Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3004/2022 14.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Nizami Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 adlı övladları doğulmuşdur. Övladı körpəliyindən sağlamlıq imkanları məhdud, serebral iflic xəstəsi olmuş, tam sərbəst yeriyə bilməmişdir. xx.xx.2022-ci il tarixdə yaşadıqları mənzilin hamam otağında tasın içərisini su ilə doldurub Ərtoğrulu çimizdirmək istəmiş, bu zaman Ərtoğrulu tasın kənarındakı oturacağa əyləşdirib sobada bişən yeməyə baxmaq üçün mətbəxə keçmiş, 5 dəqiqə sonra qayıtdıqda övladı Ərtoğrulun sürüşərək tasa düşdüyünü, oradan qalxa bilmədiyindən suda qalaraq boğulub öldüyünü görmüşdür. X11 Stansiyasının həkimləri gələnə kimi oğlu dünyasını dəyişmişdir. Oğlu vəfat eldikdən sonra onu Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn etmişlər. Oğlunun vəfat etmə faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə alınması üçün Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi xx.xx.2022-ci il tarixli məktubu ilə ona ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün oğlunun adına ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməyi göstərmişdir. Məhkəmənin iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X3 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin bacısıdır, hadisə 2021-ci ilin may ayının 22-də baş vermişdir. Bacısı uşağını vanna otağında vannanın içində çimməyə qoymuşdur. Uşaq oyncaqları ilə oynayırdı, o da bacısı ilə mətbəxdə olmuşdur. Bacısı tez-tez uşağa baxırdı, növbəti dəfə uşağa baxanda onu vannanın içində yatılı vəziyyətdə görmüş və həmin vaxt təcili tibbi yardım çağırmışlar. Həkim gəlmiş və uşağın vəfat etdiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X6 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinın həyat yoldaşı, X2 atasıdır. O, hadisə vaxtı işdə olmuş, hadisə barədə ona məlumat verdikdə oraya gəlmiş, o, gələndə uşaq rəhmətə getmişdir. Təcili yardım çağırılmış, həkim gələnədək ölüm halı baş vermişdir. Uşaq xəstə uşaq olmuşdur, uşaq həmin vaxt çox dərman qəbul edirdi. Uşaq 4 dəfə narkoz almış, boğulmalar olmuşdur. Hadisə vaxtı həyat yoldaşının bacısı da evdə olmuşdur. Dəfn Suraxanı rayon qəbirsanlığında olmuşdur. Onu orada heç kəs başa salmamışdır ki, uşaq ekspertizaya getməli idi, oradan sənəd verməli idilər. Həmin vaxt qarışıqlıq olmuş, 10 gündən sonra maraqlandıqda onlara məhkəməyə müraciət etmələrini demişlər. Məhkəmə mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tibbi-sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatdan görünür ki, X4 Diplegik spastik serebral iflic, aşağı ətrafların spastik paraparezi qeyd olunur, vətər reflksləri, əzələ tonusu yeksəlib D=S Uşaq sərbəst oturur, sərbəst yerimir. - “X12” MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərtoğrul Şükürova əqli və nitq inkişafın aşkar geriliyi, psixomotor oyanıqlıq diaqnozu qoyulmuşdur. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. - xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, hadisə yerində mərhum X2 atası və anası ərizə ilə rayon prokurorluğuna müraciət edərək hadisənin bədbəxt hadisə olduğunu, heç bir şikayətlərinin, şübhələrinin, tələblərinin olmadığını və meyitin daxili müayinə edilməməsini xahiş etmişdir. Hadisə yerinə və aşkar olunmuş meyitə xarici baxış zamanı X1 meyitinin bədəni üzərində hər hansı xəsarət izləri aşkar olunmamışdır. Beləliklə, aparılan araşdırma zamanı X2 ölməsi faktı üzrə cinayət hadisəsi müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi övladı X5 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi oğlunun ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3004/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3004/2022
14.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver