Məhkəmə qərarları › İş №2(007)-2800/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2800/2023

27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2800/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 6 saylı Bakı “Asan Xidmət” X9 maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 6 saylı Bakı “Asan Xidmət” X9 maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 11 iyul 2023-cü il təvəllüdlü X1 20 iyul 2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, övladı X11 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. 11 iyul 2023-cü il təvəllüdlü övladı xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. K.Fərəcov adına X2 X17 tərəfindən epikriz tərtib olunmuş, uşağın vəziyyətinin olduqca ağır olduğu müəyyən edilmiş, evə buraxıldığı qeyd edilmişdir. Şabran rayon İcra hakimiyyəti Taxtalar İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli aktına əsasən xx.xx.2023-cü il təvəllüdlü X11 xx.xx.2023-cü il tarixdə Dağbilici kənd qəbiristanlığında dəfn edilmişdir. O, ölümün qeydə alınması barədə Azərbaycan Respublikasının 6 saylı Bakı “Asan Xidmət” X5 müraciət etdi. Həmin təşkilatdan ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğundan ölümün qeydiyyata alınmasının mümkün olmadığını və ölüm faktının müəyyən olunması ilə əlaqədar məhkəməyə müraciət etməli olduğunu bildirən imtina məktubunu verdilər. X1 ölüm faktını və Şabran rayonu Dağbilici kənd qəbiristanlığında dəfn edilməsi faktını təsdiqləyən şahidləri var. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə qəbul ediməsini xahiş etdi. Maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” X9 xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə ərizə göndərərək məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X10 ifadəsində bildirmişdir ki, Qaflanov Onur onun nəvəsidir. Uşaq 11 iyul 2023-cü il tarixdə doğuldu, xx.xx.2023-cü il tarixdə xəstəxanadan çıxarıldı. xx.xx.2023-cü il tarixdə yenidən xəstəxanaya apardılar, xx.xx.2023-cü il tarixdə uşaq vəfat etdi. Şabran rayonu Dağbilici kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, uşaq xx.xx.2023-cü il tarixdə dünyaya gəldi, əkiz idilər. xx.xx.2023-cü il tarixdə xəstəxanadan çıxarıldı. xx.xx.2023-cü il tarixdə uşağı xəstəxanaya apardılar, həkim xəstəxanada qalmalı olduğunu dedi. Sonradan həkim uşağın xəstəxanada qalmasının mənasız olduğunu, evə aparmalarını bildirdi. Xəstəxanadan çıxan kimi xx.xx.2023-cü il tarixdə uşaq rəhmətə getdi. Şabran rayonu Dağbilici kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - K.Fərəcov adına X2 X17 tərəfindən verilən epikrizdən görünür ki, Qaflanov körpə Novruz oğluna “yenidoğulmuşların digər bakterial agentlət tərəfindən törədilən sepsis, anadangəlmə ixtioz, vaxtından qabaq doğulmuş az çəkili uşaq, dəqiqləşdirilməmiş neonatal sarılq, yenidoğulmuşun tənəffüs çatışmazlığı diaqnozu qoyulmuşdur. Əkizin İİ tayıdır. - K.Fərəcov adına X2 X17 tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Qaflanov Körpə (Ana-Fidan) Novruz oğlu, xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi xəstəxanada müalicə olunub. Körpənin vəziyyəti ağır olduğuna görə valideynləri uşağın müalicəsindən imtina edib və bu barədə yazılı iltizamnamə imzalayıb məsuliyyəti öz üzərlərinə götürərək körpəni evə aparıblar. Bioloji ölüm xəstəxanada qeydə alınmadığına görə körpənin valideynlərə Forma 106 (Ölüm Şəhadətnaməsi) təqdim edilə bilməz. - 6 saylı Bakı “Asan Xidmət” X3 xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ərizəçinin xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.1-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin Qayda-nın 8.5-ci bəndinə, əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - AZ-lV seriyalı, 912015 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Ərizəçi, ana qrafasında X6 qeyd edilmişdir. - Şabran Rayon İcra hakimiyyəti Taxtalar İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, X11 xx.xx.2023-cü il tarixdə vəfat etmiş. Şabran rayonu Dağbilici kənd qəbiristanlığında dəfn olunmuşdur. - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, 11 iyul 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş X11 20 iyul 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X7 20 iyul 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X7 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 11 iyul 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş X7 20 iyul 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin olunduğundan məhkəmə xərci olan dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 11 iyul 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş X7 20 iyul 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar