Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3603/2023 04.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisini cəlb etməklə) qarşı ilkin iddiası və Cavabdeh İddiaçı (üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisini və X5 cəlb etməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: beh tələbi, beh müqavilələrinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh (üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisini cəlb etməklə) qarşı beh tələbinə dair ilkin iddiası və Cavabdeh İddiaçı (üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisini və X5 cəlb etməklə) qarşı “beh müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-727/2023 nömrəli, 04 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 01 may 2022-ci il tarixli “beh” müqaviləsinin təsdiq edilmiş surətinə əsasən, Cavabdeh mülkiyyətçisi olduğu Şabran şəhəri, ünvan 5ən fərdi yaşayış evini və onun yerləşdiyi 0.05 ha torpaq sahəsini İddiaçı 200000 (iki yüz min) manata satmaq üçün razılığa gələrək ondan 40000 (qırx min) manat beh almışdır.
2. Həmin müqavilənin 5-ci bəndinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
3. DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən, Şabran şəhəri, ünvan 5ən ümumi sahəsi 77.50 kv/m olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 4. 01 may 2022-ci il tarixli “Be h” müqaviləsinin təsdiq edilmiş surətinə əsasən, Cavabdeh mülkiyyətçisi olduğu Şabran şəhəri, X12 küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 0,1407 ha torpaq sahəsini İddiaçı 620000 (altı yüz iyirmi min) manata satmaq üçün razılığa gələrək ondan 80000 (səksən min) manat beh almışdır.
5. Həmin müqavilənin 5-ci bəndinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
6. Müqavilələrdən görünür ki, mülkiyyətçi Cavab deh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X9 təmsil etmişdir.
7. Şabran şəhəri, X8 küçəsi, 31 ünvanında yerləşən ölçüsü 0,1407 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
8. ƏN-İ seriyalı 922209 saylı 30 aprel 2022-ci il tarixli etibarnamənin məzmununa əsasən, Cavabdeh tərəfindən etibar edilən X6 həmin etibarnamə ilə AR əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********7810301 ilə qeydiyyata alınmış Çıxarışa əsasən Şabran şəhəri, ünvan 5ən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinə və onun üzərində yerləşən, ümumi sahəsi 77,5 kv.m olan yaşayış evinə da ir adından beh müqaviləsi rəsmiləşdirməyi və s. bağlı digər hərəkətləri etməyi etibar etmişdir.
9. ƏN-İ seriyalı 922210 saylı 30 aprel 2022-ci il tarixli etibarnamənin məzmunundan görünür ki, Cavabdeh tərəfindən etibar edilən X6 həmin etibarnamə ilə AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakının Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********6 ilə qeydiyyata alınmış Çıxarışa əsasən Şabran şəhəri, X8 küçəsi, ev 31 ünvanında yerləşən, ümumi sahəsi 0,1407 ha olan torpaq sahəsinə dair adından beh müqaviləsi rəsmiləşdirməyi və s. digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamələrin 3 ay müddətinə verildiyi və xx.xx.2022-ci il tarixədək qüvvədə olduğu göstərilmişdir. İş üzrə qəbul edilmiş məh kəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisini cəlb etməklə «beh tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 240000 manat məbləğində behin və iddianın verilməsi üçün ödənilmiş 530 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 01 may 2022 ci il tarixdə Sumqayıt şəhər 3 saylı notariat ofisində notarial qaydada bağlanmış beh müqavilələrinə əsasən o, Şabran şəhəri, X12 küçəsi, ev 31 ünvanında yerləşən ümumi sahəsi 0,1407 ha torpaq sahəsini 620000 manata satılması üçün 80.000 manat, Şabran şəhəri, ünvan 5ən fərdi yaşayış ev ini və onun yerləşdiyi 0,05 ha torpaq sahəsini 200000 manata satılması üçün 40.000 manat, ümumilikdə cavabdehə 120.000 manat beh vermişdir. Beh müqaviləsi bağlanarkən mülkiyyətçi olan cavabdehi etibarnamə üzrə nümayəndəsi X9 təmsil etmişdir. O, 2022 ci ilin aprel ayında Şabran rayonunda yerləşən ümümilikdə 0,19 ha torpaq sahəsində inşa edilmiş təxmini sahəsi ******* kv.m olan qeyri-yaşayış sahəsini, fərdi yaşayış evini torpaq sahələri ilə birlikdə alınması üçün maraqlandıqda özünü cavabdehin bütün işlərini görən köməkçisi kimi təqdim etmiş Elçin Nəsirovla müzakirələr aparılmış son nəticədə razılıq əldə edildiyindən beh müqaviləsi bağlanılmasına razılıq verilmişdir. Ancaq notariusa gedən zaman mülkiyyətçi Cavabdeh nümayəndəsi olan Elçin Nəsirovun beh müqaviləsini bağlamağa etibarnamədə səla hiyyəti olmadığından notarius mülkiyyətçidən beh müqaviləsi bağlamaq üçün xüsusi səlahiyyətli, həm də konkret əmlak göstərməklə etibarnamə əldə etdikdə müqaviləni rəsmiləşdirə biləcəyini bildirmişdir. Cavabdeh bu barədə yəni konkret əmlaka və beh bağlamaq səlahiyyəti olan etibarnaməsini şəxsən nümayəndəsinə verdikdən sonra 01 may 2022-ci il tarixində əmlaklara dair beh müqavilələri rəsmiləşdirilmiş və ümümilikdə 120000 manat cavabdehə ödənilmişdir. Cavabdeh tərəf behi aldıqdan 15 gün sonra ümümilikdə 0,19 ha torpaq sahəsində yerləşən təxmini sahəsi 900- 1100 kv.m olan (hansı ki həmin qeyri-yaşayış sahəsinin çıxarışı da alınmalı idi) qeyri-yaşayış sahəsinin də müvafiq sənədləşdirilmə, təmir və elektrik naqqillərini qaydaya salınması, transformatorun torpaq sahəsindən başqa yerə çıxarılması və.s xərclərə görə əlavə 70000 manat da pul almışdır. Pulu alarkən alqı-satqı zamanı verəcəyi puldan çıxacaqlarını bildirmişdilər. O, behi artıq verdiyinə və işin rəsmiyyətinə əmin olduğuna görə həmin 70000 manatı verərkən notarial qaydada verməmişdir. Ancaq şahidlərin iştirakı ilə həmin pulu vermişdir. Qeyd olunan məbləğdə pulla bağlı hüquq-mühafizə orqanlarına ayrıca müraciət edəcəyindən hazırki beh tələbində həmin məbləği qeyd etməmişdir. Ancaq cavabdeh tərəf 30 iyun 2022 ci il tarixinədək alqı-satqı müqaviləsinin bağlanmasından müxtəlif bəhanələrlə yayınmağa başlamış və onu artıq sinir xəstəsi etmişdir. Cavabdeh tərəf beh müqaviləsində göstərilmiş 30 iyun 2022 ci il tarixinə kimi nəinki alqı-satqı müqaviləsi bağlamış, heç onun behini belə qaytarmamış və qaytarmaq belə istəmir. Artıq bü tün əsəbləri pozulduğundan məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmadığından hazırki iddia ilə məhkəməyə müraciət edərək haqqının bərpasını xahiş edir. Hesab edir ki, cavabdeh ondan notarial qaydada bank yolu ilə aldığı ümumilikdə 120000 manat behi müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə, onu ziyana saldığına, əsəb xəstəsi etdiyinə görə 2 misli artığını, yəni 240000 manat ödəməlidir. Eləcə də məhkəməyə iddia qaldırmaq üçün ödədiyi 530 manat dövlət rusumu da cavabdehdən tutularaq ona ödənilməsində tam haqlıdır.
12. Məmmədov X1 Yasin Nadir oğluna qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisi və X5 cəlb etməklə “beh müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər 3 saylı notariat ofisində bağlanmış 3U-579 nömrəli, 1 may 2022-ci il tarixli və 3U-580 nömrəli, 1 may 2022-ci il tarixli beh müqavilələrinin etibarsız hesab edilmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
13. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1949-cu il təvəllüdlüdür, hal-hazırda 73 yaşındadır. Uzun müddətdir ki, müxtəlif təyinatlı daşınmaz əmlakın əldə edilməsi, satılması və s. əməliyyatların həyata keçirilməsi üçün daşınmaz əmlak alqı-satqısı sahəsində brokerlik (makler) fəaliyyəti göstərən qarşılıqlı iddia ərizəsi üzrə üçüncü şəxs X9 ilə əməkdaşlıq edir. Elçin Nəsirovla əməkdaşlığa əsasən ona verdiyi etibarnamə əsasında onu üçüncü şəxslərə qarşı təmsil etməsi, onun tapşırığı və əvvəlcədən razılığı ilə əmlak əldə etməsi, inşa etdiyi tikililərin sənə dləşdirilməsi fəaliyyətindən ibarət olmuşdur. Uzun müddət işlərini apardığına görə Elçin Nəsirov onun etimadını qazanmışdır. Buna görə də ona tam inamı yaranmışdır və dəfələrlə onu təmsil etməsi üçün ona müxtəlif məzmunlu etibarnamələr vermişdir. Elçin Nəsirov yeni etibarnamənin verilməsi və ya mövcud etibarnamənin müddətinin uzadılması üçün hər dəfə onu özü ilə notariat ofislərinə aparmış və ya dəvət etmişdir və o, orada əvvəlcədən hazırlanmış etibarnamələrə imza atmışdır. Son zamanlar Elçin Nəsirova etimadı tam olduğuna görə etibarnamələrin məzmunu ilə tanış olmağa da ehtiyac hiss etməmişdi. 2020-ci ildə Elçinə ünvan 4 ünvanında verləşən sahəsi 0,1407 ha olan torpaq sahəsini və Şabran şəhəri, ünvan 5ən 0.05 ha torpaq sahəsini və həmin sahədə olan 77.50 kv.metr ölçüdə fərdi yaşayış evini alqı-satqı yolu ilə əldə etmək tapşırığı vermişdir. Həmin sahələri əldə etdikdən sonra ünvan 4 ünvanında yerləşən torpaq sahəsində ticarət təyinatlı qeyriyaşayış sahəsi inşa etdirməyə başlamışdır. Bu işlərə bir neçə milyon manat vəsait xərcləmişdir. Bundan sonra orada gələcəkdə fəaliyyəti genişləndirmək məqsədi ilə ətrafda yerləşən həyətyanı və digər təyinatlı torpaq sahələrini alqı-satqı yolu ilə əldə etmək, həmçinin ünvan 4 ünvanında yerləşən torpaq sahəsində inşa etdiyi tikiliyə elektrik və digər kommunikasiya xəttlərinin çəkilməsinin təmin edilməsi üçün Elçin Nəsirova müvafiq tapşırıq vermiş və bu məqsədlə onu təmsil etməsi üçün ona 80.000 manat miqdarda pul və etibarnamə vermişdir. Elçin Nəsirov satın alınacaq sahələrdə tikinti işlərinin aparılmasına dair müvafiq sənədlərin əldə edilm əsi üçün əlavə səlahiyyətlərin verilməsinə dair etibarnamələrə ehtiyac yaranacağını bildirmiş və o, istənilən vaxt ona etibarnamə verə biləcəyini demişdir. Bundan sonra Elçin Nəsirov bu istiqamətdə fəaliyyətə başlamış və o, bir neçə dəfə ona etibarnamələr vermişdir. Bu zaman Elçin Nəsirov dediyi istənilən gün və saatda onun söylədiyi notariat ofisinə gedərək əvvəlcədən hazırlanmış etibarnamələri imzalamışdır. Son olaraq xx.xx.2022-ci il tarixində Elçin Nəsirova yeni etibarnamə verərək ona məxsus olan tikililərin sənədləşdirilməsi, həmin tikililərə aid kommunal işlərlə bağlı əməliyyat aparılması üçün etibarnamə vermişdir. Lakin bir müddət sonra Elçin Nəsirov verdiyi tapşırığı yubatmağa başlamış və onun ətrafda yerləşən torpaq sahələrinin qısa müddətdə satın alınması barədə təkidlərindən son ra, danışıqların artıq yekunlaşdığını və həmin sahələrin satın alınması üçün yeni etibarnamənin lazım olduğunu bildirərək onu 30 aprel 2022-ci il tarixində Sumqayıt şəhər 4 saylı notariat ofisinə aparmışdır. Burada artıq tərtib olunmuş etibarnamələr onun tərəfindən imzalanmışdır. Həmin vaxt qeyd etdiyi kimi Elçin Nəsirova inamı yarandığına, ona tam etimad göstərdiyinə görə, ağır şəkər xəstəsi olmağı ilə əlaqədar görmə qabiliyyətində olan ciddi problemlərə görə oxuya bilmədiyinə baxmayaraq, məzmunu ilə tanış olmadan əvvəlcədən tərtib olunmuş etibarnamələri imzalamışdır. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, həmin etibarnamələr Şabran şəhərində ona məxsus olan və üzərində külli miqdarda vəsait xərcləyərək inşa etdiyi tikiliyə kommunikasiya xəttlərinin çəkilməsi məqsədi ilə aidiyyəti orqa nlara müraciət etmək və müvafiq sənədləşmə işlərinin, həmçinin yaxın ərazilərdə yerləşən torpaq sahələrini əldə etmək üçün müvafiq əməliyyatların aparılması məqsədi ilə tərəfindən Elçin Nəsirova verildiyini düşünmüş, iradə ifadəsi bu şəkildə olmuşdur və Elçin Nəsirov da etibarnamələrin məhz bu məqsədlə verildiyinə onu tam inandırmışdır. Lakin bundan sonra Elçin Nəsirovla əlaqə saxlamaqda çətinlik çəkməyə başlamış, o, telefon zənglərinə cavab verməməyə, onunla görüşməkdən yayınmağa başlamışdır. Buna görə kürəkəni (qızının əri) X2 müraciət edərək Elçinlə danışmasını, ona verdiyi tapşırıqları yerinə yetirməsini bildirmiş, 2022-ci ilin mart ayında inşa etdiyi tikiliyə elektrik və digər xəttlərin çəkilməsi məqsədi ilə Elçinə 80000 manat vəsait verməsinə baxmayaraq heç bir iş görülmədiyinin aydı nlaşdırılmasını xahiş etmişdir. 2022-ci ilin noyabr ayında yaşadığı evə özünü Firdovsi kimi təqdim edən bir şəxs gələrək ünvan 4 ünvanında yerləşən torpaq sahəsini və Şabran şəhəri, ünvan 5ən torpaq sahəsini və həmin sahədə olan fərdi yaşayış evini satın almaqla bağlı etibarnamə əsasında onu təmsil edən Elçin Nəsirovla razılığa gəldiklərini, bu məqsədlə notarial qaydada beh müqavilələri bagladıqlarını, həmin müqavilayə əsasən 30 iyun 2022-ci il tarixinədak alqı-satqı müqaviləsinin bağlanmalı olduğunu bildirmiş və təkidlə həmin müqavilənin bağlanmasını, əks halda ödədiyi behin iki qatının ona geri qaytarılmasını tələb etmişdir. O, çaşqınlıq içərisində Firdovsiyə nə əvvəlcədən, nə də indi torpaq sahəsi satmaq niyyətinin olmadığını, bu barədə Elçin Nəsirova hər hansı bir tapşırıq vermədiyin i, əksinə həmin ərazidə olan digər torpaq sahəslərinin satın alınması barədə ona tapşırıq verdiyini bildirmiş və məsələnin aydınlaşdırılması üçün Elçin Nəsirovla əlaqə saxlamağa cəhd etmişdir. Lakin Elçinin telefonu bağlı olduğuna görə onunla danışa bilməmişdir. O, Firdovsiyə bir daha torpaq sahəsi satmaq niyyətinin olmadığını, həmin ərazidə ticarət obyekti inşa etdiyini və həmin obyektin sənədləşdirilməsi və əlavə sahələrin alınması ilə bağlı Elçinə səlahiyyət verdiyini bildirmişdir. Firdovsi ona bildirmişdir ki, onlar beh vermişlər, həmin əmlaklar artıq onlarındır və həmin əmlakları onlara satmağa məcburuq. Əks halda onlardan ikiqat behi və əlavə olaraq Elçinə verdiyi 70000 manat pulu geri alacaqlar. Bundan sonra dəfələrlə Elçinlə əlaqə saxlamağa cəhd etsə də, onun istifadəsində olan tel efon nömrəsinə zəng çatmamışdır. Bu barədə oğluna və kürəkəninə məlumat vermiş və onlara məsələnin aydınlaşdırılmasını, həll edilməsini tapşırmışdır. Dərhal notariat kontoruna gedərək Elçin Nəsirova verdiyi etibarnaməni ləğv etdirmişdir. Sonradan oğlu və kürəkəni tərəfindən müəyyən edilmişdir ki, Elçin Nəsirov etimadından sui-istifadə edib onu aldadaraq, ona məxsus olan torpaq sahələrinin yaxınlığında yerləşən torpaq sahələrinin əldə edilməsi barədə onun həqiqi iradəsinə tamamilə zidd məzmunda, yəni mülkiyyətində olan torpaq sahələrinin alqı-satqısını həyata keçirmək üçün beh müqaviləsinin bağlanması və bununla əlaqədar digər əməliyyatların aparılması səlahiyyətlərini özündə əks etdirən etibarnamələrə imza atdırmış, ona etibarnamə verdiyi günün ertəsi günü 1 may 2022-ci il tarixdə İddiaçı ilə notarial qaydada beh müqavilələri bağlamış, həmin şəxsdən beh kimi 80000 və 40000 manat olmaqla, ümumilikdə 120000 manat pul almışdır. Elçin Nəsirov ondan aldığı etibarnamələrin həqiqi məzmunu barədə ona yalnış məlumat verdiyini, onu aldatdığını etiraf etmiş, beh kimi aldığı pulun bir hissəsini özünün borclarının qaytarılmasına sərf etdiyini, bir hissəsinin isə “Topaz”da uduzduğunu bildirmişdir. O, Elçin Nəsirova dərhal guya beh kimi aldığı pulu beh müqaviləsinin digər tərəfinə qaytarmasını və beh müqaviləsini ləğv etdirməsini, əks halda onun barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Elçin Nəsirov qarşı tərəflə danışıqlar apardığını bildirərək qısa müddətdə məsələni həll edəcəyinə söz vermişdir. X7rşı tərəflə danışıqları heç bir nəticə verməmiş, əksinə qarşı tərəf onun beh müqavilələrinin bağlanmasından xəbəri olmadığını bilmələrinə, Elçin Nəsirovun onu aldatdığından məlumatları olmasına baxmayaraq, behin ikiqat qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Buna görə də, razılığı və məlumatı olmadan, iradəsinə zidd məzmunda olan, iradə ifadəsini heç bir şəkildə əks etdirməyən beh müqavilələrinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
14. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(060)-7435/2022 nömrəli iş üzrə 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisini cəlb etməklə «beh tələbinə dair» ilkin iddi asının təmin edilməsi, Cavabdeh 240000 (iki yüz qırx min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 530 (beş yüz otuz) manat pulun alınaraq İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı üçüncü şəxs qismində Sumqayıt şəhər 3 saylı notariat ofisi və X5 cəlb etməklə “beh müqavilələrinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilkin iddia üzrə İddiaçı qeyriyaşayış sahəsi almaq məqsədi ilə Cavabdeh etibarnamə əsasında nümayəndəsi X6 müraciət etmiş, sonuncu Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 və Şabran şəhəri, X8 küçəsi 31 ünvanında yerləşən torpaq sahəl ərini və üzərindəki tikilini təklif etmiş, tərəflər arasında əmlakın alqı-satqısı ilə bağlı razlışma olmuş və mübahisələndirilən beh müqavilələri bağlanmış, İddiaçı tərəfindən hər iki müqavilə üzrə cəmi 120.000 manat beh ödənilmiş və tərəflər xx.xx.2022-ci tarixədək alqı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Beh müqaviləsi daşınmaz əmlakın mülkiyyətçisi tərəfindən verilmiş etibarnaməyə əsasən səlahiyyətli nümayəndəsi Elçin Nəsirov tərəfindən bağlanılmışdır. Şərh olunan bu hallar işin mübahisəsiz və faktiki hallarıdır.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin faktiki və mübahisəsiz halları olaraq müəyyən edildi ki, beh müqaviləsi yazılı formada bağlanmışdır və müqavilə tərəfləri bu müqaviləni bağlamaqla müəyyən edilmiş müddətdə alqı-satqı müqaviləsi bağlamağa raz ılaşmışlar. Bununla da beh müqavilənin forma və məzmununa əməl edildiyni göstərmək olar. Araşdırılan mübahisə üzrə mübahisələndirdiyi hal alqı-satqı müqaviləsinin tərəflərdən hansının təqsirindən bağlanmamasıdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəf müqavilə şərtlərinə əməl etmək niyyətini açıq aşkar göstərərək cavabdehin təqsirindən müqavilə bağlanmadığını iddia edir və cavabdeh tərəf müqavilə öhdəliyini pozaraq müqavilənin icra edilməsindən yayındığından behin iki mislinin ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi izahatında verdiyi məlumatlardan cavabdehin beh müqaviləsi üzrə öhdəliyi yetinə yetirmək niyyətinin olmadığı müəyyən edildi. Cavabdeh tərəf bunu həmin müqavilələrin etibarsız olması ilə əsaslandırmış, bu baxımdan da qarşılıqlı iddia ilə məhkəməyə müraciət etdiyini göstərmişdir.
17. Məhkəmə işin göstərilən bu hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək bu nəticəyə gəlmişdir ki, müqavilənin icra edilməməsinin cavabdehin təqsirindən olması açıq aşkardır. Odur ki, ilkin iddia təmin edilərək ödənilmiş behin iki misli, yəni 240.000 manat cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir.
18. Məhkəmə qarşılıqlı iddia üzrə tələbə hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında olan əqdin etibarsız hesab edilməsi üçün hüquqi əsasların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzi b edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir.
19. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilməmişdir.
20. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əqdin etibarsızlığı ilə bağlı dəlillərin yalnız özünün şifahi göstərdiklərindən ibarət olmaqla formal olaraq irəli sürüldüyünü, heç bir mötəbər sübuta əsaslanmadığını, həmin dəlillərin məhkəmə araşdırması zamanı sübuta yetmədiyini hesab etmişdir.
21. Məhkəmə iddianın rədd edilməsi ilə bağlı qənaətə gələrkən işin faktiki hallarına mübahisələndirilən beh müqavilələrinin bağlanmasına əsas olan etibarnamələrin m übahisələndirilməməsi, yalnız cavabdeh tərəfindən həmin müqavilələr üzrə məhkəməyə müraciət edildikdən sonra iddiaçının aldadıldığını iddia etdiyi E.Nəsirovun hərəkətləri ilə bağlı hüquq mühafizə orqanına şikayət ərizəsi ilə müraciət etməsi (19 noyabr 2022-ci il tarixdə) ilə bağlı halları nəzərə almış və bu kimi hallara istinadən məhkəmə iddiaçının mübahisələndirilən qeyd olunan etibarnamələri verərkən əsl iradə ifadəsinin olmaması barədə göstərdiklərini həqiqətə uyğun hesab etməmişdir.
22. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 337.1, 337.2, 354.1, 362.1, 362.2, 366.2 491.1, 491.2. 491.3, 492.2 və Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiy a instansiyası məhkəməsindəki icraat
23. Qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual normaları pozmuşdur. Belə ki, məhkəmə ilk növbədə müqavilələrin etibarlı olub-olmamasını araşdırmalı olduğu halda, ümumiyyətlə belə araşdırma aparmayaraq ilk növbədə həmin müqaviləyə əsaslanan pul tələbinə dair iddiaya hüquqi qiymət vermiş, daha sonra isə gəldiyi həmin qənaətə uyğun olaraq müqavilələrin etibarsızlığı tələbinin də əsassız olduğunu vurğulamışdır. Məhkəmə 01 may 2022-ci il tarixli beh müqaviləsini tam araşd ırmamış, yalnızca onun məcburi formaya uyğunluğu ilə bağlı münasibət bildirmiş, qarşılıqlı iddia üzrə mübahisə predmeti olan etibarnamənin etibarsız olması barədə isə ümumiyyətlə araşdırma aparmamışdır. Məhkəmə sadəcə sözügedən etibarnamənin mövcudluğu ilə maraqlanmış, lakin vəzifəsi olduğu halda etibarnamənin aldadılma nəticəsində verilib-verilməməsini müəyyən etmək üçün həmin etibarnamə verilənədək və verildikdən sonrakı dövrdə tərəflər arasındakı münasibət və edilən hərəkətlər araşdırılmamış və ümumiyyətlə bunlarla bağlı hər hansı bir münasibət də bildirməmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə verilmiş əlavədə qeyd olunur ki, məhkəmə tərəfindən müəyyən edilməmiş hallardan biri də odur ki, beh müqaviləsi bağlandıqdan sonra alıcı alğı-satqı müqaviləsini bağlamamış, beh müqavil əsində qeyd edilən tarixə kimi heç bir cəhd etməmişdir.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-727/2023 nömrəli mülki iş üzrə 04 may 2023cü il tarixli qətnaməsi ilə (hakimlər L.M.Məmmədova (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və S.A.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi qismən, ilk iddia tələbinə dair hissədə ləğv edilmiş, ilk iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 120.000 (yüz iyirmi min) manat pulun tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məşkəməsi qarşılıqlı iddianı təmin etməməkdə gəlmiş olduğu nəticədə haqlı olsa da, ilkin iddianı təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.
27. Müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı qeyriyaşayış sahəsi almaq məqsədi ilə Cavabdeh etibarnamə əsasında nümayəndəsi X6 müraciət etmiş, sonuncu Şabran şəhəri, Babək Abidov küçəsi, ev 1 və Şabran şəhəri, X8 küçəsi 31 ünvanında yerləşən torpaq sahələrini və üzərindəki tikilini təklif etmiş, tərəflər arasında əmlakın alğısatqısı ilə bağlı razlışma olmuş və mübahisələndirilən beh müqavilələri bağlanmış, İddiaçı tərəfindən hər iki müqavilə üzrə cəmi 120.000 manat beh ödənilmiş və tərəflər xx.xx.2022ci tarixədək alğı-satqı müqaviləsi bağlamağı öhdələrinə götürmüşlər. Beh müqaviləsi daşınmaz əmlakın mülkiyyətçisi tərəfindən verilmiş etibarnaməyə əsasən səlahiyyətli nümayəndəsi Elçin Nəsirov tərəfindən bağlanılmışdır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə görə bir şəxs üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə etibarnamə verməklə həmin hərəkətərdən irəli gələn hüquqi məsuliyyəti üzərinə götürmüş olur. Tədqiq edilən sənədlərdən göründüyü kimi, Cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq E.Nəsirova notariat qaydada təsdiq edilməklə və ediləcək hərəkətlər konkret göstərməklə etibarnamə verilmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər.
30. İş materiallarından görünür ki, Cavabdeh üçüncü şəxs Elçin Nəsirova verdiyi etibarnamələr əsasında iddiaçı ilə daşınmaz əmlaklara dair beh müqaviləsi bağlanılmışdır. İş materiallarından görünür ki, həmin müqavilələr bağlanılarkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl olunmuş, tərəflərin iradə ifadəsinə əsasən müqavilələr bağlanılmışdır.
31. Məhkəmə kollegiyası Cavabdeh üçüncü şəxs X9 tərəfindən aldadılaraq, onun xəbəri olmadan beh müqaviləsinin bağlanılmasına dair dəlilini inandırıcı hesab etməmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin adından verilmiş etibarnamələrdə konkret əmlaklara dair onun adından beh müqaviləsinin bağlanılması üçün verildiyi qeyd edilmişdir. Qeyd edilən etibaramələr də cavabdeh tərəfindən şəxsən imzalanmış və notarial qaydada təsdiq edilmişdir.
32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası üçüncü şəxs X4 Cavabdeh etibarnamənin beh müqaviləsinin bağlanılması üçün verilməsindən məlumatsız olmasına dair ifadəsinə də tənqidi yanaşmışdır. Bundan başqa məhkəmə kollegiyasının iclasında üçüncü şəxs E.Ə.Nəsirov beh müqaviləsinə əsasən verilmiş pulları xərclədiyini, Cavabdeh vermədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, onun belə bir ifadə verməsi müqavilənin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Eyni zamanda Cavabdeh həmin pula dair məhkəmədə E.Nəsirova qarşı iddia qaldırmaq hüququ vardır.
33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddianın təmin olunmamasına dair hissədə ə sassız olduğu üçün təmin edilməməlidir.
34. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmənin ilkin iddia tələbinin təmin olumasına dair hissədə gəlmiş olduğu nəticə ilə razılaşmaq olmaz.Belə ki, məhkəmə ilk iddianı təmin edərkən ona əsaslanmışdır ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi ilkin iddia üzrə iddiaçı tərəf müqavilə şərtlərinə əməl etmək niyyətini açıq aşkar göstərərək cavabdehin təqsirindən müqavilə bağlanmadığını iddia edir və cavabdeh tərəf müqavilə öhdəliyini pozaraq müqavilənin icra edilməsindən yayındığından behin iki mislinin ödənilməsini tələb edir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi izahatında verdiyi məlumatlardan cavabdehin beh müqaviləsi üzrə öhdəliyi yetinə yetirmək niyyətinin olmadığı müəyyən edildi. Cavabdeh tərəf bunu həmin m üqavilələrin etibarsız olması ilə əsaslandırmış, bu baxımdan da qarşılıqlı iddia ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. İşin göstərilən bu hallarına məhkəmə şərh olunan hüquq normalarına əsasən qiymət verərək bu nəticəyə gəlir ki, müqavilənin icra edilməməsinin cavabdehin təqsirindən olması açıq aşkardır. Odur ki, ilkin iddia təmin edilərək ödənilmiş behin iki misli, yəni 240.000 manat cavabdehdən alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir.
35. Məhkəmə kollegiası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmaq olmaz.Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında 01 may 2022-ci il tarixdə iki beh müqaviləsi bağlanmış, həmin əmlaklara dair alğı-satqı müqavilələrinin xx.xx.2022-ci il taixdən gec olmayaraq rəsmiləşdirilməsi qey d olunmuşdur.Həmin müqavilələrin 5-ci maddəsində qeyd olunmuşdur ki, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.
36. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında beh müqavilələrinin bağlanılması və cəmi 120.000 manat pulun qarşı tərəfə verilməsi işin inkar olunmaz və mübahisəsiz halıdır.
37. Lakin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı alğı-satqı müqaviləsinin bağlanılmamasının cavabdehin təqsiri ucbatından baş tutmamasını qeyd etsə də buna dair hər hansı bir tutarlı sübut təqdim etməmişdir, hansı ki, öz dəlilini əsaslandırmaq və buna dair sübutları təqdim etmək iddiaçının üzərinə düşür.
38. Beh müqaviləsi müstəqil xarakter daşımamaqla, gələcəkdə müqavilənin bağlanmasının təsdiqi və icrasının təmini üsuludur.
39. Tərəflər arasında bağlanması nəzərdə tutulmuş əsas müqavilənin bağlanmasından hər iki tərəfin razılığı ilə imtina edilərsə və ya müqavilənin bağlanması və ya icrası tərəflərin iradəsindən asılı olmayan səbəblərdən qeyri-mümkün olarsa, müqavilə üzrə beh qismində verilmiş məbləğ qaytarılmalıdır. Bununla bərabər, tərəflərdən birinin razılaşdırılmış əsas müqaviləni bağlamaq və icra etməyi arzu etdiyi halda və bunun əksi onun heç bir hərəkət və ya hərəkətsizliyi ilə inkar edilmədiyi hal da, digər tərəfin həmin müqavilənin bağlanması və icrasından birtərəfli qaydada səbəbsiz olaraq imtina etməsi mülki məsuliyyətə səbəb olur.
40. Belə ki, əgər müqavilənin icra edilməməsi beh vermiş tərəfin təqsiri ucbatından baş vermişdirsə, beh digər tərəfdə qalmaqla, o həmin məbləği beh alan tərəfdən tələb etmək hüququnu itirir. Əgər müqavilənin icrası beh almış tərəfin təqsirinə görə mümkün olmamışdırsa, beh verənin verdiyi məbləğin iki mislini tələb etmək hüququ yaranır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddianın əsaslı olub-olmamasını müəyyən etmək üçün birinci növbədə alğı-satqı müqaviləsinin bağlanmamasına görə məsuliyyət daşıyan tərəf müəyyən edilməlidir.
42. Lakin məhkəmə araşdırması zamanı hazırki iş üzrə kimin haqlı, kimin haqsız olmasını, eləcə də müqavilənin bağlanm amasına məsuliyyət daşıyan şəxsi yalnız izahatlarla müəyyən etmək mümkün deyildir. Çünki, hər iki tərəf öz mənafeyindən çıxış etməklə bu işdə özünün haqlı olmasını israr edir.
43. Belə olan halda məhkəmə kollegiyası sözügedən alğı-satqı müqaviləsinin bağlanmaması üçün hər iki tərəfin məsuliyyət daşıması kimi qiymətləndirir. Belə ki, müqavilənin birinci bəndindən göründüyü kimi tərəflərin hər ikisi xx.xx.2022-ci il tarixədək alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsində maraqlı olmalı idi. Lakin belə bir cəhdin olunması nə iddiaçı, nə də ki, cavabdeh tərəfindən sübut olunur.
44. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanması nəzərdə tutulmuş əsas müqavilənin bağlanmamasında hər iki tərəf məsuliyyət daşıdığından və müqavilənin bağlanması və ya icrası tərəfləin ir adəsindən asılı olmayan səbəblərdən qeyri-mümkün olduğundan müqavilə üzrə iddiaçı tərəfindən beh qismində cavabdehə verilmiş məbləğ qaytarılmalıdır.
45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı müqavilənin icra edilməməsi üçün cavabdeh tərəfin məsuliyyət daşıdığını, yəni cavabdehin təqsirindən icra edilməməsini sübuta yetirə bilmədiyindən ödənilmiş məbləğ avans kimi ödənilmiş sayılmalı və iddiaçıya qaytarılmalıdır.
46. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudo v Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir.
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı öz tələbini behin iki mislinin qaytarılmasına dair hissədə əsaslandıra bilməmişdir.
49. Bunula da məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin qarşılıqlı iddianın təmin ol unmasına dair dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir. Bu səbəbdən qətnamə qeyd edilən hissədə əsaslı olduğundan həmin hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cavabdeh şikayətdə göstərdiyi dəlilləri təsdiq edəcək sübutlar təqdim etməmişdir.
50. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, ilk iddia tələbinə dair hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 120.000 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
51. İlkin iddia üzrə İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-727/2023saylı xx.xx.2023_cü il tarixli qətnaməsini qismən – “Cavabdeh 120.0 00 (yüz iyirmi min) manat pul tutularaq İddiaçı ödənilsin”hissəsində ləğv edərək həmin hissədə iddia tələblərini tam təmin edərək Cavabdeh 240000 manat pul tutularaq İddiaçı ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 491, 492, MPM-in 2.2, 77.1, 88, 217, 218, 386 və 387-ci maddələrini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddia tələbini qismən təmin etmək üçün qeyd etdiyi əsaslar tamamilə ziddiyyətli və hüquqaziddir. Çünki ilk öncə qeyd olunamalıdır ki, elə apellyasiya kollegiyasının özünün də qanuni və etibarlı əqd hesab etdiyi beh müqaviləsi qüvvədədir. Əgər apellyasiya məhkəmə kollegiyası beh müqaviləsinin qanuniliyini qəbul və təsdiq edirsə onda bu ziddiyyə tli mövqe anlaşılan deyil. Çünki əgər beh müqaviləsi qüvvədədirsə behin 2 mislinin qaytarılması müddəasi da qüvvədədir. Əgər beh müqaviləsi yazılı və notarial qaydada təsdiq olunubsa bu halda verilən beh heç bir halda avans hesab oluna bilməməsi də aşkardır. Çünki beh müqaviləsi yazılı bağlanmadığı və əqdin formasına riayət edilmədiyi halda beh olması şübhə yaradarsa və subut edilmərsə o halda verilmiş pul məbləği avans hesab edilir. Hazırkı halda isə notarial qaydada beh müqaviləsi bağlanılmış və 120000 manat pul beh qismində cavabdehə verilmişdir. Həmin pulun avans kimi qiymətləndirilməsi böyük hüquqi pozuntudur.. ApellyasiyaMəhkəmə kollegiyası hesab edir ki, beh müqaviləsində nəzərdətutulan alqı-satqımüqaviləsinin bağlanmasındaiddiaçı və ya cavabdehin günahı olması müəyyən edilə bilmədi yindən və iddiaçı olaraq subutetmə yükü daşıdığımızdan və bu halı sübut edə bilmədiyimizdən behimiz avans hesab edilməlidir.Hesab edirəm ki,məhkəmə kollegiyasının hazırki mövqeyi isə işin faktiki hallarına nəzərə n hüquqi halların nəzərə alınmamasının birbaşa nəticəsidir.Çünki elə məhkəmə iclaslarında apellyasiya kollegiyası özü də müəyən etdi ki, Cavabdeh məhkəmə iclasında verdiyi izahatında mübahisə predmeti olan əmlakı hal-hazırda da və heç vaxt satmaq istəməmişdir və bu əsasla beh müqaviləsini etibarsız hesab edir.Sual yaranır ki, əgər şəxs behi bağlasa və pulu aldığı halda əmlakı satmaq məqsədinin olmadığını qeyd edirsə o halda bu cavabdehinMPM-nin tələblərinə əsasən etirafı deyilmi?Bu izahat cavabdehin alqı-satqımüqaviləsindən imtina etməsinin sübutu deyilmidir?Məhz apellyasiya kolle giyası bu faktiki halları bildiyi halda hansı əsasla qeyd edir ki, alqı-satqı müqaviləsinin 30 iyunadək bağlanmasında kimin təqsirkar olmasını müəyyən edə bilmirəm.Açıq –aşkar faktdir ki Cavabdeh və onun nümayəndəsi Elçin Nəsirov əslində əmlakın alq-satqısı adı altında görüntü yaradaraq pullarını beh alaraq ələ keçiriblər.Əslində isə məhz alqı-satqı müqaviləsinin bağlanmasında kimin günahkar olduğu dasu kimiaydındır və qanun bu hala göz yummamamlı və bu beh oyunu oynayanları elə qanunla behin 2 mislində cəzalandırmalıdır ki iddiaçıya vurulmuş ziyan aradan qaldırılsın.
53. Apellyasiya kollegiyası nəzərə almadı ki, tərəflər arasında 01 may 2022-ci il tarixdə iki beh müqaviləsi bağlanmış, həmin əmlaklara dair alğı-satqı müqavilələrinin xx.xx.2022-ci il tarixdən gec olmayaraq rəsmiləşdirilməsi qeyd olunmuşdur. Həmin müqavilələrin 5-ci maddəsində qeyd olunmuşdur ki, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır.Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icraedilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla,zərərin əvəzini digər tərəfə ödəməyə borcludur
54. Hesab edirlər ki, hazırki şikayətdə maddi və prosessual hüququn tətbiqinə dair dəlillərimiz – qanunçuluğun bərqərar edilməsi prinsipinə riayətedilməməklə MPM-in 2-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Eyni zamanda, prosessual normaların tələblərinə əməl edilməməsi və bu tələblərin pozulma sı ilə çıxarılan məhkəmə aktı qanunilik meyarına uyğun gəlməyən, qanunsuz və ədalətsizdir.
55. Hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmadığından, həmçinin, iddia tələblərinə hüquqi qiymət verilmədiyindən; eləcə də iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmadığından – MPM-in 217-218-cimaddələrinin tələbləri pozulmuş və bu pozuntu iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnmişdir.
56. Hesab edirlər ki, hazırki şikayətdə göstərilən dəlillər, apellyasiya kollegiyasının iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normalarını düzgün tətbiq etməməsi və maddi hüququn tələblərinin və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qətnamə çıxarılması nəticəsində MPM-in 386 və 387-ci m addələrinin tələbləri pozulmuşdur. Maddi və prosessual hüquq normasının pozulması ilə qəbuledilən qətnamə isə, “təbii olaraq”, iş üzrə tərəfin mənafeyinin, qanuni maraqlarının, Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə müdafiəsi hüququnun pozulmasıilə nəticələnmişdir
57. İlkin iddia üzrə cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(105)-727/2023 nömrəli qətnaməsinin apellyasiya şikayətinin təmin edilməyən hissəsində ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, Cavabdeh tərəfindən verilmiş qarşılıqlı iddianın isə təmin edilməsi barədə yeni qərar qəbul olunmasını və ya qətnamə ləğv edilərək işin yenidən apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
58. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərba ycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 dekabr 2019-cu il tarixli Qərarı, Mülki Məcəlləninin 339-cu, 492.2-ci, Azərbaycan Respublikasının MPM-nin 9.2, 88, 217.1, 217.3, 217.4-cü maddələrinin tələbləri pozulmuşdur.Kassasiya şikayətinin sözügedən Plenum Qərarı ilə başlaması heç də təsadüfi deyildir. Çünki mübahisələndirilən qətnamədə məhkəmənin mövqeyi ilə bağlı qeyd edilənlər sadəcə ilk abzaslarda Konstitusiya Məhkəməsinin Qərarı ilə daban-dabana ziddiyyət təşkil edir. Belə ki, Konstitusiya Məhkəməsinin sözü gedən bu Plenum qərarında eyni ilə deyilir: “Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, məhkəmələrdə hər hansımüqavilənin aldadılma nəticəsində bağlanması məsələsinə baxılarkən tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri müəyyən edilməlidir. işə baxan məhkəmələr isə... iddia tələbinin təmin edilməməsini onunla əsaslandırmışlar ki, mübahisələndirilən alğı-satqı müqaviləsi notariat qaydada təsdiq olunmuş və müqavilə üzrə müəyyən edilmiş məbləğin ödənilməsinə dair qəbz mövcuddur. Lakin mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və notariat qaydasında təsdiqlənməsinin, ödəniş qəbzinin iddiaçı tərəfindən imzalanıbimzalanmadığının ümumiyyətlə mübahisə predmeti olmaması, mülki iş üzrə iddia tələbinin məhz həmin müqavilənin aldadılma nəticəsində bağlanması səbəbindən irəli sürülməsi nəzərə alınmamışdır. Bu səbəbdən də Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələr mülki işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəli mənzilə dair müqavilənin və ödəniş qəbzinin imzalanmasının aldadılma nəticəs ində olub-olmamasına hüquqi qiymət verməlidirlər. Belə ki, bu növ iddia tələbi üzrə araşdırılma zamanıməhkəmələr tərəfindən əqdi əmələ gətirən iradə ifadəsinin aldadılma nəticəsində edilib-edilmədiyi yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakımünasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, iş üzrə məhkəmələr tərəfindən mübahisələndirilən alğı-satqı müqaviləsinin bağlanması zamanı B.Qasımovun buna dair iradə ifadəsinin olubolmadığına baxılmaqla kifayətlənilməsi və edilən iradə ifadəsinin aldadılma nəticəsində baş verib-vermədiyinin araşdırılm aması yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə uyğun olmamış, həmçinin ərizəçinin həmin müqavilənin bağlanmasının aldadılma nəticəsində baş verməsi barədə irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verilməməsi prosessual hüquq pozuntusuna səbəb olmuşdur”.
59. Kassasiya şikayətinin bağlı olduğu hüquqi mübahisəyə dair apelyasiya və birinci instansiya məhkəmələrinin mövqeyinə görə isə, əqd (işin konkret halı baxımından etibarnamə) onu bağlayan şəxs (etibar edən) tərəfindən imzalanıbsa və notarius da bunu təsdiqləyibsə onda aldatma səbəbilə həmin əqdin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin beh müqaviləsi də notarial qaydada bağlanıbsa, onda həmin beh müqaviləsinin də “bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi səbəbilə” etibarsızlığından söhbət gedə biləməz. Halbuki məhkəmələrin bu mövqeyi Konstitusiya Məhkəməsinin qeyd olunan Plenum qərarına tamamilə zidd olduğu kimi, MM-in 339-cu maddəsinin tətbiqini faktiki və praktiki olaraq mümkünsüz edir və bu səbəblə də maddi hüquq normasının kobud şəkildə pozulmasına səbəb olur. Çünki mövcud hüquqi mübahisədə etibarnamənin aldatma səbəbilə etibarsızlığından bəhs oluna bilməsinin elə ilkin ümdə şərti məhz daşınmaz əşya ilə bağlı notariat qaydasında təsdiqlənmiş bir etibarnamənin olmasıdır. Belə ki, burada hüquqi mübahisə etibarnamənin Cavabdeh tərəfindən imzalanıb-imzalanmadığı və ya etibarnamənin notariat tərəfindən təsdiq olunubolunmadığı deyil, tam əksinə, imzalanma və notariat qaydasında təsdiq olunma faktının aldadılma nəticəsində baş verməsi və beh müqaviləsinin də bir tərəfi n nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmasına dairdir. İşdə olan materiallar və işin bütün halları və apelyasiya icraatı zaman tərəflərin hərəkət və çıxışları bariz şəkildə etibarnamənin aldatma nəticəsində, Beh müqaviləsinin isə bir tərəfin nümayəndəsinin qarşı tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlandığını göstərir və təsdiq edir. Bütün bunlara baxmayaraq məhkəmə əlaqədar maddi hüquq norması olan MM-in 339-cu maddəsini tətbiq etməmişdir. Nəzərə almaq lazımdır ki, Beh müqaviləsi ilə satılması nəzərdə tutulan torpaq və obyektin birlikdə həqiqi qiyməti beh müqaviləsində nəzərdə tutulandan qat-qat çoxdur. Apelyasiya Məhkəməsi isə özünün əsassız mövqeyi ilə bağlı qətnaməsinin 12-ci səhifəsinin 8-ci abzasında qeyd edir ki, “ guya İddiaçı qeyri-yaşayış sahəsini almaq məqsədi ilə Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 müraciət etmiş və beh müqaviləsi bağlanmışdır”. Halbuki, işin halları və bununla bağlı işdə olan sübutlar açıqca göstərir ki, İddiaçı beh müqaviləsi bağlanana kimi X6 heç bir müraciəti olmamış, ola da bilməzdi. Çünki, iş materiallarında olan sübutlar və izahatlar bunun tam əksini təsdiq edir ki, Yasin və Elçin ilk dəfə beh müqaviləsi bağlananda notariusda qarşılaşmışlar.
60. Lakin məhkəmə nədənsə ümumiyyətlə işin hallarına və işdə olan sübutların tam əksinə heç bir əsas olmadan həqiqətə zidd nəticəyə gəlmişdir. Yəni məhkəmənin gəldiyi nəticə nəinki heç bir sübutla təsdiq olunmur, hətta ümumiyyətlə məhkəmənin gəldiyi nəticə ilə işin tədqiq olunan halları tamamilə uyğunsuzluq təşkil edir. Nəticə etibarı ilə Məhk əmə Qətnaməsinin 16-cı səhifəsinin 10-cu abzasında irəli sürülən mövqe KM-nin 9 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilənlərə də tamamilə ziddir.
61. Belə ki, məhkəmənin yol verdiyi kobud pozuntu odur ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tələbində onun tərəfindən verilən etibarnamənin məzmununu və etibatnəmin onun tərəfindən imzlanmasını mübahisələnriməmiş, tam əksinə o, etibarnaməni aldadılmaqla verilidyini bildirmişdir. Başqa sözlə, məhkəmə mübahisə predmeti olmadığı halda etibarnamənin mövcudluğu və beh müqaviləsinin forma şərtlərinə münasibət bildirmiş, lakin əsl vəzifəsi olduğu halda mübahisə predmeti olan etibarnamənin aldadılma, beh müqaviləsinin isə nümayəndənin pis niyyətlə qarşı tərəflə razılığa gəlməsi nəticəsində olması ilə bağlı fakt və sübutlara heç bir mövqe və münasibət bildirməmişdir. Ən azından məhkəmə Cavabdeh həqiqətən də beh müqaviləsinin bağlamaq və ona məxsus olan əmlakların özgəninkiləşdirilməsi niyyətində olsa idi niyə Elçinə etibarnamə vermək əvəzinə beh müqaviləsini özünün bağlamadığını, axşam verdiyi etibarnamə ilə ertəsi gün dərhal səhər bu etibarnamə ilə X9 vasitəsilə Beh müqaviləsinin bağlaması faktına qanunsuz olaraq hüquqi münasibət bildirməmişdir. Nəzərə alsaq ki, X9 məhkəmə iclasında sorğu-sual zamanıDadaşov Nərimanı aldatma yolu ilə etibarnaməni əldə etdiyini etiraf etməsinə və bu fakt işin halları ilə tamamilə uyğunluq təşkil etməsinə, ilkin iddia üzrə iddiaçının (İddiaçı) isə, vasitəçi olaraq istifadə olunduğuna dair istintaqa verdiyi yazılı sübut məhkəmə işinin materialları içərisində olmasına və israrla ç ağırıldığı halda onun heç bir məhkəmə iclasına gəlməməsi faktlarına baxmayaraq məhkəmə etibarnamənin aldadılma, beh müqaviləsinin isə bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlandığına məhkəmə ümumiyyətlə hüquqi qiymət və əhəmiyyət verməmişdir, onda apelyasiya məhkəməsi qətnaməsinin nə dərəcədə qanuna və hüquqa zidd olduğu daha qabarıq şəkildə özünü göstərir.
62. Üstəlik, yuxarıda bu qeyd olunanlara ilkin iddia üzrə İddiaçı sadə bir mebel ustası olması, onun maddi vəziyyəti və həyat tərzinin hansısa böyük market alıb işlətməklə qətiyyən uzlaşmaması və bütün bunlara əlavə olaraq onun həyat şəraiti baxımından olduqca yüksək dəyərdəki bir obyekti gedib görmədən ona dair belə bir müqavilə bağlamasını ağlabatan hesab etmək sadəcə olaraq gülüncdür. Maraqlıdır ki, görəsən başqa hansı hal və sübut olmalıdır ki, məhkəmə şəxsin pozulan hüquqlarının bərpası üçün MM-in 339-cu maddəsini müvafiq normalarını tətbiq etsin?
63. Apellyasiya instansiya məhkəməsi qətnaməsi ümumiyyətlə məhkəmə prosesində olmayan hallara isnad edilərək çıxarılmışdır. Bununla bağlı aşağıdakı xüsuslara nəzər yetirmək kifayətdir:
1. Məhkəmə, qətnamənin 18-ci səhifəsinin ikinci abzasında qeyd edir ki, “tərəflər arasında beh müqavilələrinin bağlanılması və cəmi 120.000 manat pulun qarşı tərəfə verilməsi işin inkar olunmaz və mübahisəsiz halıdır”. Bu məhkəmə işində tərəflər İddiaçı və Cavabdehdur. İşin faktiki halları və işdə olan sübutlar göstərir ki, İddiaçı və Cavabdeh heç vaxt birbirlərini görməyiblər və bir-birlərini ümumiyyətlə heç tanımırlar da. Məhkəmə İddiaçı Cav abdeh 120.000 manat pulu verməsi ilə bağlı“işin inkar olunmaz və mübahisəsiz halı” nəticəsinə nəinki işdə olan heç fakt və sübuta əsaslanmadan, hətta işdə ümumiyyətlə heç iddia olaraq dahi belə bir hal irəli sürülmədiyi halda gəlmişdir. Yəni istər iş materiallarında, istərsə də məhkəmə prosesi zamanı heç vaxt İddiaçı Cavabdeh 120.000 manat pulu verdiyi heç quru iddia olaraq da bildirilməmişdir. Göründüyü kimi məhkəmə öz qətnaməsində tamamilə özündən belə bir uydurmaya yer vermişdir.
2. Məhkəmə bir tərəfdən öz qətnaməsində beh müqaviləsinin etibarlı olduğu nəticəsinə gəlmiş, ancaq digər tərəfdən isə etibarlı beh müqaviləsinə dair hüquqi nəticələri tətbiq etməmişdir. Belə ki, istinad olunan beh müqaviləsinin etibarlı bir əqd olduğunu fərz etsək belə onun əsas şərtinə görə alqı-satqımüqaviləs i xx.xx.2022-ci il tarixinə kimi bağlanmalı idi. Halbuki həmin tarixdən 4 ay keçməsinə baxmayaraq beh müqaviləsində nəzərdə tutulan alğı-satqımüqaviləsi bağlanmamışdır. Bununla bağlıməhkəmə qətnaməsinin 18-ci səhifəsinin ikinci abzasında qeyd olunur ki, iddiaçı beh müqaviləsinin bağlanmasından sonra alqı-satqı müqaviləsinin bağlanmamasına Cavabdeh səbəb olduğu, yəni ilkin iddia üzrə cavabdehin təqsiri üzündən baş tutmadığını sübuta yetirə bilməmişdir. Belə olan halda bunun qanuni və adi məntiqi nəticəsi odur ki, iddiaçının behlə bağlı tələb hüququ aradan qalxır. MM-in 492.2- ci maddəsinə əsasən “Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə beh in iki mislini ödəməlidir.” Lakin Məhkəmə qətnaməsində bununla bağlı absurd fikir yazmışdır ki, məhkəmə alqı-satqımüqaviləsininin bağlanmasına kimin məsulyyət daşıdığını müəyyən edə bilməmişdir. Məhkəmə qətnaməsində bu halla bağlı qeyd edir ki, müqavilənin bağlanmaması tərəflərin iradəsindən asılı olmamışdır. Lakin iş materillarında hansı halla bunun təsdiq olduğuna dair bir dənə də olsun istinad və əsas yoxdur. Ola da bilməz, çünki həqiqətdə belə bir hal olmayıb. İddiaçı müqavilənin cavabdehin təqsirinə görə bağlanmasını sübut edə bilmirsə və özünün də niyə müqaviləni bağlamadığı və ya bağlamaq üçün təşəbbüs etmədiyi ilə bağlı ondan asılı olmayan fors major səbəblərin mövcudluğunu sübut edə bilmirsə o zaman məsuliyyət iddiaçıya aid olur. Ən azından bu kimi hallarda iddiaçının iddia tələbi nin təmini üçün subyektiv hüququ olmur, çünki bərpa edilməli olan subyektiv hüququnun mövcudluğunu sübuta yetirmiş olmur. Üstəlik, işin hallarından bariz şəkildə görünür ki, beh müqaviləsində nəzərdə tutulan müddət ərzində alğı-satqımüqaviləsi məhz iddiaçı “alıcı” səbəbilə bağlanmamışdır. Belə ki, yuxarıda beh müqaviləsinin etibarsızlıq səbəbləri ilə bağlı qeyd olunanlardan təfərrüatlı şəkildə məlum olduğu kimi aldatma nəticəsində behlə bağlı etibarnamə əldə etmiş Elçin Nəsirov alğısatqımüqaviləsində nəzərdə tutulan satış məbləğini bir an əvvəl ələ keçirməkdə maraqlı idi. Alıcı tərəfin sırf onunla pis niyyətlə razılığa gələn Elçin Nəsirovla xx.xx.2022-ci il tarixinə kimi alğı-satqımüqaviləsini bağlamamasının səbəbi məhz sözügedən torpaq sahələri üzərində tikililərə dair sənədləşdirmə və əlavə təmir işləri ilə bağlı ciddi xərclərin də Cavabdeh hesabına başa çatdırılmasından sonra əldə etmə ilə bağlı artıq tamahlılıq olmuşdur. Yoxsa, yuxarıda işin faktiki halları ilə bağlı başdan bəri qeyd olunan xüsuslar nəzərə alındıqda tərəflərin və xüsusilə də Elçin Nəsirovun xx.xx.2022-ci il tarixinə kimi alğısatqı müqaviləsini bağlamamasının heç bir səbəbi və məntiqi yoxdur və ola da bilməz. Bütün bunlar da onu açıqca göstərir ki, xx.xx.2022-ci il tarixinə kimi alğı-satqı müqaviləsini bağlamamasına səbəb məhz alıcı tərəfin özüdür. Təsadüfi deyildir ki, iddiaçının tərəfində olan və iddia tələbi ilə bağlı məhkəmə işini faktiki aparan Firdovsi adlı şəxs Cavabdeh özü demişdir ki, guya “alqı-satqı müqaviləsinin bağlanmamasına səbəb onların vəsait qıtlığı çəkməsi olmuşdur”. Məhkəmə öz qətna məsində bu halı dolayı yolla özü də təsdiq edir. Belə ki, məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsinin bağlanmamasına cavabdehin səbəb olmaması ilə bağlı sübutlarıməhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hansı əsasla deyir ki, iddiaçı müqavilənin bağlanmamasında cavabdehin təqsirli olduğunu sübut edə bilmir, amma kimin də təqsirli olduğunu müəyyən etmək mümkün olmur. Bu tamamilə prosessual qanunvericiliyə və sadə məntiqə aşkar və kobud şəkildə ziddir. Sadə məntiq deyir ki, beh müqaviləsi bağlandıqdan sonra beh verən müqaviləni bağlamamaqda təqsirlidirsə, onun verdiyi beh geri qaytarılmır, əgər beh alan təqsirlidirsə o beh iki qatını beh verənə qaytarmalıdır. Necə ola bilər ki, beh verən sübut edə bilmir ki, müqavilənin bağlanmasında təqsir beh alana aiddir, lakin verdiyi pulu da tələb edə bilər?
3. Nəticədə məhkəmə bir tərəfdən deyir ki, Beh müqaviləsi etibarlıdır, ancaq digər tərəfdən isə beh müqaviləsi üzrə verilən pul məbləğinin avans olduğu nəticəsinə gəlmişdir. Həqiqətən həm çox ziddiyyətli, həm də çox təəccüblüdür. Belə ki, Beh müqaviləsinin etibarlı olduğu nəticəsinə gəldikdən sonra necə ola bilər ki, “beh kimi verilən pul” avans sayılsın?! Bəs daha nə vaxt və necə verilən pul beh sayıla bilər ki? Bütün məhkəmə işi və tərəflərin iddia və etirazları birbaşa beh müqaviləsi ilə bağlı olduğu halda, üstəlik avansa dair heç bir iddia, etiraz, fakt və sübut olmadığı halda, üstəlik məhkəmənin özünün də etibarlı beh müqaviləsinin bağlandığı nəticəsinə gəldiyi halda beh müqaviləsi üzrə verilən pul məbləğinin birdən birə avans hesab edil məsi kobud qanun pozuntusudur. Təsadufi deyildir ki, məhkəmə qətnaməsində avans hesab edilmə ilə bağlı heç bir hüquqi və normativ əsas göstərilməmişdir.
64. Yuxarıda qeyd olunanlar mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən işin düzgün hüquqi həlli üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli şəkildə araşdırılmadığını, ziddiyyətli halların aydınlaşdırılmadığını, sübutların düzgün qiymətləndirilmədiyini, işin həqiqi hallarına maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verilmədiyini göstərir. Beləliklə, apellyasiya instansiya məhkəməsi qətnaməsi MM-in 339-cu maddəsinə, KM-in sözügedən plenum qərarına və ən əsası da işin faktiki hallarına, hüquqa və sadə həqiqətə tamamilə ziddir.
65. Sumqayıt Apellyasiya Məhkəməsi işin hallarını tam araşdırmamış, söz ügedən etibarnamənin Cavabdeh tərəfindən aldadılma nəticəsində imzalanması faktının mövcud olub-olmamasına hüquqi qiymət verməmiş və törədilən hüquq pozuntusunun aradan qaldırılması öhdəliyini həmin pozuntudan xəbəri belə olmayan bir şəxsin üzərinə qoymuşdur.
66. Qarşılıqlı iddia üzrə üçüncü şəxs X9 hesab edilməlidir. Çünki mübahisə predmeti sayılan beh müqaviləsinin bağlanılmasında birbaşa olaraq X9 tərəf kimi iştirak etmişdir. Lakin Məhkəmə həmin şəxsi məhkəmə prosesinə cəlb etməmiş, törədilən hüquq pozuntusunun bilavasitə subyekti olduğu halda, Elçin Nəsirovun nəinki ifadəsi alınmış, məhkəmədə iştirakı belə təmin edilməmişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixli, 2(060)-7435/2022 nömrəli qətnamədə ədalət mühakiməsindən və çəkişmə prinsipindən söhbət belə gedə bilməz.
67. Maddi və p rosessual hüquq normalarının pozulmasına dair yuxarıda qeyd olunan hallar açıqca göstərir ki, apellyasiya instansiyasıməhkəməsi qarşılıqlı iddiaçının irəli sürdüyü tələbin qanuni əsası olan MM-in 339-cu maddəsinin (aldatma və bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsinə dair) zəruri şərtləri üzrə tələb olunan olunan formada araşdırma aparmamış, maddi hüquq normasını düzgün tətbiq etməmiş, qətnaməni işin hallarına, tərəflərin həqiqi münasibətinə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara və qanunvericiliyə uyğun əsaslandırmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
68. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
69. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaq la bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
70. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
71. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
72. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adında n bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
73. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
74. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
75. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır.
76. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etm ək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
77. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.
78. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
79. Maddə 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
80. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
81. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
82. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
83. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
84. Maddə 217.3. Q ətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
85. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
86. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
88. Maddə 416.2. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
89. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
90. Hazırkı kassasiya şikay ətində qətnamə iddiaçı(qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən iddiasının təmin edilməyən və cavabdeh (qarşıklıqlı iddia üzrə iddiaçı) tərəfindən ilkin iddianın təmin edilən və qarşılıqlı iddiasının təmin edilməməsi hissələrində mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətlərinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
91. Məhkəmə kollegiyası hər iki kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
92. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətlərində göstərilən hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
93. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdehin kassasiya şikayətinin ümumiyyətlə məhkəmənin gəldiyi nəticə ilə işin tədqiq olunan hallarının tamamilə uyğunsuzlu q təşkil etməsi, işin düzgün hüquqi həlli üçün əhəmiyyət kəsb edən halların tam və hərtərəfli şəkildə araşdırılmadığı barədə dəlilləri nəzərə alınmamalıdır.Belə ki, Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir
94. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdehin kassasiya şikayətinin qarşılıqlı iddia üzrə X4 üçüncü şəxs qismində cəlb edilmədiyi, törədilən hüquq pozuntusunun bilavasitə subyekti olduğu halda, Elçin Nəsirovun izahatının alınmadığı, məhkəmədə iştirakının təmin edilmədiyi barədə dəlilləri əsassızdır.Belə ki, iş materialları ilə təsdiq edilir ki, X6 birinci instansiya məhkəməsində üçüncü şəxs qismində məhkəmə iclasında iştirakı barədə bildiriş göndərilərək xəbərdar edilmiş, eləcə də apelyasiya instansiyası məhkəməsində üçüncü şəxs qismində iştirakı təmin edilərək, izahatı alınmış, növbəti məhkəmə iclasının vaxtı barədə ona bildiriş verilmişdir(iş 2-ci cild, səh:2-7, 10 )
95. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
96. Ona görə də kassasiya şikayətləri təmin olunmam alı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
97. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 may 2023-cü il tarixli 2(105)727/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir