Məhkəmə qərarları › İş №2(102)-4162/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4162/2022

18.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4162/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4162/22 (Açar sözlər: kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi) Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11456/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qayda sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı, 22 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin İddiaçı mülkiyyətinə qaytarılması və ona həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi; Cavabdeh2 30.000 (otuz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3092/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddia təmin edilmiş, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı, 22 may 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin İddiaçı mülkiyyətinə qaytarılması və ona həmin əmlaka dair daşın maz əmlakın dövlət reyestrindən çıxarış verilməsi, Cavabdeh2 30.000 (otuz min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11456/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(007)-3092/2021 saylı qətnaməsinin “AN-İ” seriyalı ******* saylı, 22 may 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsi, iddia tələbinin həmi n hissədə rədd edilməsi qət edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

4. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2405/2022 saylı, 15 mart 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.Abbasov – məruzəçi, E.Vəliyeva, E.Şamayev) iddiaçının Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11456/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməməsi və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Qərar onunla əsaslandırılmışdır ki, MPM-in 408.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq kassasiya şikayətinə İddiaçı vəkili Nümayəndə2 orderi əlavə edilməm iş, order elektron kabinetə də yerləşdirilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11456/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən qətnamədən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər (kassasiya şikayətinə vəkil orderinin əlavə edilməməsi səbəbi ilə) qaytarılmışdır.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11456/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə qətnamədən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair iddiaçının ərizəsi təmin edilməmişdir.

8. Qərardad belə əsaslandırılmışdır ki, iş materialları araşdırılan zaman müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiy asının 14 dekabr 2021-ci il tarixli, 2(103)-11456/2021 nömrəli qətnaməsi İddiaçı rəsmi qaydada 06 yanvar 2022-ci il tarixdə poçt rabitəsi xidməti vasitəsilə təqdim edilmişdir. İddiaçının vəkili qismində kassasiya şikayəti verən Nümayəndə2 xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti versə də, şikayətə vəkil orderi əlavə edilmədiyindən geri qaytarılmış, qeyd edilən nöqsanlar aradan qaldırılmadan, yəni şikayətə vəkil orderi təkrar müraciət zamanı əlavə edilmədiyindən sonuncu tərəfindən kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək, xx.xx.2022-ci il tarixdə təkrarən kassasiya şikayəti ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayət vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəb dən ötürdüyünü qeyd etməli, həmin üzürlü səbəbə görə həqiqətən şikayət vermək üçün hansı müddət lazım olduğunu, həmin müddəti həqiqətən də özündən asılı olmayan, obyektiv səbəbdən buraxmasını sübut etməlidir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)-11456/2021 nömrəli iddiaçıya rəsmi qaydada 06 yanvar 2022-ci il tarixdə təqdim edilmiş, bununla da həmin andan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı başlamış və 07 mart 2022-ci il tarixdə başa çatmışdır. Kassator ərizəsində kassasiya şikayətini verilməsi müddətinin ondan asılı olmayan üzrlü səbəblərdən ötürülməsinə istinad etsə də, həmin halları ərizəsində sübuta yetirə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın də lilləri Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını, kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinə vəkil orderi və dövlət rüsumu əlavə edilməsinə baxmayaraq, AR Ali Məhkəməsi qərardadla kassasiya şikayəti geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qərardad rəsmi qaydada qəbul edildikdən sonra yenidən kassasiya şikayəti verilmişdir. Lakin bu səfər də, apellyasiya məhkəməsi vəkil orderi əlavə edilmədiyini əsas gətirərək ötürülmüş müddəti bərpasına dair ərizəni təmin etməmi şdir. Dəfələrlə qeyd etmişdir ki, order kassasiya şikayətinə əlavə edilmişdir. Hətta, o, kassasiya şikayətində qeyd etmişdir ki, elektron məhkəmə sistemində sənədlərin yükləndiyi görünməzsə, qeyd olunan nömrə ilə əlaqə saxlanılmasını xahiş etmişdir. Artıq ikinci dəfədir ki, order kassasiya şikayətinə əlavə edildiyi halda, kassasiya şikayəti geri qaytarılır. Halbuki, AR-da yeni tətbiq olunan, elektron məhkəmə sistemində yaranmış problemlərin cəzasını vətəndaş çəkməməlidir. Bu günədək yaranmış bir çox problemlər qarşılıqlı şəkildə həll edilsə də, hazırkı mülki işdə bundan israrla imtina edilmişdir. Qeyd edilənlər müddətin üzürlü səbəbdən ötürülməsini təsdiq edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərba ycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

13. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

14. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.

17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının vəkili xx.xx.2022-ci il tarixdə kassasiya şikayəti versə də, şikayətə vəkil ord eri əlavə edilmədiyindən geri qaytarılmış, qeyd edilən nöqsanlar aradan qaldırılmadan, yəni şikayətə vəkil orderi təkrar müraciət zamanı əlavə edilmədiyindən sonuncu tərəfindən kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürərək, xx.xx.2022-ci il tarixdə təkrarən kassasiya şikayəti ilə məhkəməyə müraciət edilmişdir.

18. Göründüyü kimi, apellyasiya məhkəməsi elektron məhkəmə sistemindəki məlumatları və sübutları qiymətləndirərək belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti verilərkən vəkil orderi əlavə etməmişdir.

19. Kassasiya şikayətinə vəkil orderinin əlavə edilməməsi elektron məhkəmə sistemində yaranmış problemlə əlaqələndirilsə də, bu barədə apellyasiya məhkəməsinə sübut təqdim edilməmiş, həmin hal öz təsdiqini tapmamışdır.

20. Belə olan halda apellyasiya məhkəməsi hesab etmişdir ki, kassasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb mövcud deyil.

21. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki məlumat və sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

23. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiy a instansiyası məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır.

24. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-11456/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Əhməd Nurməmmədov Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar