Məhkəmə qərarları › İş №2(007)-2778/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2778/2023

30.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2778/2023 30.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X11 onun babası, yəni mərhum onun anası X6 atası olmuşdur. Mərhum 06 may 1992-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində yaşadığı evdə vəfat etmiş və Aran kənd qəbiristanlığında dəfn edilmişdir. X1 ölümü qeydiyyat orqanında qeyd etdirilməmişdir. Hazırda anası X4 miras qalmış əmlaka vərəsəlik işi açılması zərurəti ilə əlaqədar olaraq mərhum babası X7 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Ölüm haqqında şəhadətnamə verilməsinə dair müraciət Maraqlı şəxs tərəfindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən ərizəni təmin edib, mərhum babası X7 06 may 1992-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Yevlax Rayon rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasında iştiraklarının təmin olunacağını bildirmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X16 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısı oğlu, mərhum isə onun atasıdır. Mərhum xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Mərhum əməliyyat olunduqdan sonra həkim səhlənkarlığı səbəbindən vəfat etmişdir. Mərhum Yevlax rayonu, Aran kənd qəbiristanlığında dəfn edimişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X13 ifadə verərək göstərdi ki, ərizəçi onun əmisi nəvəsidir. Mərhum xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Mərhum yaşlı olduğu üçün vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Mərhum Yevlax rayonu, Aran kənd qəbiristanlığından dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İ-ЖГ № 451572 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X14 xx.xx.1977-cü il tarixdə xx.xx.1951-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 272 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Dadaşov, arvada Dadaşova soyadı verilmişdir; - ИЕ № 634803 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1951-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. X3, anası X8r; - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - AZ-İl № 037034 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu ildə Bakı şəhərində vəfat etmişdir, ölüm səbəbi mədənin bədxassəli yenitörəməsidir; - Vİİİ- ЖГ № 283684 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci ildə Bakı şəhərində anadn olmuşdur. X5, anası X9r; - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 2744 saylı məktubdan görünür ki babası X7 adına ölüm haqqında şəhadətnamə verilməsinə dair Maraqlı şəxsnə daxil olmuş müraciətinə baxılmışdır. Bildirilir ki, ölüm haqqında şəhadətnamə ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edildikdən sonra verilə bilər. Əks halda məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur; - Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2023-cü il tarixli, 816 saylı arayışından görünür ki, mərhum X2 rayon Aran qəsəbəsində vəfat edib və kənd qəbiristanlığında dəfn olunmuşdur; - Məhkəməyə mərhum X7 qəbrinin yerləşdiyi yerin fotoşəkili təqdim edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı № 03154863 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X6 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2028 nömrəli reyestr kitabının 187426 nömrəli vərəqində ********** №-si ilə xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin babası X11 06 may 1992-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində vəfat etmişdir. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. Ərizəçi babasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum babası X7 xx.xx.1992ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 xx.xx.1992-ci il tarixdə Yevlax rayonu, Aran qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar