Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2405/2022 15.03.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11456/2021 nömrəli 14.12. 2021-ci il tarixli qətnaməsindən İddiaçı oğlunun kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin alğı-satqısına dair AN-İ seriyalı ******* saylı 22 may 2021-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabd eh1 Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinə dair verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 1591 saylı bağ sahəsinin onun mülkiyyətinə geri qaytarılması və ona həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və Cavabdeh2 30000 (otuz min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-3092/2021 saylı mülki iş üzrə 07 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh1 Adülüsüm oğlu qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11456/2021 nömrəli 14.12.2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin e dilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(007)-3092/2021 saylı qətnaməsi “AN-İ seriyalı ******* saylı 22 may 2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmişdir. İddiaçı (Vəkil) apellyasiya instansiyasının qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın tam təmin olunmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə görə kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərdən görünür ki, kassasiya şikayətinə İdd iaçı oğlunun vəkili Vəkil orderi əlavə edilməmiş, order elektron kabinetə də yerləşdirilməmişdir. Bu səbəbdən kassasiya şikayəti Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinin tələblərinə uyğun olmadığı üçün kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, kassasiya şikayəti işlə birlikdə qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407.3, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tut araq QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11456/2021 nömrəli 14.12.2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin..
Məhkəmə qərarları › İş №2(102)-2405/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-2405/2022
15.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver