Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-712/2025 07.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi tələbi, qüvvə) X17 (sədrlik edən və məruzəçi), X35 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(037)-181/2025 nömrəli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 58,2 kv.metr, yaşayış sahəsi 19,8 kv.metr, yardımçı sahəsi 38,4 kv.metr olan fərdi yaşayış evini və 0,06 kv.metr həyətyanı torpaq sahəsi üzərində İddiaçı2 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 58,2 kv.metr, yaşayış sahəsi 19,8 kv.metr, yardımçı sahəsi 38,4 kv.metr olan fərdi yaşayış evini və 0,06 kv.metr həyətyanı torpaq sahəsi üzərində İddiaçı2 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
3. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, iddiaçı X20 cavabdehlər İddiaçı1 və X36 qarşı "evdən çıxarma tələbinə" dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və həmin mülki işin icraatı zamanı məlum olmuşdur ki, Cavabdeh3 digər cavabdeh İsmayıllı rayon Notariat Ofisinə müraciət edərək 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum babası X5 miras qalmış, İsmayıllı şəhəri Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanda yerləşən, ümumi sahəsi 58,2 kv/m, yaşayış sahəsi 19,8 kv.metr, yardımçı sahəsi 38,4 kv.metr olan fərdi yaşayış evini və 0,06 hektar həyətyanı torpaq sahəsini tam olaraq adına keçirmiş və həmin miras əmlak üzərində mülkiyyət hüququ Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 01 may 2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Bundan dərhal sonra Cavabdeh3 həmin əmlakı cavabdeh İsmayıllı rayonu Notariat Ofisində təsdiq edilmiş, 16 may 2024-cü il tarixli, reyestrdə 4Ə472 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında cavabdeh X12 hədiyyə vermişdir. Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 07 iyun 2024-cü il tarixli, hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla cavabdeh X7 həmin miras əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mübahisəli miras əmlakın yerləşdiyi ünvan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 göstərilsə də Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda həmin ünvan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 kimi göstərilmişdir. Miras qoyan mərhum X1 cavabdeh X13 evləndirmiş, İsmayıllı şəhəri, T.İsmayılov küçəsi, ev 3 ünvada həyətyanı torpaq sahəsi almasına və fərdi yaşayış evi tikməsinə yardım etmiş, digər Cavabdeh3 da ailə həyatı quraraq başqa ünvanda yaşamasına yardım etmişdir. X21 mərhum X3 oğlu olduğundan bütün əmlakını ona vermiş, hətta bundan ötrü adına notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Ona həvalə edilmiş tapşırığı icra edilənə kimi X18 29 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Onlar həmin mübahisəli evdə doğulmuş, boya-başa çatmış, ailə həyatı quraraq hal-hazırda həmin evdə yaşayırlar. İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş, 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, həmin əmlaka dair guya X2 rayon Notariat Ofisində təsdiq edilmiş 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə qızı Cavabdeh3 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə ümumiyyətlə saxtadır. Göründüyü kimi, miras qoyan X18 vəfat etdiyi 29 yanvar 2015-ci il tarixdə, onunla həmin ünvanda birinci növbəli vərəsələrdən yalnız X21 və ailə üzvləri olmuşdur. Mirasın açıldığı 29 yanvar 2015-ci il tarixdən mirası qəbul edib 9 ildir ki, sahiblik edirlər. İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 58,2 kv.metr, yaşayış sahəsi 19,8 kv.metr, yardımçı sahəsi 38,4 kv.metr olan fərdi yaşayış evini və 0,06 kv.metr həyətyanı torpaq sahəsi üzərində İddiaçı2 qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər.
4. İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(037)-181/2025 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1243.2, 1243.3 və 1255-ci maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 bütün daşınar və daşınmaz əmlakını harada yerləşməsindən asılı olmayaraq qızı Cavabdeh3 vəsiyyət etmişdir. 02 fevral 2015-ci il tarixli, AZ-İ №715978 nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X22 29 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. 06 aprel 2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 29 yanvar 2015-ci il tarixdə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı Cavabdeh3dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nın yanında DƏDRX-nın qəbələ Ərazi İdarəsi tərəfindən 12 dekabr 2014-cü il tarixdə X14 verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanında yerləşən ümumi sahəsi 58,2 kv.metr, yaşayış sahəsi 19,8 kv.metr, yardımçı sahəsi 38,4 kv.metr, 1 otaqlı olan fərdi yaşayış evindən və 0,06 hektar torpaq sahəsindən ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 01 may 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh3 adına qeydə alınmışdır. 16 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Kərimova X27 şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini və ümumi sahəsi 0,06 hektar torpaq sahəsini tam mülkiyyət üzrə qardaşı olan Cavabdeh2 mülkiyyətinə vermişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmışdır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 06 fevral 2025-ci il tarixli, 5-54-1/2-35/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, 1929-cu il təvəllüdlü İsmayıllı rayonunda anadan olmuş X4 şəhər İƏD üzrə nümayəndəliyin 2012-2017-ci illər üzrə 20 təsərrüfatbaşına uçot kitabının 23 nömrəli səhifəsində İsmayıllı şəhəri, A.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanında tək olduğu və 29 yanvar 2015-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 12 fevral 2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, X9 övladlarının ölümü haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış heç bir məlumat aşkar edilməmişdir. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X14 aid ailə tərkibi – oğlu X32 (xx.xx.1951), oğlu X28 (xx.xx.1955), oğlu X23 (xx.xx.1956), oğlu X24 (xx.xx.1959), qızı X15 (xx.xx.1961), qızı X10 (13.021965), qızı X16 (xx.xx.1966), oğlu X25 (xx.xx.1969) və qızı X19 (xx.xx.1970) müəyyən edilmişdir. İsmayıllı rayon Notariat Ofisinin 14 mart 2025-ci il tarixli, 180 nömrəli sorğuya cavab məktubundan görünür ki, mərhum X22 tərəfindən 25 sentyabr 2007-ci il tarixdə Cavabdeh3 verilmiş 2V-1/121 reyestr nömrəli vəsiyyətnamənin qüvvədə olub-olmaması mərhumdan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi verilən zaman “Elektron notariat” informasiya sistemində yoxlanılmış, yoxlanılmanın nəticəsində qüvvədə olması müəyyən olunmuş və notariat əməliyyatı rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş şəxsin sərhədkeçmə məlumatlarından görünür ki, X21 xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikasından çıxmış, xx.xx.2016-ci il tarixdə girmiş, xx.xx.2018-ci il tarixdə təkrar çıxmışdır.
7. Qətnаmədən nаrаzı qаlаn iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, İsmayıllı Rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qismən qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarından göründüyü kimi məhkəmə iddianın rədd edilməsinə dair belə nəticəyə gəlmişdir ki, İddiaçı2 mirası faktiki qəbul etməmişdir. Bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bundan başqa İddiaçı2 iki aylıq kəsici müddəti də ötürmüşdür. Belə ki, “iddiaçı Cavabdeh2 cavabdehlər BayramlıCəmil Fikrət oğlu və İddiaçı1 qarşı həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş 26 avqust 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bundan sonra iddiaçılar İddiaçı1Yaşar qızı, İddiaçı2 cavabdehlər Cavabdeh2Süleyman oğlu, Cavabdeh3 və İsmayıllı rayon NotariatOfisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi tələbi ilə 17 dekabr 2024-cü il tarixdə yəni sözügedən əsası bildiyin vaxtdan təxminən beş ay sonra məhkəməyə müraciət etmişlər. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz. Belə ki, Kərimova X27 rayonu Notariat Ofisinə müraciət edərək 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X5 miras qalmış, İsmayıllı şəhəri Q.Aslanov küçəsi dalan 5, ev 1 ünvanda yerləşən, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini və 0,06 hektar həyətyanı torpaq sahəsini tam olaraq adına keçirmiş və həmin miras əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 01 may 2024-cü il tarixli, hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Hesab edir ki, İddiaçı1, İddiaçı2 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia irəli sürmək üçün subyektiv hüquqa malikdirlər. İddiaçı1 həmin mübahisəli evdə doğulmuş, boya-başa çatmış, ailə həyatı quraraq halhazırda həmin evdə yaşayır. X11 isə ən azından həmin evə gözlənilən mülkiyyət hüququ vardır. Belə ki, miras qoyan X18 vəfat etdiyi 29 yanvar 2015-ci il tarixdə, onunla həmin ünvanda birinci növbəli vərəsələrdən yalnız X21 və ailə üzvləri olmuşdur. X2 rayonuNotariat Ofisində təsdiq edilmiş 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə həmin əmlakı qızı Cavabdeh3 vəsiyyət etsədə onun birinci növbəli vərəsəsi X11 məcburi pay almaq hüququ vardır. Həmin əmlakdan X11 məcburi payalmaq hüququ olduğundan, bu hüququn pozulması ilə verilən İsmayıllı rayonuNotariat Ofisinin notariusu tərəfindən tərtib edilmiş 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni sayıla bilməz. Bu səbəbdən X21 və İddiaçı1 iddia ərizəsi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, İsmayıllı rayonu Notariat Ofisinin notariusu tərəfindən tərtib edilmiş 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia irəli sürməkdə haqlıdırlar. Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını(məcburi pay) təşkil etməlidir. Göründüyü kimi sözügedən əmlakın Cavabdeh3Süleyman qızına vəsiyyət edilməsi və həmçinin İddiaçı1 atası X11 həmin miras əmlak üzərində məcburi paya malik olması işin mübahisəsiz hallarıdır. Bu səbəbdən hesab edir ki, X21 mirası qəbul etdiyi üçün onun miras əmlak üzərində məcburi payı müəyyən olunması və İsmayıllı rayonu Notariat Ofisinin notariusu tərəfindən tərtib edilmiş 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməlidir. Məhkəmənin X11 mirası qəbul etmə müddətini ötürməsi ilə bağlı dəlilə münasibət bildirərək qeyd edirəm ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli Qərarında Mülki Məcəllənin 1246-cı və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin Vİİhissəsinə uyğunluğunu qiymətləndirərkən, mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətlərin konstitusiya prinsiplərinə zidd olduğunu müəyyən etmişdir. Qərarda göstərilmişdir ki, vərəsəlik hüququ miras qoyanın vəfatı ilə yaranır və bu hüququn həyata keçirilməsi üçün müəyyən edilmiş xüsusi qəbul müddətinin mövcudluğu şəxsin mülkiyyət və vərəsəlik hüquqlarını qeyrimütənasib şəkildə məhdudlaşdırır. Bu səbəbdən, Mülki Məcəllənin qeyd olunan maddələri qüvvədən düşmüş hesab edilmişdir. Bu Qərar 26 dekabr2023-cü ildən etibarən qüvvəyə minmiş və həmin tarixdən sonra yaranan vərəsəlik münasibətlərinə və həmin tarixə qədər məhkəmələrin icraatında olan mübahisələrə şamil edilmişdir. Nəticə etibarilə, hazırda Azərbaycan Respublikasının qanunvericiliyində mirasın qəbul edilməsi üçün xüsusi bir müddət müəyyən edilməmişdir. Vərəsəlik hüququartıq mirasın açılması ilə yaranır və bu hüququn həyata keçirilməsi üçün xüsusi bir qəbul müddətinə ehtiyac yoxdur. Bu yanaşma, şəxsin mülkiyyət və vərəsəlik hüquqlarının tam şəkildə təmin olunmasına xidmət edir. Mülki Məcəllənin 1196-cı maddəsinin tələbinə görə, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən (Mülki Məcəllənin 152.1-ci, 1193-cü və 1196-cı maddələrinin) maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş və iddiaçıların hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir. İsmayıllı rayon Məhkəməsinin 2(037)-181/2025-nömrəli,23 aprel 2025-ci il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir.
9. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(037)- 181/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı Cavabdeh3 tərəfindən etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, cavabdeh İsmayıllı rayon Notariat Ofisi nümayəndəsini göndərməmişdir.
12. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(037)- 181/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(037)-181/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1133.1–ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 133.2–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1–ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1245–ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 1243.2–ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3–cü maddəsində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. İddiaçıların nümayəndəsi və vəkili Abbasov X37 Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(037)-181/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırki tələb üzrə iddiaçı X21 atası 29 yanvar 2015-ci il tarixdə vəfat etmiş X5 miras qalmış İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evinə dair miras əmlakı nə faktiki, nədə ki, rəsmi qəbul etməmişdir. İddiaçı miras qoyanın sağlığında və onun ölümündən sonra da ailəsi ilə birlikdə sözügedən fərdi yaşayış evində yaşamalarını bildirdə də bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi X21 qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədiklərindən həmin hüququnu itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014–cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246–cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248–ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri–sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2–ci maddəsində göstərilir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3–cü maddəsində göstərilir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255–ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab edir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133–cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. İş materiallarının tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X22 29 yanvar 2015-ci il tarixdə vəfat etdikdən sonra, miras açılanadək və sonra oğlu Yaşar Səfərəliyev atasının birinci növbəli vərəsəsi kimi mirasın qəbulu barədə notariat kontoruna hər hansı bir ərizə verməmiş, mirasa faktiki sahiblik etməmiş, miras qəbul etməsinə dair hər hansı bir zəruri hərəkəti yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, hazırki halda Cavabdeh3 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etirbarsızlığı üçün əsaslar mövcud deyil. Mübahisəyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasə həmin qərarda qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmişdir. Bundan əlavə, həmin normaya əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Nəzərə alınmalıdır ki, bu müddəa mirasdan imtina etmədiyinə görə vərəsəliyi artıq qətiləşmiş vərəsənin iki ay müddətində mirası qəbul etməməsinə (yaxud mirasa dair iddia qaldırmamasına) görə vərəsəlik hüququndan məhrum olmasını ehtiva etmir. Mirasın qəbulu və ya qəbulundan imtina edilməsi ilə bağlı mübahisə açılması dedikdə, həmin hüquqi hərəkətlər barədə ifadə edilmiş bəyanların iradə zədələnməsinə görə etibarsızlığının iki aylıq kəsici müddət ərzində mübahisələndirilməsi başa düşülür (məsələn, zorakılıq və ya hədələmə nəticəsində mirasın qəbulu və ya mirasdan imtina barədə verilmiş ərizənin təhlükə aradan qalxdığı andan iki ay müddətində mübahisə edilməsi). Hazırkı işdə isə belə hallar irəli sürülməmiş və ya məhkəmə tərəfindən aşkar edilməmişdir. Belə ki, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (§ 76). Bu baxımdan mirası qəbul etməsi və dolayısı ilə miras əmlak üzərində mülkiyyət hüququnu qazanması tanınan vərəsənin iki ay ərzində mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə açmamasına görə vərəsəlik hüquqlarını itirməsi barədə mövqe hüquqi məntiqə və qanunvericiliyə uyğun gəlmir. Belə yanaşma tam əşya hüququ sayılan mülkiyyət haqqına müddətin şamil olunmazlığı prinsipinin də pozulmasına səbəb olardı. Məhkəmə vurğulayır ki, iddianı qəbul etdiyi tanınan vərəsənin tələbinin Mülki Məcəllənin 1272-ci maddəsindəki iki aylıq müddətdə mirasın qəbulu və ondan imtina ilə bağlı mübahisə açmamağa görə rədd edilməsi, nəticə etibarilə vərəsənin həmin Məcəllənin qüvvədən düşürülmüş 1246-cı maddəsindəki üç aydan da az müddətin keçməsinə görə vərəsəlik hüququndan məhrum edilməsidir. Halbuki, mirasdan imtina etməmiş vərəsənin onu qəbul etmiş sayılması, mirasın açıldığı andan öz payı nisbətində miras əmlakın mülkiyyətçisi olması və mülkiyyət haqqının müddətlə məhdudlaşdırılmasının bu hüququn konstitusion mahiyyətinə xələl gətirməsi nəzərə alınaraq, Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan qərarlarında vərəsəlik hüquq münasibətlərində imtina sistemi əsas götürülmüşdür. Bu xüsusatlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 14 oktyabr 2022-ci il tarixli və 26 dekabr 2023-cü il tarixli qərarlarında vurğulamışdır ki, “...vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması... vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”; “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz” İddiaçı2 mirası faktiki qəbul etməmişdir. Bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bundan başqa İddiaçı2 iki aylıq kəsici müddəti də ötürmüşdür. Belə ki, “iddiaçı Cavabdeh2 cavabdehlər X47 və İddiaçı1 qarşı həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş 26 avqust 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və İsmayıllı rayon Notariat Ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi tələbi ilə 17 dekabr 2024-cü il tarixdə yəni sözügedən əsası bildiyin vaxtdan təxminən beş ay sonra məhkəməyə müraciət etmişlər. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(037)-181/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 2(037)-181/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.