Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2954/2023 27.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Maraqlı şəxs1 MMC-nin direktoru X1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 MMC-yə, Maraqlı şəxs2 qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1 MMC-yə, Maraqlı şəxs2 qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6414/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İİ tərəflər, yəni Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 tərəfindən İ tərəflərə, yəni Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs1 MMC-yə və Maraqlı şəxs2 ******* manat və 50.000 ABŞ dollarının pul verilməsi qət olunmuşdur. Qeyd edilən mübahisə ilə bağlı Ərizəçi1, Ərizəçi2 və Maraqlı şəxs1 MMC, Maraqlı şəxs2 arasında “borcun qeyri-yaşayış sahələrinə yönəldilməsi” tələbi ilə əlaqədar olaraq MŞB/6-0228 saylı, xx.xx.2023-cü il tarixdə Barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin şərtləri bu məzmunda ifadə olunmuşdur: 1) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6414/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən İİ tərəflər tərəfindən İ tərəflərə ******* manat və 50.000 ABŞ dolları pul verilməsi qət olunmuşdur. Tərəflər razılığa gəlir ki, icra sənədində göstərilən borcun əvəzinə Maraqlı şəxs1 MMC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən 150 avtomobillik qeyriyaşayış sahələri (qarajlar) İ tərəflərə təqdim olunur. 2) tərəflərə razılığa gəlir ki, İ tərəflər qeyri-yaşayış sahələrinə (qarajları) təhvil aldıqdan sonra Xətai Rayon İcra Şöbəsi və Nizami Rayon İcra Şöbəsinin icraatında icra sənədinə xitam verilməsi barədə müraciət edəcəkdir. Belə ki, Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Buna baxmayaraq, İİ tərəf kimi çıxış edən Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 tələbi vaxtında icra etməmişdir. xx.xx.2023-cü iltarixdə maraqlı şəxslərə Barışıq sazişinin tələblərinə uyğun olaraq Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən 150 avtomobillik qeyriyaşayış sahələrini (qarajlar) onlara təhvil verilməsi barədə ərizə ünvanlamışdır. Maraqlı şəxs1 MMC-nin direktoru X2 tərəfindən ünvanlanmış cavab məktubunda bildirilmişdir ki, hal-hazırda üzrlü səbəblərə görə həmin 150 avtomobillik qeyri-yaşayış sahələrini (qarajlar) onlara hissə-hissə təhvil verilməsi üçün altı aydan bir ilə kimi müddət lazımdır ki, bu müddət ərzində qarajlar təhvil verilə bilər. Bu səbəbdən MŞB/6-0228 saylı, xx.xx.2023-cü il tarixli Barışıq sazişinin məcburi qaydada icra olunması zərurət yaranmışdır. Qeyd olunanlara əsasən, Maraqlı şəxs1 MMC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən 150 avtomobillik qeyri-yaşayış sahələrinin (qarajlar) İ tərəflərə, Ərizəçi1 və Ərizəçi2 məcburi qaydada təhvil verilməsi barədə xx.xx.2023-cü il tarixli Barışıq sazişini təsdiq edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 MMC-nin direktoru X2 bildirdi ki, müəyyən səbəblərdən barışıq sazişi tərəflərindən icra edilə bilinməmişdir. Ərizənin təmin edilməsinə etirazları yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ərizəçilər Ərizəçi1 və Ərizəçi2, Maraqlı şəxs2 məhkəmə iclasına gəlməmişdir. Lakin, ərizəçilərin vəkili və nümayəndəsi Vəkil elektron qaydada ərizə verərək bildirmişdir ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil heyəti ilə birgə İspaniya Krallığında olacaqdır. Üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Göstərilən halın nəzərə alınaraq baxış iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə həmin şəxslərin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6414/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs1 MMC və Maraqlı şəxs2 tərəfindən ******* manat və 50.000 ABŞ dollarının pul verilməsi qət edilmişdir. Daha sonra tərələr aralarında mediasiya prosesi nəticəsində 28 avqust 2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6414/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən ******* manat və 50.000 ABŞ dolları məbləğində borcun əvəzinə Maraqlı şəxs1 MMC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən 150 avtomobillik qeyri-yaşayış sahələrinin (qarajlar) Ərizəçi1 və Ərizəçi2 təqdim olunması, Ərizəçi1 və Ərizəçi2 qeyri-yaşayış sahələrini (qarajları) təhvil aldıqdan sonra Xətai Rayon İcra Şöbəsi və Nizami Rayon İcra Şöbəsinin icraatında icra sənədinə xitam verilməsi barədə müraciət edəcəkləri barədə razılıq əldə edilmişdir. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxslər tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 28 avqust 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 28 avqust 2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçilər Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və maraqlı şəxslər Maraqlı şəxs1 MMC, Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağanmış 28 avqust 2023-cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq olunmalı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6414/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən ******* manat və 50.000 ABŞ dolları məbləğində borcun əvəzinə Maraqlı şəxs1 MMC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən 150 avtomobillik qeyri-yaşayış sahələri (qarajlar) Ərizəçi1 və Ərizəçi2 təqdim olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və maraqlı şəxslər Maraqlı şəxs1 MMC, Maraqlı şəxs2 arasında mediasiya prosesi nəticəsində bağanmış 28 avqust 2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6414/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən ******* manat və 50.000 ABŞ dolları məbləğində borcun əvəzinə Maraqlı şəxs1 MMC-yə məxsus, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən 150 avtomobillik qeyri-yaşayış sahələri (qarajlar) Ərizəçi1 və Ərizəçi2 təqdim olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov