Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1432/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı, müstəqil tələblər irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı notariat ofisinə, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərki bdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və sair, müstəqil tələblər irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)4945/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1, Cavabdeh1 və müstəqil tələblər irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızı tərəfindən verilmiş kassasiya şikayətlərinə 18 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 26.12.2016-cı il tarixli qəbzdən görünür ki, Cavabdeh1 tərəfindən "xxxx" MMC-yə 350.000 manat ödənilmişdir. 2. 09.02.2017-ci il tarixli, FJB**********068 nömrəli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən Cavabdeh1 adından "xxxx" MMC-yə 245.000 manat ödənilmişdir. 3. xx.xx.2017-ci il tarixli müəssisədəki payın alğı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC-nin təsisçisi həmin hüquqi şəxsdə ona məxsus 35% payından 17,5% payı 297.500 manat İddiaçı2, 17,5 % payı 297500 manat İddiaçı1 satmışdır. 4. xx.xx.2018-ci il tarixli İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş və Bakı şəhəri 14 saylı notariat kontorunda təsdiq edilmiş ərizələrdən görünür ki, onlar tərəfindən xx.xx.2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi xahiş edilmişdir. 5. xx.xx.2018-ci il il tarixli İddiaçı1 və İddiaçı2 ilə Cav abdeh1 arasında bağlanmış əməkdaşlıq müqaviləsindən görünür ki, İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-də olan hər birinə ayrı-ayrılıqda məxsus 17,5% payı xx.xx.2018-ci il tarixə kimi onlara qaytarmaq şərti ilə Cavabdeh1 adına formal olaraq geri qaytarmışlar. Cavabdeh1 qeyd olunan tarixdə geri qaytaracağına dair üzərinə öhdəlik götürmüşdür.
6. Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 "xxxx" MMC-dəki 35% təsis payını Cavabdeh3 satmışdır.
7. Cavabdeh1 xx.xx.1019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, İddiaçı1 və İddiaçı2 "xxxx" MMC-də olan hər birinə ayrı-ayrılıqda məxsus 17,5% payı onun vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq onun adına formal olaraq geri qaytardıqlarını göstərmişdir.
8. Nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 ilə X3 arasında xx.xx.2011-ci ildə nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 333 nömrəsi ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Bilalova soyadı verilmişdir. 9. 10.05.2018-ci il tarixdə verilmiş X1 Dövlət Reyestrindən çıxarışdan görünür ki, "xxxx" MMC-nin təsisiçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı (əvvəlki) «X2 Şirkəti» QSC – 65%, İddiaçı2 17,5%, İddiaçı1 – 17,5%, təsisiçiləri və nizamnamə kapitalındakı mayalarının miqdarı (hazırkı) «X2 Şirkəti» QSC – 65%, Cavabdeh1 – 35% olmuşdur.
10. Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 Cavabdeh3 qarşı “onunla c avabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış və Bakı şəhəri 50 saylı Notariat kondorunda 3M-451 reyestr nömrəsi ilə qeydiyyata alınmış müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı noratiat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 aprel 2018ci il tarixdə İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdi q edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli, 3M-451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı1 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Müstəqil tələblər irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızı cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı noratiat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı nortariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət ed ərək, 25 aprel 2018-ci il tarixdə İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6658 nömrə ilə qeydə alınmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılan və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M451 saylı müəssisədəki payın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı Kommersiya hüquqi şəxslərin Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Yasamal Rayon Məhkəməsinin 2(004)-1594/2020 saylı, 18 may 2020-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdirlər.
14. Yasamal Rayon Məhkəməsinin 2(004)-1089/2020 saylı, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim T.Xəlilova) hər iki iddia rədd olunmuşdur.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçılar və Cavabdeh1 müəssisədəki payların alqısatqısına dair müqavilələrin ləğvinə dair razılığa gəlsələr də, müqavilənin qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməmiş, yəni bu barədə yazılı formada müqavilə bağlamamış, müqavilənin ləğvinə dair ərizələr vermişlər. Həmin ərizələrdə onların alqısatqı müqaviləsinin ləğvinə dair iradələri ifadə olunduğundan həmin ərizələrin etibarsızlığına dair mübahisəyə əqdlərin etibarsızlığına dair normalar tətbiq edilməlidir
16. Məhkəmə Mü lki Məcəllənin 399, 354.1 və 354.2-ci maddələrinə istinadla hesab etmişdir ki, həmin maddələrdə qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
17. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli əməkdaşlıq müqaviləsindən müəyyən olunmuşdur ki, iddiaçılar MMC-də olan paylarını müvəqqəti olaraq 1 ay müddətinə xx.xx.2018-ci il tarixə kimi qaytarmaq şərtilə Cavabdeh1 adına formal olaraq geri qaytarmışlar və sonuncu öhdəlik götürmüşdür ki, həmin tarixə kimi iddiaçılara məxsus olan payları qeyri-şərtsiz tam olaraq geri qaytaracaq. Lakin vədinə əməl etməyərək iddiaçıların paylarını geri qaytarmamış, əksinə xx.xx.2018-ci il tarixdə Cavabdeh3 satmışdır. Beləliklə, iddiaçılar ən azı xx.xx.2018-ci il tarixdə Cavabdeh1 tərəfindən aldadıqlarını bilmişlər, belə olan halda isə müəssisədəki paylarının alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrini xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək mübahisələndirmək hüququna malik olmuşlar. Lakin belə iddia ilə məhkəməyə xx.xx.2020ci il tarixdə müraciət etmiş, bununla da, həmin ərizələrin mübahisələndirilməsi üçün bir illik müddət ötürmüşlər.
18. Bundan əlavə, məhkəmə, üçüncü şəxsin iddiasının əsaslandırdığı halları, yəni əri tərəfindən MMC-dəki payının Cavabdeh1a verilməsindən yalnız məhkəmədə iddia qaldırıldıqdan sonra məlumatı olmasına dair göstərdiklərini inandırıcı hesab etməyərək, qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, üçüncü şəxs ərinin işləri barəsində tam məlumatı olmuşdur. Belə olan halda, o da əri tərəfindən verilmiş xx.xx.2018ci i l tarixli ərizənin mübahisələndirilməsi üçün qanunla müəyyən olmuş bir illik müddəti ötürmüşdür. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçılar ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddialarının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
20. Şikayətlər eyni məzmunda belə əsaslandırılmışdır ki, məhkəmə əqdin etibarsızlığının mübahisələndirilməsi üçün müəyyən edilmiş bir illik müddətə istinad edib iddianı rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ilk olaraq iddiaçılar Cavabdeh1lə müəssisədəki payların alqı-satqısına dair müqavilələrin ləğvinə dair razılığa gəlsələr də, müqavilənin qanunla müəyyən edilmiş forma və tələblərinə riayət etməmiş, yəni bu barədə yazılı formada müqavilə bağlamamış, müqavilənin ləğvinə dair ərizələr vermişlər. Yəni, bu niyyət ifadəsinin və prosesin gedişindən açıq bəlli olduğu kimi, həmin ərizələr sırf formal xarakterli olmuşdur, yəni başqa bir əqdi pərdələmək üçün tərtib edilmiş ərizələr olmuşdur. Bu səbəbdən də payların alqı-satqısından imtinaya dair tərtib edilmiş qeyd edilən ərizələrə hüquqi qiymət də uydurma (yalan) əqdlərə tətbiq edilən hüquq normalarının tələbləri əsasında olmalıdır. Digər tərəfdən, məhkəmə tərəfindən işə aidiyyət qaydaları pozulmaqla baxılmışdır. Belə ki, hazırkı mübahisə hüquqi şəxsin təsisçiləri arasında olduğundan işə ümumi məhkəmə icraatında deyil, kommersiya icraatında baxılmalı idi.
21. Üçüncü şəxs də apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Şikayət onun la əsaslandırılmışdır ki, məhkəmə onun iddiasını rədd edərkən yalnız 1 illik müddətin keçməsinə istinad etmişdir. Halbuki, iddia ərizəsində də qeyd etdiyi kimi, ərinin bütün işlərindən xəbərdar ola bilməzdi, bu müqavilənin mövcudluğundan isə yalnız Yasamal Rayon Məhkəməsindən SMS bildiriş gələndə xəbər tutmuşdur. Lakin işə baxan məhkəmə bu hala düzgün qiymət verməmişdir.
23. Cavabdeh Seymur Həmidov isə apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçıların məhkəmə iclasında verdikləri izahatlarında, iddia ərizələrində və apellyasiya şikayətlərində onların aldadıldıqlarını bildikləri vaxtla bağlı müxtəlif tarixlər qeyd olunmuşdur. Belə ki, Xaçmaz Rayon Məhkəməsində bu tarix 2019-cu ilin aprel ayı, Yasamal Rayon Məhkəməsində 2018-ci ilin sentyabr ayı, hazırkı ape llyasiya şikayətində isə 2018-ci ilin dekabr ayı qeyd olunmuşdur. Bu tarixlər 1 illik kəsici müdətin hesablanması ilə bağlı bildirilsə də, iddiaçılar bununla bağlı heç bir sübut təqdim etməmişlər. Özlərinin bildirdiklərinə görə Azər xx.xx.2018-ci il tarixədək paylarını onlara geri qaytarmalı idi. Belə olduğu halda isə, xx.xx.2018-ci il tarixdən tələb hüquqları yaranmış, lakin məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişlər. Üçüncü şəxsin isə iddiaya qarşı verilmiş etirazda qeyd olunan əsaslara görə hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Həmçinin, nəzərə alınmalıdır ki, o, müəssisədəki payı əldə edərkən reyestr məlumatlarına etimad etdiyindən vicdanlı əldə edən sayılmalıdır. İddiaçıların məhkəmə aidiyyəti ilə bağlı dəlillərinə münasibətdə isə qeyd olunmuşdur ki, nə tərəflərin subyekt tərkibi, nə mübahisənin predmeti, nə də hüquq münasibətlərinin xarakteri məhkəmə aidiyyətinin pozulmasına dəlalət edir.
24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1893/2021 nömrəli iş üzrə 15 aprel 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Resublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.5, 339.6, 346 və 354-cü maddələrinin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciəti üzrə məhkəmənin yekun qərarı qəbul olunanadək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır.
25. Müraciət üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli qərarı qəbul edilərək, dərc olunduqdan sonra apellyasiya instansiyası məhkəməsinin 12 iyul 2021-ci il tarixli qə rardadı ilə iş üzrə icraat təzələnmişdir.
26. İddiaçılar tərəfindən apellyasiya məhkəməsinə təqdim olunmuş İddiaçı1la Cavabdeh3 arasında aparılan və məzmunu məhkəmə iclasında araşdırılan telefon danışıqlarından müəyyən edilmişdir ki, həmin müqavilədə alıcı qismində Cavabdeh3 çıxış etsə də, əslində bu formal xarakter daşımış, həmin müqavilənin bağlanması onun iradə ifadəsi ilə deyil, Cavabdeh1lə digər MMC-nin həmtəsisçisi olan Şirkətin direktoru olan Şahid arasında olmuş, bu səbəbdən Cavabdeh3 həmin müqaviləni bağlamışdır.
27. Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Həsənov (sədrlik edən və məruzəçi), V.İbayev və Ş.Məhərrəmova) apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilməklə xx.xx.2018-ci il iddiaçılar və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələr, habelə MMC-nin 35% payına dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş xx.xx.2018-ci il tarixli, 3M-451 saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və bununla bağlı kommersiya hüquqi şəxslərin dövlət reyestrindən verilmiş çıxarış ləğv edilmişdir.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, məhkəmə iddianı rədd edərkən iddiaçılar tərəfindən əqdlərin etibarsızlığının mübahisələn dirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş bir illik müddətin ötürülməsinə istinad etmiş, tərəflər arasında bağlanmış və mübahisənin predmetini təşkil edən müqavilələrin həqiqiliyini iddia tələblərinin dəlilləri əsasında yoxlamamışdır. İddiaçılar iddia tələblərində işin o halına istinad etmişlər ki, onlarla Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli payın alqı-satqı müqaviləsinin ləğvinə dair xx.xx.2018-ci il tarixdə ərizələrin verilməsi formal xarakter daşımış, müqavilənin ləğvi və payların Cavabdeh1 geri qaytarılmasında məqsəd sonuncunun borc pul götürməsi üçün əmlakının olması görüntüsü yaratmaq məqsədi daşımış, onların həmin payları həqiqətən də, Cavabdeh1 qaytarmaq niyyətləri olmamışdır.
29. Bundan başqa, müqavilənin ləğv edilməsinin özü də notariat orqanı tərəfindən qanun pozuntuları ilə həyata keçirilmişdir. Cavabdeh1 qeyd edilən halları mübahisələndirməmişdir. Tərəflər həmçinin, mübahisə etməmişlər ki, alqı-satqı müqaviləsinin ləğvinə dair ərizələrin mətnində 297.500 manat pulun iddiaçılara qaytarılması göstərilsə də, əslində həmin məbləğ Cavabdeh1 tərəfindən onlara verilməmişdir. İşdə olan sənədlərdən və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlardan müəyyən olunur ki, iddiaçılarla Cavabdeh1 arasında hələ bu müqavilələr (payın alqı-satqısı və həmin alqı-satqının ləğv edilməsi müqavilələri) bağlanmamışdan əvvəl başlayan və müqavilələr bağlanana qədər, həmçinin onlar bağlandıqdan sonra da davam edən işgüzar münasibətlər mövcud olmuşdur. Bu fakt işin o halları ilə təsdiq olunur ki, MMC-nin nizamnamə kapitalındakı payın bir hissəsini Cavabdeh1 adından İddiaçı1, qalan hissəsini isə tərəflərin hər ikisinin etiraf etdiyi kimi, digər İddiaçı2 ödəmişdir.
30. Bundan başqa, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əməkdaşlıq müqaviləsindən də müəyyən olunur ki, iddiaçılar müəssisədəki öz paylarını formal olaraq geri qaytarılmasını şərtləşdirmişlər. Həmçinin, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2019-cu il tarixli qərarının məzmunundan da görünür ki, iddiaçılar müvafiq olaraq, MMC-nin direktoru və direktor müavini qismində fəaliyyət göstərmişlər. Eyni zamanda, xx.xx.2016-cı il tarixli kommersiya qurumunun dövlət resyestrindən çıxarışdan görünür ki, MMC-nin təsisçisilərindən biri İnvestisiya Şirkəti olduğu zaman həmin müəssisənin qanuni təmsilçisi hazırkı iş üzr ə İddiaçı2 olmuşdur. Qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçılar MMC-nin birbaşa təsisçiləri olmasalar da, onun təşkil edilməsində və fəaliyyətində iştirak etmiş, sonradan isə həmin MMC-nin təsis payının Cavabdeh1 məxsus 35% hissəsini MMC-nin digər təsisçisi olan Şirkətin razılığı ilə hər birinə 17,5% olmaqla, əldə etmişlər. Lakin bundan cəmi 5 ay sonra iddiaçılar alqı-satqı müqaviləsini ləğv etdirməklə əldə etdikləri təsis paylarını yenidən Cavabdeh1 geri qaytarmış və sonuncu bununla bağlı xx.xx.2019-ci il tarixdə kommersiya hüquqi şəxslərin dövlət reyestrindən öz adına çıxarış aldıqdan bir neçə gün sonra, yəni xx.xx.2019-cu il tarixdə MMC-dəki təsis payını özgəninkiləşdirmişdir.
31. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh1 tərəfindən MMC-dəki payın iddiaçılara satılması, qısa müddət ərzində həmin alqı-satqının ləğv edilməsi və bundan bir neçə gün sonra həmin payın başqa şəxsin adına özgəninkiləşdirilməsi, bu əqdlərin zəruriliyi və iqtisadi faydası barədə ağlabatan izahın olmaması, habelə yuxarıda sadalanan digər hallar belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə ərizə verilərkən tərəflərin əsl niyyəti müqavilənin ləğv edilməsinə yönəlməmişdir. Digər tərəfdən, iş materialları ilə müəyyən olunur ki, tərəflər müqavilənin ləğv edilməsinə dair yalnız ərizə verməklə kifayətlənmiş, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair yeni müqavilə bağlamamışlar. Halbuki, tərəflər arasında təsis payının alqı-satqısı notarial qaydada imzalanmış yazılı müqav ilənin tərtib edilməsi ilə rəsmiləşdirildiyindən, həmin müqavilənin ləğv edilməsi də eyni formada, yəni yazılı müqavilənin tərtib edilməsi yolu ilə həyata keçirilməli idi. Lakin tərəflər müqavilənin formasına dair qanunvericiliyin bu tələbinə əməl etməmişlər. Beləliklə, kollegiya, işin müəyyən edilmiş hallarını qanunvericiliyin normaları və Konstitusiya Məhkəməsi Plenumunun öz qərarlarında formalaşdırdığı hüquqi mövqe baxımından qiymətləndirərək, belə qənaətə gəlmişdir ki, iddiaçılarla Cavabdeh1 arasında MMC-nin nizamnamə kapitalındakı payının alqı-satqısına dair bağlanmış müqavilənin ləğv edilməsinə dair ərizələr uydurma əqd olmuş, həmin ərizələr verilərkən iddiaçıların əsl niyyəti alqı-satqı müqaviləsinin həqiqətən ləğv edilməsi deyil, yalnız üçüncü şəxslərin qarşısında Cavabdeh1 MMC-də təsis payına sahib olması görüntüsünü yaratmaq olmuşdur. Belə olan halda, hazırkı mülki mübahisənin həlli zamanı Mülki Məcəllənin 354.1ci maddəsində göstərilmiş müddətlərə istinad etməklə, iddianın rədd olunması yolverilməzdir.
32. Apellyasiya məhkəməsi cavabdehlər Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçıların, habelə Cavabdeh1 nümayəndəsinin izahatlarından görünür ki, bu müqavilə Cavabdeh1lə MMCnin icraçı direktoru Şahid arasında mövcud olmuş borc məbləğinin qaytarılmasının təminatı kimi bağlanmış, Cavabdeh3 əslində Şahid tələbə yoldaşı və dostu olmuş, müqavilə də Şahid göstərişi ilə formal olaraq bağlanmışdır. Cavabdeh3 nümayəndəsi isə izahatında və apellyasiya şikayətinə etirazda Cavabdeh3 vicdanlı alıcı olduğunu və müqavilədə göstərilən pul məbləğini ödəyərək MMC-dəki təsis payının 35%-ni qanunauyğun şəkildə əldə etdiyini bildirmişdir. Lakin onunla İddiaçı1la arasında aparılan telefon danışıqlarının məzmunundan Cavabdeh3 həmin müqavilənin bağlanması və MMC-dəki payın əldə edilməsi zamanı vicdanlı alıcı olması müəyyən edilmir. Belə ki, həmin telefon danışıqları zamanı Cavabdeh3 dəfələrlə təkrar edərək müəssisədəki payların geri qaytarılması məsələsinin ondan asılı olmadığını, bu məsələni onların digər şəxslə həll etməli olduğunu, həmin şəxs kimi desə, payları onun adına keçirəcəyini bildirmişdir. Tərəflər telefon danışıqlarındakı səslərin İddiaçı1 və Cavabdeh3 məxsus olmasını mübahisələndirməmişlər.
33. Konstitusiy a Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə uyğun olaraq Kollegiya, tərəflər arasında aparılan telefon danışıqlarını iş üzrə mötəbər sübut kimi qiymətləndirərək işin həqiqi hallarının müəyyən edilməsində onlara istinad etmişdir. Məhkəmə kollegiyası, qeyd edilənlərdən bu qənaətə gəlmişdir ki, Cavabdeh1lə Cavabdeh3 arasındakı xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilədə sonuncu əsl tərəf olmamış, müqavilənin bağlanmasında niyyət bu müqavilədə göstərilən nəticələrin əldə edilməsi olmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, həmin müqavilə əhəmiyyətsiz olmuşdur. Əqdin əhəmiyyətsiz olması onun həm görünüş üçün (uydurma əqd), həm də başqa əqdi pərdələmək üçün (yalan əqd) bağlanmasından irəli gəldiyindən, xx.xx.2018-ci il tarixli müqavilənin iddiaçıların və Cavabdeh1 göstərdiyi kimi borcun təminatı olaraq bağlandığı (başqa əqdi pərdələmək), yaxud telefon danışıqlarından göründüyü kimi, görünüş üçün bağlandığı məsələsində əlavə araşdırmanın aparılmasına zərurət yoxdur. Sözügedən alqı-satqı müqaviləsinin etibarsızlığı müəyyən edildiyindən, həmin etibarsız müqavilə əsasında MMC-nin 35% payına dair kommersiya hüquqi şəxslərin dövlət reyestrində Cavabdeh3 barədə aparılmış qeydə dair verilmiş çıxarış ləğv edilməlidir.
34. Apellyasiya instansiyası məhkəməsi müstəqil tələbə münasibətdə isə vu rğulamışdır ki, üçüncü şəxs etibarsızlığın əsası kimi əri İddiaçı1 tərəfindən onların ümumi birgə əmlakı hesab olunan MMC-də olan 17,5% təsis payı üzərində onun xəbəri və razılığı olmadan sərəncam verməsinə istinad etsə də, bu halın mövcudluğu özlüyündə həmin əqdin etibarsızlığına səbəb olmur. Belə ki, kommersiya təşkilatında payın alqı-satqısı zamanı ümumi birgə mülkiyyətçinin razılığının alınması qanunvericiliklə nəzərdə tutulmamışdır. Bu cür razılığın alınması yalnız daşınmaz əmlak və ya rəsmi reyestrdə qeydiyyata alınmalı olan daşınar əşyaların alqı-satqısı zamanı nəzərdə tutulmuşdur (MM 225.6 və 650-ci maddələr). Bununla yanaşı, məhkəmə kollegiyası qeyd etmişdir ki, işin hallarının araşdırılması zamanı üçüncü şəxsin iddiasında mübahisələndirdiyi müqavilələrin başqa əsaslarla əhəmiyyət siz əqd kimi etibarsızlığı müəyyən edilmişdir. Nə qədər ki, iddiaçıların iddialarının əsasını təşkil edən dəlillər əsasında yoxlanılan həmin əqdlərin əhəmiyyətsiz olmaqla, etibarsızlığı müəyyən edilmişdir, həmin əqdlərin başqa hüquqi əsaslarla etibarsız hesab edilməsi barədə üçüncü şəxsin iddiası da əsaslı hesab edilməlidir.
35. Kollegiya, əqdin etibarsızlığı nəticələrinin tətbiq olunması ilə bağlı, həmçinin qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılarla Cavabdeh1lə arasında bağlanmış alqı-satqı müqavilələrinin ləğv edilməsinə dair ərizələr verilərkən tərəflər arasında həmin ərizələrdə qeyd edlimiş məbləğlərin alınıb-verilməsi müəyyən edilməmiş, cavabdehlər Cavabdeh1lə Cavabdeh3 arasındakı xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına da ir müqavilədə Cavabdeh3 Cavabdeh1 595.000 manat pul verməsinin göstərilməsi, habelə Cavabdeh1 MMCnin direktoru Şahid borc pul alması, bu müqavilənin məhz həmin borcun təminatı olaraq bağlanması və qeyd edilən borc məbləğinin böyük hissəsini qaytardığını bildirməsini, habelə Cavabdeh1lə Cavabdeh3 və Şahid arasında bununla bağlı mülki mübahisənin olmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, həmin müqavilədə qeyd edilən pul məbləğinin restitusiyası məsələsi açıq saxlanılmaqla, tərəflərə bununla bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
36. Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin rədd olunması barədə yeni qərar qəbul edilməsini və iddiaçıların və Cavabdeh1 əməllərində cinayətin əlamətlərinin olubolmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
37. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi onunla Cavabdeh1 arasında bağlanmış payın alqı-satqı müqaviləsinə uydurma əqd kimi qiymət verməklə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, artıq başqa məhkəmə qətnaməsi ilə hüquqi qiymət verilmiş əqdə hazırkı məhkəmənin qiymət verməsi qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan əlavə, işdə əqdin uydurma olduğunu təsdiq edəcək hər hansı sübut da yoxdur. Eyni zamanda, məhkəmə əqdin ləğv olunmasının formasına riayət olunmadığına istinad etsə də, nəzərə almamışdır ki, qanunverici müqavilənin forması dedikdə onun müqavilə şəkilində olmasını deyil, yaz ılı və şifahi formasını nəzərdə tutmuşdur. İşdə olan ərizələrdən də göründüyü kimi, müqavilənin ləğv edilməsi üçün tərəflər ərizə ilə notariusa müraciət etmişlər.
38. Digər tərəfdən, işdən görünür ki, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi əsaslarından birini birinci instansiya məhkəməsinə təqdim edilməmiş səs yazısının apellyasiya icraatında araşdırlması təşkil etmişdir. Lakin nə iddiaçılar, nə də həmin yazını qəbul edən məhkəmə kollegiyası hansı əsasdan çıxış etdiklərini izah edə bilməmişlər. Həmçinin, məhkəmə tərəfindən işə baxılması üçün qanunla müəyyən edilmiş müddət bununla bağlı hansı zərurətlərin olduğu əsaslandırılmadan uzadılmışdır.
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)1750/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər E.Və liyeva (məruzəçi), E.Şamayev və A.Abbasov) Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1893/2021 nömrəli iş üzrə 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
40. İddia ərizəsindən görünür ki, iddiaçılar xx.xx.2017-ci il tarixli Cavabdeh1lə aralarında bağlanmış müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair notarial qayda verdikləri xx.xx.2018-ci il tarixli ərizələrin etibarsızlığını tələb edərkən, Cavabdeh1lə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli əməkdaşlıq barədə müqaviləyə əsasən müqaviləni ləğvinə dair ərizələri formal, yəni sadəcə payların Cavabdeh1 adına olması ilə bağlı görüntü yaratmaq m əqsədilə verildiyinə, Cavabdeh1 tərəfindən paylarının dəyərinin onlara qaytarılmadığına, buna baxmayaraq, sonuncu tərəfindən aldadılaraq paylarının Cavabdeh3 satılmasına istinad edirlər.
41. Kollegiya vurğulamışdır ki, qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Tərəfin iradəsi qüsurlu olan əqd, özündə əqd bağlanarkən daxili iradənin lazımi olmayan şəraitdə formalaşmasını və ya iradənin xaricə düzgün ifadə olunmamanı ehtiva edir. Bu baxımdan, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə ed ilməsi zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.
42. Apellyasiya məhkəməsi iddianı bu hissədə təmin edərkən, xx.xx.2018-ci il tarixli əməkdaşlıq barədə müqaviləni, Cavabdeh1 notarial qaydada təsdiqlənmiş xx.xx.2019- cu il tarixli ərizəsini əsas götürməklə, hesab etmişdir ki, tərəflər arasında bu hissədə mübahisə olmadığından müəssisədəki payının alqı-satqısına dair müqavilənin ləğvinə dair ərizələr uydurma əqd olmuş, həmin ərizələr verilərkən iddiaçıların əsl niyyəti alqısatqı müqaviləsinin həqiqətən ləğv edilməsi deyil, yalnız üçüncü şəxslərin qarşısında Cavabdeh1 MMC-də təsis payına sahib olması görüntüsünü yaratmaq olmuşdur.
43. Göründüyü kimi, məhkəmə bu hissədə iddianın qanuni əsasını düzgün müəyyən etməyərək, mübahisənin həllinə düzgün o lmayan maddi hüquq normalarını tətbiq etmişdir.
44. Belə ki, iddiaçılar həmin tələbin qanuni əsası kimi, özlərinin həqiqi vəziyyətin əksinə görüntü yaratmaq niyyəti ilə hərəkət etmələrinə baxmayaraq, Cavabdeh1 başdan etibarən aldatma niyyətilə hərəkət etməsinə istinad edirlər. Belə olan halda isə, işə mahiyyəti üzrə baxan məhkəmə mülki qanunvericiliyin əqdin əhəmiyyətsizliyi ilə bağlı deyil, mübahisələndirilməsi ilə bağlı müvafiq normalarını tətbiq etməklə, aldadılmanın olub-olmaması, etibarsız əqdin mübahisələndirilməsi ilə bağlı qanunda müəyyən edilmiş müddətin ötürülüb-ötürülmədiyi istiqamətində araşdırma aparmalı idi.
45. Məhkəmə kollegiyası, cavabdehlər Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilənin etiba rsız hesab edilməsi tələbinə münasibətdə də apellyasiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmamışdır.
46. Belə ki, ilk növbədə məhkəmə kollegiyası hesab etmişdir ki, bu əqdin mübahisələndirilməsi hüququ birinci tələbin təmin edilməsindən asılıdır.
47. İkincisi apellyasiya məhkəməsi bu hissədə gəldiyi qənaəti belə əsaslandırmışdır ki, sözügedən müqavilə Cavabdeh1lə MMC-nin digər təsisçisi olan Şirkətin icraçı direktoru Şahid arasında mövcud olmuş borc məbləğinin qaytarılmasının təminatı kimi bağlanmaqla, Cavabdeh3 müqavilənin əsl tərəfi olmamış və müqavilənin bağlanmasında niyyət bu müqavilədə göstərilən nəticələrin əldə edilməsi olmamışdır. Göstərilənlər onu deməyə əsas verir ki, həmin müqavilə əhəmiyyətsiz olmuşdur. Əqdin əhəmiyyətsiz olması onun həm görünüş üçün (uyd urma əqd), həm də başqa əqdi pərdələmək üçün (yalan əqd) bağlanmasından irəli gəldiyindən, xx.xx.2018-ci il tarixli müqavilənin iddiaçıların və Cavabdeh1 göstərdiyi kimi borcun təminatı olaraq (başqa əqdi pərdələmək), yaxud görünüş üçün bağlandığı məsələsində əlavə araşdırmanın aparılmasına zərurət yoxdur.
48. Göründüyü kimi, məhkəmə Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləni Cavabdeh3 müqavilənin əsl tərəfi olmaması əsası ilə əhəmiyyətsiz hesab etmişdir ki, bu da həmin müqavilənin fərqli subyektlər arasında formal olaraq bağlanan yalan əqd olmasına dəlalət edir.
49. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqelərə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir.
50. Plenum həmçinin qeyd etmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
51. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
52. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
53. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.
54. Apellyasiya məhkəməsi isə, Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləni yalan əqd hesab etsə də, mülki qanunvericiliyin həmin əqdin pərdələdiyi əsl əqdə (borcun təminatı kimi girov) aid qaydalarının tətbiq edilməsi imkanlarını xidməti vəzifələrin ə görə yoxlamalı olduğu halda, bu istiqamətdə heç bir hüquqi araşdırma aparmamışdır.
55. Eyni zamanda, bu əqdi etibarsız hesab edərkən iş materiallarına əlavə edilmiş, Cavabdeh1 Cavabdeh3 qarşı bu əqdin etibarsız hesab edilməsi barədə mülki iş üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin mövcudluğuna, həmin qətnamənin qanuni qüvvəyə mindiyi halda (xx.xx.2021-ci ildə apellyasiya verilib) hazırki iş üzrə hər hansı təsirinin olub-olmamasına hüquqi qiymət verməmişdir.
56. Kollegiya həmçinin hesab etmişdir ki, əhəmiyyətsiz əqd hesab etdiyi əqdin etibarsızlığı nəticələrinin tətbiq olunması ilə bağlı da ziddiyyətli qənaətə gəlmiş, bir tərəfdən müqavilənin bağlanmasında niyyətin bu müqavilədə göstərilən nəticələrin əldə edilməsi olmadığın ı müəyyən etmiş, digər tərəfdən isə həmin müqavilədə Cavabdeh3 Cavabdeh1 595.000 manat pul verməsinin göstərilməsi, habelə Cavabdeh1 MMC-nin direktoru Şahid borc pul alması, bu müqavilənin məhz həmin borcun təminatı olaraq bağlanması və qeyd edilən borc məbləğinin böyük hissəsini qaytardığını bildirməsini, habelə Cavabdeh1lə Cavabdeh3 və Şahid arasında bununla bağlı mülki mübahisənin olmamasını nəzərə alaraq həmin müqavilədə qeyd edilən pul məbləğinin restitusiyası məsələsini açıq saxlanılmaqla, tərəflərə bununla bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqlarını izah etmişdir.
57. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə baxarkən həqiqətə nail olmaq üçün işin faktiki hallarını tam və hərtərəfli tədqiq etməmiş, iddia çının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara, eləcə də, apellyasiya şikayətinin və ona etirazın dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, həmçinin maddi hüquq normalarını hazırki mübahisəyə düzgün tətbiq etməmiş, bir sözlə, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu təmin etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
58. İşə yenidən apellyasiya qaydasında baxılarkən "xxxx" MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
59. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4945/2022 nömrəli iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), C.Yusifov, A.Tanrıverd iyev) iddiaçılar İddiaçı1, İddiaçı2 və müstəqil tələblər irəli sürən üçüncü şəxs Bilalova Nigar Səyyaf qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
60. Məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında qeyd etdiyi (bənd 93) Yasamal Rayon Məhkəməsinin 2(004)-3909/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə bağlı qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində həmin qətnamənin hazırkı mərhələdə qüvvədə olması müəyyən edilmişdir.
61. Həmin qətnamədən isə məlum olur ki, hazırkı mülki iş üzrə hər iki iddia üzrə cavabdeh olan Cavabdeh1 Cavabdeh3 qarşı aralarında bağlanmış və hazırkı işdə iddiaçıların da mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləni etibarsızlığını mübahisələndirmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun həmin iddiası təmin edilməmişdir.
62. Belə olan halda məlum olur ki, hazırkı mülki iş üzrə iddiaçıların mübahisələndirdikləri Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləninın etibarlı olduğunu müəyyən edən qüvədə olan məhkəmə qətnaməsi mövcuddur.
63. Bundan başqa, Ali Məhkəmə həmin qərarında göstərmişdir ki, Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilənin mübahisələndirilməsi iddiaçılara məxsus payların onların özləri tərəfindən Cavabdeh1 adına keçirilməsi ilə bağlı xx.xx.2 018-ci il tarixli ərizələrin (əqdləri) mübahisələndirilməsinin nəticəsindən asılıdır.
64. Həmin hala münasibətdə isə rayon məhkəməsi iddiaçılar tərəfindən bir illik kəsici müddətin ötürüldüyünü müəyyən etmişdir. Həmin ərizələrin verilməsi ilə iddiaçıların onu mübahisələndirməsindən bir illik müddətin keçməsi işin mübahisəsiz halıdır. Belə olan halda Məhkəmə kollegiyası rayon məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır
65. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 337.5, 339.2, 339.3, 340.1, 340.2, 354.1, 354.2ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
66. İddiaçı 1 (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
67. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən verilmiş göstərişlərə əsasən, apellyasiya instansiya məhkəməsi aldadılmanın olub-olmaması, etibarsız əqdin mübahisələndirilməsi ilə bağlı qanunda müəyyən edilmiş müddətin ötürüb-ötürülmədiyi istiqamətində araşdırma aparmalı idi. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi qeyd etmişdir ki, 35 faiz təsis payının alqı-satqısına dair müqaviləni yalan əqd hesab etsə də, mülki qanunvericiliyin həmin əqdin pərdələdiyi əsl əqdə aid qaydalarını tətbiq edilməsi imkanları xidmət vəzifələrinə görə yoxlamalı idi. İkinci apellyasiya məhkəməsi bu göstərişləri nəzərə almamış, heç bir araşdırma aparmamış, qətnaməsində qeyd etsə də ki, birinci instansiya məhkəməsi bu istiqamətdə araşdırma aparmalı idi, amma aparmayıb, özü də heç bir araşdırma aparmamışdır.
68. Üçüncü şəxs Bilalova Nigar Səyyaf qızı (Vəkil3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
69. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrin araşdırılması ilə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, tərəflər müəssisədəki payların alqısatqısına dair müqavilələrin ləğvinə dair razılığa gəlsələr də, bu razılıq Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. İddiaların rədd edilməsinə dair hissədə birinci instansiya məhkəməsi yalnız müddət məsələsinə əsaslanmaqla g östərmişdir ki, iddia ərizəsinin məzmunundan üçüncü şəxsin ərinin işlərindən tam məlumatlı olması müəyyən olunduğundan o da bir illik müddəti ötürmüşdür. Lakin kassatorun qeyd edildiyi kimi, Yasamal Rayon Məhkəməsindən sms-bildiriş gələn zaman məlumatları olmuşdur. Bunun əksi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Tərəflərin ər-ərvad olması isə heç də bütün hallarda onların bir-birinin bütün işlərindən məlumatının olması anlamına gəlmir.
70. Apellyasiya məhkəməsinin bundan əvvəlki qərarını ləğv etmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarındakı göstərişlərə istinad edən məhkəmə, göstərmişdir ki, işə bundan əvvəl baxan apellyasiya instansiyası iddianın qanuni əsasını düzgün müəyyən etməyərək, mübahisənin həllinə düzgün olmayan maddi hüquq normalarını tətbiq etmiş, mülki qanunvericiliyin əqdin əhəmiyyətsizliyi ilə bağlı deyil, mübahisələndirilməsi ilə bağlı müvafiq normalarını tətbiq etməklə, aldadılmanın olub-olmaması, etibarsız əqdin mübahisələndirilməsi ilə bağlı qanunda müəyyən edilmiş müddətin ötürülüb-ötürülmədiyi istiqamətində araşdırma aparmalı olduğu halda, bunu etməmişdir. İkinci dəfə baxan məhkəmə də məsələləri tam araşdırmamış, sadəcə üstündən keçməyi məqsədəuyğun hesab etmişdir.
71. Cavabdeh1 (Vəkil5) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
72. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ikinci dəfə apellyasiya instansiya məhkəməsi işə baxarkən Ali Məhkəmənin göstərişlərini nəzərə almamış, etibarsız əqdin mübahisələn dirilməsi ilə bağlı qanunda müəyyən edilmiş müddətin ötürülüb-ötürülmədiyi istiqamətində heç bir araşdırma aparmamışdır. Cavabdeh3 qarşı aralarında bağlanmış və iddiaçıların da mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilənin etibarsızlığını mübahisələndirmişdir, birinci instansiya məhkəməsinin qətnaməsi ilə cavabdehin iddiası təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi araşdırmamışdır ki, həmin qətnamə qüvvəyə minib ya yox.
73. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 386.1, 443.1, 445.2.1, 445.2.2, 448.1, 449, 600.4, MPM-nin 376.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
74. Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil4 kassasiya şikayətlərinə d air etiraz göndərərək, Cavabdeh1 formal olaraq cavabdeh kimi göstərilməsinin iş üzrə iddia tərəfləri ilə əvvəlcədən razılaşaraq Cavabdeh3 qarşı məhkəmədə müsbət nəticə əldə etmək məqsədi daşıdığını bildirmiş, digər kassatorların şikayətinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə tam riayət olunduğu, "xxxx" MMC-də 35%-lik payın Cavabdeh3 satılmasının yalan əqd olması ilə bağlı dəlillərinin əsassız olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə
75. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və xitamına yönəlmiş birtərəfli, iki tərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
76. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
77. Maddə 324.4. Müqavi lənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli ədq) və ya üç və ya daha çox tərəfin razılaşdırlmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
78. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
79. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
80. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
81. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticə lərə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
82. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
83. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susula n hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.
84. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
85. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurm a əqd əhəmiyyətsizdir.
86. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
87. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
88. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahi səyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Prosessual Məcəllə
89. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
90. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
91. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
92. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
93. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
94. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasın a, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
95. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
96. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
97. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
98. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
99. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı, cavabdeh və üçünc ü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
100. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 iddiasının rədd olunan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
101. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə İddiaçı1 iddiasına münasibətdə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
102. Belə ki, işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, hər iki iddia üzrə cavabdeh olan Cavabdeh1 Cavabdeh3 qarşı aralarında bağlanmış və hazırkı işdə iddiaçıların da mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqaviləni etibarsızlığını mübahisələndirmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun həmin iddiası təmin edilməmişdir. Belə olan halda məlum olur ki, hazırkı mülki i ş üzrə iddiaçıların mübahisələndirdikləri Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqı-satqısına dair müqavilənin etibarlı olduğunu müəyyən edən qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur.
103. Bundan başqa, Ali Məhkəmə həmin qərarında göstərmişdir ki, Cavabdeh1lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli MMC-də olan 35% təsis payının alqısatqısına dair müqavilənin mübahisələndirilməsi iddiaçılara məxsus payların onların özləri tərəfindən Cavabdeh1 adına keçirilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli ərizələrin (əqdləri) mübahisələndirilməsinin nəticəsindən asılıdır. Həmin hala münasibətdə isə rayon məhkəməsi iddiaçılar tərəfindən bir illik kəsici müddətin ötürüldüyünü müəyyən etmişdir. Həmin ərizələrin verilməsi ilə iddiaçı ların onu mübahisələndirməsindən bir illik müddətin keçməsi işin mübahisəsiz halıdır.
104. Kollegiya bildirir ki, İddiaçı1 iddiasının rədd edilmiş hissəsi üzrə apellyasiya məhkəməsinin gəldiyi qənaət yuxarıda göstərilən hüquq normalarına uyğun olmuşdur.
105. İddiaçı1 və cavabdeh A.Abdullyaevin kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iddianın rədd olunmuş hissəsində (İddiaçı1 iddiasına aid hissədə) iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin (İddiaçı1 və Cavabdeh1) dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas təşkil etmir. Ona görə də, İddiaçı1 və Cavabdeh1 kassasiya şikayəti təmin edilməməli, həmin mübahisələndirilən hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
106. Bununla belə, məhkəmə kollegiyası 3-cü şəxs Bilalova Nigar Səyyaf qızının iddiası üzrə apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticəsi ilə razılaşmır.
107. İlkin olaraq qeyd edilməlidir ki, üçüncü şəxs də birinci instansiya məhkəməsinin qətnaməsini ayrıca olaraq apellyasiya şikayəti verməklə mübahisələndirmiş həm iddiasında, həm də apellyasiya şikayətində iddiaçıların dəlillərindən fərqli və müstəqil əsaslı dəlillərə istinad etmişdir.
108. Bunlar mübahisəli payın əri ilə birgə nikah müddətində, birgə vəsait əsasında əldə edilməsi, onun razılığı olmadan əsassız imtina və bağlanmış alqı-satqı müqaviləsi ilə bağlı onun mülkiyyətindən çıxması, həmin ərizənin (payından imtina barədə ərizə) verilməsindən zamanında məlumatlı olmaması, yalnız sonunucu məhkəmə mübahisəsi zamanı həyat yoldaşına göndərilən bildirişi aldıqdan sonra məlumatlı olmasından ibarət olmuşdur.
109. Belə ki, üçüncü şəxs iddiasında və apellyasiya şikayətində göstərir ki, İddiaçı1 10 avqust 2011-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan iki övladları doğulmuşdur. 16 noyabr 2017-ci il tarixdə İddiaçı1 adına "xxxx" MMC-nin nizamnamə kapitalından 17.5% payın rəsmilləşdirilməsi barədə Bilalova Nigar Səyyaf qızının məlumatı olmuşdur. Lakin Cavabdeh1 şəriklərin etibarından sui-istifadə edərək 1 ay müddətinə müvəqqəti payların onun ad ına geri qaytarılması barədə xahişi və İddiaçı1 tərəfindən 25 aprel 2018ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda bağlanılan 16 noyabr 2017-ci il tarixli müəssisədəki payın alqı-satqısı barədə müqavilənin ləğvinə dair formal olaraq ərizənin verilməsi Bilalova Nigar Səyyaf qızına son vaxta qədər məlum olmamışdır. Bu hal Bilalova Nigar Səyyaf qızına əri İddiaçı1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən SMS bildiriş gələndə məlum olmuşdur. İddiaçı1 soruşanda ki, o, hansı səbəbdən Bilalova Nigar Səyyaf qızına indiyə kimi deməyib və razılığını almayıb, İddiaçı1 bildirmişdir ki, payın alqı-satqı müqaviləsinin ləğvinə dair ərizə formal olub, bu səbəbdən də həmin məsələ ilə bağlı ona deyilməyib və onun notarius tərəfindən razılığı alınmayıb.
110. Həmin dəlillərlə bağlı birinci instansi ya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs Bilalova Nigar Səyyaf qızı əri İddiaçı1 işləri barəsində tam məlumatlı olmuşdur. Odur ki, üçüncü şəxs də əri İddiaçı1 tərəfindən verilmiş 25 aprel 2018-ci il tarixli ərizənin mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354.2-ci maddəsi ilə müəyyən olunmuş bir illik müddəti ötürmüşdür.
111. Apellyasiya instansiya məhkəməsi qəbul etdiyi qətnamənin nəticə hissəsində üçüncü şəxsin apellyasiya şikayətinin təmin olunmamasını, mübahisələndirilən hissələrdə qətnamənin dəyişdirilmədən saxlanmasını qeyd etsə də, qətnamənin əsaslandıcı hissəsində faktiki olaraq üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı heç bir araşdırma aparmamış və faktiki olaraq dəlilləri qiymətləndirmədən kənarda saxlamışdır. Belə olan halda isə hansı əsaslarla üçüncü şəxsi n şikayətinin təmin olunmadığını müəyyən etmək mümkünsüzdür. Görünür ki, birinci instansiyası məhkəməsi üçüncü şəxsin iddiası üzrə qətnaməni fərziyyələr əsasında çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi isə bu dəlillərə qiymət verməmişdir.
112. Halbuki, qanuna görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun vədigərhüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, nəticə hissəsində isə iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi göstərilməlidir. Qətnamə iş üzrə müəyyən edilmişhallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasl andırılmalıdır.
113. Bundan əlavə, nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.
114. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın m öhkəmlənməsinə xidmət edir. Məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
115. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). 1
16. Qeyd olunanlara əsasən Kollegiya bu qənaətə gəlir ki, üçüncü şəxsin iddiasına münasibətdə apellyasiya məhkəməsinin gəldiyi nəticə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına uyğun olmamışdır.
117. Ona görə də, üçüncü şəxsin kassasiya şikayəti qismən təmin edilməklə, qətnamə qismən - «üçüncü şəxsin iddiasının rədd olunması» hissədə ləğv edilməli, həmin hissədə mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına göndərilməli, İddiaçı1 və Cavabdeh1 kassasiya şikayəti rədd edilməklə qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmdən saxlanılmalıdır.
118. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 və Cavabdeh1 kassasiy a şikayətləri təmin olunmasın. Üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4945/2022 nömrəli iş üzrə 14 noyabr 2022-ci il tarixli qətnaməsi qismən - üçüncü şəxs Bilalova Nigar Səyyaf qızının iddiasının rədd olunan hissədə ləğv edilsin və həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.