Məhkəmə qərarları › İş №2(102)-5693/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5693/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5693/2022 19.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-5693/2022 (Açar sözlər: müqavilələrinin etibarsız hesab edilməsi tələbi) Bakı şəhəri, 19 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5189/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağ ıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1173/2014 nömrəli 18 fevral 2014-cü il tarixli icra vərəqəsinə əsasən, X3 xeyrinə Cavabdeh1 62.000 ABŞ dolları (ödəniş gününə valyutanın cari məzənnəsi ilə Azərbaycan manatı) ifadəsində tutulması qət edilmişdir.

3. İcraata başlamaq haqqında 5 sentyabr 2014-cü il tarixli Qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1173/2014 nömrəli 18 fevral 2014cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdır.

4. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Ba kı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 329E nömrəli sahədə yerləşən 0.12 ha torpaq sahəsinin ¼ hissəsi (açıq qalır) Quliyev Bəxtiyar Bayram oğlunun adına 29 dekabr 2015-ci il, ½ hissəsi İddiaçı adına 25 avqust 2017-ci il, ¼ hissəsi Cavabdeh1 adına 21 iyun 2018-ci il tarixdə qeydiyyata alınmışdır.

5. AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 17 nömrəli evdə yerləşən 56 kv.m ümumi sahəsi olan 35 nömrəli mənzilin 3/5 hissəsi X5 adına 30 sentyabr 2016-cı il, 2/5 hissəsi Cavabdeh1 adına 11 fevral 2019-cu il tarixdə qeydiyyata alınmışdır.

6. Quliyev Bəxtiyar Bayram oğlu 19 noyabr 2016-cı il tarixdə vəfat etmişdir.

7. AR ƏMDK yanında DƏDRX Hüquqları n Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsində yerləşən ümumi sahəsi 369.7 kv.m olan 22D nömrəli fərdi yaşayış evi və 0.075 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına 6 may 2017-ci il tarixdə qeydiyyata alınmışdır. 8. 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 9 iyul 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 (hədiyyə verən) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 369,7 kv.m olan fərdi yaşayış evini və yerləşdiyi 0,075 ha torpaq sahəsini arvadı Cavabdeh3 (hədiyyə alan) mülkiyyətinə vermişdir. 9. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorun un xüsusi notariusu tərəfindən təsdiq edilmiş 25 avqust 2017-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə ölmüş Quliyev Bəxtiyar Bayram oğlunun vərəsəsi Cavabdeh1 miras əmlakdan ¼ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə Quliyev Bəxtiyar Bayram oğluna verilmiş **********77 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsindən ibarət olmuşdur. 10. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 19 iyul 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 (hədiyyə verən) ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinin ona məxsus olan ¼ hissəsini arvadı Cavabdeh3 (hədiyyə alan) mülkiyyətinə vermişdir.

11. İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə ünvanladığı 31 iyul 2018-ci il tarixli ərizəyə əsasən xx.xx.1973-cü il təvəllüdlü qardaşı – Cavabdeh1 mərhum Quliyev Bəxtiyar Bayram oğlunun vərəsəliyi ilə bağlı ona borcu olmamış, bu iş üzrə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 12. “Tərəfin onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli Qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1173/2014 saylı, 18 fevral 2014-cü il tarixli icra sənədi üzrə Quliyev Bəxtiyar Bayram oğlunun vərəsələri kimi X4 və İddiaçı əvəz edilməsi qərara alınmı şdır. 13. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 2 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 (hədiyyə verən) ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 56 kv.m olan mənzilin ona məxsus olan 2/5 hissəsini oğlu Cavabdeh2 (hədiyyə alan) mülkiyyətinə vermişdir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-826/2021 nömrəli 11 fevral 2022-ci il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1173/2014 nömrəli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(004)-826/2021 saylı qərardadı ilə əmlak üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxaraq, məhkəmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-826/2021 nömrəli qərardadı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi, sahə 889 M-də yerləşən 0,0750 ha torpaq sahəsinin və Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 17 ünvanında yerləşən 35 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini qərar almışdır.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-826/2021 nömrəli 11 mart 2022-ci il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-1173/2014 nömrəli icra sənədi üzrə borclu Cavabdeh1 əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 8(004)-826/2021 nömrəli qərardadından tələbkarın hüquqi varisi İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu tərəfindən verilən şikayətə baxara q məhkəmə şikayətin təmin edilməməsini qərara almışdır. 16. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin 12 mart 2022-ci il tarixli 325 nömrəli İddiaçı ünvanlanmış məktubuna əsasən onun xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xx.xx.2018-ci il tarixdə rəsmiləşdirilmiş və reyestrdə 8İ-4749 nömrə ilə qeyd edilmiş “Yazaraq bildirirəm ki, xx.xx.1973-cü il təvəllüdlü qardaşım – Cavabdeh1 mərhum atam – Quliyev Bəxtiyar Bayram oğlunun vərəsəliyi ilə bağlı mənə borcu yoxdur. Xahiş edirəm ki, bu iş üzrə xitam verilməsi barədə qərar qəbul edəsiniz” məzmunlu ərizəsi ləğv edilmiş və bu barədə “Elektron Notariat” X1 müvafiq qeydiyyat aparılmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(103)-94/2022 nömrəli, 4 aprel 2022-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli 8(004)-826/2021 nömrəli qərardadından tələbkarın hüquqi varisi İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlu tərəfindən verilən şikayətə baxaraq məhkəmə şikayətin təmin edilməməsini qərara almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh3 arasında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi 22D saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,075 ha torpaq sahəsi ilə bağlı bağlanmış 4Ə-887 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin, ünvan 2də yerləşən 0,12 ha torpaq sahəsinin ¼ hissəsinin 3 saylı Bakı ASAN xidmət Mərkəzi tərəfin dən təsdiq edilmiş 4ə-1190 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinin və Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi, 17 saylı evin 35 saylı mənzilinin mülkiyyətində olan 2/5 hissəsinin bağışlanması ilə əlaqədar bağlanmış xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, tələbkar Quliyev Bəxtiyar Bayram oğlunun vəfatından sonra miras açılmış, X4 və İddiaçı mirası qəbul etmişlər. İcra işi sonradan aidiyyət qaydasına əsasən Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Ya samal rayon İcra və Probasiya şöbəsinin icra məmuru İlqar Allahverdiyev tərəfindən X2 qəyyumu hazırki iş üzrə iddiaçı X6 və İddiaçı «İcra haqqında« AR Qanununun 31-ci maddəsinə əsasən icra işi üzrə tələbkar kimi əvəzlənmişlər, icra məmuru İlqar Allahverdiyev tərəfindən qərar qəbul edilərək borclunun əmlakları üzərinə həbs qoyulmuş və qərar icra üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmişdir. DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********19 nömrəli cavab məktubundan onlara məlum olmuşdur ki, borclu mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi, 22D saylı fərdi yaşayış evini və onun yerləşdiyi 0,075 ha torpaq sahəsini 4Ə-887 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əs asən həyat yoldaşı hazırki iş üzrə Cavabdeh3 bağışlamışdır. Aidiyyətı üzrə icra işi Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərildikdən sonra isə icra məmuru İlqar Allahverdiyev tərəfindən borclu şöbəyə çağırıldığı günün sabahısı Cavabdeh1 2/5 hissəsi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 17 saylı evin 35 saylı mənzilinin mülkiyyətində olan 2/5 hissəsini xx.xx.2021-ci il tarixində bağışlama müqaviləsinə əsasən oğlu, hazırki iş üzrə Cavabdeh2 bağışlamışdır. Eyni zamanda, borclu Cavabdeh1 mülkiyyətində olan ünvan 2də yerləşən 0,12 ha torpaq sahəsinin ¼ hissəsini də 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən təsdiq edilmiş 4ə-1190 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən həyat yoldaşı Cavabdeh3 bağışlamışdır. Göründüyü kimi, icra işi ilkin olaraq Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Siyavuş Beydullayevin icraatında olarkən icra məmurunun işə səhlənkar münasibətinin nəticəsində borclunun barəsində məcburi icra tədbiri olaraq tələbin onun əmlaklarına yönəldilməsi təmin edilməmişdir. İcra məmurunun bu səhlənkarlığından istifadə edən borclu əmlakları bağışlamaq niyyəti olmadan, sadəcə tələbin mülkiyyətində olan əmlaklara yönəldiləcəyini nəzərə alaraq məqsədli şəkildə əmlakını tələbin yönəldilməsindən gizlətmək üçün onları, öz həyat yoldaşına və oğluna bağışlamışdır. Əslində isə, niyyət əmlakları bağışlamaq deyil, əmlakları ona yönəldiləcək tələbdən gizlətmək olmuşdur. Göründüyü kimi, Cavabdeh1 mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Fuad Qasımzadə küçəsi 22D saylı fərdi yaşayış evini və onun yerləşdiyi 0,075 ha torpaq sahəsini 4Ə-887 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli və ünvan 2də yerləşən 0,12 ha torpaq sahəsinin 1/4 hissəsini də 3 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən təsdiq edilmiş 4ə-1190 reyestr nömrəli xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən həyat yoldaşı hazırki iş üzrə Cavabdeh3 bağışlaması və Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, 17 saylı evin 35 saylı mənzilinin mülkiyyətində olan 2/5 hissəsini xx.xx.2021-ci il tarixində bağışlama müqaviləsinə əsasən oğlu, hazırki iş üzrə Cavabdeh2 bağışlaması uydurma əqd olmuş, və bu ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlər olmuşdur.

20. Cavabdeh1 izahatında bildirmişdir ki, atası xx.xx.2016-cı il tarixdə rəhmətə getmiş və o da atasını n vərəsəsi olmuşdur. Miras əmlakın dörddə bir hissəsi onun, dörddə bir hissə bacısının və dörddə iki hissəsi də qardaşı iddiaçının olmuşdur. Kiçik qardaşı vərəsəlikdən iddiaçının xeyrinə imtina etdiyinə görə dörddə iki hissə qardaşı iddiaçıya və digər dörddə bir hissələr də mərhum bacısı ilə ona qalmışdır. Bacısı yanvar ayının otuzunda rəhmətə getmişdir. Anası vərəsə olmamışdır. Çünki anası ilə atası boşanmışlar. Vüqar müəllim demişdir ki, o mirasçı ola bilməz. Yəni borcdan onun payı olmamışdır. 62000 hamısı verilməlidir. O isə bildirir ki, axı o da atasının miras əmlakının dörddə bir hissəsinin vərəsəsi olmuşdur. Belə ki, mərhum atası ilə onların arasında heç bir problem olmamışdır. Sadəcə olaraq onun atasına borcu olmuşdur. O, Mərdəkandakı bağı atasından 80000 ABŞ dolları məbləğində almı şdır. Onun 18000 ABŞ dollarını ödəmiş, 62000 ABŞ dolları borcu qalmışdır. Onu da hissə-hissə ödəyirmiş. Lakin atası 2016-cı ildə vəfat etmişdir. Uzun müddət bir yerdə yaşamış və onun dəfn xərcini də özü çəkmişdir. Bundan da əlavə iddiaçı tərəfin də bildirdiyi kimi məhkəmə qaydasında qardaşı öz payına düşən 62000 ABŞ dollardan 31 min dollarını ondan tələb etmiş və o isə ona bütün pulu ödəmişdir. Bununla da bağlı onlar deyir ki, Siyavuş Feyzullayevin icraatında iş təxminən 5 il ərzində olmuşdur. Bununla bağlı o xahiş edir ki, qarşı tərəf məhkəməyə göstərsin ki, onlar 5 il ərzində Siyavuş Feyzullayevə nə vaxt hansı rəsmi müraciəti etmişlər ki, onun qardaşı pulu ödəmir və bunu götürüb özbaşına olaraq yoldaşına, övladına bağışlamışdır. Belə ki, o pulu qardaşına ödəmişdir. Ondan nə pul istədik lərini bilməmişdir. Qardaşı icra işinə xitam verilməsi ilə bağlı ərizəni yazıb 1 saylı Asan Xidmət mərkəzinin notarius şöbəsində 2018-ci ilin iyun ayı tarixində artıq imzalamışdır. O da Xətai rayon İcra şöbəsinə göndərmiş və işə xitam verilməsini xahiş etmişdir və ona bu ərizə ilə bağlı heç kim zəng etməmişdir. Sadəcə olaraq 2021-ci il noyabr ayından bacısına düşən hissədə borcunu hissə-hissə anasına ödəmişdir. Onun bacısı onların qeydiyyatda olduğu evdə yaşamışdır. Bacısı əlil olmuşdur. Bacısına atasından qalma mirasın dörddə bir hissəni borclu olmuş, dörddə ikisini də qardaşına verilməlidir. Belə ki, 62000 ABŞ dollarlıq tələbdən 31000 ABŞ dollar qardaşına düşmüş, 15500 ABŞ dollar bacına düşmüş, 15500 ABŞ dollar da o özüözünə ödəyə bilməyəcəyinə görə o hissəni ödəməmişdir. Bacıya olan bor cunu da ödəyirmiş. Lakin sentyabr ayından məlum olmuşdur ki, bacısının qəyyumu iddiaçının həyat yoldaşı Gülnarə Cəfərovadır. Bunu da ondan gizlətmişlər. Bacısı onun evində qalaqala necə ola bilər ki, qardaşının yoldaşı bacısının qəyyumu olmuşdur. Bundan əlavə Xətai Rayon Məhkəməsində onlar iddiaçının vəkili ilə görüşmüş və onda məlum olmuşdur ki, onun bacısının qəyyumu Gülnarə Cəfərova olmuşdur. Hal-hazırda da Xətai rayon İcra şöbəsinin icraçısının işə xitam vermədiyini görüb demişlər ki, pul təzdən ödənilməlidir. Əgər onun borcu yoxdursa, nəyə görə onun əmlakı ilə bağlı əqdlər etibarsız sayılmalıdır.

21. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Orxan Məmmədli) 2(004)1898/2022 nömrəli iş üzrə 7 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

22. Birinci instansiya məhkəmə sinin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən əqdlər təsdiq edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi üçün heç bir əsas olmamışdır.

23. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbində hazırki iş üzrə cavabdeh tərəfindən mübahisəli əmlakların (və ya əmlaklarda olan payının) həyat yoldaşına və oğluna bağışlanmasının uydurma əqd olması və hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmasının göstərilməsinə baxmayaq həmin hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215, 324.1, 3 37, 340, 390.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Məmməd Məmmədov) 2(103)-5189/2022 nömrəli mülki iş üzrə 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Birinci instansiya məhkəməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı cavabdehin icra sənədinin icrasından yayınmaq üçün mübahisəli əmlakları özgəninkiləşdirdiyini bildirsə də, sözügedən icra işi üzrə cavabdehin ona borcu olmadığına dair notarial qaydada təsdiq edilmiş ərizə vermiş, icra icraatına xitam verilməsini xahiş etmiş, həmin ərizəni öz iradəsi ilə yazıldığını mübahisələndirməmiş, eləcə də həmin ərizənin başqa məqsədlə verildiyini ağlabatan dəlillərlə əsaslandıra bilməmişdir.

28. Digər tərəfdən, cavabdeh də iddiaçının tələbkar kimi keçdiyi icra işində borcu ödədiyini bildirmiş, bu barədə sadalanan Bank arayışlarını təqdim etmişdir. Ləğv prosesində olan "xxxx" ASC və "xxxx" QSC-dən təqdim edilmiş arayışlarlan görünür ki, həmin Banklarla bağlanmış kredit müqavilələrinin tarixləri iddiaçının icra icraatına xitam verilməsi barədə ərizənin tarixi ilə yaxındır. Belə ki, kredit müqavilələri xx.xx.201 8, xx.xx.2018-ci il tarixlərdə bağlanmış, iddiaçının icra şöbəsinə ünvanladığı ərizə isə xx.xx.2018-ci ildə verilmişdir. Beləliklə, hadisələrin xronoloji ardıcıllığı cavabdehin iddiaya etirazının dəlillərini daha əsaslı qəbul etməyə imkan verir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215, 324.1, 337, 340, 390.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının xx.xx.2018-ci il tarixli iddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin rəisi Vüqar Qasımova ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəyə miras aktivinə daxil olan tələb hüququnundan imtina və ya digər vərəsənin payının artırılması kimi qiymət verməsi tamamilə əsassız və qanunsuz olmuşdur. Çünki, miras kütləsinə daxil olan Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1173/2014 saylı xx.xx.2014-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsinə əsasən Cavabdeh1 62.000 ABŞ dollarının tutulması ilə bağlı tələb hüququndan iddiaçının imtinası və ya digər vərəsənin payının artırılması ilə bağ lı vərəsəlik işində hər hansı ərizə olmamışdır. Məhkəmə kollegiyasının istinad etmiş olduğu xx.xx.2018-ci il tarixli iddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin rəisi Vüqar Qasımova ünvanladığı (hansı ki, həmin vaxt iddiaçı iş üzrə tələbkar kimi hələ tanınmamışdır) notarial qaydada təsdiq edilmiş borcun olmaması barədə ərizə isə mirasdan imtina və ya digər vərəsənin payının artırılması kimi qiymətləndirilə bilməz.

33. Kassator qeyd etmişdir ki, Cavabdeh1 guya iddiaçıya tələbdən imtina üçün 31.000 manat pul ödəməsi barədə mülahizənin irəli sürməsi bir daha təsdiq etmişdir ki, cavabdeh qeyd olunan tələb miras kütləsinə daxil olan tələb olmuş və bu tələbdən imtina isə qanunun tələbinə uyğun həyata keçirilə bilər. Halbuki, iddiaçı mirasın bir hissəsini qəbul etmişdir. Belə olan h alda mirasın digər hissəsindən imtina da qanunla yolverilməz olmuşdur.

34. Kassator qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli “tərəfin onun vərəsəsi və ya hüquqi varisi ilə əvəz edilməsi haqqında” Yasamal rayonu İcra və Probasiya şöbəsinin icra məmuru İlqar Allahverdiyev tərəfindən qəbul edilmiş qərardan isə Cavabdeh1 ümumiyyətlə şikayət verməmiş və həmin qərar hazırda qüvvəsində olmuşdur. Gəldiyi nəticəni əsaslandırmaq üçün məhkəmə kollegiyasının cavabdeh tərəfindən təqdim edilmiş ləğv prosesində olan "xxxx" ASC tərəfində verilmiş xx.xx.2021-ci il tarixli və "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlara istinad etməsidə tamamilə əsassız olmuşdur. Çünki, götürülmüş olan bu məbləğin 1.07.2018-ci il tarixli ərizə yazılarkən iddiaçıya verilməsinə dair iş materiallarında heç bir sübut mövcud olmamışdır. Məhkəmə kollegiyası isə Cavabdeh1 götürmüş olduğu bu kredit məbləğinin həqiqətən iddiaçiya verildiyinin hadisələrin xronoloji ardıcıllığı ilə əlaqələndirmişdir. Əslində isə, Cavabdeh1 sənədlərin tarixi ilə manipulyasiya etməklə, onun tərəfindən NBC Bank və Access Bankdan alınmış müvafiq olaraq 35.000 AZN və 6.000 AZN məbləğində kreditlərin atasına olan borcundan ona aid olan 31.000 AZN ödənilməsinə yönəldilməsi kimi saxta təəssürat yaratmağa çalışmışdır. Halbuki, həmin məbləğin onun Rabitə Bankın ayırdığı ipoteka vəsaiti hesabına ünvan 6 ünvanında yerləşən mənzilin satın alınmasından irəli gələn digər məsrəflərin ödənilməsinə xərcləndiyini müvafiq sənədlərdən aydın görmək mümkün olmuşdur. Belə ki, təqdim olunan sənədlərdən həmin mənzilə Cavabdeh1 adına ** ******** saylı **********2-05301-093 saylı çıxarışın DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 3 avqust 2018-ci ildə verildiyi müəyyən olunmuşdur. Qeyd olunan 350000 AZN məbləğində kredit isə xx.xx.2018 tarixdə (NBC Bank, Müqavilə N: 11/0281/DİK), 6.000 AZN məbləğində kredit isə xx.xx.2018 tarixdə (AccessBank QSC Müqavilə: 009A********) alınmışdır. Çıxarışın hazırlanmasının müəyyən vaxt alması və alqı-satqı müqaviləsinin daha öncə imzalandığını nəzərə alınsa, göstərilən xüsusatlar həm məbləğ və zaman etibarı ilə həmin vəsaitin bilavasitə mənzilin alınması ilə bağlı xərclərə istifadə olunduğunu təsdiqləmişdir. Çünki, məlum olduğu kimi ipoteka vəsaitinin mənzilin qiymətinin hamısını deyil, maksimum 85%-ni ödədiyini (bu faiz göstəricisi banklara görə dəyişir) və ayrılan ipoteka vəsaitinin 15 1876 manat 91 qəpik olduğu nəzərə alınsa, onda mənzilin qiymətini tam ödəmək üçün ipotekadan başqa 26.801 AZN əlavə vəsaitə ehtiyac yaranır. İpoteka 80% olarsa əlavə ödənilməli vəsait 37969 təşkil edir. Bundan başqa, digər xərclər, o cümlədən ipoteka vəsaitinin orta hesabla 3%nə bərabər olan ipotekanın sığortalanması (bu isə 4556 AZN edir) də müştəri tərəfindən ödənilir. Eyni zamanda, notarial alqı-satqı rəsmiləşdirilməsinə aid vergi və rüsumları da nəzərə alsaq həmin kreditlərin həcminə çox yaxın məbləğ alınır. Rabitəbank QSC-yə ipoteka vəsaitinin dəqiq verilmə tarixi, ipotekanın sığorta və digər xərclərinin həcminə aid sorğu göndərməklə bu halları bir daha təsdiqləmək olar. İş materiallarından göründüyü kimi, etibarsız hesab edilməsi tələb edilən bağışlama müqavilələrinin obyektini təşki l edən əmlaklar borclu Cavabdeh1 tərəfindən məhz, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-1173/2014 saylı xx.xx.2014cü il tarixli qanuni qüvvəsini almış qətnaməsinə əsasən icra sənədi 2014-cü ildə verildikdən sonra borclu tərəfindən həmin əmlakları tələbdən yayındırmaq məqsədi ilə öz ailə üzvlərinə (həyat yoldaşı və oğluna) bağışlamışdır. Bu isə birmənalı olaraq Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən bağışlama müqavilələrinin uydurma əqd olduğunu təsdiq etmişdir. Çünki, borclu, Cavabdeh1 əmlakları bağışlayarkən onları özgəninkiləşdirmək niyyəti olmamış, sadəcə həmin əmlakları tələbdən yayındırmaq istəmişdir.

35. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77-ci maddələrinə istinad ed ərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Cavabdeh1 kassasiya şikayətinə etiraz edərək, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. instansiyası Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

38. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

39. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

40. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

41. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərə zsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən m addi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə işdəki sübutları qiymətləndirərək bu qənaətə gəlmişdir ki, iddiaçı, cavabdehin icra sənədinin icrasından yayınmaq üçün mübahisəli əmlakları özgəninkiləşdirdiyini bildirsə də, sözügedən icra işi üzrə cavabdehin ona borcu olmadığına dair notarial qaydada təsdiq edilmiş ərizə vermiş, icra icraatına xitam verilməsini xahiş etmiş, həmin ərizəni öz iradəsi ilə yazıldığını mübahisələndirməmişdir. Göründüyü kimi, məhkəmənin mövqeyinə görə qeyd olunan ərizə hüquqi nəticə yaratmışdır. Bundan əlavə, məhkəmələr hesab etmişlər ki, iddiaçı, mübahisələndirdiyi müqavilələrin uydurma əqd olmasını sübuta yetirə bilməmişdir.

51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

52. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə si tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5189/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar