi atasının ölüm faktının təsdiq edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş diqər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ərizəçinin X3nun cinayət hadisəsi nəticəsində ölməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 1(099)-07/2021 saylı qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunur. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 10 iyun 1969-cu il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsində doğulmuş X3nun 20 iyul 2019-cu il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırkı halda, məhkəmə hesab edir ki, ərizəçi məcburi köçkün olduğuna görə dövlət rüsumu ödəməkdən azad olunduğundan, ödənilməli olan dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 iyun 1969-cu il tarixdə Füzuli rayonunun Horadiz qəsəbəsində doğulmuş X8 20 iyul 2019-cu il tarixdə İmişli rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2705/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2705/2021
01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver