Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3217/2024 30.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mediator X3 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli aliment hissəsində barışıq sazişinin təsdiq edilərək, 10 dekabr 2021-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər ay 220 manat aliment pulunun tutulması və uşağın 3 yaşına kimi əlavə xərc kimi 80 manat pulunun tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 19 oktyabr 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından 1 övladı var. X4 10 dekabr 2021-ci ildə anadan olmuşdur. Aralarında baş vermiş narazılıqlar nəticəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-522/2024 saylı qərarı ilə nikahları pozulmuşdur. Aralarında şəxsi və ailə münasibətləri pozulduğuna görə nikahın pozulması və sair mübahisənin həlli məqsədi ilə Mediyasiya Şurasının Bakı 11 saylı Mediasiya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X3 vasitəsi ilə Maraqlı şəxs ilə onun arasında xx.xx.2023-cü il tarixli Barışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən:
1. Tərələr Sazişi imzaladıqdan sonra aralarında 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 3731 nömrə ilə qeyd alınmış nigahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razlaşdılar.
2. Birinci tərəf övladları 10 dekabr 2021-ci il doğum tarixli X2 ikinci tərəfin himayəsində qalmasına etiraz etmir.
3. Birinci tərəf ikinci tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, 220 manat olmaqla, sabit pul məbləğində aliment məbləğinin artırılıb-azalmasına üçün məhdudiyyət.
4. Birinci tərəf ikinci tərəfə övladları 10 dekabr 2021-ci il doğum tarixli X4 3 yaşına çatana qədər əlavə 80 manat ödəniş etməyə öz öhdəsinə götürür.
5. İkinci tərəf birinci tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağa şərait yaradacaq. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs sazişin 3 və 4-cü bəndlərində göstərilən öhdəliklərini bugünədək icra etməmişdir. Maraqlı şəxs avqust və sentyabr ayı üçün alimenti və əlavə xərci ödəmir.
İş materialları :
3. Bakı 11 saylı Mediasiya təşkilatının MŞB/11/2023-01907 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, tərəflər Sazişi imzaladıqdan sonra aralarında olan 5 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə, nikahın bağlanması haqqında akt qeydləri kitabında 3731 nömrə ilə qeyd alınmış nigahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə, birinci tərəf övladları 10 dekabr 2021-ci il doğum tarixli X2 ikinci tərəfin himayəsində qalmasına etiraz etməməsinə, birinci tərəf ikinci tərəfə xx.xx.2023-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, 220 manat olmaqla, sabit pul məbləğində aliment məbləğinin artırılıb-azalmasına üçün məhdudiyyət yaratmaması, birinci tərəf ikinci tərəfə övladları 10 dekabr 2021-ci il doğum tarixli X4 3 yaşına çatana qədər əlavə 80 manat ödəniş etməyə öz öhdəsinə götürməsi, ikinci tərəf birinci tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağa şərait yaratmasına dair razılığa gəlmişlər.
4. AA seriyalı, ******* nömrəli “şəxsiyyət vəsiqəsi seriyasın”nın surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə anadan olmuşdur, atası Maraqlı şəxs və anası Ərizəçidır.
5. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-522/2024 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında 19 oktyabr 2018-ci il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 3731 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.
6. AZ-İ seriyalı, 485800 nömrəli “nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında olan nikah Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 82 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Ağayeva soyadı verilmişdir.
Tərəflərin izahatları :
7. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. əlavə olaraq izahatında bildirmişdir ki, Maraqlı şəxs 2023-cü ilin dekabr ayından 2024-cü ilin avqust ayına kimi aliment ödənişi etmişdir. Belə ki, uşağı həmişə atası aparıb Maraqlı şəxs təqdim etmişdir. Avqust ayında atasının işi olduğu üçün uşağı apara bilməmişdir. Buna görə də, Maraqlı şəxs aliment ödənişi etməkdən imtina etmişdir. Uşaq 10 dekabr 2021-ci il tarixində doğulmuşdur.
8. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, uşağı ilə görüşmək onun hüququdur. Ərizəçi uşaqla görüşməsinə şərait yaratmadığı üçün aliment ödənişi etməmişdir. O, uşağını gördüyü halda aliment ödənişi edəcəyini bildirmişdir.
Tətbiq edilən hüquq :
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:
3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
13. “Uşaq Hüquqları haqqında” Qanun :
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
İşin faktiki halı :
14. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X4 doğulmuşdur.
15. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində MŞB/11/2023- 01907 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 3-cü bəndinə əsasən Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, 220 manat olmaqla sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürmüşdür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Həmçinin həmin Sazişin 4-cü bəndinə əsasən Maraqlı şəxs Ərizəçi övladları xx.xx.2021-ci il tarixli X4 3 yaşına çatana qədər əlavə 80 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür.
16. Maraqlı şəxs qeyd edilən barışıq sazişinin şərtlərini yerinə yetirmədiyindən Ərizəçi 28 oktyabr 2023-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilərək, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər ay 220 manat alimentin və uşağın 3 yaşına kimi əlavə xərc kimi 80 manat Ərizəçi xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək və tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
18. Belə ki, ailə qanunvericiliyə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Mediasiya haqqında qanunvericiliyə əsasən isə ailə münasibətlərindən irəli gələn mübahisələr, o cümlədən uşağın saxlanılması qaydası mediasiya vasitəsilə həll oluna bilər. Valideynlər mediasiya prosesində barışıq sazişi bağlamaqla alimentin miqdarını və ödənilmə qaydasını müəyyən edə bilərlər.
19. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.
20. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış MŞB/11/2023-01907 nömrəli xx.xx.2023-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin şərtlərini 2024-cü ilin avqust ayına kimi yerinə yetirsə də, avqust ayından etibarən qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir.
21. Məhkəmə qeyd edir ki, sözügedən MŞB/11/2023-01907 nömrəli xx.xx.2023-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.
22. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
Nəticə :
23. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli, MŞB/11/2023- 01907 saylı barışıq sazişi alimentə dair hissəsində təsdiq edilməlidir.
24. Məhkəmə qeyd edir ki, Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 11 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/11/2023-01907 saylı, xx.xx.2023-cü il tarixli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs Ərizəçi xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il doğum tarixli X2 yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, 220 (iki yüz iyirmi) manat olmaqla, sabit pul məbləğində aliment ödəməyi və xx.xx.2021-ci il doğum tarixli X2 3 yaşına çatana qədər əlavə 80 (səksən) manat ödəniş etməyi öz öhdəsinə götürür”. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva