Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-181/2025 23.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Əbilli Xəyyam Gündüz oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə 23 aprel 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 58,2 kv.metr, yaşayış sahəsi 19,8 kv.metr, yardımçı sahəsi 38,4 kv.metr olan fərdi yaşayış evini və 0,06 kv.metr həyətyanı torpaq sahəsi üzərində İddiaçı2 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, iddiaçı X19 cavabdehlər İddiaçı1 və X33 qarşı "evdən çıxarma tələbinə" dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin mülki işin icraatı zamanı məlum olmuşdur ki, Cavabdeh3 digər cavabdeh İsmayıllı rayon Notariat Ofisinə müraciət edərək 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum babası X6 miras qalmış, İsmayıllı şəhəri Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanda yerləşən, ümumi sahəsi 58,2 kv/m, yaşayış sahəsi 19,8 kv.metr, yardımçı sahəsi 38,4 kv.metr olan fərdi yaşayış evini və 0,06 hektar həyətyanı torpaq sahəsini tam olaraq adına keçirmiş və həmin miras əmlak üzərində mülkiyyət hüququ Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 01 may 2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Bundan dərhal sonra Cavabdeh3 həmin əmlakı cavabdeh İsmayıllı rayonu Notariat Ofisində təsdiq edilmiş, 16 may 2024-cü il tarixli, reyestrdə 4Ə-472 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında cavabdeh X12 hədiyyə vermişdir. Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 07 iyun 2024-cü il tarixli, hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla cavabdeh X8 həmin miras əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mübahisəli miras əmlakın yerləşdiyi ünvan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 göstərilsə də Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda həmin ünvan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 kimi göstərilmişdir. Miras qoyan mərhum X1 cavabdeh X13 evləndirmiş, İsmayıllı şəhəri, T.İsmayılov küçəsi, ev 3 ünvada həyətyanı torpaq sahəsi almasına və fərdi yaşayış evi tikməsinə yardım etmiş, digər Cavabdeh3 da ailə həyatı quraraq başqa ünvanda yaşamasına yardım etmişdir. X20 mərhum X3 oğlu olduğundan bütün əmlakını ona vermiş, hətta bundan ötrü adına notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Ona həvalə edilmiş tapşırığı icra edilənə kimi X17 29 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Onlar həmin mübahisəli evdə doğulmuş, boya-başa çatmış, ailə həyatı quraraq hal-hazırda həmin evdə yaşayırlar. İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş, 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, həmin əmlaka dair guya X2 rayon Notariat Ofisində təsdiq edilmiş 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə qızı Cavabdeh3 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə ümumiyyətlə saxtadır. Göründüyü kimi, miras qoyan X17 vəfat etdiyi 29 yanvar 2015-ci il tarixdə, onunla həmin ünvanda birinci növbəli vərəsələrdən yalnız X20 və ailə üzvləri olmuşdur. Mirasın açıldığı 29 yanvar 2015-ci il tarixdən mirası qəbul edib 9 ildir ki, sahiblik edirlər. İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 58,2 kv.metr, yaşayış sahəsi 19,8 kv.metr, yardımçı sahəsi 38,4 kv.metr olan fərdi yaşayış evini və 0,06 kv.metr həyətyanı torpaq sahəsi üzərində İddiaçı2 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İddiaçılar məhkəmə iclasına gəlməmişlər, onları etibarnamə üzrə Vəkil1 təmsil etmişdir. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçıların vəkili/nümayəndəsi Vəkil1 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, onu etibarnamə üzrə Vəkil2 təmsil etmişdir. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh2 vəkili/nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, mübahisə predmeti olan əmlaka dair X2 rayon Notariat Ofisində təsdiq edilmiş 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə qızı Cavabdeh3 vəsiyyət etmişdir. X17 29 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Kərimova X26 rayon Notariat Ofisinə müraciət edərək 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X6 miras qalmış, İsmayıllı şəhəri Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanda yerləşən fərdi yaşayış evini və 0,06 hektar həyətyanı torpaq sahəsini tam olaraq adına keçirmiş və həmin miras əmlak üzərində mülkiyyət hüququ Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 01 may 2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh3 həmin əmlakı daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında cavabdeh X12 bağışlamışdır. İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 58,2 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə dair Cavabdeh2 mülkiyyət hüququ Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Cavabdeh2 qardaşı qızı İddiaçı1 rəsmi nikahda olduğu əri X44 ilə son iki ildən çoxdur onun və oğlunun yaşadığı iki otaqlı fərdi yaşayış evinə yerləşərək evi tərk etmək istəmirlər. Bununla da Cavabdeh2 mülkiyyət hüququ pozulmuşdur. İddia tələbini əsassız hesab edir və təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh3 Cavabdeh2 vəkili/nümayəndəsi Vəkil2 izahatının məzmununa uyğun izahat verərək əlavə olaraq göstərdi ki, Yaşar Səfərəliyev 1980-ci il tarixdən Rusiya Federasiyasına gedərək orada yaşamış və hazırda da Rusiya vətəndaşıdır. Həmin vaxtdan bir neçə dəfə İsmayıllı rayonuna gələrək atasından zorla pul alıb təkrar Rusiyaya qayıtmışdır. O. Atasından miras qalmıç əmlakları nə faktiki, nədə ki rəsmi olaraq qəbul etməmiş, onun qızı hazırki tələb üzrə İddiaçı1 isə ailə qurduqdan sonra qardaşı Qabil Səfərəliyeviə məxsus fərdi yaşayış evində müvvəqəti olaraq yaşamağa başlamışdır. Onu da bildirmək istəyir ki, İddiaçı1 hazırda ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi onun atasından miraq əmlak kimi qalmış fərdi yaşayış evi deyil, qardaşı Qabil Səfərəliyev tərəfindən sonradan inşa edilmiş və hazırda da onun mülkiyətində olan başqa bir fərdi yaşayış evidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-in 185.3 və 185.5-ci maddəsinə əsasən işə cavabdeh İsmayıllı rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan: 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 bütün daşınar və daşınmaz əmlakını harada yerləşməsindən asılı olmayaraq qızı Cavabdeh3 vəsiyyət etmişdir. 02 fevral 2015-ci il tarixli, AZ-İ №715978 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 29 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. 06 aprel 2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 29 yanvar 2015-ci il tarixdə vəfat etmiş X9 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh3dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nın qəbələ Ərazi İdarəsi tərəfindən 12 dekabr 2014-cü il tarixdə X14 verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanında yerləşən ümumi sahəsi 58,2 kv.metr, yaşayış sahəsi 19,8 kv.metr, yardımçı sahəsi 38,4 kv.metr, 1 otaqlı olan fərdi yaşayış evindən və 0,06 hektar torpaq sahəsindən ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 01 may 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydə alınmışdır. 16 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Kərimova X26 şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini və ümumi sahəsi 0,06 hektar torpaq sahəsini tam mülkiyyət üzrə qardaşı olan Cavabdeh2 mülkiyyətinə vermişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 06 fevral 2025-ci il tarixli, 5-54-1/2-35/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, 1929-cu il təvəllüdlü İsmayıllı rayonunda anadan olmuş X4 şəhər İƏD üzrə nümayəndəliyin 2012-2017-ci illər üzrə 20 təsərrüfatbaşına uçot kitabının 23 nömrəli səhifəsində İsmayıllı şəhəri, A.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanında tək olduğu və 29 yanvar 2015-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 12 fevral 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, X10 övladlarının ölümü haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış heç bir məlumat aşkar edilməmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X14 aid ailə tərkibi – oğlu X30 (xx.xx.1951), oğlu X27 (xx.xx.1955), oğlu X22 (xx.xx.1956), oğlu X23 (xx.xx.1959), qızı X15 (xx.xx.1961), qızı X11 (13.021965), qızı X16 (xx.xx.1966), oğlu X24 (xx.xx.1969) və qızı X18 (xx.xx.1970) müəyyən edilmişdir. İsmayıllı rayon Notariat Ofisinin 14 mart 2025-ci il tarixli, 180 nömrəli sorğuya cavab məktubundan görünür ki, X5 tərəfindən 25 sentyabr 2007-ci il tarixdə Cavabdeh3 verilmiş 2V-1/121 reyestr nömrəli vəsiyyətnamənin qüvvədə olub-olmaması mərhumdan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilən zaman “Elektron notariat” informasiya sistemində yoxlanılmış, yoxlanılmanın nəticəsində qüvvədə olması müəyyən olunmuş və notariat əməliyyatı rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş şəxsin sərhədkeçmə məlumatlarından görünür ki, X20 xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikasından çıxmış, xx.xx.2016-ci il tarixdə girmiş, xx.xx.2018-ci il tarixdə təkrar çıxmışdır. Məhkəmə qeyd edir ki, İddiaçı1 hazırki tələbi ilə bağlı müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır.Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Sözügedən tələb İddiaçı1 babasından qalmış miras əmlakla bağlı olduğundan və öncəki vərəsənin mövcudluğu sonraki növbəli vərəsəliyi istisna etdiyindən hazırki tələb üzrə İddiaçı1 sözügedən tələbi irəli sürməkdə subyektiv hüququ mövcud deyildir. Digər iddiaçıya münasibətdə məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli, yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014– cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin. Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Vərəsəlik institutu fərdilik və ailə–təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2–ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X5 29 yanvar 2015-ci il tarixdə vəfat ediyindən ondan qalan miarsla bağlı vərəsələr arasındakı mübahisənin həllinə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1245–ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, hazırki tələb üzrə iddiaçı X20 atası 29 yanvar 2015-ci il tarixdə vəfat etmiş X6 miras qalmış İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evinə dair miras əmlakı nə faktiki, nədə ki, rəsmi qəbul etməmişdir. İddiaçı miras qoyanın sağlığında və onun ölümündən sonra da ailəsi ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşamalarını bildirdə də bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi X20 qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiklərindən həmin hüququnu itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri–sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2–ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İş materiallarının tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X21 29 yanvar 2015-ci il tarixdə vəfat etdikdən sonra, miras açılanadək və sonra oğlu Yaşar Səfərəliyev atasının birinci növbəli vərəsəsi kimi mirasın qəbulu barədə notariat kontoruna hər hansı bir ərizə verməmiş, mirasa faktiki sahiblik etməmiş, miras qəbul etməsinə dair hər hansı bir zəruri hərəkəti yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etirbarsızlığı üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasə həmin qərarda qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Bundan əlavə, həmin normaya əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir. Belə ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 76). Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı. Məhkəmə vurğulayır ki, iddianı qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir. Halbuki, mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzərə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında vərəsəlik hüquq münasibətlərində imtina sistemi əsas götürülmüşdür. Bu xüsusatlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli və 26 dekabr 2023-cü il tarixli qərarlarında vurğulamışdır ki, “...vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması... vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”; “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz”. İddiaçı2 mirası faktiki qəbul etməmişdir. Bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bundan başqa İddiaçı2 iki aylıq kəsici müddəti də ötürmüşdür. Belə ki, “iddiaçı Cavabdeh2 cavabdehlər X44 və İddiaçı1 qarşı həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş 26 avqust 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi tələbi ilə 17 dekabr 2024-cü il tarixdə yəni sözügedən əsası bildiyin vaxtdan təxminən beş ay sonra məhkəməyə müraciət etmişlər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddia üzrə iddiaçının dövlət rüsumu barədə tələbi olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-181/2025
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-181/2025
23.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver