Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3016/2023 26.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan “Mitshubishi Pajero” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınıb ona geri qaytarılmasını təəb etsə də, mülkiyyətində olan mübahisəli avtomobilin axtarışı ilə bağlı X1 İdarəsinə müraciət etməmişdir. Hazırkı halda müəyyən edildi ki, “Mitshubishi Pajero” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobil iddaçının mülkiyyətində olmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək avtomobillə bağlı cavabdehə etibarnamə verilmişdir. İddiaçı verilmiş etibarnamənin müddətinin bitməsinə baxmayaraq, avtomobilin qaytarılmadığını bildirsə də, iş materiallarında onun mövcud məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etməsi, avtomobilin axtarışı və s. tədbirlər görməsi barədə sübutlar aşkar edilməmişdir. Hansı ki, iddiaçı ona məxsus olan avtomobil üzrə X1 İdarəsinə müraciət edib axtarış edərək həmin avtomobili qaytara bilər. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, hesab edirəm ki, qeyd olunanlara əsasən iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya qeyd olunan məsələ ilə bağlı aidiyyət orqana müraciət etməsi, müsbət nəticə əldə edilmədiyi halda isə orqanın hərəkətlərindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilsin, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, qeyd olunan məsələ ilə bağlı aidiyyəti orqana müraciət etməli, müsbət nəticə əldə edilmədiyi halda isə orqanın hərəkətlərindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumu ( FİN:xxxxxxx, "Kapital Bank” ASC, VÖEN: **********, terminal nömrəsi: K0100617, qəbz nömrəsi: 8801, GPP qəbz nömrəsi: **********, Tarix: xx.xx.2023, saat:09:34) dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-3016/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3016/2023
26.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver