Məhkəmə qərarları › İş №2(007)-3261/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3261/2023

11.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3261/2023 11.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi Valeyevnanın iştirakı ilə, Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı olan “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi : Tələb :

1. Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən atası - xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1956-cı il təvəllüdlü X5 ərizəçinin atasıdır. O, xx.xx.1956-cı ildə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Bakı şəhəri Təcili və X2 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsinə əsasən mərhum atası - xx.xx.1956-cı il təvəllüdlü X4 Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 61, 74 nömrəli mənzildə vəziyyəti ağırlaşmış və təcili tibbi yardım gələnədək xx.xx.2023-cü il tarixində vəfat etmişdir. xx.xx.2023-cü il tarixində xx.xx.1956-cı il təvəllüdlü X5 ünvan 1 ünvanda yerləşən “Beynəlmiləl Qəbirstanlığında” dəfn edilmişdir. xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ölümün qeydə alınması barədə müraciət edilsədə, ölüm faktını təsdiq edən tibbi müəssisəsinin müvafiq sənədi olmadığından, ölüm haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDR xidməti hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli seriya RX № ******* çıxarışa əsasən Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti ev 61, 74 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir və atası onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadır. Qeyd edilən mənzildən atasının pasport qeydiyyatından çıxarılması üçün ölüm haqqında şəhadətnamənin olması vacibdir. Bu səbəbdən ölüm faktının təsdiq edilməsi zəruridir. Bu səbəbdən də Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edilmişdir.

İş materialları :

3. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən Ərizəçi verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, X5, xx.xx.1956; X6 ünvan 2 ünvanında qeydiyyatdadır.

5. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/7-2277-15/23 nömrəli məktubdan görünür ki, X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığı üçün ölümün qeydə alınmasından imtina edilmişdir.

6. Təcili və X2 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 6 saylı bölmənin təcili tibbi yardım briqadasının tərkibi xx.xx.2023-cü il saat 17:55-də, çağırış əsasında ünvan 4 ünvanına gəlmiş, X3 həkiməqədər ölüm halı müəyyən edilmişdir.

6. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X5 ilə xx.xx.1955-ci il təvəllüdlü X1 xx.xx.1984-cü ildə nikaha daxil olmuşdurlar.

7. Azərbaycan Respublikası Bakı şəhəri, Nizami Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 02/13-333 nömrəli arayışa əsasən müəyyən edilir ki, X5 M.Əliyev küçəsi 1 saylı ünvanda yerləşən “Beynəlmiləl Qəbiristanlığı”nda atası dəfn olunmuşdur.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə Ərizəçi məxsusdur.

9. Ərizəçi tərəfindən iş materiallarına bir ədəd foto şəkil əlava edilmişdir.

11. xx.xx.2023-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

12. İş üzrə Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

13. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

14. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, atası vəfat edərkən evdə tək olub, ərizəçi işdə olmuşdur. Qardaşı ilə saat 5-6 radələrində evə gəldiyi zaman atasının öldüyünü görüb, təcili tibbi yardıma zəng edib. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid Valeryeviç bildirdi ki, mərhum onun atası idi. Atası vəfat edərkən evdə tək olub, bacısı ilə birlikdə saat 5 radələrində evə gəldikdə atası ölmüşdü. Onlar təcili tibbi yardıma zəng etmişlər, daha sonra isə polisə məlumat vermişlər.

Tətbiq edilən hüquq :

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

İşin faktiki halı :

19. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı Ərizəçi atası X5 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 5 ünvanında qeydiyyatdadır və iddiaçı atasının həmin ünvandan qeydiyyatdan çıxarılmasını istəyir. Lakin X3 ölümü barədə müvafiq icra hakimiyyəti orqanında akt qeydi aparılmadığı üçün ölüm haqqında şəhadətnamə alınması və nəticədə X3 qeydiyyatdan çıxarılması mümkün olmamışdır.

20. Belə ki, iddiaçı Ərizəçi atası - xx.xx.1956-cı il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında təcili tibbi yardım gələnədək vəfat etmiş və ünvan 6 ünvanda yerləşən “Beynəlmiləl Qəbirstanlığı”nda dəfn edilmişdir.

21. X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.

22. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X3 ölməsi faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.

23. Məhkəmə qeyd edir ki, xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.

Məhkəmənin mövqeyi :

24. Məhkəmə ərizəni ona əlavə edilmiş materiallar ilə birlikdə araşdıraraq qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

25. Belə ki, xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə ünvan 5 ünvanında vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadəsi ilə öz təsdiqini tapmışdır.

26. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun atasının ölüm faktı müəyyən olunmalıdır. Nəticə :

27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

28. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

Ərizə təmin edilsin. xx.xx.1956-cı il təvəllüdlü X3 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar