Məhkəmə qərarları › İş №2(007)-2797/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2797/2020

03.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2797/2020 03.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçimaraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 07 oktyabr 1975-ci il təvəllüdlü X2 06 fevral 1976-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, övladı - 07.10.1975-ci il təvəllüdülü X4 06.02.1976-cı il larixdə (4 aylıq olarkən) yaşadıqları, evdə xəstəlikdən vəfat edib və qohumları ilə birgə onu Keşlə qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Onun ölümü indiyə kimi qeydə alınmayıb. Ölüm tibb müəssisəsindən kənarda baş verdiyinə görə ölümü təsdiq edən tibbi sənəd yoxdur. Ölümün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də ölümü təsdiq edən tibbi sənəd olmadığına görə həmin orqan 20.02.2020ci il tarixli, 471-05/15 nömrəli məktubu ilə ölümü qeydə almaqdan imtina etmiş və izah etmişdir ki, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməlidir. Uşağın ölümünü qohumları şahid kimi təsdiq edə bilərlər. Hal-hazırda vəfat etmiş həyat yoldaşının adına olan yaşadıqları evi öz adına sənədləşdirmək istəyir. Bunun üçün X3 ölüm faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Mİrzəliyeva Maxbara Tair qızı şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin qohumudur. Zümrüd doğulduqdan sonra tez tez ağlayırdı, həkimə aparmışlar, həkim isə onlara demişdir ki, narahat olmasınlar. Lakin uşaq 4 aylıq olanda vəfat etmişdir. Keşlə qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında Ələskərov Çingiz tahir oğlu şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin qonşusudur. Zümrüd 4 aylıq olanda vəfat etmişdir. Keşlə qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 05/70-410-05/69 nömrəli 20 fevral 2020-ci il tarixli Bakı şəhəri Maraqlı şəxs tərəfində verilmiş arayışdan görünür ki, X4 07 oktyabr 1975-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Ərizəçi, qızı X1r. - Bakı Baş Səhiyyə İdarəsinin 2 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi göndərilmiş 04 iyun 2020-ci il tarixli məktubundan görünür ki, 08 oktyabr 1975-ci il təvəllüdlü Ağayeva Zümrüd barədə 2 nömrəli uşaq poliklinikada o vaxt qeydiyyatda olubolmaması və ölümü barədə heç bir məlumat yoxdur. -09.10.2020-ci il tarixli 90 Salı arayışdan görünür ki, X4 Keşlə qəbirstanlığında 06.02.1976-cı il tarixdə dəfn edilmişdir. - Bakı Şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilmiş göndərilmiş 20 fevral 2020ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatın qaydası” 8.5-ci bəndinə əsasən öiüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənləri nəzərə alaraq şöbə tərəfindən ölümün qeydə alınması mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 07 oktyabr 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş qızı X406 fevral 1976-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi qızının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi07 oktyabr 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş qızı X406 fevral 1976-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07 oktyabr 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş X206 fevral 1976-cı il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar