Məhkəmə qərarları › İş №2(007)-2746/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2746/2022

01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2746/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.1955-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixində ünvan 1 ünvanında ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum xx.xx.1955-ci il təvəllüdlü X5 66 yaşında xx.xx.2021-ci il tarixində öz yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilində vəfat etmişdir. Dərhal hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası gəlmiş və meyid təhvil alınmışdır. Daha sonra mərhumu xx.xx.2021-ci il tarixində Yasamal rayonu Şərifzadə küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığında dəfn elmişlər. Bu hal Azərbaycan Respublikası Bakı şəşhəri Yasamal Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli 909 saylı arayışla da öz təsdiqini tapır. Ölüm haqqında arayışın verilməsi üçün mərhum anasının xalası qızının qeydiyyatda olduğu Yasamal rayonu 16 saylı şəhər poliklinikasına da müraciət etmiş, lakin, poliklinika onun müraciətinə heç bir cavab verməmişdir. Müraciəti xx.xx.2022-ci il tarixində olmuşdur. Mərhum anasının xalası qızının ölüm haqqında şəhadətnaməsini almaq üçün Yasamal rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin xx.xx.2022-ci il tarixli imtina məktubu ilə ona bildirildi ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün işin məhkəmə qaydasında baxılması tövsiyyə edilmişdir. Ölüm faktının müəyyən edilməsi ona mərhum anasının xalası qızının qeydiyyatda olduğu və ona mülkiyyət hüquqları ilə məxsus olan ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaka və ünvan 3 yerləşən daşınmaz əmlaka dair vərəsəlik işinin açılması və mirasın qəbulu zərurəti ilə lazımdır. Belə ki, mərhum Larisa Novikova subay olmuşdur və onun hazırda nə övladı, nə də birinci dərəcədən olan qohumları yoxdur. Ona görə də mirasın qəbulu və bütün digər hüquqi addımların atılması məhz onun üzərindədir, ərizəçi ilə mərhumun arasında olan qohumluq əlaqəsi belədir ki, Ərizəçi Listratova Tatyana Vladimirova ilə X8 olmaqla Suşina (sonradan Listratova) Aleksandra Petrovnanın nəvəsidir. X14 Konstantinovna isə X6 olmaqla dolayısı ilə ərizəçinin nənəsinin bacısı qızıdır. Yəni, X15 ilə X10 doğma bacı olmuşlar. X1, ərizəçinin anası Tatyananın isə xalasıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçi və maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Ərizəçi mülki iş üzrə məhkəmənin baxış iclasını iştirakları olmadan keçirməklə iş üzrə təqdim edilmiş sübutlar əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, ərizəçi və maraqlı şəxsin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ərizəçinin vəkili Nümayəndə ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. O əlavə olaraq bildirmişdir ki, mərhum X7, ərizəçi Nailə Tahirovnanın anası, Tatyananın isə xalasıdır. Larisanın adına ev olmuşdur. O, ölüm şəhadətnaməsi almaq istəyir ki, evi adına keçirtsin. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X4 şahid qismində ifadə verərək göstərmişdir ki, mərhum X5 rəhmətə gedəndə o, orada olmuş və həmin vaxt təcili yardım çağırılmışdır. Mərhum poliklinikada qeydiyyatda olmuşdur. X5 xərçəng xəstəsi olmuş, o da yas mərasimində xəstə olduğu üçün iştirak etməmişdir. Onun anası ilə Ərizəçi atası bacıqardaş olmuşdur. Yas mərasimini qonşular təşkil etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Təcili və X2 xx.xx.2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X3 həkimə qədər ölüm, qadın cinsli meyit olması müəyyən edilmişdir. - Bakı Şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Bakı şəhəri Yasamal rayonu Bələdiyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 xx.xx.2021-ci il tarixdə Şərifzadə küçəsində yerləşən “Dağüstü 1” qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi anasının xalası qızı X5 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar