Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2860/2024 17.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” X1rşı olan “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” X1rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1964-cü il təvəllüdlü X4 Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü X8 onun bioloji qardaşıdır. O, xx.xx.1964-cü ildə Ağdam şəhərində anadan olmuşdur. Mərhum qardaşı xx.xx.2024-cü il tarixində məcburi köçkün kimi məskunlaşdığı ünvan 1 ünvanında vəfat etmiş və Bakı şəhəri Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbirstanlığında dəfn edilmişdir. AR-sı “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 46 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən mərhum qardaşı 46 nömrəli şəhər poliklinikasında ambulator kartası olmamış və ona Forma 106 poliklinika tərəfindən doldurulmamışdır. Tərəfindən AR-sı ƏN-yi 6 saylı Bakı “Asan Xidmət” X3 mərhum qardaşı ölümünün qeydə alınması barədə müraciət etsə də, ölüm faktını təsdiq edən tibbi müəssisənin müvafiq sənədi olmadığından, ölümünün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilmişdir. Mərhum qardaşı AR-sı, ünvan 3 ünvanda qeydiyyatdadır. AR-sı Prezidentinin “Böyük Qayıdış” proqramı əsasında qeydiyyatda olduqları Ağdaş şəhərində ailələrinə torpaq sahəsi verilir. Bu səbəbdən qardaşının ölüm faktını təsdiq edilməsi onun üçün buna görə zəruridir. Qeyd edir ki, valideynlərinin hər ikisi vəfat etmişdir.
İş materialları :
3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X12 46 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində 2 saylı BŞT və TTYS tərəfindən verilmiş məlumata əsasən Bakı şəhəri, Xətai rayonu, Araz Novruzov 25/9A ünvanında yaşamış, xx.xx.1964-cü il təvəllüdlü X8 vəfat etmişdir. Vəfat etmiş şəxsin 46 saylı şəhər poliklinikasında tibbi qeydiyyatı, ambulator kitabçası olmadığına və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə ölümü haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır.
4. 6 saylı Bakı “Asan Xidmət” X5 tərəfindən verilmiş 3-16-5/8-10xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.
5. AЗ seriyalı, 655659 nömrəli “doğum haqqında şəhadətnamə"nin surətindən görünür ki, X8 xx.xx.1964-cü ildə Ağdam şəhərində anadan olmuşdur
6. xx.xx.2024-cü il tarixli “Təcili və X6 Stansiyası Xəbərdarlıq vərəqəsi”ndən görünür ki, X13 briqadasının tərkibi xx.xx.2024-ci il tarixdə, saat 14:15-də çağırış əsasında ünvan 5 ünvanına gəlmiş, X4 həkiməqədər ölüm halı müəyyən edilmişdir.
7. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 128 nömrəli arayışa əsasən müəyyən edilir ki, X8 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Dədə Qorqud qəristanlığında dəfn olunmuşdur.
8. AA seriyalı, 169426 nömrəli “məcburi köçkün vərəqəsi”ndən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkün düşmüş və Sabunçu rayonunda məcburi köçkün kimi məskunlaşmışdır.
Tərəflərin izahatları :
9. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirdi ki, vəfat edən şəxs onun qardaşıdır. Mərhum ikinci qrup əlil idi. Onun adına pay torpağı var. Mərhum bacısıgillə birlikdə yaşayırdı. Qardaşı qəflətən vəfat etmişdir. Həkim dedi ki, ürəyində tromblaşma olmuşdur. Mərhum 06 avqust 2024-cü il tarixində vəfat etmişdir. Yas mərasimi X11 verilmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” X2 nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri :
11. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirmişdir ki, mərhum onun qardaşıdır. Mərhum, o və bacısı birlikdə ünvan 6 ünvanında yaşamışlar. Birlikdə günorta yeməyi yedikdən sonra Hasilin halı pisləşmişdir. 3 dəfə dərindən nəfəs aldıqdan sonra vəfat etmişdir. Mərhum 06 avqust 2024-cü il tarixində günorta saat 1-2 arası evdə vəfat etmişdir. Vəfat etdiyi zaman yanında o və bacısı olmuşdur. Yas mərasimi X11 verilmişdir.
12. Məhkəmə iclasında dindirilən Şahid1 izahatında bildirmişdir ki, mərhum onun qardaşıdır. Mərhum, o və bacısı birlikdə ünvan 7 ünvanında yaşamışlar. Mərhum 06 avqust 2024-cü il tarixində vəfat etmişdir. Birlikdə günorta yeməyi yedikdən sonra Hasilin halı pisləşmiş, 3 dəfə dərindən nəfəs aldıqdan sonra vəfat etmişdir. X13 gələndə həkim onun artıq vəfat etdiyini bildirmişdir. Mərhum 2-ci qrup əlil imiş, gözləri görmürdü. Mərhumun başqa xəstəliyi olmamış, həkim mərhumun ürəyində tromblaşma olduğunu bildirmişdir. Yas mərasimi X11 verilmişdir. Mərhum vəfat etdiyi zaman yanında o və bacısı olmuşdur. Sonra o, digər qardaşı Ərizəçi çağırmışdır.
Tətbiq edilən hüquq :
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
İşin faktiki halı :
16. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi müxtəlif sənədləşmə işləri apararkən ondan qardaşının ölüm haqqında şəhadətnaməsi tələb olunduğuna görə məhkəməyə müraciət etmişdir.
17. xx.xx.1964-cü il təvəllüdlü X8 xx.xx.2024-cü il tarixdə ünvan 8 ünvanında X13 gələnədək vəfat etmiş və Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir.
18. X4 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün 6 saylı Bakı “Asan Xidmət” X7 tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.
19. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X4 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.
20. Məhkəmə qeyd edir ki, xx.xx.1964-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
Məhkəmənin mövqeyi :
21. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, xx.xx.1964-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
24. Mülki işin materiallarından da görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında akt qeydinin aparılması mümkün olmamışdır.
25. Belə ki, 6 saylı Bakı “Asan Xidmət” X7 tərəfindən verilmiş 3-16-5/8-10xx-xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X4 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm akt qeydinin aparılmasından imtina edilmiş və ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.
26. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun oğlunun ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır.
Nəticə :
27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1964-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
28. Məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” qanunun 9.1.20-ci maddəsinə əsasən ərizənin verilməsinə görə məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
29. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçının ödəməkdən azad edildiyi məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1964-cü il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva