Məhkəmə qərarları › İş №2(103)-7027/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7027/2022

18.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7027/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-3092/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışın ləğv edilməsi, bağ sahəsinin mülkiyyətə qaytarılması, dövlət reyestrindən çıxarışın verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3092/2022 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizəsi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin alğısatqısına dair AN-İ seriyalı, ******* saylı, 22 may 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin İddiaçı mülkiyyətinə qaytarılması və ona həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, Cavabdeh2 30000 (otuz min) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11456/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(007)- 3092/2021 saylı qətnaməsinin “AN-İ seriyalı ******* saylı 22 may 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11456/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)-11456/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair cavabdehin vəkilinümayəndəsi X3 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4162/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11456/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Əbdülüsüm oğlu Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin üzərinə qoyulmuş xx.xx.2021-ci il tarixli həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3092/2022 saylg xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Cavabdeh1 Əbdülüsüm oğlu tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh1 qeyd edilən qərardaddan şikayət vermiş, şikayəti onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-3092/2021 saylı qəbul etdiyi qəradadaq qanunsuz və əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11456/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şıkayəti təmin edilərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tatixli, 2(007)-3092/2021 saylı qətnaməsinin “AN-İ seriyalı ******* saylı 22 may 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci il tarixində qanuni qüvvəyə minmişdir. Buna görə də, torpaq üzərindəki həbsi saxlamaq olmaz. Çünki, iddiaçının iddia tələbi qəbul edilməmiş və rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinə əsasən iddia tələbini təmin etmək üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixində qəbul etdiyi qərardadda iddiaçının iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizəsi təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin üzərinə həbs qoymuşdur. BakıApellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)- 11456/2021 saylı qətnaməsi, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərardadı, xx.xx.2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı, xx.xx.2022-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı, xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4152/22 nömrəli iş üzrə qərarı iddiaçı X1 Cavabdeh1 qarşı qaldırdığı iddia əsassız sayılmış və rədd edilmişdir, yəni Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(007)-3092/2021 saylı qətnaməsi “AN-İ seriyalı ******* saylı 22 may 2021-ci il tarixli alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsidə ləğv edilmiş və iddia tələbi həmin hissədə rədd edilmişdir. Buna əsasən də Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsi üzərində qoyulmuş 05 iyul 2021-ci il tarixli həbsi götürülməlidir. Bu həbsin artıq hüquqi əsası yoxdur. Ona məxsus və mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 1591 saylı bağ sahəsi üzərindəki həbsi qanunvericiliyə əsasən onun hüquqlarının pozulmasına səbəb olur. Belə ki, o, Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikasının Konstitusiyasının ona verdiyi hüquqlara görə mülkyyətində olan torpaq sahəsindən istifadə etmək və onun üzərində hər hansı bir sərəncam vermək hüququndan məhrumdur. Hesab edir ki, onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 1591 saylı bağ sahəsi üzərinə qoyulmuş 05 iyul 2021-ci il tarixli həbs dərhal götürülməlidir. İddiaçı sübutları olmadan əsassız ifadələri əsasında Bakı Şəhər Nizami Rayon Məhkəməsi onun torpağı üzərindən həbsin götürülməsinə dair ərizəsini rədd etmişdir. İddiaçı məhkəmədə bildirmişdir ki, kassasiya şikayəti verildiyi üçün torpaq üzərindəki həbs saxlanılmalıdır. Lakin məhkəmə iddiaçının təkrar kassasiya şikayəti verə bilməsini qanunla mümkün olmadığını, qətnamənin qanuni qüvvəyə mindiyini, Azərbaycan Respublikası Ali Məhkəməsinin kassasiya şikayətini rədd etdiyini və qüvvədə olduğunu işin içində olmasına baxmayaraq iddiaçının tələbini qəbul etmişdir. Qeyd edilənlərə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3092/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, yeni qərardad qəbul edilməsini və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsi, 1591 saylı bağ sahəsi üzərinə qoyulmuş 05 iyul 2021-ci il tarixli həbsin götürülməsinə qərar verilməsini, həbsin dərhal götürülməsinin Bakı şəhəri Xəzər rayon İcra şöbəsi təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3092/2021 saylı, 26 sentyabr 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməli, qərardad ləğv edilməli, ərizə təmin edilməlidir. Belə ki, işin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11456/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2405/2022 saylı, 15 mart 2022-ci il tarixli kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilmişdir. Həmin qərardada əsasən İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11456/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməmiş və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11456/2021 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)-11456/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər (kassasiya şikayətinə vəkil orderinin əlavə edilməməsi səbəbi ilə) qaytarılmışdır Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11456/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)-11456/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair X3 ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4162/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11456/2021 nümrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Birinci intsnsiya məhkəməsi ərizənin təmin edilməməsi nəticəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkil X6 orlu Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11456/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi barədə vəsatət və kassasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Həmin kassasiya şikayətinin icraata qəbul edilib-edilməməsi məsələsi ilə bağlı qənaətə gəlmək məhkəmənin səlahiyyətində olmadığında və tərəflər arasında məhkəmə mübahisəsi davam etdiytndən həbsin götrülməsi barədə ərizə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11456/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edildiyindən və qətnamə qanuni qüvvəsini aldığından artıq tərəflər arasında məhkəmə mübahisəsinə son qoyulmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(103)-11456/2021 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsinə dair X3 ərizəsinin təmin edilməməsinə dair apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya isnstansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmasını rəhbər tutur və hesab edir ki, tərəflər arasında mübahisə predmeti ilə bağlı mübahisəyə son qoyulmuşdur. Buna görə də birinci instansiya məhkəməsinin iddiaçının nümayəndəsi və vəkil X3 Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 11456/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi barədə vəsatət və kassasiya şikayəti ilə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə müraciət etməsinə istinad etməsi əhəmiyyətsiz olmuşdur. Belə ki, artıq yuxarıda qeyd edilən məhkəmə qərarlarına əsasən son qoyulmuş mübahisə üzrə iddia təmin tədbirinin qüvvədə saxlanmasına zərurət qalmamışdır. Göstərilənlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Cavabdeh1 tərəfindən verilmiş ərizə əsaslı olduğu üçün tərəfindən verilmiş şikayət təmin edilərək ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, mübahisə predmetinin üzərinə qoyulan həbsin götürülməsinə dair ərizə təmin olunaraq Bakı şəhər Nizami Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(007)-3092/2021 saylı qərardadı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157,158, 162, 263, 264, 365 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-3092/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh1 tərəfindən verilmiş ərizə təmin edilsin. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(007)-3092/2021 saylı qərardadı ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardadın icrası Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar