Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3092/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 Abdulüsüm oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Abdulüsüm oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, bağ sahəsinin mülkiyyətə qaytarılması, dövlət reyestrindən çıxarışın verilməsi və pul” tələbinə dair iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Abdulüsüm oğluna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, bağ sahəsinin mülkiyyətə qaytarılması, dövlət reyestrindən çıxarışın verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış əsasında ona məxsus olan ünvan ni aralarında olan müqavilənin şərtlərini pozmaqla üçüncü şəxslərə satmışdır. Bu səbəbdən də o, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Belə ki, Cavabdeh2 ilə onun arasında 21 may 2021-ci il tarixli “hüquqların əvəzli qaydada ötürülməsinə dair” müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, ona məxsus olan ünvan barəsində bütün hüquqların ötürülməsi barəsində etibarnamənin verilməsinin əvəzi olaraq Cavabdeh2 10000 (on min) manat məbləğində pulun və xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan aktla müəyyənləşdirilmiş 95000 (doxsan beş min) manat dəyərində olan tikinti materiallarını ona verməli idi. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən, Cavabdeh2 10 iyun 2021-ci il tarixinə qədər İddiaçı 10000 (on min) manat məbləğində pul ödəməyi öz üzərinə götürmüşdür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, Cavabdeh2 22 avqust 2021-ci il tarixinə qədər İddiaçı aktla müəyyən edilmiş tikinti materiallarını təhvil verməyi öz öhdəsinə götürmüşdür. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, o, cavabdehə ünvan nə dair bütün hüquqların ötürülməsi barədə etibarnamə versə də, cavabdeh müqavilənin 3.2 və 3.3-cü bəndlərində nəzərdə tutulan öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh ona 10 iyun 2021-ci il tarixinə qədər ödəniş etməli olsa da, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Həmçinin, o, 22 avqust 2021-ci il tarixinə qədər ona verməli olduğu tikinti materiallarını da təhvil verə bilməyəcəyini bildirmişdir. Hesab edir ki, onun bu hərəkətləri tamamilə aralarında olan razılaşmaya ziddir. Cavabdeh2 AN-İ seriyalı, ******* saylı 22 may 2021-ci il tarixli alqı-satqı müqaviləsini onun adından imzalamışdır. Bununla da həmin əmlak Cavabdeh1 mülkiyyətinə keçmişdir. “Hüquqların əvəzli qaydada ötürülməsinə dair” 21 may 2021-ci il tarixli müqavilənin 6.3-cü bəndində qeyd edilmişdir: “Əgər Cavabdeh2 bu müqavilə ilə müəyyən edilən öhdəliklərini tam həcmdə yerinə yetirməzsə, ünvan barəsində etdiyi bütün hərəkətlər və bağladığı bütün müqavilələr etibarsız hesab ediləcəkdir. Belə olan halda, üçüncü şəxslər qaşısında bütün məsuliyyəti Cavabdeh2 daşıyır”. Göründüyü kimi, cavabdeh aralarında olan müqavilə ilə müəyyən olunan vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan ni AN-İ seriyalı ******* saylı 22 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. 21 may 2021-ci il tarixli “hüquqların əvəzli qaydada ötürülməsinə dair” müqavilənin 6.4-cü maddəsinə əsasən, tərəflərdən hər biri bu müqavilənin şərtlərinin pozulmasına görə 30000 (otuz min) manat məbləğində təzminat ödəməlidir. İşin faktiki hallarından da göründüyü kimi, Cavabdeh2 müqavilə üzrə öhdəliklərini qəsdən icra etməmişdir. Bu səbəbdən də o, həmin müqavilənin 6.4-cü maddəsinin tələblərinə əsasən təzminat olaraq ona 30000 (otuz min) manat məbləğində pul ödəməlidir. Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış ünvan nin alqı-satqısına dair AN-İ seriyalı ******* saylı 22 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan nə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan nin onun mülkiyyətinə geri qaytarılması və ona həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və Cavabdeh2 30000 (otuz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 Abdulüsüm oğlu iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ərizəsində onu da cavabdeh kimi göstərmişdir. İddiaçı hesab edir ki, Cavabdeh2 ilə aralarında 21 may 2021-ci il tarixli “hüquqların əvəzli qaydada ötürülməsinə dair” müqavilə imzalamış və həmin müqavilənin şərtlərini Cavabdeh2 pozmuşdur. Onu da qeyd edir ki, onun həmin müqavilədən heç bir xəbəri yoxdur və hər hansı bir formada onun bağlanmasında iştirak etməmişdir. Məlumat üçün bildirir ki, 22 may 2021-ci il tarixdə Cavabdeh2 İddiaçı tərəfindən Cavabdeh2 notarial qaydada verilmiş etibarnaməyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 1591 saylı bağ sahəsini Bakı şəhəri 53 saylı notariat ofisində notarial qaydada 55000 manat məbləğində Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaqla almışdır. Notariusda həmin daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanan zaman İddiaçı da notariusun ofisində idi. İddiaçı notariusda tələb edirdi ki, onunla Cavabdeh2 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmadan öncə Cavabdeh2 torpağa görə qalan borcunu, yəni 20000 manatı versin və sonra daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalansın. Lakin notarius işçiləri İddiaçı başa saldılar ki, “daşınmaz əmlakın alqı-satqı müqaviləsi hazırlanmadan öncə heç kim sizə notarial qaydalarının ziddinə olaraq pul verməyəcək”. Cavabdeh2 ilə onun arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi hazırlanıb imzalandıqdan sonra o, 55000 manat məbləğində pulu notariusun ofisində olan bank xəzinəsinə təhvil vermişdir (bu barədə bank tərəfindən verilmiş qəbz də var). Həmin pulu Cavabdeh2 bank xəzinəsindən götürmüş və İddiaçı torpaqdan qalan borcunu, yəni 20000 manatı vermişdir. Onu da qeyd edir ki, o, daşınmaz əmlakın alqı-satqı müqaviləsini İddiaçı ilə bağlanmasını istəmişdir. Lakin İddiaçı bildirmişdir ki, ünvan ni notarial qaydada verdiyi etibarnamə yolu ilə Cavabdeh2 satıb və bu səbəbdən torpağın sahibi Cavabdeh2 olduğu üçün onunla alqısatqı müqaviləsi bağlanmalıdır. Hətta o, 20000 manat pulu qabaqcadan ondan da istəmişdir. Lakin o, Məhəmmədə bildirmişdir ki, notarial qaydalara uyğun daşınmaz əmlakın alqı-satqı müqaviləsi kim ilə bağlanacaqsa pul bank yolu ilə ona veriləcək. İddiaçı Cavabdeh2 notarius ofisində 20000 manat aldığını iddia ərizəsində qeyd etməyib. İddiaçı iddia ərizəsində Cavabdeh1 cavabdeh kimi göstərməsini əsaslardırmaq üçün İddiaçı ilə Cavabdeh2 arasında 21 may 2021-ci il tarixli “hüquqların əvəzli qaydada ötürülməsinə dair” imzaladıqları müqaviləyə istinad edir. Həmin müqavilədə onun imzası və heç bir öhdəliyi yoxdur. İddiaçı qanunverici və icra orqanı olmadığı üçün onunla Cavabdeh2 arasında bağladığı hər hansı bir müqavilə üçüncü şəxsə şamil edilə bilməz. İddiaçı ilə Cavabdeh2 arasında bağlanan müqavilənin yalnız onlara aidiyyəti ola bilər, üçüncü şəxsin bu müqaviləyə heç bir aidiyyəti ola bilməz. Bu səbəbdən də İddiaçı iddia ərizəsində istinad etdiyi dəlillər ona qarşı istifadə edilə bilməz. İddiaçı iddia ərizəsində Cavabdeh1 cavabdeh kimi göstərməsinin rədd edilməsi, ona qarşı məhkəmə icraatının dayandırılaraq xitam verilməsi və 2(007)-3092/2021 saylı iş üzrə cavabdehin yalnız Cavabdeh2 kimi göstərilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, o, Cavabdeh2 “Ruslan” adlı tanışı vasitəsilə beton zavodu işlədən iş adamı kimi tanımışdır. Aydın əvvəllər də onun mülkiyyətində olan əmlakları almaq istəmiş, sonuncu dəfə isə özünə məxsus olmaqla, Şüvəlan qəsəbəsində yerləşən torpaq sahəsini 125.000 manat müqabilində Aydına satması barədə razılaşmışlar. Həmin vaxt, Aydın hazırda pulunun olmadığını bildirmiş, lakin “Vüqar” adlı tanışına həmin torpaq sahəsini girov qoyub mərmər götürəcəklərini və ona ilkin olaraq 20.000 manat, daha sonra 10.000 manat məbləğində pul və 95.000 manat dəyərində tikinti materiallarını verəcəyini və narahat olmamasını bildirmişdir. Məhz bundan sonra o, pulunu ödədikdən sonra torpağın kimə girov qoyulmasının üçüncü şəxslə onun arasında olan məsələ olduğunu Aydına bildirmiş və özü də ali təhsilli hüquqşünas olduğu üçün beş şahidin iştirakı ilə, Aydınla 10 bənddən ibarət 21 may 2021-ci il tarixli “hüquqların əvəzli qaydada ötürülməsi” barədə müqavilə bağlamışdır. O, Aydına məhz torpaq sahəsi satdığı üçün, borc müqaviləsi bağlamamışdır, çünki Aydına borc verməmişdir. Hazırkı iş üzrə cavabdehlər Aydınla Vüqar arasında notariusda müqavilə bağlanan zaman Aydın ona söz verdiyi pulu, yəni torpaq sahəsi müqabilində ilkin olaraq 20.000 manat pul vermiş və o, notariusdan çıxıb getmişdir. Lakin, sonradan Aydın onunla aralarında bağlanmış “hüquqların əvəzli qaydada ötürülməsi” barədə müqavilənin şərtlərinə əməl etməmişdir. Bundan sonra o, Aydın barəsində hüquq-mühafizə orqanlarına şikayət etmiş və hazırda sonuncu axtarışdadır. Hazırkı vəziyyətdə faktiki olaraq onun Aydına 125.000 manat müqabilində satmağa razılıq verdiyi torpaq sahəsindən ona cəmi 20.000 manat pul çatmış, qalan 105.000 manat pul isə ona qaytarılmamışdır. Buna görə də o, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. O cümlədən, məhkəmənin nəzərinə çatdırır ki, Vüqarın qeyd olunan torpaq sahəsinə pul verməsi və bununla bağlı digər hallar Aydınla Vüqarın öz aralarında olan məsələdir, Vüqar pulunu Aydından tələb etməli və bütün narazılığını ona deyil, Aydına bildirməlidir. Çünki Aydınla aralarında bağladıqları müqavilədən də göründüyü kimi, üçüncü şəxslər qarşısında o deyil, Aydın məsuliyyət daşıyır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 Abdulüsüm oğlu iddia tələbini qəbul etməyib, etirazında göstərdikləri ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı iddia ərizəsində bildirir ki, Cavabdeh2 daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış əsasında ona məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 1591 saylı bağ sahəsini aralarında olan müqavilənin şərtlərini pozmaqla üçüncü şəxslərə satmışdır. Bu səbəbdən də iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini istəyir. Bildirmək istəyir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqavilədən nə xəbəri olub, nə də həmin müqavilədə onun imzası yoxdur. Bu səbəbdən də, həmin müqavilənin şərtləri və hüquqi tələbləri Azərbaycan qanunvericiliyinə görə ona şamil edilə bilməz və onun müqaviləyə görə heç bir məsuliyyəti yoxdur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onunla Cavabdeh2 arasında bağlanan müqavilənin 3.2-ci bəndinə əsasən, Cavabdeh2 10 iyun 2021-ci il tarixinə qədər İddiaçı 10000 manat məbləğində pul ödəməyi öz üzərinə götürmüşdür, lakin Cavabdeh2 10 iyun 2021-ci il tarixinə kimi ona heç bir ödəniş etməyib. İddiaçı məhkəmənin hazırlıq iclasında da və sonrakı baxış iclaslarında da etiraf etmişdir ki, Cavabdeh2 ona 22 may 2021-ci il tarixdə 20000 manat pul verib. Beləliklə, İddiaçı iddia ərizəsini yalan üzərində qurduğunu məhkəmədə özü sübut etmişdir. Bu da iddiaçının vicdanlı tərəf olmadığının təkzib olunmaz sübutudur. İddiaçı məhkəmədə bildirdi ki, o, Cavabdeh2 barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə şikayət edərək, Cavabdeh2 torpağa görə 105.000 manat pul tələbi qoyub, hal-hazırda Nərimanov Rayon Polis İdarəsində cinayət işi açılıb və istintaq gedir. Hesab edir ki, İddiaçı ilə Cavabdeh2 Mehman oğlu arasındakı torpağa görə 105.000 manat pul tələbinə Nərimanov Rayon Polis İdarəsinin İstintaq orqanı öz hüquqi qiymətini verəcək. Belə çıxır ki, iddiaçı həm torpağın məhkəmədən ona verilməsini istəyir, eyni zamanda Cavabdeh2 30.000 manat təzminat istəyir, birdə Nərimanov Rayon Polis İdarəsinin İstintaq İdarəsi vasitəsilə 105.000 manat istəyir. Bunu isə yalnız məkirli və vicdanı təmiz olmayan şəxslər istəyə bilər. İddiaçı Cavabdeh2 Mehman oğlu ilə aralarında bağlanmış müqavilənin heç bir bəndinin Cavabdeh2 Mehman oğlu tərəfindən pozulmadığına baxmayaraq və heç bir səbəb olmadan 11 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək alqı-satqı müqaviləsinin ləğvini tələb etmişdir (Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə ödəniş qəbzi işin içində var). Bakı şəhəri Xəzər Rayon Məhkəməsi onun iddiasını rədd etmişdir. İddiaçı çıxışlarında bildirir ki, guya o, yəni Cavabdeh1 və Cavabdeh2 birləşərək onun torpağını əlindən alıblar. Lakin, 01 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında özü etiraf etdi ki, Cavabdeh2la əlaqə saxlayır və Cavabdeh2 ona bildirib ki, tezliklə onun pulunu, yaxud da torpağını notarius yolu ilə alıb qaytaracaq. Məmmədov Mehman və Cavabdeh2 istədikləri vaxt görüşdüklərinin bir sübutu da, 11 iyun 2021-ci il tarixli 53 saylı notariusa birlikdə ərizə vermələridir (həmin ərizə və “elektron notariat” çıxarışı işin içində var). 11 iyun 2021-ci il tarixdə İddiaçı Cavabdeh2 Mehman oğluna verdiyi etibarnamə onların ərizələrinə əsasən notarius tərəfindən ləğv edilmişdir. Cavabdeh1 ilə Cavabdeh2 Mehman oğlu arasında bağlanmış ünvan nin alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı, 22 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinə aid edilə bilməz. Çünki, qanunvericiliyə görə qanunların təsiri geri yox, təsdiq olunduğu tarixdən qüvvədə olur. Bu səbəbdən də 11 iyun 2021-ci il tarixdə Cavabdeh2 Mehman oğluna verilmiş etibarnamənin ləğv edilməsi 20 gün əvvəl həmin etibarnaməyə görə olan alqı-satqı müqaviləsinə aid edilə bilməz. Bunlar onu sübut edir ki, İddiaçı iddiada göstərdiyi kimi zərərçəkmiş deyil, ona qarşı məkirli qabaqcadan hazırlanmış planı olub. Belə ki, o, Cavabdeh2 torpağın satılmasına görə mülki etibarnamə verib, torpağı Cavabdeh2 həmin etibarnamə yolu ilə satdıqdan qısa bir müddətdən sonra həmin etibarnaməni ləğv etdirməklə torpağı geri alacaq və onun torpağa görə ödədiyi pulları deyəcək ki, “get Cavabdeh2 al, mənə verməmisən”. Necə ki, bu məhkəmədə İddiaçı indi belə deyir. Həmçinin bildirir ki, o, ixtisasca tikinti sahəsi üzrə mühəndis olsa da, son 2-3 ay müddətində pandemiya ilə bağlı işsiz qalmış və torpaq alqı-satqısı ilə məşğul olmaq istəmişdir. Bununla bağlı, mübahisə predmeti olan torpaq sahəsinə dair Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlamış, qanunvericiliyin tələbinə uyğun olaraq 55.000 manat pulu notariusda bankın depozit hesabına keçirmişdir. Aydınla onu ev alqı-satqısı ilə məşğul olan şəxslər tanış etmişdir. O, hazırkı iş üzrə cavabdeh ola bilməz, çünki o, vicdanlı alıcıdır. Aydınla Məhəmməd arasında “hüquqların əvəzli qaydada ötürülməsi” barədə müqavilənin olmasından xəbərsiz olmuşdur, hətta o, notariusda olan zaman məhz torpağın mülkiyyətçisi ilə müqavilə bağlamaq istədiyini desə də, Aydın Məhəmmədin ona etibarnamə verdiyini, faktiki mülkiyyətçi olduğunu özünün olduğunu bildirmişdir. Məhəmməd də həmin vaxt orada olmuş, torpağın satıldığını bilmiş və 20.000 manatı götürüb oradan getmişdir. Sonradan isə ona qarşı əsassız iddia qaldırmışdır. O, qanuni şəkildə pulunu ödəyib torpaq almışdır, həmin torpağa dair ona qanuni olaraq çıxarış verilmişdir. Buna görə də, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə (o cümlədən istifadəsində olan mobil nömrəsinə elektron məhkəmə informasiya sistemi vasitəsilə sms bildiriş çatdırılmasına) baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilən X3 verdiyi izahatında göstərdi ki, İddiaçı onun tanışıdır. Vüqarla Aydın arasında alqı-satqı müqaviləsi bağlanan zaman Vüqar tərəfdən Maşallah adlı şəxs qeyd olunan torpaq üçün 28.400 manat məbləğində pul ödəmişdir. Həmin puldan 20.000 manat hazırkı iddiaçı Məhəmmədə, 5.000 manat Aydına və 3.400 manat Ramin adlı şəxsə çatmış, sonda isə Maşallah 1.600 manat borclu qalmış və səhəri gün həmin pulu ödəyəcəyini bildirmişdir. Bununla yanaşı, Məhəmmədlə Aydın arasında müqavilə bağlanan zaman Vüqar orada olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin, o cümlədən şahidin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 20 yanvar 2021-ci il qeydiyyat tarixli çıxarışın kserosurətindən görünür ki, ünvan ünvanında yerləşən, ümumi sahəsi 0,1056 ha olan torpaq sahəsi İddiaçı tam pay üzrə xüsusi mülkiyyətindədir; - İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış “Hüquqların əvəzli qaydada ötürülməsinə dair” 21 may 2021-ci il tarixli müqavilənin 1-ci bəndindən görünür ki, müqavilənin predmetini İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış əsasında ona məxsus olan ünvan barəsində bütün hüquqların ötürülməsi barəsində etibarnamənin verilməsi əvəzi olaraq Cavabdeh2 tərəfindən 10.000 (on min) manat məbləğində pulun və xüsusiyyətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan aktla müəyyənləşdirilmiş 95.000 (doxsan beş min) manat dəyərində olan tikinti materiallarının verilməsi barədə razılığın bu müqavilə şərtlərinə müvafiq əldə olunması təşkil edir. Həmin Müqavilənin: 3.1, 3.2 və 3.3-cü bəndlərinə əsasən, İddiaçı bu müqavilənin imzalandığı gün Cavabdeh2 ünvan barəsində bütün hüquqların ötürülməsi barəsində etibarnamə verir. Cavabdeh2 10.06.2021-ci il tarixinə qədər İddiaçı 10.000 (on min) manat məbləğində pul ödəyir. Cavabdeh2 22.08.2021-ci il tarixinə qədər İddiaçı aktla müəyyən edilmiş tikinti materiallarını təhvil verməyi öz öhdəsinə götürür; 6.3-cü maddəsinə əsasən, əgər Cavabdeh2 bu müqavilə ilə müəyyən edilən öhdəliklərini tam həcmdə yerinə yetirməzsə, ünvan barəsində etdiyi bütün hərəkətlər və bağladığı bütün müqavilələr etibarsız hesab ediləcəkdir. Belə olan halda, üçüncü şəxslər qaşısında bütün məsuliyyəti Cavabdeh2 daşıyır; 6.4-cü maddəsinə əsasən, tərəflərdən hər biri bu müqavilənin şərtlərinin pozulmasına görə 30.000 (otuz min) manat məbləğində təzminat ödəməlidir. - 11 iyun 2021-ci il tarixli, **********777 saylı notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, həmin tarixdə İddiaçı 22 may 2021-ci ildə Bakı şəhəri 53 saylı notariat ofisində Cavabdeh2 verilmiş və reyestrdə 7E-4812 nömrə ilə qeyd olunmuş etibarnamənin qüvvəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən xitam verilməsini xahiş etmiş və həmin etibarnamə qüvvədən düşmüşdür; - AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, 22 may 2021-ci il tarixdə Cavabdeh2 (İddiaçı əvəzinə) ilə Cavabdeh1 Abdulüsüm oğlu arasında ünvan ünvanında yerləşən, ümumi sahəsi 0,1056 ha olan torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanmışdır, həmin torpaq sahəsinin müqabilində Cavabdeh1 Abdulüsüm oğlu İddiaçı satdığı tam hissəni (0,1056 ha) 55.000 (əlli beş min) manat qiymətinə almışdır; - 22 may 2021-ci il tarixli "xxxx" ASC-nə məxsus xəzinə mədaxil orderinin surətindən görünür ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 55.000 (əlli beş min) manat məbləğində pul vəsaiti Cavabdeh1 Abdulüsüm oğlu tərəfindən həmin tarixdə bank vasitəsilə notarius Əli Hüseynovun depozit hesabına köçürülmüşdür; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 25 may 2021-ci il qeydiyyat tarixli çıxarışın kserosurətindən görünür ki, ünvan ünvanında yerləşən, ümumi sahəsi 0,1056 ha olan torpaq sahəsi Cavabdeh1 Abdulüsüm oğlunun tam pay üzrə xüsusi mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edildi ki, hazırkı mübahisə predmeti olan ünvan İddiaçı tam pay hüququ üzrə mülkiyyətində olmuşdur. Cavabdeh2 qeyd edilən torpaq sahəsini ona satmasını iddiaçıdan xahiş etmiş, iddiaçı həmin torpaq sahəsini ilkin olaraq 20.000 manat nağd, qalan 105.000 manat pulu isə hissə-hissə olmaqla, ümumilikdə 125.000 manat müqabilində sata biləcəyini sonuncuya bildirmişdir. Cavabdeh2 ona torpaq sahəsinə dair etibarnamə verməsini, tanışı Cavabdeh1 Abdulüsüm oğluna həmin torpaq sahəsini girov qoyub mərmər götürəcəklərini və ilkin olaraq 20.000 manat ödəniş edəcəyini iddiaçıya bildirmişdir. İddiaçı, Cavabdeh2 həmin təklifi ilə razılaşmış və tərəflər arasında “Hüquqların əvəzli qaydada ötürülməsinə dair” 21 may 2021-ci il tarixli müqavilə bağlanmış, müqaviləyə əsasən iddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarış əsasında özünə məxsus olan ünvan barəsində bütün hüquqların ötürülməsi barəsində Cavabdeh2 etibarnamə vermiş, bunun əvəzi olaraq Cavabdeh2 10 iyun 2021-ci il tarixədək 10.000 manat, 22 avqust 2021-ci il tarixədək 95.000 manat dəyərində tikinti materiallarını iddiaçıya verməyi, o cümlədən müqavilənin şərtlərini pozduğu təqdirdə sözügedən bağ sahəsi barəsində etdiyi bütün hərəkətlərin və bağladığı bütün müqavilələrin etibarsız hesab edilməsi, üçüncü şəxslər qarşısında bütün məsuliyyəti özünün daşıyacağı, həmçinin müqavilənin şərtlərini pozacağı halda 30.000 manat məbləğində təzminat ödəyəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Qeyd olunan müqavilə tərəflərin və şahidlərin iştirakları ilə imzalanmışdır. Növbəti gün, yəni, 22 may 2021-ci il tarixdə Cavabdeh2 ona ötürülmüş hüquq əsasında Cavabdeh1 Abdulüsüm oğlu ilə ünvan nə dair alqı-satqı müqaviləsi bağlamış, 55.000 manat müqabilində həmin bağ sahəsini Cavabdeh1 satmış və əldə etdiyi 55.000 manat puldan söz verdiyi 20.000 manat hissəni iddiaçıya vermişdir. Hazırda iddiaçı, Cavabdeh2 aralarında bağlanmış “Hüquqların əvəzli qaydada ötürülməsinə dair” 21 may 2021-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyini, qeyd olunan torpaq sahəsinin dəyəri olan 125.000 manat puldan ona cəmi 20.000 manat pulun qaytarıldığını, lakin müqavilədə nəzərdə tutulmuş qaydada 10 iyun 2021-ci il tarixədək 10.000 manat, 22 avqust 2021-ci il tarixədək 95.000 manat dəyərində tikinti materiallarının ona təhvil verilmədiyini bildirərək, cavabdehlər arasında bağlanmış 22 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan nə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, bağ sahəsinin onun mülkiyyətinə geri qaytarılması və ona həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, Cavabdeh2 30000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir ki, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ünvan barəsində Cavabdeh2 aralarındakı razılaşmaya əsasən bütün hüquqlarının ötürülməsi barədə etibarnamə vermiş və həmin etibarnamənin əvəzi olaraq aralarında 21 may 2021ci il tarixdə müqavilə bağlanmışdır. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsinə baxmayaraq, Cavabdeh2 müqavilənin 3.2, 3.3 və 6.3-cü bəndlərinə müvafiq olaraq iddiaçıya 10 iyun 2021-ci il tarixədək 10.000 manat pulu və 22 avqust 2021-ci il tarixədək isə 95.000 manat dəyərində tikinti materiallarını təhvil verməyi, o cümlədən müqavilə ilə müəyyən edilən öhdəliklərini tam həcmdə yerinə yetirməzsə, ünvan barəsində etdiyi bütün hərəkətlərin və bağladığı bütün müqavilələrin etibarsız hesab ediləcəyi nəzərə alınmaqla üçüncü şəxslər qarşısında bütün məsuliyyəti özünün daşıyacağı barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh2 İddiaçı ilə bağladığı “Hüquqların əvəzli qaydada ötürülməsi” barədə 21 may 2021-ci il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, iddia tələbi “Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış ünvan nin alqı-satqısına dair AN-İ seriyalı ******* saylı 22 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan nə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, ünvan nin onun mülkiyyətinə geri qaytarılması və ona həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” hissəsində təmin edilməlidir. İddiaçının tələbinin “Cavabdeh2 30.000 (otuz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Hüquqların əvəzli qaydada ötürülməsi” barədə 21 may 2021-ci il tarixli müqavilənin 6.4-cü bəndinə əsasən, tərəflərdən hər biri bu müqavilənin şərtlərinin pozulmasına görə 30000 (otuz min) manat məbləğində təzminat ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarına əsasən, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarına əsasən mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir. Mülki işin məhkəmə tədqiqi ilə müəyyən edilmiş nəticə ondan ibarət olmuşdur ki, Cavabdeh1 Abdulüsüm oğlu ünvan nə dair Cavabdeh2 ilə alqı-satqı müqaviləsi bağlayarkən, alıcı kimi əqdin legitimsizliyi barədə bilmiş, məlumatlı olmuşdur, ona görə də o, vicdanlı alıcı qismində qəbul oluna bilməz. Çünki, Cavabdeh1 Abdulüsüm oğlu iddia ərizəsinə verdiyi etirazda, o cümlədən məhkəmə baxış iclaslarında Cavabdeh2 ilə notariusda alqı-satqı müqaviləsi bağlanan zaman məhz bağ sahəsinin mülkiyyətçisi ilə müqavilə bağlamaq istədiyini bildirməsinə baxmayaraq, sonuncunun Məhəmməd tərəfindən ona etibarnamə verildiyini, bu səbəbdən faktiki mülkiyyətçi özünün olduğunu bildirməsindən sonra Aydınla müqavilə bağladığını bildirmiş, məhkəməyə təqdim etdiyi yazılı izahatında isə alqı-satqı müqaviləsi bağlanan zaman Aydınla Məhəmməd arasında “hüquqların əvəzli qaydada ötürülməsi” barədə müqavilənin olmasından xəbərsiz olduğunu bildirərək, məhz bu səbəbdən özünün “vicdanlı alıcı” kimi qəbul edilməsini xahiş etmişdir. Halbuki, mahiyyəti üzrə hər iki izahata nəzər yetirdikdə görünür ki, həmin izahatlar öz-özlüyündə bir-biri ilə ziddiyyət təşkil edir, Cavabdeh1 Abdulüsüm oğlu özünün də izahatında göstərdiyi formada bağ sahəsinin mülkiyyətçisi ilə alqı-satqı müqaviləsi bağlamaq istədiyini bildirdikdə, Cavabdeh2 ona məlumat verməsindən sonra sonuncu ilə iddiaçı arasında “hüquqların əvəzli qaydada ötürülməsi” barədə müqavilənin bağlanmasından xəbərdar olmuş, tərəflər arasında bağlanmış müqavilənin məzmunu ilə, etibarnamənin hansı səbəbdən və hansı formada Cavabdeh2 verilməsi barədə məlumat əldə etmək üçün real imkanı olduğu halda bunu etməmiş, alqı-satqı müqaviləsi mülkiyyətçinin (hazırkı iddiaçı) adından bağlandığı zaman mülkiyyətçinin Cavabdeh2 olmadığı ona məlum olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh1 Abdulüsüm oğlu “vicdanlı alıcı” qismində qəbul edilə bilməz, onun iddia tələbinin təmin edilməməsi ilə bağlı göstərdiklərinin heç bir hüquqi əsası yoxdur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi 18 mart 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 ilə Cavabdeh1 Abdulüsüm oğlu arasında bağlanmış ünvan nin alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı, 22 may 2021ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh1 Abdulüsüm oğluna ünvan nə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməli, ünvan İddiaçı mülkiyyətinə qaytarılmalı və ona həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməli, Cavabdeh2 30.000 (otuz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə, iddiaçı isə dövlət rüsumunu tələb etmədiyindən, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 Abdulüsüm oğlu arasında bağlanmış ünvan nin alqısatqısına dair AN-İ seriyalı, ******* saylı, 22 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və Cavabdeh1 Abdulüsüm oğluna ünvan nə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin. ünvan İddiaçı mülkiyyətinə qaytarılsın və ona həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilsin. Cavabdeh2 30.000 (otuz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-3092/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3092/2021
07.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver