Məhkəmə qərarları › İş №2(007)-300/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-300/2023

09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-300/2023 09.01.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 25 dekabr 1989-cu ildə anadan olmuş oğlu X2 rayonunun Şəmsabad kəndində evdə olduğu vaxt qıcolma keçirmişdir, o, tez kəndin feldşerini çağırmış, lakin o, gələnə kimi uşaq vəfat etmişdir. İkinci övladı 27 yanvar 1991-ci ildə anadan olmuş X11 da evdə olduğu vaxt qıcolma keçirmiş və sonra vəfat etmişdir. Övladlarının ikisini də Ağdaş rayonu Şəmsabad kənd qəbiristanlığında dəfn etmişdir. Maraqlı şəxsnə uşaqlarının ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmişdir, lakin müvafiq orqan ölüm faktını təstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu səbəbdən, ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. X1 və qızı X6 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşir. Bu səbəbdən də məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən, ərizəni təmin edib, 25 dekabr 1989-cu il təvəllüdlü X10 1990-cı ilin may ayında Ağdaş rayonu, Şəmsabad kəndində və 27 yanvar 1991-ci il təvəllüdlü X6 1991-ci ilin aprel ayında Ağdaş rayonu, Şəmsabad kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Bacısının uşaqları körpə vaxtı vəfat etmişlər. İlk öncə oğlan, sonra qız rəhmətə getmişdir. Onlar Ağdaş rayonu, Şəmsabad kənd qəbiristanlığında dəfn olunmuşlar. O, dəfn mərasimində ailəsi ilə birlikdə iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi onun həyat yoldaşının bacısıdır. Rəhmətə gedən şəxslər onun həyat yoldaşının bacısının uşaqlarıdır. O, baldızının uşaqlarından birinin, yəni X6 vəfat etməsini görmüşdür və ərizəçinin X1 vəfat etməsi barədə isə Lətafət xanım özü ona danışmışdır. O, özü 1990-cı ildə ailə həyatı qurmuşdur. Mərhumlar Ağdaş rayonu, Şəmsabad kənd qəbirstanlığında dəfn olunmuşlar. Ərizəçinin qızı X6 dəfni zamanı iştirak etməsə də, lakin, yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1967-ci ildə Ağdaş şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - XİV seriyalı 442532 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 25 dekabr 1989-cu il tarixdə Ağdaş rayonunun Şəmsabad kəndində doğulmuşdur. X9, anası Ərizəçidır; - XV seriyalı 463951 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 27 yanvar 1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X9, anası Ərizəçidır; - Bakı şəhəri Təcili və X5 Stansiyasının 6 saylı Bölməsinin xx.xx.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 22:42-də ünvan 2 ünvanında X8 yanına gəldikdə, qadın cinsli meyit, həkimə qədər ölüm müəyyən edilmişdir; - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli 05Q-1975/15 və 05Q-1976/15 saylı məktublardan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirirlər ki, bu qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərə çatdırırlar ki, X1 və qızı X6 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur; - Ramil Rəsulov (Ağdaş rayon Şəmsabad bələdiyyə sədri), Ərizəçi (ərizəçi), Abil Mayılov (kənd sakini), Oktay Hacıyev (kənd sakini) və Alma Hacıyeva (kənd sakini) tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, X3 övladı olmuş X13 25 dekabr 1989-cu ildə anadan olmuş və 1990-cı ilin may ayında rəhmətə getmiş, Şəmsabad kənd qəbiristanlığında dəfn edilmişdir. Onun digər övladı X11 adlı qızı 27 yanvar 1991-ci ildə anadan olmuş və həmin ilin aprel ayında vəfat etmişdir və Şəmsabad kənd qəbiristanlıqında dəfn edilmişdir. - Ağdaş Rayon Şəmdabad Bələyyəsinin xx.xx.2022-ci il tarixli, 112 saylı arayışından görünür ki, Ərizəçi mərhum əri X17 ilə birgə nikahı vaxtı onların hal şahidlərinin dediyinə görə xx.xx.1989-cu ildə anadan olmuş X13 1990-cı ilin may ayında rəhmətə getmiş və digər övladıları X11 xx.xx.1991-cil il tarixdə anadan olmuş, elə həmin ilin aprel ayında rəhmətə getmişdir. Hər iki mərhumlar Ağdaş rayon Şəmsabad kənd qəbiristanlıqında dəfn edilmişdir; - Məhkəməyə qəbrlərin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 25 dekabr 1989-cu il tarixdə Ağdaş rayonunun Şəmsabad kəndində doğulmuş oğlu X13 1990-cu ilin may ayında Ağdaş rayonunun Şəmsabad kəndində və onun 27 yanvar 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş qızı X11 1991-ci ilin aprel ayında Ağdaş rayonunun Şəmsabad kəndində vəfat etmişlər. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. Ərizəçi övladlarının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumların ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi övladları olan 25 dekabr 1989-cu il tarixdə Ağdaş rayonunun Şəmsabad kəndində doğulmuş X10 1990-cu ilin may ayında və 27 yanvar 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 1991-ci ilin aprel ayında Ağdaş rayonunun Şəmsabad kəndində vəfat etməsi faktları müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 25 dekabr 1989-cu il tarixdə Ağdaş rayonunun Şəmsabad kəndində doğulmuş X10 1990-cu ilin may ayında Ağdaş rayonunun Şəmsabad kəndində vəfat etməsi faktı və 27 yanvar 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş X6 1991-ci ilin aprel ayında Ağdaş rayonunun Şəmsabad kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar