Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6322/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(008)-355/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-355/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 qalmış ev müxəlləfatı predmetləri 1 ədəd «İndezit» markalı soyuducu, 1 ədəd «Samsunq» markalı paltaryuyan maşın, 1 ədəd «Samsunq» markalı televizor, 1 ədəd «Mitsubişi» markalı kondisioner, 1 ədəd yataq, 1 ədəd dolab, 1 dəst divar mebeli, 1 ədəd servant, 1 ədəd mətbəx masası, 6 ədəd mətbəx oturacağı, çoxlu sayda müxtəlif kitablar və mətbəx ləvazimatları olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi, Cavabdeh1 Cavabdeh3 tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və bunun əsasında verilmiş 11 oktyabr 2021-ci il tarixli, AD626433 saylı qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilməsi qət edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(008)-355/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək qərardadın ləğv edilərək qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, mülki işə dair iddia ərizəsi 2020-ci ildə 2021-ci oktyabr ayının 1-i tarixindən əvvəl verilmişdir. Bu baxımdan apellyasiya şikayətinə görə dövlət rüsumu həmin iş üzrə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumuna uyğun olaraq 10 manat məbləğində ödənilmişdir. Hesab edir ki, apelyasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi qanunamüvafiq qaydada aparılmışdır. Yəni, məhkəmənin öz qərardadında əsas gətirdiyi normaya uyğun şəkildə dövlət rüsumun məbləğini hesablayıb, həmin məbləği ödəmək məqsədəuyğun deyildir. Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(008)-355/2022 saylı, 26 aprel 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən məhkəməyə ünvanlanmış ərizə şikayət ilə eyni məzmunda əsaslandırılmış və məhkəmədən şikayətin təmin edilməsi xahiş edilmişdir. Lakin iddiaçı X2 tərəfindən sübutlar, etiraz və ya izahatlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.4 və 8.4.1-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilərkən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50%-i miqdarında dövlət rüsumu ödənilməlidir. Həmin qanunun 8.2-ci maddəsinə əsasən bu növ iddialar, o cümlədən qiymətləndirilməyən iddiaların verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarından görünür ki, hazırki mübahisə üzrə ödənilməsi müəyyən edilmiş dövlət rüsumunun məbləği 100 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsasdır. Belə ki, 9 iyul 2021-ci il tarixli “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1 və 2.2-ci maddəsinə əsasən, bu qanunun 2021-ci il oktyabr ayının 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(008)-355/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-355/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsümü “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş məbləğə uyğun hesab edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəmənin 2(008)-355/2022 saylı, 24 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-355/2021 saylı, 01 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsümü “Dövlət rüsumu haqqında” Qanunda nəzərdə tutulmuş məbləğə uyğun hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6322/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6322/2022
12.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver