Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6/2022 13.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh 02.08.2014-cü il il tarixli, 28K4481808 və 28K4481809 saylı nisyə alqı-satqı müqavilələri üzrə 2018 manat əsas borcun, 20 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının kreditorun xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, borclu Cavabdeh İddiaçı MMC-dən 02.08.2014-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 814 manat və 02.08.2014-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1607 manat olan məişət avadanlığı əldə etmişdir. Borclunun hər iki müqavilə üzrə ilkin ödəniş etdikdən sonra kreditora 2018 manat borcu qalmışdır. Odur ki, borcludan 2018 manat məbləğində əsas borcun, 20 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının, cəmi 2039 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılması zəruridir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12.12.2016-cı il tarixli, 2(011)-15626/2016 saylı məhkəmə əmrinə əsasən ərizə təmin edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə etirazı əsasında Xətai Rayon Məhkəməsinin 09.08.2021-ci il tarixli qərardadı ilə məhkəmə əmrinin ləğv olunması və iddia icraatına keçilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə bunu mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.08.2014-cü il il tarixli, 28K4481808 və 28K4481809 saylı nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, borclu Cavabdeh İddiaçı MMC-dən 02.08.2014-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 814 manat və 02.08.2014-cü il tarixli ******* saylı müqaviləyə əsasən kredit yolu ilə dəyəri 1607 manat olan məişət avadanlığı əldə etmişdir. İddiaçı MMC-nin 28.10.2016-cı il tarixli maliyyə arayışından göründüyü kimi, Cavabdeh İddiaçı MMC-yə 02.08.2014-cü il tarixli ******* saylı müqavilə üzrə 1448 manat əsas borc, 02.08.2014-cü il tarixli ******* saylı müqavilə üzrə 570 manat əsas borcu olmaqla, cəmi 2018 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmənin 04.02.2022-ci il tarixli qərardadı ilə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.08.2014-cü il il tarixli, 28K4481809 və 28K4481808 saylı müqavilələrdəki “Alıcı” sözlərinin altındakı imzaların Cavabdeh tərəfindən icra edilməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.04.2022-ci il tarixli, 4/391 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə görə, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.08.2014-cü il il tarixli, 28K4481809 və 28K4481808 saylı müqavilələrdəki “Alıcı” sözlərinin altındakı imzaların Cavabdeh tərəfindən icra olunduqu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqısatqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələr bağlanmışdır. Belə ki, nisyə alqı-satqı müqaviləsinin əsas mühüm şərti satılan əşyalar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri: satılan malların qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilələrdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında araşdırılan sübutlarla İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.08.2014-cü il il tarixli, 28K4481808 və 28K4481809 saylı müqavilələrin bağlanması, cavabdehin hər iki müqavilə üzrə cəmi 2018 manat əsas borcunun qalması təsdiq edildiyindən iddia tələbi təmin olunmalı və həmin borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 08.04.2022-ci il tarixli, 4/391 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 110 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri 110 manat cavabdehdən tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 02.08.2014-cü il il tarixli, 28K4481808 və 28K4481809 saylı nisyə alqı-satqı müqavilələri üzrə 2018 (iki min on səkkiz) manat əsas borc, 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı İddiaçı MMC-nin xeyrinə tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Cavabdeh tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6/2022
13.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver