Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-727/2023 04.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk İddiaçı Cavabdeh, Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: beh tələbi, beh müqavilələrinin etibarsız hesab edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı, nümayəndə və vəkili Vəkil1, qarşılıqlı iddiaçı Cavabdeh nümayəndə və vəkili Vəkil4, Sumqayıt şəhər 3 saylı notariat ofisininin nümayəndəsi X2 və üçüncü şəxs X4 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(060)-7435/2022 saylı qətnaməsindən cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisini cəlb etməklə «beh tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 240000 manat məbləğində behin və iddianın verilməsi üçün ödənilmiş 530 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 01 may 2022-ci il tarixdə Sumqayıt şəhər 3 saylı notariat ofisində notarial qaydada bağlanmış beh müqavilələrinə əsasən o, Şabran şəhəri, X13 küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 0,1407 ha torpaq sahəsini 620000 manata satılması üçün 80.000 manat, Şabran şəhəri, ünvan 3ən fərdi yaşayış evini və onun yerləşdiyi 0,05 ha torpaq sahəsini 200000 manata satılması üçün 40.000 manat, ümumilikdə cavabdehə 120.000 manat beh vermişdir. Beh müqaviləsi bağlanarkən mülkiyyətçi olan cavabdehi etibarnamə üzrə nümayəndəsi X11 təmsil etmişdir. O, 2022 ci ilin aprel ayında Şabran rayonunda yerləşən ümümilikdə 0,19 ha torpaq sahəsində inşa edilmiş təxmini sahəsi ***-**** kv.m olan qeyri-yaşayış sahəsini, fərdi yaşayış evini torpaq sahələri ilə birlikdə alınması üçün maraqlandıqda özünü cavabdehin bütün işlərini görən köməkçisi kimi təqdim etmiş Elçin Nəsirovla müzakirələr aparılmış, son nəticədə razılıq əldə edildiyindən beh müqaviləsi bağlanılmasına razılıq verilmişdir. Ancaq notariusa gedən zaman mülkiyyətçi Cavabdeh nümayəndəsi olan Elçin Nəsirovun beh müqaviləsini bağlamağa etibarnamədə səlahiyyəti olmadığından notarius mülkiyyətçidən beh müqaviləsi bağlamaq üçün xüsusi səlahiyyətli, həm də konkret əmlak göstərməklə etibarnamə əldə etdikdə müqaviləni rəsmiləşdirə biləcəyini bildirmişdir. Cavabdeh bu barədə, yəni konkret əmlaka və beh bağlamaq səlahiyyəti olan etibarnaməsini şəxsən nümayəndəsinə verdikdən sonra 01 may 2022-ci il tarixində əmlaklara dair beh müqavilələri rəsmiləşdirilmiş və ümümilikdə 120000 manat cavabdehə ödənilmişdir. Cavabdeh tərəf behi aldıqdan 15 gün sonra ümümilikdə 0,19 ha torpaq sahəsində yerləşən təxmini sahəsi 900- 1100 kv.m olan (hansı ki, həmin qeyri-yaşayış sahəsinin çıxarışı da alınmalı idi) qeyri-yaşayış sahəsinin də müvafiq sənədləşdirilmə, təmir və elektrik naqqillərini qaydaya salınması, transformatorun torpaq sahəsindən başqa yerə çıxarılması və. s xərclərə görə əlavə 70000 manat da pul almışdır. Pulu alarkən alğı-satqı zamanı verəcəyi puldan çıxacaqlarını bildirmişdilər. O, behi artıq verdiyinə və işin rəsmiyyətinə əmin olduğuna görə həmin 70000 manatı verərkən notarial qaydada verməmişdir. Ancaq şahidlərin iştirakı ilə həmin pulu vermişdir. Qeyd olunan məbləğdə pulla bağlı hüquq-mühafizə orqanlarına ayrıca müraciət edəcəyindən hazırkı beh tələbində həmin məbləği qeyd etməmişdir. Ancaq cavabdeh tərəf 30 iyun 2022-ci il tarixinədək alğısatqı müqaviləsinin bağlanmasından müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdeh tərəf beh müqaviləsində göstərilmiş 30 iyun 2022-ci il tarixinə kimi nəinki alğı-satqı müqaviləsi bağlamış, heç onun behini belə qaytarmamışdır və qaytarmaq belə istəmir. Artıq məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmadığından hazırki iddia ilə məhkəməyə müraciət edərək haqqının bərpasını xahiş edir. Hesab edir ki, cavabdeh ondan notarial qaydada bank yolu ilə aldığı ümumilikdə 120000 manat behi müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə, onu ziyana saldığına, əsəb xəstəsi etdiyinə görə 2 misli artığını, yəni 240000 manat ödəməlidir. Eləcə də məhkəməyə iddia qaldırmaq üçün ödədiyi 530 manat dövlət rusumu da cavabdehdən tutularaq ona ödənilməsində tam haqlıdır. İlkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisi və X5 cəlb etməklə “beh müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanmış 3U-579 nömrəli, 1 may 2022-ci il tarixli və 3U-580 nömrəli, 1 may 2022-ci il tarixli beh müqavilələrinin etibarsız hesab edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1949-cu il təvəllüdlüdür, hal-hazırda 73 yaşındadır. Uzun müddətdir ki, müxtəlif təyinatlı daşınmaz əmlakın əldə edilməsi, satılması və s. əməliyyatların həyata keçirilməsi üçün daşınmaz əmlak alğısatqısı sahəsində brokerlik (makler) fəaliyyəti göstərən qarşılıqlı iddia ərizəsi üzrə üçüncü şəxs X11 ilə əməkdaşlıq edir. Elçin Nəsirovla əməkdaşlığı əsasən ona verdiyi etibarnamə əsasında onu üçüncü şəxslərə qarşı təmsil etməsi, onun tapşırığı və əvvəlcədən razılığı ilə əmlak əldə etməsi, inşa etdiyi tikililərin sənədləşdirilməsi fəaliyyətindən ibarət olmuşdur. Uzun müddət işlərini apardığına görə Elçin Nəsirov onun etimadını qazanmışdır. Buna görə də ona tam inamı yaranmışdır və dəfələrlə onu təmsil etməsi üçün ona müxtəlif məzmunlu etibarnamələr vermişdir. Elçin Nəsirov yeni etibarnamənin verilməsi və ya mövcud etibarnamənin müddətinin uzadılması üçün hər dəfə onu özü ilə notariat ofislərinə aparmış və ya dəvət etmişdir və o, orada əvvəlcədən hazırlanmış etibarnamələrə imza atmışdır. Son zamanlar Elçin Nəsirova etimadı tam olduğuna görə etibarnamələrin məzmunu ilə tanış olmağa da ehtiyac hiss etməmişdi. 2020-ci ildə Elçinə ünvan 2 ünvanında verləşən sahəsi 0,1407 ha olan torpaq sahəsini və Şabran şəhəri, ünvan 3ən 0.05 ha torpaq sahəsini və həmin sahədə olan 77.50 kv.metr ölçüdə fərdi yaşayış evini alğı-satqı yolu ilə əldə etmək tapşırığı vermişdir. Həmin sahələri əldə etdikdən sonra ünvan 2 ünvanında yerləşən torpaq sahəsində ticarət təyinatlı qeyri-yaşayış sahəsi inşa etdirməyə başlamışdır. Bu xeyli məbləğdə vəsait xərcləmişdir. Bundan sonra orada gələcəkdə fəaliyyəti genişləndirmək məqsədi ilə ətrafda yerləşən həyətyanı və digər təyinatlı torpaq sahələrini alğı-satqı yolu ilə əldə etmək, həmçinin ünvan 2 ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi tikiliyə elektrik və digər kommunikasiya xəttlərinin çəkilməsinin təmin edilməsi üçün Elçin Nəsirova müvafiq tapşırıq vermiş və bu məqsədlə onu təmsil etməsi üçün ona 80.000 manat miqdarda pul və etibarnamə vermişdir. Elçin Nəsirov satın alınacaq sahələrdə tikinti işlərinin aparılmasına dair müvafiq sənədlərin əldə edilməsi üçün əlavə səlahiyyətlərin verilməsinə dair etibarnamələrə ehtiyac yaranacağını bildirmiş və o, istənilən vaxt ona etibarnamə verə biləcəyini demişdir. Bundan sonra Elçin Nəsirov bu istiqamətdə fəaliyyətə başlamış və o, bir neçə dəfə ona etibarnamələr vermişdir. Bu zaman Elçin Nəsirov dediyi istənilən gün və saatda onun söylədiyi notariat ofisinə gedərək əvvəlcədən hazırlanmış etibarnamələri imzalamışdır. Son olaraq xx.xx.2022-ci il tarixində Elçin Nəsirova yeni etibarnamə verərək ona məxsus olan tikililərin sənədləşdirilməsi, həmin tikililərə aid kommunal işlərlə bağlı əməliyyat aparılması üçün etibarnamə vermişdir. Lakin bir müddət sonra Elçin Nəsirov verdiyi tapşırığı yubatmağa başlamış və onun ətrafda yerləşən torpaq sahələrinin qısa müddətdə satın alınması barədə təkidlərindən sonra, danışıqların artıq yekunlaşdığını və həmin sahələrin satın alınması üçün yeni etibarnamənin lazım olduğunu bildirərək onu 30 aprel 2022-ci il tarixində Sumqayıt şəhər 4 saylı notariat ofisinə aparmışdır. Burada artıq tərtib olunmuş etibarnamələr onun tərəfindən imzalanmışdır. Həmin vaxt qeyd etdiyi kimi Elçin Nəsirova inamı yarandığına, ona tam etimad göstərdiyinə görə, ağır şəkər xəstəsi olmağı ilə əlaqədar görmə qabiliyyətində olan ciddi problemlərə görə oxuya bilmədiyinə baxmayaraq, məzmunu ilə tanış olmadan əvvəlcədən tərtib olunmuş etibarnamələri imzalamışdır. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, həmin etibarnamələr Şabran şəhərində ona məxsus olan və üzərində külli miqdarda vəsait xərcləyərək inşa etdiyi tikiliyə kommunikasiya xəttlərinin çəkilməsi məqsədi ilə aidiyyəti orqanlara müraciət etmək və müvafiq sənədləşmə işlərinin, həmçinin yaxın ərazilərdə yerləşən torpaq sahələrini əldə etmək üçün müvafiq əməliyyatların aparılması məqsədi ilə tərəfindən Elçin Nəsirova verildiyini düşünmüş, iradə ifadəsi bu şəkildə olmuşdur və Elçin Nəsirov da etibarnamələrin məhz bu məqsədlə verildiyinə onu tam inandırmışdır. Lakin bundan sonra Elçin Nəsirovla əlaqə saxlamaqda çətinlik çəkməyə başlamış, o, telefon zənglərinə cavab verməməyə, onunla görüşməkdən yayınmağa başlamışdır. Buna görə kürəkəni (qızının əri) X1 müraciət edərək Elçinlə danışmasını, ona verdiyi tapşırıqları yerinə yetirməsini bildirmiş, 2022-ci ilin mart ayında inşa etdiyi tikiliyə elektrik və digər xəttlərin çəkilməsi məqsədi ilə Elçinə 80.000 manat vəsait verməsinə baxmayaraq heç bir iş görülmədiyinin aydınlaşdırılmasını xahiş etmişdir. 2022-ci ilin noyabr ayında yaşadığı evə özünü Firdovsi kimi təqdim edən bir şəxs gələrək ünvan 2 ünvanında yerləşən torpaq sahəsini və Şabran şəhəri, ünvan 3ən torpaq sahəsini və həmin sahədə olan fərdi yaşayış evini satın almaqla bağlı etibarnamə əsasında onu təmsil edən Elçin Nəsirovla razılığa gəldiklərini, bu məqsədlə notarial qaydada beh müqavilələri bagladıqlarını, həmin müqaviləyə əsasən 30 iyun 2022-ci il tarixinədak alğı-satqı müqaviləsinin bağlanmalı olduğunu bildirmiş və təkidlə həmin müqavilənin bağlanmasını, əks halda ödədiyi behin iki qatının ona geri qaytarılmasını tələb etmişdir. O, çaşqınlıq içərisində Firdovsiyə nə əvvəlcədən, nə də indi torpaq sahəsi satmaq niyyətinin olmadığını, bu barədə Elçin Nəsirova hər hansı bir tapşırıq vermədiyini, əksinə həmin ərazidə olan digər torpaq sahələrinin satın alınması barədə ona tapşırıq verdiyini bildirmiş və məsələnin aydınlaşdırılması üçün Elçin Nəsirovla əlaqə saxlamağa cəhd etmişdir. Lakin Elçinin telefonu bağlı olduğuna görə onunla danışa bilməmişdir. O, Firdovsiyə bir daha torpaq sahəsi satmaq niyyətinin olmadığını, həmin ərazidə ticarət obyekti inşa etdiyini və həmin obyektin sənədləşdirilməsi və əlavə sahələrin alınması ilə bağlı Elçinə səlahiyyət verdiyini bildirmişdir. Firdovsi ona bildirmişdir ki, onlar beh vermişlər, həmin əmlaklar artıq onlarındır və həmin əmlakları onlara satmağa məcburdur. Əks halda onlardan iki qat behi və əlavə olaraq Elçinə verdiyi 70.000 manat pulu geri alacaqlar. Bundan sonra dəfələrlə Elçinlə əlaqə saxlamağa cəhd etsə də onun istifadəsində olan telefon nömrəsinə zəng çatmamışdır. Bu barədə oğluna və kürəkəninə məlumat vermiş və onlara məsələnin aydınlaşdırılmasını, həll edilməsini tapşırmışdır. Dərhal notariat kontoruna gedərək Elçin Nəsirova verdiyi etibarnaməni ləğv etdirmişdir. Sonradan oğlu və kürəkəni tərəfindən müəyyən edilmişdir ki, Elçin Nəsirov etimadından sui-istifadə edib onu aldadaraq, ona məxsus olan torpaq sahələrinin yaxınlığında yerləşən torpaq sahələrinin əldə edilməsi barədə onun həqiqi iradəsinə tamamilə zidd məzmunda, yəni mülkiyyətində olan torpaq sahələrinin alğı-satqısını həyata keçirmək üçün beh müqaviləsinin bağlanması və bununla əlaqədar digər əməliyyatların aparılması səlahiyyətlərini özündə əks etdirən etibarnamələrə imza atdırmış, ona etibarnamə verdiyi günün ertəsi günü, yəni 1 may 2022-ci il tarixdə İddiaçı ilə notarial qaydada beh müqavilələri bağlamış, həmin şəxsdən beh kimi 80000 və 40000 manat olmaqla, ümumilikdə 120000 manat pul almışdır. Elçin Nəsirov ondan aldığı etibarnamələrin həqiqi məzmunu barədə ona yanlış məlumat verdiyini, onu aldatdığını etiraf etmiş, beh kimi aldığı pulun bir hissəsini özünün borclarının qaytarılmasına sərf etdiyini, bir hissəsinin isə “Topaz”da uduzduğunu bildirmişdir. O, Elçin Nəsirova dərhal guya beh kimi aldığı pulu beh müqaviləsinin digər tərəfinə qaytarmasını və beh müqaviləsini ləğv etdirməsini, əks halda onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Elçin Nəsirov qarşı tərəflə danışıqlar apardığını bildirərək qısa müddətdə məsələni həll edəcəyinə söz vermişdir. X7rşı tərəflə danışıqları heç bir nəticə verməmiş, əksinə qarşı tərəf onun beh müqavilələrinin bağlanmasından xəbəri olmadığını bilmələrinə, Elçin Nəsirovun onu aldatdığından məlumatları olmasına baxmayaraq, behin iki qat qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Buna görə də razılığı və məlumatı olmadan, iradəsinə zidd məzmunda olan, iradə ifadəsini heç bir şəkildə əks etdirməyən beh müqavilələrinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İlk iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil3 iddia ərizəsinə etiraz edərək əsassız olduğu üçün iddianın təmin edidməməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(060)-7435/2022 saylı qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisini cəlb etməklə «beh tələbinə dair» ilkin iddiasının təmin edilməsi, Cavabdeh 240000 (iki yüz qırx min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 530 (beş yüz otuz) manat pulun alınaraq İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisi və X5 cəlb etməklə “beh müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Almaz Süleymanova). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilkin iddia üzrə İddiaçı qeyriyaşayış sahəsi almaq məqsədi ilə Cavabdeh etibarnamə əsasında nümayəndəsi X6 müraciət etmiş, sonuncu Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 və Şabran şəhəri, X9 küçəsi 31 ünvanında yerləşən torpaq sahələrini və üzərindəki tikilini təklif etmiş, tərəflər arasında əmlakın alğı-satqısı ilə bağlı razlaşma olmuş və mübahisələndirilən beh müqavilələri bağlanmış, İddiaçı tərəfindən hər iki müqavilə üzrə cəmi 120.000 manat beh ödənilmiş və tərəflər xx.xx.2022-ci tarixədək alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Beh müqaviləsi daşınmaz əmlakın mülkiyyətçisi tərəfindən verilmiş etibarnaməyə əsasən səlahiyyətli nümayəndəsi Elçin Nəsirov tərəfindən bağlanılmışdır. Şərh olunan bu hallar işin mübahisəsiz və faktiki hallarıdır. Bundan başqa məhkəmə qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı qənaətə gələrkən işin faktiki hallarına mübahisələndirilən beh müqavilələrinin bağlanmasına əsas olan etibarnamələrin mübahisələndirilməməsi, yalnız cavabdeh tərəfindən həmin müqavilələr üzrə məhkəməyə müraciət edildikdən sonra iddiaçının aldadıldığını iddia etdiyi E.Nəsirovun hərəkətləri ilə bağlı hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etməsi (19 noyabr 2022-ci il tarixdə) ilə bağlı halları nəzərə almış və bu kimi hallara istinadən məhkəmə iddiaçının mübahisələndirilən qeyd olunan etibarnamələri verərkən əsl iradə ifadəsinin olmaması barədə göstərdiklərini həqiqətə uyğun hesab etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 354.1, 362.1, 362.2, 366.2 491.1, 491.2. 491.3, 492.2-ci maddələrinə istinad edərək ilk iddianı təmin etmiş, qarşılıqlı iddianı isə təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(060)-7435/2022 saylı qətnaməsinin ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə tərəfindən maddi və prosessual normaları pozulmuşdur. Belə ki, məhkəmə ilk növbədə müqavilələrin etibarlı olub-olmamasını araşdırmalı olduğu halda, ümumiyyətlə belə araşdırma aparmayaraq ilk növbədə həmin müqaviləyə əsaslanan pul tələbinə dair iddiaya hüquqi qiymət vermiş, daha sonra isə gəldiyi həmin qənaətə uyğun olaraq müqavilələrin etibarsızlığı tələbinin də əsassız olduğunu vurğulamışdır. Məhkəmə 01 may 2022-ci il tarixli beh müqaviləsini tam araşdırmamış, yalnızca onun məcburi formaya uyğunluğu ilə bağlı münasibət bildirmiş, qarşılıqlı iddia üzrə mübahisə predmeti olan etibarnamənin etibarsız olması barədə isə ümumiyyətlə araşdırma aparmamışdır. Məhkəmə sadəcə sözügedən etibarnamənin mövcudluğu ilə maraqlanmış, lakin vəzifəsi olduğu halda etibarnamənin aldadılma nəticəsində verilib-verilməməsini müəyyən etmək üçün həmin etibarnamə verilənədək və verildikdən sonrakı dövrdə tərəflər arasındakı münasibət və edilən hərəkətlər araşdırılmamış və ümumiyyətlə bunlarla bağlı hər hansı bir münasibət də bildirməmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə verilmiş əlavədə qeyd olunur ki, məhkəmə tərəfindən müəyən edilməmiş hallardan biri də odur ki, beh müqaviləsi bağlandıqdan sonra alıcı alğı-satqı müqaviləsini bağlamamış, beh müqaviləsində qeyd edilən tarixə kimi heç bir cəhd etməmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh nümayəndə və vəkili Vəkil4 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, işin halları baxımından beh müqaviləsi etibarsızdır. Beh müqaviləsi Mülki Məcəllənin 339.1, 339.2, 340.2-ci maddələrinə uyğun olaraq etibarsız sayıla bilər. Hazırki halda 339.1 və 339.2-ci maddəni müəyyən etmək üçün işin faktiki halları müəyyən edilməlidir. Bununla bağlı Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarı var. Həmin qərarda Konstitusiya Məhkəməsinin mövqeyi belədir ki, əqdin etibarsızlıq məsələsinə işin faktiki hallarına uyğun olaraq baxılmalıdır. İddiaçı normalda belə bir beh müqaviləsini bağlamaq səlahiyyətində olan şəxs deyil. Bu məsələ cinayət işi formasında araşdırılıb. Bu araşdırmanın gedişatında iddiaçı bildirib ki, onun hər hansı obyekt almaq niyyəti olmayıb. Ona bildirilib ki, alğı-satqı başa çatandan sonra alınan yerin qapı-pəncərə işi ona həvalə olunacaq. İddiaçı Sumqayıt şəhərində qapı-pəncərə işi ilə məşğul olur. Onun 120000 manatlıq beh müqaviləsi, ümumi dəyəri ******* manat olan müqavilə bağlaması absurddur. O prosesə gəlsə, alğı-satqı predmeti olan obyektin yerini belə göstərə bilməz. Onun bu həcmdə maddi imkanı yoxdur. Beh müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanılıb. İddiaçı beh müqaviləsini Cavabdeh Elçin Nəsirova verdiyi etibarnamə ilə bağlayıb. Cavabdeh xx.xx.2022-ci ildə Elçin Nəsirova etibarnamə verir və bildirir ki, beh müqaviləsi bağlamaq istəyirlər. Lakin həmin müqavilədə beh müqaviləsi bağlamağa səlahiyyət olmadığından müqaviləni bağlamaq mümkün olmur. xx.xx.2022-ci il tarixdə Cavabdeh bildirilir ki, digər səlahiyyətlərin də icrası üçün o, yeni etibarnamə verməlidir. 30 apreldə Cavabdeh Sumqayıt şəhərində yerləşən 3 saylı yox, 4 saylı notariat ofisinə aparırlar və o, Elçin Nəsirova kiçik həcmli bir etibarnamə verir. Etibarnamədə verilən ilk səlahiyyət beh müqaviləsinin bağlanılması olur. xx.xx.2022-ci il tarixdə 3 saylı Notariat Ofisində beh müqaviləsi bağlanılır. Əgər Cavabdeh obyekti iddiaçıya satmaq niyyəti var idisə, 30 apreldə notariusa etibarnamə verməyə gedirsə, elə alğı-satqını da həmin gün özü şəxsən icra edə bilərdi. İddiaçı nə Cavabdeh, nə də Elçin Nəsirovu tanımır. Amma böyük həcmdə dəyəri olan müqavilə bağlayır. Beh də Yasin tərəfindən Elçinə verilir. Beh müqaviləsinin 3.4-cü maddəsində deyilir ki, alğı-satqı müqaviləsi xx.xx.2022-ci il tarixinədək rəsmiləşdirilməlidir. Elçin Nəsirov ona həvalə olunmuş işləri görmədiyinə görə etibarnamə 2022-ci ilin noyabr ayında ləğv olunur. Etibarnamə ləğv olunduğu tarixdən bir gün sonra Firdovsi adlı şəxs ortaya çıxır. Məlum olur ki, beh müqaviləsi bağlanılıb. Əmlakın dəyəri 800000 manatdan yuxarıdır. Bu hal ortaya çıxan kimi dərhal prokurorluğa müraciət olunur. Bunda sonra cinayət işinin başlanması rədd olundu. Sonra da onlara qarşı iddia qaldırıldı. Hazırki iş üzrə aldatma, yəni Mülki Məcəllənin 339.2-ci maddəsinin halı var. X17 Cavabdeh müqavilə bağlamaq niyyəti olmadığı halda ondan xx.xx.2022-ci il tarixdə aldadaraq etibarnamə alır, xx.xx.2022-ci il tarixdə isə beh müqaviləsi bağlayır. Əqd həm də yalan əqddir. Çünki bunu qarşı tərəf özü də etiraf edir. Etibar edilən pis niyyətlə, etibar edənin alğı-satqı niyyəti olmadan Şabrandakı əmlaklarla bağlı dəyərindən aşağı qiymətə müqavilə bağlayıb. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2(060)-7435/2022 saylı qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin edilməməsinə, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kolegiyasının iclasında qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirirdi ki, o, ev almaq, transformatora dair təmir işlərini həll etmək üçün Elçin Nəsirova etibarnamə verirdi və bu işlərlə özü məşğul olurdu. O, Elçin Nəsirova etibarnamə vermiş, amma kimdənsə beh almasından məlumatsızdır. Daha sonra qeyd etdi ki, Elçin Nəsirova təxminən 4-5 ildir ki, müxtəlif etibarnamələr verir və o, həmin etibarnamələrlə işlər görür. Elçin Nəsirov etibarnamə ilə onun üçün ev alğı-satqıları edib və bu günə qədər onun gördüyü işlərlə bağlı hər hansı narazılığı olmayıb. Beh almaq üçün etibarnamə verəndə etibarnaməni oxumamışdı. O, Elçin Nəsirova dəfələrlə etibarnamə verib, bu səbəbdən də etibarnaməni oxumamışdı. Onun əmlakımı satmaq niyyətim olmayıb. Behin alınmasından müəyyən müddət keçəndən sonra beh verən tərəfdən onun yanına tanımadığı şəxslər gəlmiş, o, yalnız onda hadisədən xəbər tutmuş, Elçinə zəng etmiş, amma ona zəng çatmamışdır. Elçin Nəsirov barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verməyib. Bildiyinə görə Elçin Nəsirov qarşı tərəfdən 80000 manat beh alıb. Amma dəqiq bilmirəm. Beh almaq üçün Elçinə etibarnamə verməyə notariusa özü getmişdi, ona heç bir təsir, hədə olmayıb. Beh almaq üçün etibarnamə verəndə notarius ona adından Şabran şəhəri, ünvan 3ən, ümumi sahəsi 0.5 ha olan torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 77.5 m2 olan beh müqaviləsini rəsmiləşdirməyi Elçin Nəsirova tapşırmağı barədə heç nə izah etmədi. Yazılı sənəd idi, Elçinə etibar etdiyinə görə etibarnaməni oxumadı. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022ci il tarixli, 2(060)-7435/2022 saylı qətnaməsinin ləğv edilməsini və ilkin iddianın təmin edilməməsinə, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilk İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, Elçin Nəsirova beh müqaviləsi bağlamağa səlahiyyət verən etibarnamə verilib. Həmin etibarnamə ləğv olunmayıb, etibarnamənin müddəti bitib. Beh müqaviləsini mübahisələndirən tərəf etibarnaməni mübahisələndirmir. Bu sual doğurur. Çünki beh müqaviləsinin kökü etibarnamədən qaynaqlanır. Beh müqaviləsi qanunvericiliyin tələblərinə tam uyğun şəkildə bağlanılıb. Əgər etibarnamə mübahisələndirilmirsə, hüquqi cəhətdən hər hansı etibarsızlıq halına məhkəmə tərəfindən qiymət verilməsi mümkün deyil. Pulun qarşı tərəfə verilməsi işin mübahisəsiz halıdır. Prokurorluğa müraciət də qabaqcadan düşünlümüş oyun idi. X18 barəsində cinayət işinin qaldırılması rədd olunmuşdu. O, birinci instansiya məhkəməsində qarşı tərəfin əvvəlki nümayəndəsindən soruşmuşdu ki, 30 iyun tarixində niyə alğı-satqı müqaviləsi bağlamayıblar. O belə cavab verdi ki, onların ümumiyyətlə alğı-satqı bağlamağa niyyətləri olmadığı halda belə bir müqaviləni tələb edə bilməzdilər. Əgər belə bir iradə olmayıbsa, şikayətə əlavədə müqavilənin bağlanmış hesab olunmasına istinad oluna bilməz. Bu böyük bir hüquqi ziddiyətdir. Daha sonra bildirdi ki, Elçin Nəsirov illərdir ki, Nəriman Dadaşovun adından etibarnamələrlə hərəkət edir, özünü köməkçisi kimi təqdim edir. Müvəkkili təxminən ya 20 apreldə, ya da ondan 3-4 gün sonra behlə notariusa getmiş, Elçin Nəsirovun etibarnməsindəki çatışmazlığa görə notarius onu səlahiyyətli bilmir və müqaviləni bağlamaqdan imtina edir, İddiaçı də həmin gün behi vermir. 10 gündən sonra 30 apreldə alğı-satqı üçün bütün sənədlərlə, ona səlahiyyət verən etibarnamə ilə gələn X3 Yasini çağırır və təkrar notariusa gedirlər. Alğı-satqı müqaviləsinin 1 ay ərzində bağlanmamasının səbəbi Elçin Nəsirovun iddiaçını aldatması idi. O hər dəfə hansısa hissəni təmir etdiyini bəhanə gətirərək müqaviləni bağlamırdı. Bundan sonra Cavabdeh ünvanını tapıb ona müraciət edəndə dedi ki, məsələnin ona heç bir aidiyyatı yoxdur, pulu Elçin Nəsirov alıb. Məsələni də onunla həll etməlidirlər. Nəsirov Elçin prokurorluqda izahatında bildirib ki, behi alıb, amma “Topaz”da uduzub, utandığından bunu Nərimana deyə bilməyib. Əlavə əlavə olaraq bildirdi ki, iddiaçıdan 65000 manat əlavə pul alındı, amma müqavilə bağlanmadı. Elçin Nəsirov prokurorluqdakı izahatında da bildirib ki, pulu əmlakı satmaq niyyəti ilə alıb və kriptovalyutaya sərf edib. Orada Cavabdeh bildirib ki, onun əmlak satmaq niyyəti olmayıb və aldadılıb. Apellyasiya şikayətində əlavədə də bildirilib ki, tərəfin əmlak satmaq niyyəti olmayıb. Burada iradə ifadəsindən söhbət gedə bilməz. Müqavilə bağlayandan sonra, Elçinin onların qarşında öhdəlikləri var idi. O müqavilənin müddəti bitəndə öhdəlikləri icra etməmişdi. Əsas müqavilə 30 iyun 2022-ci ildə bağlanmalı idi. Müqavilənin vaxtı tamam olanda Elçin Nəsirova bildirildi i, alğı-satqı müqaviləsi bağlanılsın, o, bildirdi ki, obyektdə kafel-metlaxın döşənilməsi, əlavə tikililərin hazır olması üçün əlavə vəsaitə ehtiyac vardır. 120000 manat verilmişdi, bu səbəbdən məcbur qalıb işlərin sona çatdırılması üçün Elçin Nəsirova 65000 manat da pul verildi, Elçin Nəsirov buna xidmət haqqı deyirdi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2(060)- 7435/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X11 bildirdi ki, Cavabdeh ona iki əraziyə dair etibarnamə vermişdi. Bir yerin ölçüsü 10 sot, bir yeri 5 sot idi. Mülkiyyətçini Rusiya Federasiyasından Azərbaycana gətirdi, 5 sota dair öz adıma alğı-satqını reallaşdırdı. Çünki mülkiyyətçi torpağı Cavabdeh satmırdı. O, alandan sonra Cavabdeh notariusa dəvət etdi və torpağı ona satdı. Buradan münasibətləri başladı. Cavabdeh torpaqlarında quruculuq işlərini də o görmüşdü. Mübahisə predmeti olan obyektdə 3 il bundan qabaq tikinti işləri gedəndə Cavabdeh bildirdi ki, obyekti satmaq istəyir. Elə o vaxtdan fikrində qalmışdı ki, normal müştəri olsa, həmin obyekti satar. O, İddiaçı ümumiyyətlə tanımayıb. Elvini tanıyırdı, Yasini ilk dəfə notariat kontorunda görüb. Obyektin satışı ilə bağlı bütün danışıqları Elvinlə aparıb razılaşmışdı, o, 900000 manat qiymət müəyyən etmişdi, 820-830000 manata razılığa gəlmişdilər. Barəsində danışıqlar apardığı obyekt Cavabdeh idi. Onda transformatorla bağlı işləri görmək üçün, 5 sotluq bir ərazinin alınması barədə də etibarnamə var idi. Həmin etibarnamələrlə notariusa getdikdə ona bildirildi ki, bu etibarnamələrlə beh müqaviləsi bağlaya bilməz. O da Cavabdeh yeni etibarnamə almağa məcbur olduğu üçün onu notariusa gətirəndə etibarnaməni beh müqaviləsi bağlamaq üçün aldığını deməmiş, bildirmişdir ki, torpaq sahəsinin arxa hissəsində yerləşən mülk üçün lazımdır. O, notariusa bildirdi ki, iki yerin satılması ilə bağlı etibarnamə almaq istəyir, notariusun otağında etibarnamə möhürlənərək olara təqdim olundu. Nəriman şəkərli diabet xəstəsidir. Notarius ona müvafiq suallar verdi. Ola bilər ki, xəstəliklə əlaqədar nə sual verildiyini xatırlamır. Səhəri gün İddiaçılə görüşüb notariusda beh müqaviləsi bağladılar. Daha sonra bildirdi ki, İddiaçı 120000 manat beh, sonra da ondan 65000 manat xidmət haqqı alıb. 120000 manat behi aldım və özüm üçün kriptovalyutaya dair işlər gördüm. O, 120000 manat behi qaytarmaq üçün Elvinlə iki dəfə görüşüb, bildirib ki, o səhv edib, həmin pulu qaytarmaq istəyib, lakin ondan behin iki qatı olan 240000 manat tələb olunub. O, Cavabdeh etibarnamə almaq üçün notariusa aparsa da, onu beh müqaviləsini bilavasitə bağlamağa apara bilməzdi. Çünki ona həmin obyekt üçün beh almağı barədə heç nə deməmişdi. Düşünürdü ki, behi alar, alğı-satqıya qədər də Cavabdeh razı salıb müqaviləni bağlayar. Beh almağı barədə Nərimana heç nə demədi. Eləcə də bildiri ki, onunla Elvin danışsa bldirmişdi ki, alğı-satqı Yasinlə olacaq. İddiaçı pulu özü ilə gətidi və bank hesabına köçürdü. Qeyd edilənlərə əsasə mübahisəni həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında Sumqayıt şəhər 3 saylı notariat ofisinin nümayəndəsi X8 bildirdi ki, təlimat əsasında və “Notariat haqqında” Qanun əsasında fəaliyyət göstərirlər. Notariusda beh müqaviləsi təsdiq edilib. Müqavilə bağlanarkən etibarnaməyə baxılıb. X15 pul almaq səlahiyyəti var idi. Notariat ofisinin depozit hesabına pulu qoya və götürə bilərdi. Notarius tərəfindən notariat hərəktləri qannunauyğun şəkildə aparılıb. Qeyd edilənlərə əsasən mMəsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». 119-cu maddəsinə əsasən əhkəmə xərcləri ödənilmiştələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, ilkin iddia tələbinə dair hissədə ləğv edilməli, iddia həmin hissədə qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 01 may 2022-ci il tarixli “beh” müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh mülkiyyətçisi olduğu Şabran şəhəri, ünvan 3ən fərdi yaşayış evini və onun yerləşdiyi 0.05 ha torpaq sahəsini İddiaçı 200000 (iki yüz min) manata satmaq üçün razılığa gələrək ondan 40000 (qırx min) manat beh almışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şabran şəhəri, ünvan 3ən ümumi sahəsi 77.50 kv/m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 01 may 2022-ci il tarixli “beh” müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh mülkiyyətçisi olduğu Şabran şəhəri, X13 küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 0,1407 ha torpaq sahəsini İddiaçı 620000 (altı yüz iyirmi min) manata satmaq üçün razılığa gələrək ondan 80000 (səksən min) manat beh almışdır. Həmin müqavilənin 5-ci bəndinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Müqavilələrdən görünür ki, mülkiyyətçi Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X11 təmsil etmişdir. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şabran şəhəri, X9 küçəsi, 31 ünvanında yerləşən ölçüsü 0,1407 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ƏN-İ seriyalı 922209 saylı, 30 aprel 2022-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, Cavabdeh tərəfindən etibar edilən X6 həmin etibarnamə ilə AR əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********78-10301 ilə qeydiyyata alınmış Çıxarışa əsasən Şabran şəhəri, ünvan 3ən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 77,5 kv.m olan yaşayış evinə dair adından beh müqaviləsi rəsmiləşdirməyi və s. bağlı digər hərəkətləri etməyi etibar etmişdir. ƏN-İ seriyalı 922210 saylı 30 aprel 2022-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, Cavabdeh tərəfindən etibar edilən X6 həmin etibarnamə ilə AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********6 ilə qeydiyyata alınmış Çıxarışa əsasən Şabran şəhəri, X9 küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 0,1407 ha olan torpaq sahəsinə dair adından beh müqaviləsi rəsmiləşdirməyi və s. digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamələrin 3 ay müddətinə verildiyi və xx.xx.2022-ci il tarixədək qüvvədə olduğu göstərilmişdir. Beləliklə göründüyü kimi mülki iş iki iddia tələbindən – ilkin və qarşılıqlı iddia tələblərindən ibarətdir. Müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı qeyri-yaşayış sahəsi almaq məqsədi ilə Cavabdeh etibarnamə əsasında nümayəndəsi X6 müraciət etmiş, sonuncu Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 və Şabran şəhəri, X9 küçəsi 31 ünvanında yerləşən torpaq sahələrini və üzərindəki tikilini təklif etmiş, tərəflər arasında əmlakın alğı-satqısı ilə bağlı razlaşma olmuş və mübahisələndirilən beh müqavilələri bağlanmış, İddiaçı tərəfindən hər iki müqavilə üzrə cəmi 120.000 manat beh ödənilmiş və tərəflər xx.xx.2022ci tarixədək alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Beh müqaviləsi daşınmaz əmlakın mülkiyyətçisi tərəfindən verilmiş etibarnaməyə əsasən səlahiyyətli nümayəndəsi Elçin Nəsirov tərəfindən bağlanılmışdır. Şərh olunan bu hallar işin mübahisəsiz və faktiki hallarıdır. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmu halda Mülki Məcəllənin 491-492-ci maddəsinin göstərişlərinə əsasən qiymətləndiriərək ilkin iddianı əsaslı hesab etmişdir. Qanuvericiliyin şərh olunan maddələrinin məzmununa istinadən məhkəmə qeyd etmişdir ki, işin faktiki və mübahisəsiz halları olaraq müəyyən edildi ki, beh müqaviləsi yazılı formada bağlanmışdır və müqavilə tərəfləri bu müqaviləni bağlamaqla müəyyən edilmiş müddətdə alğı-satqı müqaviləsi bağlamağa razılaşmışlar. Bununla da beh müqaviləsinin forma və məzmununa əməl edildiyni göstərmək olar. Araşdırılan mübahisə üzrə mübahisələndirilən hal alğı-satqı müqaviləsinin tərəflərdən hansının təqsirindən bağlanmamasıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəf müqavilə şərtlərinə əməl etmək niyyətini açıq aşkar göstərərək cavabdehin təqirindən müqavilə bağlanmadığını iddia edir və cavabdeh tərəf müqavilə öhdəliyini pozaraq müqavilənin icra edilməsindən yayındığından behin iki mislinin ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi izahatında verdiyi məlumatlardan cavabdehin beh müqaviləsi üzrə öhdəliyi yetinə yetirmək niyyətinin olmadığı müəyyən edildi. Cavabdeh tərəf bunu həmin müqavilələrin etibarsız olması ilə əsaslandırmış, bu baxımdan da qarşılıqlı iddia ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. İşin göstərilən bu hallarına məhkəmə şərh olunan hüquq normalarına əsasən qiymət verərək bu nəticəyə gəlmişdir ki, müqavilənin icra edilməməsinin cavabdehin təqsirindən olması açıq aşkardır. Odur ki, ilkin iddia təmin edilərək ödənilmiş behin iki misli, yəni 240.000 manat cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə qarşılıqlı iddianı əsassız hesab etmiş və qarşılıqlı iddianın təmin edilməməsi ilə bağlı nəticəyə gələrkən qeyd etmişdir ki, ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər. Məhkəmə qarşılıqlı iddia üzrə tələbə şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında olan əqdin etibarsız hesab edilməsi üçün hüquqi əsasların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı dəlillərin yalnız özünün şifahi göstərdiklərindən ibarət olmaqla formal olaraq irəli sürüldüyünü, heç bir mötəbər sübuta əsaslanmadığını, həmin dəlillərin məhkəmə araşdırması zamanı sübuta yetmədiyini hesab etmişdir. Məhkəmə iddianın rədd edilməsi ilə bağlı qənaətə gələrkən işin faktiki hallarına mübahisələndirilən beh müqavilələrinin bağlanmasına əsas olan etibarnamələrin mübahisələndirilməməsi, yalnız cavabdeh tərəfindən həmin müqavilələr üzrə məhkəməyə müraciət edildikdən sonra iddiaçının aldadıldığını iddia etdiyi E.Nəsirovun hərəkətləri ilə bağlı hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etməsi (19 noyabr 2022-ci il tarixdə) ilə bağlı halları nəzərə almış və bu kimi hallara istinadən məhkəmə iddiaçının mübahisələndirilən qeyd olunan etibarnamələri verərkən əsl iradə ifadəsinin olmaması barədə göstərdiklərini həqiqətə uyğun hesab etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, bir şəxs üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə etibarnamə verməklə həmin hərəkətərdən irəli gələn hüquqi məsuliyyəti üzərinə götürmüş olur. Tədqiq edilən sənədlərdən göründüyü kimi, Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq E.Nəsirova notariat qaydada təsdiq edilməklə və ediləcək hərəkətlər konkret göstərməklə etibarnamə verilmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlmişdir ki, ilkin iddia təmin edilməli, Cavabdeh 240000 (iki yüz qırx min) manat alınaraq İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “beh müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası isə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məşkəməsi qarşılıqlı iddianı təmin etməməkdə gəlmiş olduğu nəticədə haqlı olsa da, ilkin iddianı təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında olan DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şabran şəhəri, ünvan 3ən ümumi sahəsi 77.50 kv/m olan fərdi yaşayış evi və onun yerləşdiyi 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ƏN-İ seriyalı 922209 saylı 30 aprel 2022-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, Cavabdeh tərəfindən etibar edilən X6 həmin etibarnamə ilə AR əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********78-10301 ilə qeydiyyata alınmış Çıxarışa əsasən Şabran şəhəri, ünvan 3ən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 77,5 kv.m olan yaşayış evinə dair adından beh müqaviləsi rəsmiləşdirməyi və s. bağlı digər hərəkətləri etməyi etibar etmişdir. 01 may 2022-ci il tarixli “beh” müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh mülkiyyətçisi olduğu Şabran şəhəri, ünvan 3ən fərdi yaşayış evini və onun yerləşdiyi 0.05 ha torpaq sahəsini İddiaçı 200000 (iki yüz min) manata satmaq üçün razılığa gələrək ondan 40000 (qırx min) manat beh almışdır. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şabran şəhəri, X9 küçəsi, 31 ünvanında yerləşən ölçüsü 0,1407 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. ƏN-İ seriyalı 922210 saylı 30 aprel 2022-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, Cavabdeh tərəfindən etibar edilən X6 həmin etibarnamə ilə AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********6 ilə qeydiyyata alınmış Çıxarışa əsasən Şabran şəhəri, X9 küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 0,1407 ha olan torpaq sahəsinə dair adından beh müqaviləsi rəsmiləşdirməyi və s. digər hərəkətləri etməyi etibar etmişdir. 01 may 2022-ci il tarixli “beh” müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh mülkiyyətçisi olduğu Şabran şəhəri, X13 küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 0,1407 ha torpaq sahəsini İddiaçı 620000 (altı yüz iyirmi min) manata satmaq üçün razılığa gələrək ondan 80000 (səksən min) manat beh almışdır. İş materiallarından görünür ki, etibarnamələr 3 aylıq müddətə, hər biri ayrı-ayrılıqda konkret əmlaklara dair verilmişdir və xx.xx.2022-ci il tarixədək qüvvədə olduğu göstərilmişdir. Həmin müqavilələrin 5-ci bəndinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Müqavilələrdən görünür ki, mülkiyyətçi Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X11 təmsil etmişdir. Müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı qeyri-yaşayış sahəsi almaq məqsədi ilə Cavabdeh etibarnamə əsasında nümayəndəsi X6 müraciət etmiş, sonuncu Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 və Şabran şəhəri, X9 küçəsi 31 ünvanında yerləşən torpaq sahələrini və üzərindəki tikilini təklif etmiş, tərəflər arasında əmlakın alğı-satqısı ilə bağlı razlışma olmuş və mübahisələndirilən beh müqavilələri bağlanmış, İddiaçı tərəfindən hər iki müqavilə üzrə cəmi 120.000 manat beh ödənilmiş və tərəflər xx.xx.2022-ci tarixədək alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Beh müqaviləsi daşınmaz əmlakın mülkiyyətçisi tərəfindən verilmiş etibarnaməyə əsasən səlahiyyətli nümayəndəsi Elçin Nəsirov tərəfindən bağlanılmışdır. Azərbaycan Respublikası Müli Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1. maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2. maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 366.2. maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə bir şəxs üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə etibarnamə verməklə həmin hərəkətərdən irəli gələn hüquqi məsuliyyəti üzərinə götürmüş olur. Tədqiq edilən sənədlərdən göründüyü kimi, Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq E.Nəsirova notariat qaydada təsdiq edilməklə və ediləcək hərəkətlər konkret göstərməklə etibarnamə verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1. maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətini əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4. maddəsinin tələblərinə əsasən müqavilənin bağlanması üçn iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.1. maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riyaət etməməklə bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 331.1. maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1. maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2. maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 354.1. maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər. İş materiallarından görünür ki, Cavabdeh üçüncü şəxs Elçin Nəsirova verdiyi etibarnamələr əsasında iddiaçı ilə daşınmaz əmlaklara dair beh müqaviləsi bağlanılmışdır. İş materiallarından görünür ki, həmin müqavilələr bağlanılarkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl olunmuş, tərəflərin iradə ifadəsinə əsasən müqavilələr bağlanılmışdır. Məhkəmə kollegiyası Cavabdeh üçüncü şəxs X11 tərəfindən aldadılaraq, onun xəbəri olmadan beh müqaviləsinin bağlanılmasına dair dəlilini inandırıcı hesab etmir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin adından verilmiş etibarnamələrdə konkpet əmlaklara dair onun adından beh müqaviləsinin bağlanılması üçün verildiyi qeyd edilmişdir. Qeyd edilən etibaramələr də cavabdeh tərəfindən şəxsən imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası üçüncü şəxs X4 Cavabdeh etibarnamənin beh müqaviləsinin bağlanılması üçün verilməsindən məlumatsız olmasına dair ifadəsinə də tənqidi yanaşır. Bundan başqa məhkəmə kollegiyasının iclasında üçüncü şəxs E.Ə.Nəsirov beh müqaviləsinə əsasən verilmiş pulları xərclədiyini, Cavabdeh vermədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, onun belə bir ifadə verməsi müqavilənin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Eyni zamanda Cavabdeh həmin pula dair məhkəmədə E.Nəsirova qarşı iddia qaldırmaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddianın təmin olunmamasına dair hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin ilkin iddia tələbinin təmin olumasına dair hissədə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz. Belə ki, məhkəmə ilk iddianı təmin edərkən ona əsaslanmışdır ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəf müqavilə şərtlərinə əməl etmək niyyətini açıq aşkar göstərərək cavabdehin təqsirindən müqavilə bağlanmadığını iddia edir və cavabdeh tərəf müqavilə öhdəliyini pozaraq müqavilənin icra edilməsindən yayındığından behin iki mislinin ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi izahatında verdiyi məlumatlardan cavabdehin beh müqaviləsi üzrə öhdəliyi yetinə yetirmək niyyətinin olmadığı müəyyən edildi. Cavabdeh tərəf bunu həmin müqavilələrin etibarsız olması ilə əsaslandırmış, bu baxımdan da qarşılıqlı iddia ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. İşin göstərilən bu hallarına məhkəmə şərh olunan hüquq normalarına əsasən qiymət verərək bu nəticəyə gəlir ki, müqavilənin icra edilməməsinin cavabdehin təqsirindən olması açıq aşkardır. Odur ki, ilkin iddia təmin edilərək ödənilmiş behin iki misli, yəni 240.000 manat cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiası qeyd edir ki, birinci instansiya məşkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmaq olmaz. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında 01 may 2022-ci il tarixdə iki beh müqaviləsi bağlanmış, həmin əmlaklara dair alğı-satqı müqavilələrinin xx.xx.2022-ci il taixdən gec olmayaraq rəsmiləşdirilməsi qeyd olunmuşdur. Həmin müqavilələrin 5-ci maddəsində qeyd olunmuşdur ki, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.1. maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2. maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.3. maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Həmin Məcəllənin 492.2. maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında beh müqavilələrinin bağlanılması və cəmi 120.000 manat pulun qarşı tərəfə verilməsi işin inkar olunmaz və mübahisəsiz halıdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, ildiaçı alğı-satqı müqaviləsinin bağlanılmamasının cavabdehin təqsiri ucbatından baş tutmamasıı qeyd etsə də buna dair hər hansı bir tutarlı sübut təqdim etməmişdir, hansı ki, öz dəlilini əsaslandırmaq və buna dair sübutları təqdim etmək idiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin beh anlayışını müəyyən edən 492-ci maddəsinin tələblərinə görə, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin behlə təmin edilmiş öhdəliyə xitam verilməsinin və onun icra edilməməsinin nəticələrini müəyyən edən 492-ci maddəsinin tələblərinə görə, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Sadalanan normaların məzmunundan göründüyü kimi beh müqaviləsi müstəqil xarakter daşımamaqla, gələcəkdə müqavilənin bağlanmasının təsdiqi və icrasının təmini üsuludur. Tərəflər arasında bağlanması nəzərdə tutulmuş əsas müqavilənin bağlanmasından hər iki tərəfin razılığı ilə imtina edilərsə və ya müqavilənin bağlanması və ya icrası tərəflərin iradəsindən asılı olmayan səbəblərdən qeyri-mümkün olarsa, müqavilə üzrə beh qismində verilmiş məbləğ qaytarılmalıdır. Bununla bərabər, tərəflərdən birinin razılaşdırılmış əsas müqaviləni bağlamaq və icra etməyi arzu etdiyi halda və bunun əksi onun heç bir hərəkət və ya hərəkətsizliyi ilə inkar edilmədiyi halda, digər tərəfin həmin müqavilənin bağlanması və icrasından birtərəfli qaydada səbəbsiz olaraq imtina etməsi mülki məsuliyyətə səbəb olur. Belə ki, əgər müqavilənin icra edilməməsi beh vermiş tərəfin təqsiri ucbatından baş vermişdirsə, beh digər tərəfdə qalmaqla, o həmin məbləği beh alan tərəfdən tələb etmək hüququnu itirir. Əgər müqavilənin icrası beh almış tərəfin təqsirinə görə mümkün olmamışdırsa, beh verənin verdiyi məbləğin iki mislini tələb etmək hüququ yaranır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın əsaslı olub-olmamasını müəyyən etmək üçün birinci növbədə alğı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyət daşıyan tərəf müəyyən edilməlidir. Lakin məhkəmə araşdırması zamanı hazırki iş üzrə kimin haqlı, kimin haqsız olmasını, eləcə də müqavilənin bağlanmamasına məsuliyyət daşıyan şəxsi yalnız izahatlarla müəyyən etmək mümkün deyildir. Çünki, hər iki tərəf öz mənafeyindən çıxış etməklə bu işdə özünün haqlı olmasını israr edir. Belə olan halda məhkəmə kollegiyası sözügedən alğı-satqı müqaviləsinin bağlanmaması üçün hər iki tərəfin məsuliyyət daşıması kimi qiymətləndirir. Belə ki, müqavilənin birinci bəndindən göründüyü kimi tərəflərin hər ikisi xx.xx.2022-ci il tarixədək alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsində maraqlı olmalı idi. Lakin belə bir cəhdin olunması nə iddiaçı, nə də ki, cavabdeh tərəfindən sübut olunur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanması nəzərdə tutulmuş əsas müqavilənin bağlanmamasında hər iki tərəf məsuliyyət daşıdığından və müqavilənin bağlanması və ya icrası tərəfləin iradəsindən asılı olmayan səbəblərdən qeyri-mümkün olduğundan müqavilə üzrə iddiaçı tərəfindən beh qismində cavabdehə verilmiş məbləğ qaytarılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilənin icra edilməməsi üçün cavabdeh tərəfin məsuliyyət daşıdığını, yəni cavabdehin təqsirindən icra edilməməsini sübuta yetirə bilmədiyindən ödənilmiş məbləğ avans kimi ödənilmiş sayılmalı və iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini behin iki mislinin qaytarımasına dair hissədə əsaslandıra bilməmişdir. Bunula da məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin qarşılıqlı iddianın təmin olunmasına dair dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Bu səbəbdən qətnamə qeyd edilən hissədə əsaslıdı olduğundan həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh şikayətdə göstərdiyi dəlilləri təsdiq edəcək sübutlar təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, ilk iddia tələbinə dair hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 120.000 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(060)- 7435/2022 saylı qətnaməsi qismən, ilk iddia tələbinə dair hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, Cavabdeh 120.000 (yüz iyirmi min) manat pul tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.2,392- 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, 2(060)-7435/2022 saylı qətnaməsi qismən, ilk iddia tələbinə dair hissədə ləğv edilsin. İlk iddia tələbi qismən təmin edilsin. Cavabdeh 120.000 (yüz iyirmi min) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-727/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-727/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver