Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3031/2023 04.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” X5nə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” X5nə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1969-cu il təvəllüdlü X6 onun atasıdır. O, xx.xx.1969-cu ildə Saatlı rayonu, Musah kəndində anadan oub. Mərhum atası xx.xx.2023-cü il tarixində vəfat edib. Bakı şəhəri Təcili və X4 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsi əsasən mərhum xx.xx.1969-cu il təvəllüdlü X6 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev 76, 122 nömrəli mənzildə vəziyyəti ağırlaşıb və təcili tibbi yardım gələnədək vəfat edib. xx.xx.2023-cü il tarixində mərhum atası xx.xx.1969-cu il təvəllüdlü X1 rayonu, Musalı kənd qəbiristanlığında dəfn edilib. Tərəfindən xx.xx.2023-cü il tarixində 4 saylı Bakı “ASAN xidmət” X5 mərhumə atasının ölümünün qeydə alınması barədə müraciət etsə də, ölüm faktının təsdiq edən tibbi müəssisəsinin müvafiq sənədi olmadığından, ölümünün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə imtina edilib. Mərhum atasının adına minik nəqliyyat vasitəsi miras olaraq qalıb, qeyd edilən daşınar əşyanı vərəsəlik qaydasında qəbul edilməsi (sənədləşdirilməsi) üçün “ölüm haqqında şəhadətnamənin” olması vacibdir. Bu səbəbdən ölüm faktının təsdiq edilməsi onun üçün buna görə zəruridir. Bu səbəbdən də Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərə əsasən mərhum atası xx.xx.1969-cu il təvəllüdlü X2 vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası xx.xx.1969-cu il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə faktiki yaşayış ünvanı olan ünvan 1yyən olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” X5 iş yükünün çoxluğunu nəzərə alaraq işə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baıxlmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, ərizəçi və mərhum onun qonşularıdır. Mərhum xx.xx.2023-cü il tarixdə vəfat edib. O, dəfn mərasimində iştirak edib. Mərhum Saatlı rayonunda dəfn olunub. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X9 ifadə verərək göstərdi ki, mərhum onun əmisi, ərizəçi isə əmisı qızıdır. Mərhum xx.xx.2023-cü il tarixdə ürə çatışmazlığından vəfat edib. Mərhum Saatlı rayonu, Musalı kənd qəbiristanlığında dəfn olunub. O, dəfn və yas mərasimində iştirak edib. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1969cu ildə Saatlı rayonunda anadan olub, ünvan 2 ünvanında qeydiyyata alınıb; - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu ildə Rusiya Federasiyasının Vladivostok şəhərində anadan olub, ünvan 2 ünvanında qeydiyyata lınıb; - İ-BC seriyalı № 424837 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu ildə Rusiya Federasiyasının Vladivostok şəhərində anadan olub, atası X6, anası X3r; - Bakı şəhəri Təcili və X4 Stansiyasının 6 saylı Bölməsinin xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 02:22-də Rüstəm Rüstəmov küçəsi 292, mənzil 122 ünvanında X2 yanına gəldikdə, kişi cinsli meyit, həkimə qədər ölüm müəyyən edilib; - 4 saylı Bakı “ASAN xidmət” X5 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/7-976/23 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5 ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər; - Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti Nərimanov kənd İnzibatiərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Saatlı rayonu, Musalı kəndində anadan olub, Bakı şəhəridə qeydiyyatda olan X6 xx.xx.2023-cü il tarixdə vətat etdikdən sonra Saatlı rayon Musalı kənd qəbiristanlığında öz yaxınlarının yanında dəfn edilib; - Məhkəməyə mərhum X2 qəbrinin yerləşdiyi yerin fotoşəkili təqdim edilib. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Saatlı rayonunda doğulmuş anası X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat edib. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almayıb. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət edib, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət edib. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1969-cu il tarixdə Saatlı rayonunda doğulmuş atası X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə Saatlı rayonunda doğulmuş X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3031/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3031/2023
04.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver