Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2863/2023 13.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun atası X3 1961-ci ildə Bakı şəhərində anadan olub və ömrünün sona kimi Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 68, 19 saylı mənzildə yaşayıb. Atası xx.xx.2023-cü ildə yaşadığı mənzildə qəflətən ürək xəstəliyindən vəfat edib. Atası ürək xəstəliyindən əziyyət çəkirdi və daimi dərmanlarla müalicə alırdı. Sonuncu dəfə atası ürəyindən nasazlıq hiss edib və ailə üzvləri təcili yardıma zəng edərək həkim müayinəsinə ehtiyacının olmasını bildiriblər və xahiş ediblər ki, təcili olaraq mənzilə gəlsinlər. X9 həkimləri mənzilə gec gəlib və artıq həkimlər mənzilə daxil olanda atası dünyasını dəyişib. Həmin vaxtı həkimlərdə atasının dünyasını dəyişməsi barədə 86 saylı forma Arayış tərtib edilməsini və ölümün ürək xəstəliklərindən baş verməsini bildirməsinə baxmayaraq, Təcili Yardım həkimləri atasının ölüm səbəbini qeyd etməkdən imtina edib və bildiriblər ki, onlar mənzilə daxil olanda artıq atamsı vəfat etdiyindən və ölümün səbəbini müəyyən edə bilmədiklərindən arayış tərtib edə bilməyəcəklər. Ona görə də Təcili Yardım həkimi həmin vaxtı, yəni xx.xx.2023-cü il tarixli “Təcili və X5 Stansiyasl ölüm haqqında Xəbərdarlıq vərəqəsi tərtib edərək ona təqdim ediblər. Atası X3 bütün qohum və qonşularla birlikdə Bakı şəhəri Zığ qəsəbəsində olan “Dədə Qorqud ” qəbiristanlıqda dəfn edilib və yas mərasimlərini Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 68, 19 saylı mənzildə keçirib. Qeyd edir ki, o zaman atasının ölüm haqında şəhadətnaməsi üçün müraciət edərək “Ölüm haqqında Şəhadətnaməsi”nin verilməsi xahiş edib, lakin Azərbaycan Respublikası Ədiyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli № 3-16-5/7-1771-15/23 saylı cavab məktubunda “Ölüm haqqında şəhadətnamənin “ alınması üçün məhkəməyə müraciət etməyini bildirmişdir. Qeyd edir ki, atası X2 adına əmlaklar vardır və hazırda həmin əmlakların hüquqi statusunu müəyyən etmək zərurəti vardır. Lakin atasının ölüm faktı müəyyən olunmadan həmin əmlaklar barədə sərancam verilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən atası X2 “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X4 verərək göstərdi ki, ərizəçi onun oğlu, mərhum isə əridir. Əri ürək xəstəliyindən əziyyət çəkirdi. Mərhum xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi və onun ailəsi uzun illərdir ki, tanışıdır. Mərhum xx.xx.2023-cü il tarixdə ürək xəstəliyindən vəfat etmişdir. O, yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 08340128 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1961-ci ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyata alınmışdır; - XVİİ-ЖГ seriyalı № 335451 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuşdur, atası X3, anası X6; - Bakı şəhəri Təcili və X5 Stansiyasının 6 saylı Bölməsinin xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 03:45-də Rüstəmov küçəsi, ev 68, mənzil 19 ünvanında X2 yanına gəldikdə, kişi cinsli meyit, həkimə qədər ölüm müəyyən edilmişdir; - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/7-1771- 15/23 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən Ölüm bu barədə məlumat verən şəxsin şeçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirirlər ki, bu qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərə çatdırırlar ki, atası X2 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur; - Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 330 saylı arayışından görünür ki, X3 xx.xx.2023-cü il tarixində vəfat etmiş, Zığ qəsəbəsi Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur; - Məhkəməyə mərhum X1 qəbrinin yerləşdiyi yerin fotoşəkili təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş atası X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş atası X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə Bakı şəhərində doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2863/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2863/2023
13.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver