Məhkəmə qərarları › İş №2(105)-1097/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1097/2025

16.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1097/2025 16.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin, bağışlanma müqaviləsinin və çıxarışların ləğvi) X42 Süleymanovanın sədrliyi və məruzəsi, X22 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "vərəsəlik şəhadətnaməsinin, bağışlanma müqaviləsinin və çıxarışların ləğvi" tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(067)-270/2025 nömrəli qətnaməsinən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz şəhəri, M.P.Axundov küçəsi, ev 23-də yerləşən 0.415 ha torpaq sahəsi və üzərində olan 138.20 kvm fərdi yaşayış evi Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Xaçmaz rayon, notarial kontorunda təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 40-2291 reyestr nömrəli bağışlanma müqaviləsinin, Cavabdeh2 məxsus Xaçmaz şəhəri, M.E.Axundov küçəsi ev 23-də yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinə dair verilmiş DƏDRX-nin Xaçmaz rayon 5 saylı Ərazi İdarəsi tərəfindən Kod **********27-10301 saylı, xx.xx.2019-cu il tarixli çıxarışın, xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon 1 saylı notariat ofisində cavabdehlər arasında bağlanan bağışlanma müqaviləsinin və xx.xx.1992-ci il tarixdə X28 qanunla vərəsəlik hüququ haqqında şəhadətnamədə 3 övladı X2, Cavabdeh2 və Cavabdeh1 verilmiş vərəsəlik şəhadətnamələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdehlər onun yaxınlarıdır. Cavabdeh1 əmisi, Cavabdeh2 isə bibisidir. Xaçmaz şəhəri, M.F.Axundov küçəsi, ev 23-də yerləşən 0.415 ha torpaq sahəsi və üzərində olan 138.20 kvm fərdi yaşayış evi atası X3 anası, yəni nənəsi X23 məxsus olmuşdur. xx.xx.1992-ci il tarixdə torpaq sahəsi və fərdi yaşayış evinə dair verilmiş arxiv sənədlərindən görünür ki, X14 7 övladı olmuşdur. Lakin xx.xx.1992-ci il tarixdə X28 qanunla vərəsəlik hüququ haqqında şəhadətnamədə 3 ovladı X6, Cavabdeh2 və Cavabdeh1 göstərmişdir. Digər 4 övladı - X7, X1, X4, X5 vərəsəlik hüququ haqqında şəhadətnamələrdə göstərməmişdir. xx.xx.1992-ci il tarixdə Xaçmaz rayon Dövlət Notariusunda baxmayaraq ki, 7 nəfər vərəsə vardır, yalnız övladlarından 3 nəfərə vərəsəlik vermişdir. O, atası Bəhram Nüsrəddin oğlunun vərəsəsidir, bu səbəbdən də vərəsəlik şəhadətnaməsi, bağışlanma müqaviləsi və çıxarışlar ləğv edilərək bütün vərəsələr yəni X26 və X14 birgə nikahlarından olan övladları X15, Cavabdeh2, Cavabdeh1, X24, X8, X16 və X17 arasında X9 miras qalmış Xaçmaz şəhəri, M.F.Axundov küçəsi, ev 23-də yerləşən 0.415 ha torpaq sahəsi və üzərində olan 138.20 kvm fərdi yaşayış evi və 0.415 ha torpaq sahəsi 7 vərəsələr arasında bölünməlidir. Onun atası X24 vəfat etdiyi üçün və ona atasına görə vərəsəlik verildiyi üçün həmin miras qalmış, fərdi yaşayış və torpaq sahəsindən atasına düşən pay hissəsi ona verilməlidir. O, bir müharibə veteranı olaraq vərəsə kimi payı ola-ola öz ata-baba evindən pay ala bilmir, həmçinin orada yaşaya bilmir. Bu səbəbdəndə vərəsəlik şəhadətnaməsi, bağışlanma müqavilələri və çıxarışlar ləğv edilməlidir. Ona görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Evlənmə haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X28 ilə X26 arasında 07 fevral 1953-cü il tarixdə rəsmi nikah qeydi bağlanmışdır.

5. 13 noyabr 1953-cü il tarixli, 364 nömrəli torpaq qeydiyyatı sənədindən müəyyən edilir ki, 13 noyabr 1953-cü il tarixdə X23 dövlət tərəfindən Xaçmaz şəhəri, X47 küçəsi, ev 23 ünvanında yerləşən, xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0415 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı müddətsiz, torpaq sahəsi verilmişdir.

6. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin 10 aprel 2025-ci il tarixli, 05/Q-149/69 №-li arayışından müəyyən edilir ki, X18 və Nümayəndə barəsində Nikah haqqında 08 yanvar 1981-ci il tarixdə 05№-li akt qeydi tərtib olunmuşdur.

7. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin arayışının surətindən müəyyən olunur ki, X28 27 dekabr 1981-ci ildə vəfat etmişdir.

8. Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD-də nümayəndəsinin 14 mart 1992-ci il tarixli, 845 №-li arayışından müəyyən edilir ki, X28 27 dekabr 1981-ci ildə vəfat etdikdən sonra, ondan miras qalan əmlakı və evi həyat yoldaşı X26, uşaqları X27, Cavabdeh2 və X15 idarə etmişlər.

9. 16 mart 1992-ci il tarixli, 1M-55 nömrəli mülkiyyət şəhadətnaməsindən müəyyən edilir ki, X47 küçəsi, 23 ünvanında yerləşən, ümumi sahəsi 138.2 kv/m olan fərdi yaşayış evinin hüquqi sahibləri hər birinə 1/2 hissə olmaqla, X28 və X19r.

10. Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunun həmin vaxt dövlət notariusu işləmiş Ə.Qasımov tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 1992-ci il tarixli, reyestrdə 1M-56 nömrə ilə qeyd edilmiş, 39 nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.1981-ci il tarixdə vəfat etmiş X14 qanun üzrə vərəsələri – əri X26, uşaqları Cavabdeh2, X15, X20r. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə 1962-ci ildə 600 kv.metr torpaq sahəsində inşa edilmiş ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 71.3 kv.metr, faydalı sahə 73.6 kv.metr olan 2 mərtəbəli, 4 otaqlı evin 1/2 hissəsinə dair verilmişdir.

11. 27 aprel 1992-ci il tarixli yaşayış Əmlakının 1/4 hissəsinin hədiyyə aktının surətindən müəyyyən edilir ki, X26, Cavabdeh2 və X15 hər biri öz miras paylarından 1/4 hissədə X21 bağışlamışlar.

12. 06 may 1992-ci il tarixli, 1835 №-li Azərbaycan SSR Qeydiyyat Vəsiqəsinin surətindən müəyyən edilir ki, 1962-ci ildə 600 kv.metr torpaq sahəsində inşa edilmiş ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 71.3 kv.metr, faydalı sahə 73.6 kv.metr olan 2 mərtəbəli, 4 otaqlı evin hüquqi sahibi X20r.

13. 22 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən müəyyən edilir ki, hədiyyə verən Cavabdeh1 X47 küçəsi, 23 ünvanında yerləşən, ümumi sahəsi 138.2 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən və X47 küçəsi, 23 ünvanında yerləşən, ümumi sahəsi 0.0415 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən hədiyə alan bacısı Cavabdeh2 mülkiyyətinə verir.

14. 12 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********27-1031 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən edilir ki, xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0415 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin və onun üzərində yerləşən ümumi sahəsi 138.20 kvm. olan fərdi yaşayış evinin hüquqi sahibi Cavabdeh2dır.

15. AZ-İİ seriyalı 093326 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X24 10 dekabr 2012-ci ildə vəfat etmişdir.

16. Xaçmaz rayon Qeydiyyat Şöbəsinin arayışının surətindən müəyyən olunur ki, X26 23 avqust 2013-cü ildə vəfat etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

17. Xaçmaz Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(067)-270/2025 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abiyeva) İddiaçı cavabdehlər Cavabdeh2 və X21 qarşı vərəsəlik şəhadətnaməsinin, bağışlanma müqavilələrinin və çıxarışların ləğvi tələbinin rədd edilməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1159.1.4, 1159.1.5, 1159.2, 1159.3, 1159.4, 1159.5, 1243.1, 1243.2, 1243.3, 668.1 və 668.1.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan SSRi Mülki Məcəlləsinin 72, 73 və 552-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 88, 217.4, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

19. İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(067)-270/2025 nömrəli qətnaməsinin dəyişdirilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, atasıın qanuni vərəsəsidir. Məhkəmənin gəldiyi nəticə ilə razı deyil. Baxmayaraq ki, cavabdehlər ona qarşı qərəzli olmuşdur. Cavabdehlərin ona qarşı etdiyi qərəzli hərəkətlərə görə maddi və mənəvi ziyan çəkmişdir. Ona görə də hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir. Hakim ədalətli məhkəmə araşdırılma hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Sübutlarını təqdim etmək üçün məhkəmə onun iştirakını təmin etməmişdir. Məhkəmə onun vərəsə olduğunu nəzərə almayıb. Məhkəmə cavabdehlərin ona qarşı elədiyi qərəzli hərəkətlərinin ucbatından o, öz üzərinə düşən payı ala bilməməyini nəzərə almayıb. Hesab edir ki, apellyasiya məhkəməsi şikayətinə obyektiv baxaraq, ədalətli qərar qəbul edəcəkdir. Cavabdehlərin iddia tələbinin əsasını təşkil edən hər hansı sübutu təqdim etməmişdir. Məhkəmə qeyri mötəbər, ziddiyətli qətnamə yazmış, müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

22. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

24. 01.09.2000-ci il tarixədək qüvvədə olan SSR Mülki Məcəlləsi: Maddə 527. Vərəsəliyin əsasları Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.

Maddə 528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Maddə Maddə 530. Vərəsə ola bilən vətəndaşlar Aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar.

Maddə 532. Birinci növbə vərəsələr Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

Maddə 552. Mirasın qəbulu Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

Maddə 554. Vərəsəlik hüququnun başqasına keçməsi Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.

Maddə 555. Mirası qəbul edənin hüquqları Vərəsə, digər vərəsələrin gəlməsini gözləmədən, miras əmlakına sahiblik etməyə və ya onu idarə etməyə başlaya bilər.

Maddə 556. Mirasdan imtina Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul etməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir.

Maddə 73. Ümumi iddia müddətləri Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

28. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, X10 miras qalmış əmlaklar, yəni miras kütləsi – Xaçmaz şəhəri, X47 küçəsi, ev 23 ünvanında yerləşən xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0415 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 138.20 kvm. olan fərdi yaşayış evinin 1/2 hissəsindən ibarət olmuşdur.

30. X28 ilə X26 arasında 07 fevral 1953-cü il tarixdə rəsmi nikah qeydi bağlanmışdır. Bundan sonra 13 noyabr 1953-cü il tarixdə X23 dövlət tərəfindən Xaçmaz şəhəri, X47 küçəsi, ev 23 ünvanında yerləşən, xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0415 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi verilmişdir. X28 ilə X11 birgə nikahından yeddi övladları olmuşdur. X28 27 dekabr 1981-ci ildə vəfat etdikdən sonra, ondan miras qalan əmlakı və evi həyat yoldaşı X26, uşaqları X27, Cavabdeh2 və X15 idarə etmiş və sonuncular onun qanun üzrə vərəsələri kimi tanınmışlar və miras paydan (xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0415 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 138.20 kvm. olan Xaçmaz şəhəri, X47 küçəsi, ev 23 ünvanında yerləşən fərdi yaşayış evindən) hər birinə 1/8 hissədə pay almışlar. Bu barədə Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunun həmin vaxt dövlət notariusu işləmiş Ə.Qasımov tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 1992-ci il tarixli, reyestrdə 1M-56 nömrə ilə qeyd edilmiş şəhadətnamə tərtib olunmuşdur. Bundan sonra 27 aprel 1992-ci il tarixdə X26, Cavabdeh2 və X15 hər biri öz miras paylarından 1/4 hissədə X21 bağışlamışlar.

31. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir.

32. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı məsələdə tətbiq ediləcək maddi hüquq norması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən mübahisənin yarandığı vaxt deyil, münasibətlərin yarandığı vaxta görə tənzimlənməlidir. Bu halda, tərəflər arasındakı hüquq münasibətlərinin baş verdiyi zaman qüvvədə olmuş Azərbaycan SSRİ Mülki Məcəlləsinin hüquq normalari tətbiq olunmalıdır. Belə ki, tərəflər arasında hüquq münasibətlərinin baş verdiyi zaman (1992-ci il) qüvvədə olmuş Azərbaycan SSRi Mülki Məcəlləsinin 72-ci maddəsində göstərilir ki, müddət, hər hansı hərəkəti etmək üçün təyin edilmişdirsə, bu hərəkətlər müddətin axırıncı günündə saat iyirmi dördə qədər edilə bilər. Lakin bu hərəkət təşkilatda edilməli olduqda, müddət həmin təşkilatda müəyyən edilmiş qayda üzrə müvafiq əməliyyatlar qurtaran saatda qurtarır. Müddətin axırıncı günündə saat iyirmi dördə qədər poşt və teleqrafa təqdim edilən bütün lazımı ərizə və bildirişlər vaxtında verilmiş sayılır.

33. Məhkəmə hesab etmişdir ki, İddiaçı atası X24 miras açıldıqdan sonra analarından qalan mirasın faktiki qəbulu ilə bağlı hər hansı hərəkətləri etməmişdir. Sonuncu (vərəsə) mirası o vaxt qəbul edilmiş sayılardı ki, miras əmlakı faktiki olaraq idarə etməyə başlasın və ya notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə ilə müraciət etsin. Belə ki, X24 08 yanvar 1981-ci il tarixdə ailə qurduqdan sonra mübahisəli evdə yaşasa da, bir müddət sonra həmin evdən köçmüşdür. Anasının vəfat etdiyi gündən, yəni miras açıldıqdan sonra isə notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə ilə müraciət etməmişdir. Bundan əlavə İddiaçı atası X24 mirası qəbul etməməklə yanaşı, məhkəmə qaydasında mübahisələndirilməsi üçün nəzərdə tutulmuş şikayət müddətini də ötürmüşdür. Belə ki, Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunun həmin vaxt dövlət notariusu işləmiş Ə.Qasımov tərəfindən təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında 16 mart 1992-ci il tarixli, reyestrdə 1M-56 nömrə ilə qeyd edilmiş şəhadətnamə tərtib olunan vaxt notariat ofisi Azərbaycan SSRİ Mülki Məcəlləsinin maddələrini rəhbər tutaraq tərtib etmişdir. Həmin dövrün qanunvericiliyində şikayət müddəti üç il ərzində irəli sürülməsi nəzərdə tutulmuşdur. Qanun üzrə vərəsəlik şəhadətnaməsi isə 16 mart 1992-ci i tarixdə tərtib olunmuş və İddiaçı atası X24 bu tarixdən sonra üç il müddətində bu hüququndan istifadə etməmişdir. Bu da onu göstərir ki, X24 iddia müddətini ötürmüşdür.

34. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, X24 isə 10 dekabr 2012-ci ildə vəfat etmişdir. Vəfat edənin oğlu - İddiaçı isə atası X12 çatmalı olan miras əmlakdan payı ötən illər ərzində tələb etməmiş, yalnız 2024-cü ildə məhkəməyə müraciət etmişdir (MM 1246, 1273-1-ci maddə). Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki,iddia tələbi bu hissə də təmin edilməməlidir.

35. Məhkəmə iddiaçının 22 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin və 12 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********27-1031 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi tələbinə münasibətdə onu qeyd etmişdir ki, məhkəmə iclasında sözügedən müqavilənin hər hansı digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edilməmişdir. Belə ki, X28 27 dekabr 1981-ci ildə vəfat etdikdən sonra, ondan miras qalan əmlakı (Xaçmaz şəhəri, X47 küçəsi, ev 23 ünvanında yerləşən xüsusi mülkiyyət olan, ümumi sahəsi 0.0415 ha olan yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 138.20 kvm. olan fərdi yaşayış evinin 1/2 hissəsi) və evi həyat yoldaşı X26 və uşaqları X27, Cavabdeh2, X15 idarə etmiş və sonuncular onun qanun üzrə vərəsələri kimi tanınmışlar. Başqa sözlə desək, mirası faktiki olaraq mərhum X25 birinci dərəcəli vərəslərindən 4 nəfər qəbul etmişlər. Bundan sonra 27 aprel 1992-ci il tarixdə X26, Cavabdeh2 və X15 hər biri öz miras paylarından 1/4 hissədə X21 bağışlamış və X13 adına 1962-ci ildə 600 kv.metr torpaq sahəsində inşa edilmiş ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 71.3 kv.metr, faydalı sahə 73.6 kv.metr olan 2 mərtəbəli, 4 otaqlı evin hüquqi sahibi olması barədə 06 may 1992-ci il tarixli, 1835 №-li Azərbaycan SSR Qeydiyyat Vəsiqəsi verilmişdir. Daha sonra 22 oktyabr 2019-cu il tarixdə Cavabdeh1dov küçəsi, 23 ünvanında yerləşən, ümumi sahəsi 138.2 kv/m olan fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsindən və X47 küçəsi, 23 ünvanında yerləşən, ümumi sahəsi 0.0415 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus olan hissəsini bacısı Cavabdeh2 mülkiyyətinə vermişdir. Bundan sonra da X13 adına 1962-ci ildə 600 kv.metr torpaq sahəsində inşa edilmiş ünvan 2 ünvanda yerləşən yaşayış sahəsi 71.3 kv.metr, faydalı sahə 73.6 kv.metr olan 2 mərtəbəli, 4 otaqlı evin hüquqi sahibi olması barədə12 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********27-1031 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Yuxarıda qeyd olunan işin hallarına əsasən məhkəmə sözügedən müqavilənin və çıxarışın ləğv edilməsi üçün heç bir əsasın olmadığının qənaətinə gəlmişdir. Belə olan halda iddia tələbi bu hissədə də təmin edilməməlidir.

36. İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(067)-270/2025 nömrəli qətnaməsinin dəyişdirilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, qətnamənin ləğvi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyasının qənatincə birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, müqavilənin ləğvi ilə bağlı tələb hüququ tərəflərə məxsus olmaqla iddiaçı müvafiq tələb hüququna malik deyildir.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Qanunvericiliyin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 2(067)-270/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar