Məhkəmə qərarları › İş №2(007)-3164/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3164/2021

08.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3164/2021 08.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Qasımov Babək Natiq oğlu, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 19.03.1954-cü il təvəllüdlü bacısı X1 03 iyun 2021-ci il tarixində ölməsi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə görə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, Ərizəçi yaşayış yeri ünvan 1 ünvanıdır. Belə olduğu halda hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəyə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikası MPM-in 152.1-ci və 152.1.3-cü maddələrinin tələblərinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qeyd edilən faktın təsdiq ilə bağlı yaşadığı yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar