Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3237/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01646 saylı barışıq sazişinin alimentə aid hissəsində məhkəmə qaydasında təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə alimentin artırılması ilə bağlı Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2024-01646 saylı xx.xx.2024-cü il tarixli “Barışıq Sazişi” əsasən bu sazişi imzalamaqla Birinci tərəf: Ərizəçi, İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladı xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 10-a dək 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəyəcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün ödəyəcəyi alimentin məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona İkinci tərəf: Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. Beləliklə hesab edir ki, onunla Maraqlı şəxs arasında mediatorun iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01646 “Barışıq Sazişi”in məcburi icrası üçün həmin Saziş məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəfləri iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 05 avqust 2024-cü il tarixli barışıq sazişi bağlanmış, barışıq sazişi əsasında tərəflər birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 10-a dək 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair götürdüyü öhdəliklə, bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə, birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona İkinci tərəf X3 tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə, bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunması, tərflər öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək hüququnu öz üzərlərində saxlamaları barədə razılıq əldə etmişlər. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 05 avqust 2024-cü il tarixli barışıq sazişinin alimentə aid hissədə təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 05 avqust 2024-cü il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış 05 avqust 2024-cü il tarixli barışıq sazişi “alimentin tutulması” hissəsində təsdiq edilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1750/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, Maraqlı şəxs Nadır oğlundan 27 iyul 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 01 iyul 2018-ci il tarixdən başlayaraq 154 (bir yüz əlli dörd) manat. 01 yanvar 2019-cu il tarixdən başlayaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində alimentin Ərizəçi xeyrinə tutulması, alimentin tutulması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən mediasiya xidmətinə görə 210 manat məbləğində pulun ödənilməsi səbəbindən ərizəçi ərizənin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməli və məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış 05 avqust 2024-cü il tarixli barışıq sazişi alimentin tutulması hissəsində aşağıdakı məzmunda təsdiq edilsin. Birinci tərəf: X2:
1. İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İkinci tərəf: Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən etibarən ona hər ayın 10-a dək 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyinə dair ikinci tərəfin götürdüyü öhdəliklə razıdır.
2. İkinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödəyəcəyi aliment məbləğini gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə ona ikinci tərəf Maraqlı şəxs tərəfindən ödənilməli olan aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına dair götürdüyü öhdəliklə razıdır. İkinci tərəf: Maraqlı şəxs:
1. Bu Sazişi imzalandıqdan sonra birinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün birinci tərəf: Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 10-a dək 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair öhdəlik götürür. Bu aliment məbləğini birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür.
2. Bu Sazişi imzalandıqdan sonra Birinci tərəf Ərizəçi ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Birinci tərəf: Ərizəçi ödəyəcəyi aliment məbləği, gələcəkdə ölkə üzrə yaşayış minimumuna dəyişiklik edildiyi təqdirdə, aliment məbləğini bu dəyişikliyə əsasən aparacağına (ödəyəcəyinə) dair öhdəlik götürür. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva