Məhkəmə qərarları › İş №2(007)-3143/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3143/2024

27.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3143/2024 27.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla mülki iş üzrə (Açar sözlər: “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Tələb

1. Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mediator X2 tərəfindən keçirilmiş mediasiya sessiyasında Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 13 may 2024-cü il tarixli barışıq sazişini təsdiq edərək, 04 fevral 2024-cü ildə anadan olmuş X1 üçün Maraqlı şəxs hər ay 300 manat olmaqla aliment pulunun Ərizəçi xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs ilə 17 sentyabr 2017-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 1 övladları var. X5 04 fevral 2024-cü ildə anadan olmuşdur. Mediasiya Təşkilatına nikahın pozulması, uşağın ananın himayəsində qalması və nikahın pozulması ilə bağlı müraciət etmişdir. Aliment tələbi mediasiya qaydasında barışıq sazişi ilə həll edilmiş və Maraqlı şəxs 01 may 2024-cü il tarixdən başlayaraq hər ayın 1-dən 15-nə kimi uşağın saxlanması üçün 300 manat aliment ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin barışıq sazişinin könüllü icrası üçün «Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.1 maddəsi ilə müəyyən olunmuş müddətin və aliment tələb etmə hissəsində isə barışıq sazişində qeyd olunan müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən icra olunmamışdır. Bu səbəbdən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli oldu. Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

5. Belə olan halda, məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

6. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 13 may 2024-cü il tarixli, MŞB/1/2024-00179 saylı nömrəli barışıq sazişinin 3-cü və 4-cü bəndi “Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, İkinci tərəf (ata) - yəni, Cəfərov X4 tərəfə (anaya) - yəni, Ərizəçi X5 adlı övladın yetkinlik yaşına çatana qədər yaşayış və digər maddi xərclərini qarşılamaq üçün hər təqvim ayı üzrə 300 manat (üç yüz manat) məbləğində aliment ödəməyi öhdəsinə götürür. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği - yəni, 300 manat (üç yüz manat) məbləğ 01 may 2024-cü il tarixindən hesablanmağa başlayacaqdır və hər təqvim ayının 15-ci (on beşinci) gününə qədər ata tərəfindən anaya ananın təqdim edəcəyi bank hesabına bağlı bank kartına köçürmə yolu ilə ödənəcəkdir” məbləğ bərabər qaydada bölünəcəkdir”.

7. 10.05.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Ərizəçi 60 manat ödəniş etmişdir.

8. AZ-İV seriyalı, 965269 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 04 fevral 2024-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Maraqlı şəxs, ana qrafasında Ərizəçi qeyd edilmişdir. İşin faktiki halları:

9. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 13 may 2024-cü il tarixli, MŞB/1/2024-00179 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 3-cü və 4-cü bəndi “Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, İkinci tərəf (ata) - yəni, Cəfərov X4 tərəfə (anaya) - yəni, Ərizəçi X5 adlı övladın yetkinlik yaşına çatana qədər yaşayış və digər maddi xərclərini qarşılamaq üçün hər təqvim ayı üzrə 300 manat (üç yüz manat) məbləğində aliment ödəməyi öhdəsinə götürür. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği - yəni, 300 manat (üç yüz manat) məbləğ 01 may 2024-cü il tarixindən hesablanmağa başlayacaqdır və hər təqvim ayının 15-ci (on beşinci) gününə qədər ata tərəfindən anaya ananın təqdim edəcəyi bank hesabına bağlı bank kartına köçürmə yolu ilə ödənəcəkdir”. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir və ərizəçi Məmmədova X6 barışıq sazişinin təsdiq edilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda. 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun:

34.1-ci bəndinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

Məhkəmənin mövqeyi:

12. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir.

13. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, lakin maraqlı şəxs barışıq sazişinin 3-cü və 4cü bəndinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Göründüyü kimi, tərəflər arasında 13 may 2024-cü il tarixdə mediator tərəfindən təsdiqlənmiş barışıq sazişinin 3-cü və 4-cü bəndinin şərtləri maraqlı şəxs tərəfindən pozulmuşdur. Belə ki, həm barışıq sazişində, həm də qanunvericilikdə barışıq sazişinin könüllü icra olunması üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmiş və X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün üzərinə götürdüyü alimenti ödəməmişdir.

14. Məhkəmə barışıq sazişinin icra olunması müddətini nəzərə alaraq hesab edir ki, alimentin tutulması barışıq sazişində nəzərdə tutulmuş tarixdən, yəni 01 may 2024-cü il tarixdən başlayaraq hesablanmalıdır.

Məhkəmə baxışının hədləri:

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir.

16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəmə xərcləri:

17. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən məhkəmə hesab edir ki, ödənilməli olan 40 manat dövlət rüsumu cavabdehdən tutulub dövlət büdcəsinə ödənilməlidir.

Nəticə:

18. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 13 may 2024-cü il tarixli, MŞB/1/2024-00179 saylı Barışıq sazişinin 3-cü və 4-cü bəndinin şərtləri təsdiq olunmalıdır.

19. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 13 may 2024-cü il tarixli, MŞB/1/2024- 00179 saylı Barışıq sazişinin 3-cü və 4-cü bəndi “Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, İkinci tərəf (ata) - yəni, Cəfərov X4 tərəfə (anaya) - yəni, Ərizəçi X5 adlı övladın yetkinlik yaşına çatana qədər yaşayış və digər maddi xərclərini qarşılamaq üçün hər təqvim ayı üzrə 300 manat (üç yüz manat) məbləğində aliment ödəməyi öhdəsinə götürür. Mediasiya (mübahisə) tərəfləri qarşılıqlı razılığa gəldilər ki, yuxarıda göstərilən aliment məbləği - yəni, 300 manat (üç yüz manat) məbləğ 01 may 2024-cü il tarixindən hesablanmağa başlayacaqdır və hər təqvim ayının 15-ci (on beşinci) gününə qədər ata tərəfindən anaya ananın təqdim edəcəyi bank hesabına bağlı bank kartına köçürmə yolu ilə ödənəcəkdir” təsdiq edilsin. Məhkəmə xərclərinə aid olan 40 manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar