Məhkəmə qərarları › İş №2(007)-3266/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3266/2021

17.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3266/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyinin Nizami rayon 25-ci polis şöbəsinə, Cavabdeh2 və üçüncü şəxs Daxili İşlər Nazirliyinə qarşı “əqdin etibarsızlığı və pul” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyinin Nizami rayon 25-ci polis şöbəsinə, Cavabdeh2 və üçüncü şəxss Daxili İşlər Nazirliyinə qarşı “əqdin etibarsızlığı və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin iddiaçıya cavabdehin ünvanının olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Göründüyü kimi, qanunverici ümumi aidiyyət qaydasını hüquqi şəxsin ünvanının olduğu yeri nəzərə alaraq müəyyənləşdirmişdir. Ərizədən görünür ki, cavabdeh qismində Daxili İşlər Nazirliyinin Nizami rayon 25-ci polis şöbəsi qeyd edilmişdir. Belə ki, Daxili İşlər Nazirliyinin Nizami rayon 25-ci polis şöbəsi Daxili İşlər Nazirliyinin tabeliyində olan orqandır. İddia tələbi Daxili İşlər Nazirliyinə qarşı irəli sürülməli olduğu halda, Daxili İşlər Nazirliyinin Nizami rayon 25-ci polis şöbəsinə qarşı irəli sürülmüşdür. Belə olan halda, iddia ərizəsində cavabdeh qismində mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi qeyd edilməli idi. Həmçinin, qanunverici ümumi aidiyyət qaydasını məhz cavabdehin rəsmi qeydə alındığı yeri nəzərə alaraq müəyyənləşdirmişdir. Digər Cavabdeh2 ünvanı ünvan 1 olunmuşdur. Bu iş materiallarına əlavə edilmiş MAPS arayışı ilə öz təsdiqini tapır. Belə olan halda, hazırkı tələbə ərazi aidiyyətinə görə Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyilsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Daxili İşlər Nazirliyinin Nizami rayon 25-ci polis şöbəsinə, Cavabdeh2 və üçüncü şəxs Daxili İşlər Nazirliyinə qarşı “əqdin etibarsızlığı və pul” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, həmin cavabdehlərə qarşı iddia ərizəsi ilə onların ünvanının olduğu yerin məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar