Məhkəmə qərarları › İş №2(007)-3192/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3192/2024

16.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3192/2024 16.12.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası Maraqlı şəxs2 X12 “Bakı Baş Səhiyyə” X12 46 nömrəli şəhər poliklinikasına qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1nə və Azərbaycan Respublikası Maraqlı şəxs2 X12 “Bakı Baş Səhiyyə” X12 46 nömrəli şəhər poliklinikasına qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, əri X7 xx.xx.1955-ci ildə Ermənistan Respublikası Quqark rayonunda anadan olub. xx.xx.2024-cü il tarixində Xətai rayonu, Neapol küçəsi, ev 23, 117 saylı mənzildə qəfil ürək tutmasından halı pisləşib, təcili tibbi yardım briqadası çağrılsa da, həkimlər gələnədək dünyasını dəyişib. Bununla bağlı Təcili və X4 Stansiyası tərəfindən xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi verilib, həmin sənəddə qeyd olunub ki, həkim gələnə qədər ölmüş kişi meyidi aşkarlanıb. Əri xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu y/s qəbiristanılığında dəfn edilib. Ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün 46 nömrəli şəhər poliklinkasına müraciət edib. Lakin imtina verilərək məhkəməyə müraciət etməyi tövsiyyə edilib. Bundan sonra ölüm faktının qeydə alınması ilə bağlı tərəfindən Maraqlı şəxs1nə müraciət olunub, xx.xx.2024-cü il tarixli məktubla ölüm faktının qeydiyyata alınmasından imtina edilərək göstərilib ki, qeydin aparılması üçün ölümü təsdiq edən sənəd olmadığı üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. Bunu nəzərə alaraq hazırki ərizə ilə məhkəməyə müraciət edir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə hüquqi əhəmiyyəti olan faktlar şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinin, dəyişməsinin və xitam edilməsinin asılı olduğu faktlardır. Qeyd edilənlərə əsasən, xx.xx.1955-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası Maraqlı şəxs2 X12 “Bakı Baş Səhiyyə” X12 46 nömrəli şəhər poliklinikasının nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən Şahid ifadə verərək göstərdi ki, o, ərizəçini tanıyır, ərizəçi dostunun anası, mərhum isə dostunun atasıdır. Mərhum ürək tutmasından xx.xx.2024-cü ildə gecə vaxtı vəfat edib. Mərhum Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində iştirak edib. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, o, ərizəçini tanıyır, ərizəçi onun anası, mərhum isə atasıdır. Mərhum xx.xx.2024-cü ildə gecə vaxtı Bakı şəhərinin Xətai rayonunda vəfat edib. Mərhum Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində iştirak etməyib. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, o, ərizəçini tanıyır, ərizəçi dostunun anası, mərhum isə dostunun atasıdır. Dostu ona zəng edərək, Rövşən adlı dostunun atasının vəfat etdiyini, təcili getməli olduqlarını deyib. Mərhum xx.xx.2024-cü ildə vəfat edib. Mərhum Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində iştirak edib. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 14175311 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1955-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə Qəbələ rayonunun Qaradiyin kəndində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - İİİ -ЖГ seriyalı, 319317 saylı nikah haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 ilə X5 xx.xx.1983-cü ildə nikah bağlamışlar və bu barədə həmin tarixdə 7 nömrəli akt qeydi edilmişdir. Nikahda daxil olduqdan sonra kişiyə Məmmədov, qadına Məmmədova soyadı verilmişdir; - Bakı şəhəri Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 01:35-də ünvan 2 ünvanında X2 yanına gəldikdə, kişi cinsli meyit, həkimə qədər ölüm müəyyən edilmişdir; - Maraqlı şəxs1 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 1923-15/24 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193cü maddəsinin tələblərinə əsasən “ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi,konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirirlər ki, bu qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərə çatdırırlar ki, əri X2 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur; - Azərbaycan Respublikası Maraqlı şəxs2 X12 “Bakı Baş Səhiyyə” X12 46 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixində 7 saylı Təcili və X4 Stansiyası tərəfindən verilmiş məlumata əsasən ünvan 4 ünvanında qeydiyyatda olmuş xx.xx.1955- ci il təvəllüdlü X7 vəfat etmişdir. Vəfat etmiş şəxsin 46 saylı Şəhər Poliklinikasında tibbi qeydiyyatı, ambulator kitabçası olmadığına və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır; - Azərbaycan Respublikası Maraqlı şəxs2 X12 “Bakı Baş Səhiyyə” X12 46 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhum xx.xx.1955-ci il təvəllüdlü X7 həyat yoldaşı Ərizəçi xx.xx.2024-cü il tarixdə 7 saylı TTYS-ın xx.xx.2024-cü il tarixində verdiyi ölüm haqqında xəbərdarlıq vərəqəsi ilə poliklinikaya müraciət etmişdir və mərhum üçün ölüm haqqında tibbi şəhadətnamə verilməsini istəmişdir (ölüm haqqında xəbərdarlıq 3 günə poliklinikaya təqdim olunur). 7 saylı TTYS-ın vərəqəsinə əsasən ölüm üçün səbəbi həkimə qədər ölüm qeyd edilmişdir. X1 adına xx.xx.2024-cü il tarixdə ******* № li tibbi kitabça açılmışdır. Kitabçada xəstəlik ilə bağlı heç bir müayinə və müalicə barədə məlumat yoxdur. E-kitabça sistemindən çıxarış olunub və X1 yaşadığı müddətdə ərazi tibbi müəssisələrə olmayıb. Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydası və şərtləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kolleciyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş, insanın ölüm anırın müəyyən edilməsi, reanimasiya tədbirlərin dayandırılması, meyarlar və qaydası ilə tənzimlənir. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə xəbərdarlıq vərəqəsi və tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixi çıxarışı və s.) əsasında faktiki yaşayış ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir, lakin X1 xəbərdarlıq vərəqəsi olmasına baxmayaraq tibb müəssisəsinə yaşadığı müddət ərzirdə müraciəti olmayıb və bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamə (forma 106) verilməyib; - Hövsan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 164 saylı arayışından görünür ki, X7 xx.xx.2024-cü ildə vəfat etmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu y/s qəbiristanlığında dəfn olunmuşdur; - Məhkəməyə X1 qəbrinin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1955-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda doğulmuş əri X7 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. Ərizəçi ərinin ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1955-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda doğulmuş əri X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci ildə Ermənistan Respublikasının Quqark rayonunda doğulmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar