Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2705/2025 18.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni təmin edib. 15 fevral 1951-ci il təvəllüdlü X1 05 aprel 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 05 aprel 2024-cü il tarixdə evdə olduqları vaxt həyal yoldaşı X1 vəziyyəti pisləşmişdir. O, dərhal Təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardım gələnə kimi həyat yoldaşı rəhmətə getmişdir. Həyat yoldaşı X2 Masallı rayonu Mollaoba kənd qəbirsanlığnda dəfn etmişlər. Maraqlı şəxsnə həyat yoldaşının ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmiş, lakin müvafiq orqan ölüm faktını təstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Həyat yoldaşı X1 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət edir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X5 şahid qismində ifadə verərək göstərdi ki, mərhumun bacısıdır, qardaşı xərçəng xəstəliyindən əziyyət çəkirdi. Xəstəlikdən bir il sonra 05 aprel 2024-cü il tarixdə vəfat etmişdir. X2 Masallı rayonu Mollaoba kənd qəbirsanlığnda dəfn etmişlər. Mərasim keçirmişlər və üç, yeddi, qırx mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında X8 şahid qismində ifadə verərək göstərdi ki, mərhum onun atasıdır. Atası 05 aprel 2024-cü il tarixdə vəfat etmişdir. Atasını Masallı rayonu Mollaoba kənd qəbirsanlığnda dəfn etmişlər. Bütün mərasimləri veriblər və əmiləri, bibiləri və özü də orada iştirak etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 15 fevral 1951-ci il tarixdə anadan olmuşdur. - AZ seriyalı 306306 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi və X4 25 iyul 1975-ci il tarixdə nikaha daxil olmuşlar. - Təcili və X3 05 aprel 2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X1 həkimə qədər ölüm, kişi cinsli meyit olması müəyyən edilmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçiya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Masallı Rayon Boradigah Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 110 saylı arayışdan görünür ki, X4 05 aprel 2024-cü il tarixdə vəfat etmiş və Mollaoba kənd qəbirsanlığnda dəfn olunmuşdur. - Qəbir daşının fotoşəkilindən görünür ki, X4 01 yanvar 1951-ci il tarixdə anadan olmuş, 05 aprel 2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi həyat yoldaşı X4 05 aprel 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1ci, 307.2.8-ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi həyat yoldaşı X4 05 aprel 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Ərizəçi həyat yoldaşının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X1 05 aprel 2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 15 fevral 1951-ci il təvəllüdlü X1 05 aprel 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçiya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2705/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2705/2025
18.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver