Məhkəmə qərarları › İş №2(102)-544/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-544/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-544/2024 29.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı iddia tələbləri barədə iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-544/2024 (Açar sözlər: kassasiya şikayətinin forma və məzmununa dair tələblər, şikayətin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “müəssisədəki payın alğısatqı müqaviləsinin ləğvinə dair ərizələrin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “müəssisədəki payın alğı-satqı müqaviləsinin ləğvinə dair ərizələrin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələblərin ə dair iddiaları ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3856/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 (Vəkil5) tərəfindən verilmiş kassasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı noratiat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 25 aprel 2018-ci il tarixdə İddiaçı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E-6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri 14 sayl ı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018ci il tarixli 3M-451 saylı müəssisədəki payın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X2 Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

2. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X3 cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı noratiat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhər i Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 25 aprel 2018-ci il tarixdə İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6658 nömrə ilə qeydə alınmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələrin etibarsız hesab edilməsi, "xxxx" MMC-nin 35% payının Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılan və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı müəssisədəki payın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı X2 Dövlət reyestrindən çıxarışın ləğv edilməsi və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1594/2020 nömrəli, 18 may 20 20-ci il tarixli qərardadı ilə, məhkəmənin icraatında olan 2(004)-1594/2020 nömrəli mülki iş 2(004)-1089/2020 nömrəli mülki işlə eyni icraatda birləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-1089/2020 nömrəli, 09 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia tələbləri rədd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

5. Qətnamədən İddiaçı2 apellyasiya şikayəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. Qətnamədən eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs Nigar Bilalova apellyasiya şik ayəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Qətnamədən həmçinin İddiaçı1 apellyasiya şikayəti verərək birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini, onun iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-1893/2021 nömrəli, 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Vəfaddin İbayev və Şeyda Məhərrəmova) apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, 25 aprel 2018-ci il tarixdə İddia çı1, İddiaçı2 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə 7E-6654, 7E-6656, 7E6658 nömrə ilə qeydə alınan və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələr, habelə "xxxx" MMC-nin 35% payına dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış və Bakı şəhəri 50 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş 21 may 2018-ci il tarixli 3M-451 saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, bununla bağlı X2 Dövlət Reyestrindən verilmiş Çıxarış ləğv edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

9. Qətnamədən Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini, iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələrinin rədd edilməsi barədə yeni Qərar qəbul edilməsini, eyni zamand a, iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh1 əməllərində Cinayət Məcəlləsində mülkiyyət əleyhinə olan cinayətlər fəslində nəzərdə tutulmuş cinayətlərin əlamətlərinin olubolmamasının araşdırılması üçün xüsusi qərardadın çıxarılaraq Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1750/2022 nömrəli, 05 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), Elşad Şamayev və Aqil Abbasov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, işə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

11. Bakı Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(103)-4945/2022 nömrəli, 14 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Cahangir Yusifov və Anar Tanrıverdiyev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apelyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:

12. Qətnamədən İddiaçı1 (Vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

13. Qətnamədən eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs Nigar Bilalova (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilm əsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

14. Qətnamədən həmçinin Cavabdeh1 (Vəkil5) kassasiya şikayəti verərək, apellyasiya instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1432/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vüqar Həsənov (sədrlik edən və məruzəçi), İspəndiyar Şəfiyev və Əhməd Əhmədov) İddiaçı1 və Cavabdeh1 kassasiya şikayətləri təmin olunmamış, üçüncü şəxs Nigar Bilalovanın kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiya məhkəməsinin 14 noyabr 2022-ci il tarixli qətnaməsi qismən - üçüncü şəxs Nigar Bilalovanın iddiasının rədd olunan hissəsində ləğv edilərək, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat:

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3856/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Günay Axundova və Fuad Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilərək, həmin hissədə mülki iş üzrə yeni qətnamə qəbul edilmiş, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1, İddiaçı1, Bakı şəhəri 14 saylı notariat ofisi, Cavabdeh3 və Bakı şəhəri 50 saylı notariat ofisinə qarşı “müəssisədəki payın alğı-satqı müqav iləsinin ləğvinə dair ərizələrin, alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 25 aprel 2018-ci il tarixdə İddiaçı1 və Cavabdeh1 tərəfindən verilmiş, reyestrdə müvafiq olaraq 7E-6658 və 7E-6654 nömrə ilə qeydə alınmış və Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizələr etibarsız hesab edilmiş, iddia digər hissədə rədd edilmişdir.

17. Qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs Nigar Bilalova (Vəkil3) kassasiya şikayəti verərək, apellyasiya instаnsiyа məhkəməsinin qətnаməsinin qismən, iddianın rədd edilməsi hissəsində ləğv edilməsini, iddialarının tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

18. Qətnamədən həmçinin Cavabdeh1 (Vəkil5) kassasi ya şikayəti verərək, apellyasiya instаnsiyа məhkəməsinin qətnаməsinin iddianın qalan hissəsinin təmin olunmaması hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3856/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərardadı ilə, apellyasiya instаnsiyа məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil5 kassasiya şikayəti geri qaytarılmışdır.

20. Məhkəmə kollegiyası qərardadda qeyd etmişdir ki, cavabdeh tərəfindən elektron qaydada imzalanmış kassasiya şikayətindən görünür ki, şikayət MPM-nin 407.1.4-cü maddəsinə və “MPM-ə əlavə 3”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməmiş, şikayətdə yalnız maddi və prosessu al hüquq normalarının mətni sadalanmış, onların pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

21. Həmin qərardaddan Cavabdeh1 (Vəkili Vəkil5) kassasiya şikayəti verərək apellyasiya instаnsiyа məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərardadının ləğv olunmasını, apellyasiya instаnsiyа məhkəməsinin 19 iyul 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin mahiyyəti üzrə baxışa qəbul edilməsini xahiş etmişdir.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3856/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərardadı ilə, apellyasiya instаnsiyа məhkəməsinin 23 oktyabr 2023-cü il tar ixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil5 kassasiya şikayəti geri qaytarılmışdır.

23. Məhkəmə kollegiyası qərardadda qeyd etmişdir ki, qərardaddan verilmiş kassasiya şikayətində prosessual hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

24. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil5 müddətin bərpası barədə ərizə ilə birgə yenidən apellyasiya instansiya məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermişdir.

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3856/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı ilə, apellyasi ya instаnsiyа məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil5 tərəfindən verilmiş kassasiya şikayəti və müddətin bərpası barədə ərizənin geri qaytarılması qərara alınmışdır.

26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, hazırki işin materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil5 tərəfindən verilimiş kassasiya şikayəti MPM-nin 407.1.4-cü maddəsinə və “MPM-ə əlavə 3”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməmişdir. Hazırki şikayətdə isə prosessual hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. Cavabdeh şikayəti ümumi məzmunda tərtib etm iş, qərardad çıxarılarkən pozulduğu (və ya düzgün tətbiq edilmədiyi) iddia olunan hər bir normanın qarşısında pozuntunun (və ya düzgün tətbiq edilməmənin) nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.

27. Məhkəmə kollegiyası öz mövqeyini, Mülki Prosessual Məcəllənin 407.1.4, 407.2, 408.1.5, 416.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

28. Qərardaddan Cavabdeh1 (Vəkil5) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 28 noyabr 2023-cü il tarixli qərardadının ləğv edi lməsini, apellysiya instansiya məhkəməsinin 2(103)-3856/2023 nömrəli, 23 oktyabr 2023-cü il tarixli qərardadından kassasiya şikayətinin baxışa qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədən kassasiya şikayətini elektron kabinet vasitəsi ilə vermişdir. Burada kassasiya şikayətinin forması “MPM-ə əlavə 3”-də müəyyən edilən formadadır, bu formanı dəyişdirə bilməz. Həmçinin bu formada nəzərdə tutulmuş kassasiya şikayətinin məzmununa da əməl edərək, formada nəzərdə tutulmuş qrafaları doldurmuş və məzmuna da əməl etmişdir. Şikayətində göstərmişdir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamədən kassasiya şikayəti geri qaytarılarkən maddi hüquq normaları pozulmuş və qətnamədən kassasiya şikayəti “MPM-ə əlavə 3”-də müəyyən edilən formada və məzmund a tərtib olunmasına baxmayaraq, əsassız olaraq hakim tərəfindən geri qaytarılmışdır. Qərardaddan şikayətində bu maddi hüquq normasının pozulmasını qeyd etmiş, elektron ərizədə maddi hüquq normasını qeyd etmiş və onun qarşısında bu maddi hüquq normasının pozulmasının nədən ibarət olduğunu göstərmişdir. Qərardaddan şikayəti tərtib edərkən, bu maddi hüquq pozuntusuna əsaslanmışdır və bu halda pozuntunun bu olması səbəbindən prosessual hüquq pozuntusu qeyd etməmişdir. Belə ki, həmin halda prosessual hüquq pozuntusu olmamışdır və buna görə də elektron ərizədə həmin qrafa boş saxlanılmışdır. Hakimin xx.xx.2023-cü ildə qəbul etdiyi qərardaddan isə belə çıxır ki, əgər məhkəmə qərarı qəbul olunarkən ancaq maddi hüquq pozuntusu olubsa, prosessual hüquq pozuntusu olmayıbsa, onda özündən prosessual hü quq pozuntusu fikirləşməlidir, yoxsa, şikayət heç bir halda qəbul olunmayacaq. Hakimin bu mövqeyi düzgün deyil və qanunvericiliyə uyğun deyil. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

31. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslan dırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.

32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

33. Maddə 408.1.1. Kassasiya şikayəti 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

34. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq norma larının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

35. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən a pellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil5 apellyasiya instansiyası məhkəməsinin əsassız olaraq kassasiya şikayətini geri qaytarması, 44. kassasiya şikayətini elektron kabinet vasitəsi ilə “MPM-ə əlavə 3”-də müəyyən edilən formada verməsi, kassasiya şikayətinin məzmununa da əməl etməsi, formada nəzərdə tu tulmuş qrafaları doldurması və məzmuna da əməl etməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.

45. İlk əvvəl qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəməsi 23 oktyabr 2023cü il tarixli qərardadında apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil5 tərəfindən verilmiş kassasiya şikayətinin qanunla müəyyən edilmiş formaya əməl edilmədən verilməsini, yəni verilmiş kassasiya şikayətində prosessual hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının göstərilmədiyini, mövcud halın mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermədiyini aydın şəkildə göstərmişdir.

46. Lakin Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil5 apellyasiya instansiya məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərardadında göstərilən nöqsanı aradan qaldıraraq, qətnamədən qanunun tələbinə uyğun formada yenidən kassasiya şikayəti vermək əvəzinə həmin qərardaddan kassasiya şikayəti versə də, qərardaddan verilmiş kassasiya şikayətində də prosessual hüquq normalarının pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərilməmiş, kassasiya şikayətdə apellyasiya instansiya məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərardadında göstərilən əsasları düzgün hesab etmədiyini bildirilmişdir.

47. Eyni zamanda cavabdeh apellyasiya instansiya məhkəməsinin 23 oktyabr 2023cü il tarixli qərardadından verdiyi kassasiya şikayətinin qaytarılması haqqında apellyasiya instansiya məhkəməsinin 2(103)-3856/2023 nömrəli, 07 noyabr 202 3-cü il tarixli qərardadından deyil, təkrarən 23 oktyabr 2023-cü il tarixli qərardadından verdiyi kassasiya şikayətində də maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmiş, kassasiya şikayətdə təkrarən apellyasiya instansiya məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli qərardadında göstərilən əsasları düzgün hesab etmədiyini bildirilmişdir.

48. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3856/2023 nömrəli, 22 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil5 tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qənaətə gəlmişdir.

49. Bu səbəbdən kassasiya şikay ətinin qaytarılması barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 (Vəkil5) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 (103)-3856/2023 nömrəli, 28 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar