Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-30/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı “alqı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Bakı şəhəri 51 saylı notariat kontoruna və Bakı şəhəri Cavabdeh4na qarşı “alqı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Keçmiş X21 və İstismarı Birliyi ilə mərhum X10 arasında 25 sentyabr 1981-ci il tarixdə bağlanılmış 17732 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, 0,25 ha torpaq sahəsindən ibarət olan 88 saylı bağ sahəsi mərhum X6 icarəyə verilmişdir. Sonradan mərhum H.A.İbrahimovun və onun ailə üzvlərinin razılığı əsasında 88 saylı bağ sahəsinin 0,12 ha hissəsi H.A.İbrahimovun oğlu X7 adına keçirilmiş və ayrılmış həmin sahə 88a saylı yeni bağ sahəsi hesab edilməklə, həmin bağ sahəsinə dair X21 və İstismarı Birliyi ilə X20 arasında yeni icarə müqaviləsi bağlanılmışdır. Həmin 88 saylı bağ sahəsinin yerdə qalan hissəsi isə X5 istifadəsində saxlanılmışdır. H.A.İbrahimov 21 oktyabr 1999-cu ildə vəfat etmiş və onun vəfatından sonra 88 saylı bağ sahəsi H.A.İbrahimovun həyat yoldaşı X11 adına keçirilmiş və onunla X21 və İstismarı Birliyi arasında 01 noyabr 2002-ci il tarixdə, 17732 saylı yeni icarə müqaviləsi bağlanılmışdır. İddiaçı X11 ailə üzvü olmaqla 88 saylı həmin bağ sahəsindən anası M.İbrahimova ilə birlikdə istifadə etmişdir. X24 04 mart 2013-cü ildə vəfat etmişdir. Bundan sonra həmin bağ sahəsi İddiaçınm istifadəsində qalmışdır. Lakin bu yaxınlarda iddiaçı həmin bağ sahəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparıldığını görmüş və həmin şəxsin kimliyi və bağ sahəsinə hansı əsasla daxil olaraq, orada tikinti işləri apardığı ilə maraqlandıqda həmin şəxs 88 saylı bağ sahəsinin hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh2 tərəfindən ona satıldığını bildirmişdir. Bundan sonra iddiaçı həmin məsələ ilə bağlı müvafiq araşdırmalar aparmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğulara verilmiş 06 sentyabr 2019-cu il tarixli və 22 oktyabr 2019-cu il tarixli cavab məktubları ilə müəyyən edilmişdir ki, iddiaçının anası X24 vəfat edəndən təqribən dörd ay sonra onun oğlu X20 mərhum Məsumə İbrahimovanın ona verdiyi etibarnamədən istifadə edərək, onun adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin müraciət əsasında 88 saylı bağ sahəsi 11 iyul 2013-cü il tarixdə Məsumə İbrahimovanın adına dövlət reyestrində qeydə alınmışdır. Halbuki, Məsumə İbrahimova 04 mart 2013-cü ildə vəfat etdiyi üçün onun adından verilmiş etibarnamə hüquqi qüvvəsini itirmişdir və bu halda Elmar İbrahimov həmin etibarnamədən istifadə edə bilməzdi. Bundan başqa, Məsumə İbrahimovanın öz sağlığında Elmar İbrahimova həmin bağ sahəsinə dair hər hansı etibarnamə verib-vermədiyi də dəqiq müəyyən deyil. X32 Eldar və Rəna adlı iki övladı olmuş və hələ əri X10 sağ olarkən, ümumi razılıq əsasında onlar, 88 saylı bağ sahəsinin 0,12 ha-dan ibarət olan bir hissəsini Elmara ayırmış və buna dair onun adına yeni icarə müqaviləsi bağlanılmış, qalan hissəsini isə qızları Rənaya, yəni iddiaçıya saxlamışlar. Buna görə də mərhum Məsumə İbrahimovanın həmin bağ sahəsinə dair oğlu Elmar İbrahimova hər hansı etibarnamə verməsi də inandırıcı deyil. Elmar İbrahimov 88 saylı bağ sahəsini anası Məsumə İbrahimovanın adına qanunsuz olaraq özəlləşdirdikdən sonra, Bakı şəhəri, Cavabdeh4 20 iyun 2014-cü il tarixdə qeydə alınmış 2V/131 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə əsasında həmin bağın ½ hissəsini öz adına keçirmiş, qalan ½ hissəsi isə mərhum Məsumə İbrahimovanın adında açıq saxlanılmışdır. X38 da vəfat etmiş və 2V-58 reyestr nömrəli, 19 may 2016-cı il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında həmin bağ sahəsinin ½ hissəsi 02 iyun 2016-cı il tarixdə onun arvadı Cavabdeh2 adına qeydə alınmışdır. Cavabdeh2 həmin ½ hissəni Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanılmış 18 oktyabr 2016-cı il tarixli, 4Ə/840 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 qızma satmış və həmin sahə üzərində Cavabdeh1nm mülkiyyət hüququ 24 may 2017-ci ildə dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən göndərilən 22 oktyabr 2019-cu il tarixli cavab məktubu ilə həmçinin müəyyən edilir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-492/2018 saylı, 01 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən 88 saylı bağ sahəsinin qalan ½ hissəsi də 88 Q saylı yeni ünvan altında hazırki iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 adına qeydə alınmış və hazırda onun mülkiyyətindədir. Lakin həmin hissənin hansı hüquqi əsaslarla Cavabdeh1 verildiyi bizə məlum deyil. Yuxarıda qeyd etdiyi məlumatlar ondan gizlədildiyi üçün onun bu barədə heç bir məlumatı olmamışdır. O, bu məlumatları həmin bağ sahəsində kənar şəxslər tərəfindən tikinti işlərinin aparıldığını müəyyən edəndən sonra, bu barədə aparılan araşdırmalar zamanı əldə etmişdir. Qeyd olunanlara əsasən hesab edirlər ki, mübahisəli bağ sahəsinə dair əvvəlcə X7 adına, o, vəfat etdikdən sonra isə arvadı Cavabdeh2 adına verilən vərəsəlik hüququ haqqında şəhadətnamələr, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanılmış alqı-satqı müqaviləsi və həmin bağ sahəsinə dair Cavabdeh1 adına verilmiş dövlət reyestrindən çıxarış ləğv edilməli və onun pozulmuş hüquqları bərpa edilməlidir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Cavabdeh4 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki 88 saylı bağ sahəsinə dair X7 adına verilmiş, 2V/131 reyestr nömrəli, 20 iyun 2014-cü il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamənin, həmin bağ sahəsinə dair sonradan Cavabdeh2 adına verilmiş, 2V-58 reyestr nömrəli, 19 may 2016-cı il tarixli "Qanun üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamənin, həmin bağ sahəsinin ½ hissəsinin Cavabdeh1 satılması barədə onunla Cavabdeh2 arasında, Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanılmış 18 oktyabr 2016-cı il tarixli, 4Ə/840 nömrəli alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin bağ sahəsinin ½ hissəsi üzərində mülkiyyət hüququna dair Cavabdeh1 adına verilmiş 24 may 2017-ci il tarixli dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçının iddia tələbi ona qarşı hissədə əsassız, qeyri- qanunidir və bu səbəbdən də rədd edilməlidir. Etirazını aşağıda qeyd etdiyi faktlarla əsaslandırır və sübuta yetirir: 1. O, Cavabdeh2 ilə aralarında Bakı şəhəri 51 saylı notariat kontorunda 18 oktyabr 2016-cı il tarixli AN-İ №0579657 saylı, Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən, sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0,06 ha, 1/2 hissəsini 36000 (otuz altı min) manat ödəməklə almışdır. Qeyd olunan alqı-satqı müqaviləsinin 3-cü bəndində göstərildiyi kimi, həmin müqavilə bağlanarkən, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş xx.xx.2016-cı il tarixli, qeydiyyat №-si ********** saylı arayışa əsasən müqavilə bağlananadək aldığı torpaq sahəsi ipoteka ilə yüklü olmamış həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Alqı-satqı müqaviləsində Azərbaycan Respublikasının Mülki qanununun prinsiplərinə tam riayət olunması digər bəndlərdə də öz əksini tapmışdır. 2. Qanununvericilikdə nəzərədə tutulan sənədləri Azərbaycan Respubliksaı Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmalkm Dövlət Reyesteri Xidmətinin Bakı ərazi idarəsinə təqdim etmiş və həmin idarə tərəfindən xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi 88Q saylı bağ sahəsinə (0,06 ha torpaq) xüsusi mülkiyyət hüququna dair RX seriyalı ******* №li Çıxarış onun adına verilmişdir. Bundan əlavə aldığı torpaq sahəsinə dair AR ƏMDK yanında Daşınmaz Omlakın Dövlət Reyesteri Xidməti tərəfindən “Torpaq sahəsinin planı və ölçüsünə mülkiyyətimdə olan 88Q saylı bağ sahəsində layihə əsasında yaşayış evinin tikintisinə icazə verilməsi üçün Bakı şəhəri, Xəzər rayonu icra hakimiyyətinə müraciət etmiş və icra hakimiyyətinin M-257-151 №-li, xx.xx.2015-ci il tarixli razılıq və icazə haqqında məktubuna əsasən tikinti işlərinə başlamışlar. Hazırda maddi imkanlarına müvafiq olaraq evin tikinti işlərini hissə-hisə davam etdirirlər. Onu da qeyd etmək istəyir ki, aldıqları bağ sahəsinə mütəmadi olaraq gedib-gəlmişlər, bir neçə ildir ki, bağ sahəsi onlara məxsusdur. Onlara heç kim heç bir irad bildirməmiş, çünki aldıqları bağ sahəsi Cavabdeh2 məxsus olmuşdur. O, heç vaxt iş üzrə İddiaçı Hüseyn qızını görməmişdir. O, vicdanlı alıcı kimi 88Q saylı bağ sahəsini halal zəhmətlə və ailələrinin bir neçə il ərzində topladığı nağd pulu ödəməklə almışdır. Bu günə kimi ətraf hasarın çəkilməsinə, tikintiyə külli miqdarda pul vəsaiti sərf etmişlər. Bütün qeyd edilənlərə əsasən bildirir ki, iddiaçının ona və digərlərinə qarşı qaldırdığı iddia qərəzli, heç bir sübutla təsdiqini tapmayan əsassız və qanuna zidd iddiadır, ona görə də təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən, iş üzrə İddiaçı Hüseynağa qızının ona məxsus, ünvan 2 ünvanında yerləşən sahəsi 0,06 ha təşkil edən torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli, AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin bağ sahəsinə mülkiyyət hüququna dair verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv olunması haqqında əsassız iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Keçmiş X21 və İstismarı Birliyi ilə mərhum X10 arasında 25 sentyabr 1981-ci il tarixdə bağlanılmış 17732 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, 0,25 ha torpaq sahəsindən ibarət olan 88 saylı bağ sahəsi mərhum X6 icarəyə verilmişdir. Sonradan mərhum H.A.İbrahimovun və onun ailə üzvlərinin razılığı əsasında 88 saylı bağ sahəsinin 0,12 ha hissəsi H.A.İbrahimovun oğlu X7 adına keçirilmiş və ayrılmış həmin sahə 88 a saylı yeni bağ sahəsi hesab edilməklə, həmin bağ sahəsinə dair X21 və İstismarı Birliyi ilə X20 arasında yeni icarə müqaviləsi bağlanılmışdır. Həmin 88 saylı bağ sahəsinin yerdə qalan hissəsi isə X5 istifadəsində saxlanılmışdır. H.A.İbrahimov 21 oktyabr 1999-cu ildə vəfat etmiş və onun vəfatından sonra 88 saylı bağ sahəsi H.A.İbrahimovun həyat yoldaşı X11 adına keçirilmiş və onunla X21 və İstismarı Birliyi arasında 01 noyabr 2002-ci il tarixdə, 17732 saylı yeni icarə müqaviləsi bağlanılmışdır. İddiaçı X11 ailə üzvü olmaqla 88 saylı həmin bağ sahəsindən anası Məsumə İbrahimova ilə birlikdə istifadə etmişdir. X24 04 mart 2013-cü ildə vəfat etmişdir. Bundan sonra həmin bağ sahəsi İddiaçı istifadəsində qalmışdır. İddiaçının anası X24 vəfat etdikdən təqribən dörd ay sonra onun oğlu X20 mərhum Məsumə İbrahimovanın ona verdiyi etibarnamədən istifadə edərək, onun adından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və həmin müraciət əsasında 88 saylı bağ sahəsi 11 iyul 2013-cü il tarixdə Məsumə İbrahimovanın adına dövlət reyestrində qeydə alınmışdır. Daha sonra notariusda vərəsəlik işi açılmış və “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən miras əmlak bağ sahəsinin 1/2 hissəsinin ölmüş Məsumə İbrahimova vərəsəsi (oğlu) X7 almalı olduğu təsbit olunmuş, digər ½ hissəsi isə (iddiaçının adına) açıq saxlanılmışdır. Həmin vərəsəlik şəhadətnaməsi əsasında ½ hissədə X7 adına xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reystrində qeydiyyat aparılaraq, bu barədə ona ******* saylı çıxarış verilmişdir. X20 qəfil vəfat etmiş, xx.xx.2016-cı il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən miras əmlak bağ sahəsinin 1/2 hissəsi Cavabdeh2 adına qeydə alınmış və həmin torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına çıxarış alınmışdır. Həmin çıxarışda mülkiyyət paylan müəyyən olunmaqla ½ kimi göstərilmiş, lakin payın naturada ayrılması həyata keçirilməmişdir. xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 51 saylı Notariat kontorunda 4Ə-840 reyestr nömrəsi ilə qeydə alınmış daşmmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh2 adına qeydə alınmış bağ sahəsinin 1/2 hissəsi Cavabdeh1 satılmış, xx.xx.2017-ci il tarixdə həmin bağ sahəsinin 1/2 hissəsinə dair çıxarış əldə edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı, xx.xx.20218-ci il tarixli qətnaməsi ilə X9 iddiası təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 88 saylı bağ sahəsi orta xətt üzrə küçəyə doğru perpendikulyar istiqamətdə hasar çəkilməklə X22 və X25 arasında bərabər şəkildə bölünməsi və bölgü aparıldıqdan sonra həmin torpaq sahəsinin şərq istiqamətinə düşən hissəsi X9, qərb istiqamətinə düşən hissəsi isə X12 mülkiyyətində saxlanılması qət edilmişdir. Həmin qətnamə əsasında X13 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 0,06 ha torpaq sahəsinə dair (88 Q yeni ünvan kimi) RX ******* saylı reyestrdən çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasınm xx.xx.2020-ci il tarixli, 2(103)-3974/2020 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı, xx.xx.20218-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri 51 saylı Notariat kontorunda xx.xx.2016-cı il tarixdə 4Ə-840 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi mülki qanunvericiliyin imperativ tələblərinə uyğun bağlanılmamış, baxmayaraq ki, bağ sahəsi paylı mülkiyyət əsası ilə Cavabdeh2 məxsus olmuşdur, o, paylı mülkiyyətinin özgəninkiləşdirilməsi ilə bağlı zəruri (imperativ) göstərişlərə riayət etməmiş, Bakı şəhəri 51 saylı Notariat kontorunda (hazırki Bakı şəhəri 51 saylı Notariat ofisi) isə həmin tələblərə riayət olunub-olunmaması aydınlaşdırılmamışdır. Beləliklə, hesab edir ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 51 saylı Notariat kontorunda xx.xx.2016-cı il tarixdə 4Ə- 840 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, onun əsasında verilmiş xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Eyni zamanda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı, xx.xx.20218-ci il tarixli qətnaməsi Cavabdeh1 xx.xx.2018-ci il tarixdə verilmiş RX ******* saylı reyestrdən çıxarış da, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-3974/2020 saylı qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı, xx.xx.20218-ci il tarixli qətnaməsi ləğv edildiyindən etibarsız hesab edilməlidir. Hazırki mülki iş üzrə iddia ərizəsi xx.xx.2019-cu il tarixdə qeydə alınmış, məhkəmənin hazırlıq iclası (işin məhkəmədə baxılmağa hazırlanması) xx.xx.2019-cu il tarixə təyin edilmişdir. xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş MPM-in müvafiq maddəsi ilə mülki iş xx.xx.2020ci il tarixə məhkəmə baxışına təyin edilmiş, daha sonra Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-573/2020 saylı qərardadı ilə mülki iş üzrə icraat dayandırılmış, başqa sözlə, işin mahiyyəti üzrə məhkəmədə baxılmasına başlanılmamışdır. Odur ki, hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi və cavabdeh şəxslərin dairəsi dəqiqləşdirilməlidir, yuxarıda qeyd etdiyi səbəblərdən iddia ərizəsinə əlavənin icraata götürülməsinə heç bir prosessual maneə yoxdur. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 51 saylı Notariat kontorunda xx.xx.2016-cı il tarixdə 4Ə-840 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, habelə Cavabdeh1 adına verilmiş xx.xx.2018ci il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edib, eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmamışdır. Belə ki, bağ sahəsi paylı mülkiyyətdir və Cavabdeh2 ona məxsus, paylı mülkiyyətdə olan əmlakı satarkən digər payçısının əmlakı almaqda üstünlük hüququnu pozmuzdur. Həmçinin, xx.xx.2018-ci il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının verilməsi üçün əsas olmuş məhkəmə qətnaməsi ləğv edilmişdir və həmin çıxarışın heç bir qüvvəsi yoxdur. Paylı mülkiyyətin X12 adına açıq qalmış hissəsi iddiaçı tərəfindən miras əmlakı kimi qəbul edilmişdir. Əmlak üzərində olan həbs məhkəmə tərəfindən götürülmüş, lakin müvafiq orqanda buna dair qeyd aparılmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxıb iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 51 saylı notariat kontoru məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin **********92 saylı xx.xx.2019-cu il tarixli məlumatından görünür ki, 1 saylı Bakı Ərazi İdarəsinin arxivində mövcud olan sənədlərə əsasən Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsi (0,25 hektar) keçmiş X21 və İstismarı Birliyi ilə bağlanılmış xx.xx.1981ci il tarixli, 17732 nömrəli müqavilə əsasında İbrahimov Hüseyn Ağa İbrahim oğluna icarəyə verilmişdir. X5 və ailə üzvlərinin razılıq ərizəsi əsasında bağ sahəsinin 0,12 hektar hissəsi X7 adına keçirilmiş və onunla 88a nömrəli bağ sahəsinə dair müqavilə bağlanılmışdır. Daha sonra Buzovna qəsəbəsi, 88a nömrəli bağ sahəsi xx.xx.2013-cü il tarixdə X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və özgəninkiləşdirilmişdir. Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin yerdə qalan 0,12 hektar hissəsi isə X5 vəfatından sonra X11 adına keçirilmişdir və onunla xx.xx.2002-ci il tarixdə 17732 nömrəli müqavilə bağlanılmışdır. Buzovna qəsəbəsi, 0,12 hektar torpaq sahəsi olan 88 nömrəli bağ sahəsi xx.xx.2013-cü il tarixdə X11 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri Cavabdeh4 20.06 2014-cu ıl tarixdə qeydə alınmış 2V/131 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,12 hektar torpaq sahəsinin ½ hissəsi xx.xx.2014-cü il tarixdə X7 adına qeydiyyata alınmış və daha sonra özgəninkiləşdirilmişdir. Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin digər ½ hissəsi isə X11 adına açıq qalmışdır; - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin **********02 saylı xx.xx.2019-cu il tarixli məlumatından görünür ki, X11 adına ünvan 5nin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair onun etibarnamə üzrə nümayəndəsi X20 xx.xx.2013-cü il tarixli ərizə ilə müraciət etmişdir. ünvan 5 2V-58 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında 0,12 hektar torpaq sahəsinin ½ hissəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə 4Ə- 840 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən sözügedən bağ sahəsinin ½ hissəsi xx.xx.2017-ci il tarixdə X9 qeydiyyata alınmışdır. Daha sonra Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı xx.xx.2018-ci il tarixli Qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 0,06 hektar torpaq sahəsi olan 88Q (yeni ünvan kimi) nömrəli bağ sahəsi xx.xx.2018-ci il tarixdə X9 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir.; - 26 oktyabr 1999-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 21 oktyabr 1999-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 oktyabr 1999-cu il tarixdə 520 nömrəsi ilə qeyd edilmişdir; - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli 1113 saylı məlumatıının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 04 mart 2013-cü ildə Bakı şəhərində ölmüşdür. Onun ölümü haqqında xx.xx.2013-cü ildə 556 №-li akt qeydi tərtib olunmuşdur; -AЗ seriyalı ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx xxxxx 1968-ci il tarixdə doğulmuşdur. Atası X14, anası X17r; - Cavabdeh2 ilə Cavabdeh1 arasında 18 oktyabr 2016-cı il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə-840 № ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, Cavabdeh2 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini (1/2 hissə, 0,06 ha) X4, onun mülkiyyətinə vermişdir. Satıcı mənzili 36000 manata satmış, alıcı isə həmin qiymətə almışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışından görünür ki, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi Cavabdeh1 tam pay üzrə xüsusi mülkiyyətindədir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 88 saylı bağ sahəsi orta xətt üzrə küçəyə doğru perpendikulyar istiqamətdə hazar çəkilməklə Cavabdeh1 və X26 arasında bərarbər şəkildə bölünməsi və bölgü aparıldıqdan sonra həmin torpaq sahəsinin şərq istiqamətinə düşən hissəsinin Cavabdeh1, qərb istiqamətinı düşən hissəsinin isə X12 mülkiyyətində saxlanılması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, iş üzrə tərəf olmayan İddiaçı Hüseynağa qızı tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı mülki iş üzrə qəbul etdiyi 01 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı Cavabdeh1 tərəfindən X19 qarşı irəli sürülmüş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinin iddiaçının payına uyğun naturada bölünməsi tələblərinə dair mülki işin icraatına xitam verilmişdir; - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-453/2021 saylı xx.xx.2021-ci il tairxli qərarından görünür ki, iddia təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinə X11 mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasına dair cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş və X11 adına ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 435 nömrəli reyestr kitabının 41145 nömrəli vərəqində xx.xx.2013-cü il tarixdə aparılmış hüquqların qeydiyyatının ləğv edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2505/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, cavabdeh və üçüncü şəxs X9 apellyasiya şikayətləri təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia rədd edilmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 567/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2505/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Keçmiş X21 və İstismarı Birliyi ilə mərhum X10 arasında 25 sentyabr 1981-ci il tarixdə bağlanılmış 17732 saylı müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, 0,25 ha torpaq sahəsindən ibarət olan 88 saylı bağ sahəsi mərhum X6 icarəyə verilmişdir. Sonradan mərhum X10 və onun ailə üzvlərinin razılığı əsasında 88 saylı bağ sahəsinin 0,12 ha hissəsi X10 X7 adına keçirilmiş və ayrılmış həmin sahə 88a saylı yeni bağ sahəsi hesab edilməklə, həmin bağ sahəsinə dair X21 və İstismarı Birliyi ilə X20 arasında yeni icarə müqaviləsi bağlanılmışdır. Həmin 88 saylı bağ sahəsinin yerdə qalan hissəsi isə X5 istifadəsində saxlanılmışdır. X10 21 oktyabr 1999-cu ildə vəfat etmiş və onun vəfatından sonra 88 saylı bağ sahəsi X5 həyat yoldaşı X11 adına keçirilmiş və onunla X21 və İstismarı Birliyi arasında 01 noyabr 2002-ci il tarixdə, 17732 saylı yeni icarə müqaviləsi bağlanılmışdır. X24 04 mart 2013-cü ildə vəfat etmişdir. X7 müraciəti əsasında 12 sot torpaq sahəsi olan 88 saylı bağa dair 11 iyul 2013-cü il tarixdə Məsumə İbrahimovanın adına çıxarış verilmişdir. Daha sonra Bakı şəhəri, 16 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə qeydə alınmış 2V/131 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,12 hektar torpaq sahəsinin 1/2 hissəsi xx.xx.2014-cü il tarixdə X7 adına qeydiyyata alınmışdır. Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin digər 1/2 hissəsi isə X11 adında açıq qalmışdır. X7 vəfatından sonra ünvan 5 2V-58 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında 0,12 hektar torpaq sahəsinin 1/2 hissəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2016-cı il tarixdə 4Ə-840 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən sözügedən bağ sahəsinin 1/2 hissəsi X1, xx.xx.2017-ci il tarixdə həmin bağ sahəsinin ½ hissəsinə dair çıxarış verilmişdir. Daha sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 0.06 hektar torpaq sahəsi olan 88Q (yeni ünvan kimi) nömrəli bağ sahəsi xx.xx.2018-ci il tarixdə X9 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 51 saylı Notariat kontorunda xx.xx.2016-cı il tarixdə 4Ə-840 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, habelə Cavabdeh1 adına verilmiş xx.xx.2018ci il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Belə ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə qeyd edir ki, X7 vəfatından sonra ünvan 5 2V-58 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında 0,12 hektar torpaq sahəsinin 1/2 hissəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Bekə ki, X22 ilə Cavabdeh2 arasında Bakı şəhəri 51 saylı notariat kontorunda bağlanmış 18 oktyabr 2016-cı il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin 0,06 ha, 1/2 hissəsini 36000 (otuz altı min) manat ödəməklə almışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). Hazırda iddiaçı tərəf 18 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin ümumi paylı mülkiyyətinin özgəninkiləşdiriləsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilmədiyindən etibarsız hesab edilməsini xahiş etmişdir. Belə ki, MM-in: 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. 218.2-ci maddəsinə əsasən payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər. 218.3-cü maddəsinə əsasən pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Məhkəmə qeyd edilənlənlərə münasibətdə qeyd edir ki, X5 vəfatından sonra 88 saylı bağ sahəsi X5 həyat yoldaşı X11 adına keçirilmiş və onunla X21 və İstismarı Birliyi arasında 01 noyabr 2002-ci il tarixdə, 17732 saylı yeni icarə müqaviləsi bağlanılmışdır. X24 04 mart 2013-cü ildə vəfat etmişdir. X7 müraciəti əsasında 12 sot torpaq sahəsi olan 88 saylı bağa dair 11 iyul 2013-cü il tarixdə Məsumə İbrahimovanın adına çıxarış verilmişdir. Daha sonra Bakı şəhəri, 16 saylı notariat kontorunda xx.xx.2014-cü il tarixdə qeydə alınmış 2V/131 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsi ünvanında yerləşən 0,12 hektar torpaq sahəsinin 1/2 hissəsi xx.xx.2014-cü il tarixdə X7 adına qeydiyyata alınmışdır. Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin digər 1/2 hissəsi isə X11 adında açıq qalmışdır. X7 vəfatından sonra isə həmin bağ sahəsinin ½ hissəsi onun həyat yoldaşı Cavabdeh2 adına qeydiyyata alınmışdır. Cavabdeh2 mülkiyyətində olan (88 nömrəli bağ sahəsinin digər 1/2 hissəsi) əmlakı isə X3 özgəninkiləşdirmişdir. İddiaçı tərəf bu zaman Cavabdeh2 tərəfindən paylı mülkiyyətin özgəninkiləşdirilməsi zamanı imperativ tələblərə riayət edilmədiyi qeyd etmişdir. Halbuki, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin ½ hissəsi üzərində X7, daha sonra isə Cavabdeh2 mülkiyyət hüququ tanınsa da, əmlakın digər ½ hissəsi isə X11 adına açıq qalmışdır. İddiaçı isə anasının vəfatından sonra qanunla müəyyən edilmiş müddət ərzində miras əmlakının qəbul edilməsi ilə notariat orqanına müraciət etməmişdir. X24 tərəfindən Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin digər 1/2 hissəsi özgəninkiləşdirilənkən ümumi mülkiyyətin digər payçısı müəyyən edilməyərək onun əmlak üzərində mülkiyyət hüquqları tanınmamışdır. Bu hal Cavabdeh2 mülkiyyətində olan əmlakın özgəninkiləşdirməsi, yəni paylı mülkiyyətin satılması zamanı digər paylı mülkiyyətçinin razılığının almasını və ya onun əmlakı almaqda üstünlük hüququna əməl etməsini qeyri-mümkün edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış, satıcı mülkiyyətində olan əmlakı özgəninkiləşdirmiş, alıcı isə vicdanlı şəkildə əmlakın dəyərini ödəyərək Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin ½ hissəsini yəni 0,06 ha sahəsi əldə etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi “Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 51 saylı Notariat kontorunda xx.xx.2016-cı il tarixdə 4Ə-840 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ikinci hissəsi, yəni “xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin ½ hissəsini yəni 0,06 ha sahəsi xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın reyestrdən çıxarışın etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 0,06 hektar torpaq sahəsi olan 88Q (yeni ünvan kimi) nömrəli bağ sahəsi xx.xx.2018-ci il tarixdə X9 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. İddiaçı həmin çıxarış etibarsız hesab edilməsinə dair iddia tələbini əsaslandırarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli qərardadı ilə Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edildiyinə istinad etmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Cavabdeh1 cavabdeh X19 qarşı “torpaq sahəsinə dair payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən 88 saylı bağ sahəsi orta xətt üzrə küçəyə doğru perpendikulyar istiqamətdə hazar çəkilməklə Cavabdeh1 və X26 arasında bərarbər şəkildə bölünməsi və bölgü aparıldıqdan sonra həmin torpaq sahəsinin şərq istiqamətinə düşən hissəsinin Cavabdeh1, qərb istiqamətinı düşən hissəsinin isə X12 mülkiyyətində saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə tərəf olmayan İddiaçı Hüseynağa qızı tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-492/2018 saylı mülki iş üzrə qəbul etdiyi 01 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı Cavabdeh1 tərəfindən X19 qarşı irəli sürülmüş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 88 saylı bağ sahəsinin iddiaçının payına uyğun naturada bölünməsi tələblərinə dair mülki işin icraatına xitam verilmişdir. Məhkəmənin həmin nəticəyə gəlməsi üçün əsas səbəb cavabdeh X12 xx.xx.2013-cü il tarixdə vəfat etməsi və Cavabdeh1 tərəfindən ölmüş şəxsə qarşı iddia qaldırması olmuşdur. Görünür ki, iş üzrə iddiaçı Mehdiyeva X16 Məsimə Məmməd qızına qarşı ona görə iddia qaldırmışdır ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin ½ hissəsi X11 adına açıq qalmış və vərəsə tərəfindən miras qəbul edilməmişdir. Belə ki, Cavabdeh1 öz mülkiyyətində olan Xəzər rayonu, Buzovna qəsəbəsi, 88 nömrəli bağ sahəsinin ½ hissəsini, yəni 0,06 ha sahəsini ümumi birgə mülkiyyətdə olan əmlakdan naturada ayırmış və bunun nəticəsində də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 0,06 hektar torpaq sahəsi olan 88Q (yeni ünvan kimi) nömrəli bağ sahəsi xx.xx.2018-ci il tarixdə X9 daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “xx.xx.2018-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi” hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı “cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 51 saylı Notariat kontorunda xx.xx.2016-cı il tarixdə 4Ə-840 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, habelə Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edilmədiyinə görə və iddiaçı dövlət rüsumunu tələb etmədiyindən, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 51 saylı notariat kontoruna qarşı “cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri 51 saylı Notariat kontorunda xx.xx.2016-cı il tarixdə 4Ə-840 reyestr nömrəsi ilə qeydə alınmış AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş xx.xx.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, habelə Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-30/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-30/2022
30.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver