Məhkəmə qərarları › İş №2(008)-37/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-37/2023

01.06.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-37/2023 01.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1-yə və Bakı şəhər 42 saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi və yüklülüklə əlaqədar qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi məsələsinə baxaraq, Müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1-yə və Bakı şəhər 42 saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi və yüklülüklə əlaqədar qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1-yə və Bakı şəhər 42 saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi və yüklülüklə əlaqədar qeydin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraat Cavabdeh3 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə aparılan cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzəlnmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin iddiaçı və cavabdeh məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1-yə və Bakı şəhər 42 saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi və yüklülüklə əlaqədar qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar