Məhkəmə qərarları › İş №2(007)-2735/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2735/2025

14.07.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2735/2025 14.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi :

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02508 saylı "Barışıq Sazişi”-nin cehiz əşyalarının əvəzi olaraq 5000 (beş min) manata aid hissəsində məhkəmə qaydasıda təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə alimentin artırılması ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-02508 saylı xx.xx.2024-cü il tarixli "Barışıq Sazişi" Ərizəçi özünə məxsus olan cehiz əşyalarının dəyərinin 5000 (beş min) manat olduğunu mübahisəsiz qaydada özü tərəfindən qiymətləndirərək təsdiq edir və bu məqsədlə qiymətləndirici ekspertin dəvət edilməsini zəruri hesab etmir. Ərizəçi cehiz əşyalarının əvəzi olaraq 5000 (beş min) manat pul məbləğini Bu saziş bağlandıqdan sonra xx.xx.2025-ci il tarixədək cavabdeh Maraqlı şəxs cavabdehə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (karlına) tam şəkildə ona ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Ancaq Maraqlı şəxs tərəfindən bu günə kimi sazişə dair şərtləri yerinə yetirilməmişdir.

İş materialları :

3. Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş MŞB/8/2024-02508 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs birinci tərəf (sabiq həyat yoldaşı) Ərizəçi məxsus cehiz əşyalarının dəyərinin 5000 (beş min) manat olduğunu mübahisəsiz qaydada özü tərəfindən qiymətləndirərək təsdiq edir və bu məqsədlə qiymətləndirici ekspertin dəvət edilməsini zəruri hesab etməmişdir. İkinci tərəf Maraqlı şəxs birinci tərəf (sabiq həyat yoldaşı) Ərizəçi məxsus cehiz əşyalarının əvəzi olaraq 5000 (beş min) manat pul məbləğini bu saziş bağlandıqdan sonra xx.xx.2025-ci il tarixədək birinci tərəf Ərizəçi (birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. İkinci tərəf Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq etmiş, öz üzərinə götürdüyü öhdəliyini pozduqda, birinci tərəfin aidiyyəti məhkəmədə müraciət etmək hüququnu öz üzərinə saxladığı ona məlumdur və buna etiraz etməməsi barədə razılığa gəlmişlər.

4. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

5. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cehiz əmlakının dəyərin istəmişdir. Onlar cehiz əmlakın dəyərini ödəmir və ona cehizin özünü verirlər. Cehiz artıq köhnəlmişdir və istifadə olunmamışdır.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmada baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

8. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:

3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

İşin faktiki halı :

9. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflər arasında bağlanılmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(007)-1722/2024 saylı qətnaməsinə əsasən pozulmuşdur.

10. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində MŞB/8/2024- 02508 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs Ərizəçi məxsus cehiz əşyalarının dəyərinin 5000 (beş min) manat olduğunu özü mübahisəsiz qaydada qiymətləndirmiş və bu məqsədlə qiymətləndirici ekspertin dəvət edilməsini zəruri hesab etməmişdir. Maraqlı şəxs Ərizəçi məxsus cehiz əşyalarının əvəzi olaraq 5000 (beş min) manat pul məbləğini saziş bağlandıqdan sonra xx.xx.2025-ci il tarixədək Ərizəçi ona təqdim edəcəyi bank hesabına (kartına) tam şəkildə ödəyəcəyi barədə öhdəlik götürmüşdür.

11. Maraqlı şəxs qeyd edilən barışıq sazişinin şərtlərini yerinə yetirmədiyindən Ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin cehiz əşyalarının əvəzinin qaytarılmasına dair hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin mövqeyi :

12. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək və ərizəçinin izahatını dinləyərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

13. Belə ki, mediasiya haqqında qanunvericiliyə əsasən isə ailə münasibətlərindən irəli gələn nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, o cümlədən ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll oluna bilər.

14. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.

15. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış MŞB/8/2024-02508 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişinin cehiz əşyalarının əvəzi olaraq 5000 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair hissəsinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir.

16. Məhkəmə qeyd edir ki, sözügedən MŞB/8/2024-02508 nömrəli xx.xx.2024-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin cehiz əşyalarının əvəzi olaraq 5000 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair hissəsi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.

17. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

Nəticə :

18. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024- 02508 saylı barışıq sazişi təsdiq edilməlidir.

19. Məhkəmə qeyd edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməlidir.

20. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2024-02508 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs keçmiş həyat yoldaşı Ərizəçi məxsus cehiz əşyaların əvəzi olaraq 5000 manat məbləğində pul vəsaitini bu saziş imzalandıqdan sonra xx.xx.2025-ci il tarixədək Ərizəçi təqdim edəcəyi bank hesabına tam şəkildə ödəyəcəyinə dair öhdəlik götürür”. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar