Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3031/2024 18.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs2nə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X7 xx.xx.1948-ci il tarixində ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayıb. X7 AZE seriyalı 00019245 nömrəli şəxsiyyət vəsiqəsi və A3 seriyalı, 682138 nömrəli doğum şəhadətnaməsinə malik olub. Məlumat üçün bildirir ki, X7 ağır xəstəlikdən əziyyət çəkib. Belə ki, X7 mütəmadi olaraq X1nın və onun himayəsində yaşayıb. X1 daim ona qulluq göstərib. xx.xx.2024-cü ildə müalicə alması üçün X16 yerləşdirilib. xx.xx.2024-cü il tarixdə halı tamam pisləşib, sağ beyin yarımkürəsində beyin infaktı, 3-cü dərəcəli hipertoniya, kəskin tənəffüz çatışmazlığı, kəskin ürək çatışmazlığından rəhmətə gedib. X19 PHŞ tərəfindən xx.xx.2024-cü il tarixli ölüm haqqında arayış verilib. X7 Bakı şəhəri, Zabrat qəsəbəsi, Bələdiyyə ərazisində ki, Sabunçu rayon Xristian qəbirisanlığında dəfn edilib. Həmçinin, bu barədə Bələdiyyə tərəfindən müvafiq arayış verilib. Bundan sonra 20 avqust 2024-cü il tarixdə Səbail Rayon Qeydiyyat Şöbəsinə ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət edib, həmin Şöbə tərəfindən 20 avqust 2024-cü il tarixli,3-16-5/7-540/15 saylı imtina məktubu verilib. Bu səbəbdən ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Həmçinin, nəzərə çatdırır ki, mərhum X4 yeganə yaxınları X1, o və qardaşı X9r. xx.xx.2023-cü il tarixində 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Qfisinin Xüsusi notariusu X5 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-235 №-si qeydiyyatdan keçmiş vəsiyyətnaməyə əsasən X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili o və qardaşı X10 bərabər hissədə olmaqla vəsiyyət edib. Qeyd edilənlərə əsasən, 02 aprel 1948-ci il təvəllüdlü X4 14 avqust 2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Maraqlı şəxs1 iş üzrə maraqlı şəxs kimi cəlb edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, Maraqlı şəxs2 işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X11 ifadə verərək göstərdi ki, o, ərizəçini tanıyır, mərhumu isə 1985-ci ildən tanıyır. Mərhumun qohumu kimi anası var idi, amma çoxdan vəfat edib. Mərhum 2024-cü ilin yay ayında vəfat edib, o, xəstə idi. Mərhumun dəfn və yas mərasimində iştirak edib. Mərhum Sabunçu ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, o, ərizəçinin anasıdır. Mərhumla bir yerdə işləyib, onu 1984-cü ildən tanıyır. Mərhuma özü qulluq edib, o, 2024-cü ilin avqust ayının 14-dən 15-ə keçən gecə vəfat edib, təcili tibbi yardım çağırılıb. Mərhumun dəfn və yas mərasimində iştirak edib, özü mərasimləri təşkil edib. Mərhum Sabunçu ərazisində yerləşən qəbiristanlıqda dəfn edilib. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 00019245 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1948-ci ildə ünvan 3 ünvanında qeydiyyata alınmışdır; - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 4 ünvanında qeydiyyata alınmışdır; - “X18” PHŞ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 xx.xx.2024-cü il tarixdə sağ beyin yarımkürəsində beyin infaktı, 3-cü dərəcəli hipertoniya, kəskin tənəffüz çatışmazlığı, kəskin ürək çatışmazlığından ölmüşdür; - Maraqlı şəxs2 tərəfindən X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/7-540/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası"nın 8.5-ci bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəməyə müraciət edilməsi xahiş edilmişdir; - Sabunçu Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 232 saylı arayışından görünür ki, kimsəsiz olan tanışları 1948-ci il təvəllüdlü X7 həqiqətən “X2”nda dəfn olunmuşdur; - 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X7 həmin vəsiyyətnamə ilə aşağıdakı sərəncamı verir: 1. Ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını X10 və Ərizəçi bərabər hissədə vəsiyyət edir. Azərbaycan Respublikası Mülki məcəlləsinin 1159, 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu notarius tərəfindən ona izah edildi; - Məhkəməyə mərhum X4 qəbrinin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.1948-ci ildə Bakı şəhərində doğulmuş X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. X4 ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət edilmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Mərhum mülkiyyətində olan əmlakı ərizəçiyə və onun qardaşına vəsiyyət etmiş, ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1948-ci ildə Bakı şəhərində doğulmuş X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci ildə Bakı şəhərində doğulmuş X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3031/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3031/2024
18.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver