Məhkəmə qərarları › İş №2(007)-3295/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3295/2021

06.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3295/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Manafov Sı̇ ruz Ağaverdi oğlunun Cavabdehin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Manafov Sı̇ ruz Ağaverdi oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Manafov Sı̇ ruz Ağaverdi oğlu cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Manafov Sı̇ ruz Ağaverdi nunulğȯ "xxxx" MMC-yə qarşı "Tornado-Ş” MMC-nin direktoru Maarif Əhmədovun 07 iyun 2021-ci il tarixli 4/527 nömrəli əmrinin ləğv edilməsi, "xxxx" MMC-də mühafizəçi vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh MMC-nin direktoru X1 07 iyun 2021-ci il tarixli 4/527-№-li əmri ilə Cavabdeh MMC-də mühafizəçi vəzifəsindən azad edilmişdir. İddiaçı hesab edir ki, onun işdən azad edilməyinə dair əmri qanunsuz və əsassızdır. Belə ki, o, 2021-ci ilin aprel ayının 17-də Cavabdeh MMC-nin mühafizəçi vəzifəsinə müddətsiz olaraq təyin olunmuş və onunla əmək müqaviləsi bağlanmışdır. İşdən azad edildikdən sonra sorğusu əsasında əmək kitabçası ona qaytarılarkən bəlli olmuşdur ki, əmək kitabçasında Amil Xankişiyevin arayışına əsasən, heç bir əsas olmadan 70 (d) bəndinə əsasən işdən azad edilmiş, Cavabdeh MMC-yə dəfələrlə müraciət etsə də, bu arayışı tələb etdikdə onlar bu arayışı ona təqdim etməmişlər. Çünki işlədiyi 23 il ərzində peşəkar mühafizəçi olaraq işində heç bir nöqsana yol verməmişdir. İşlədiyi müddətdə Cavabdeh MMC-nin ona qarşı qanunsuzluqları və hüquq pozuntuları olmuşdur və onun barəsində Cavabdeh MMC idarəsi tərəfindən heç bir inzibati-tənbeh belə almamış, işlədiyi ‘'mühafizəçi'’ vəzifəsində qüsursuz fəaliyyəti olmuşdur. İşlədiyi müddətdə iddiaçı Cavabdeh MMC-də olan qanunsuzluqlar barəsində dəfələrlə qanuni olaraq idarəyə, dövlət qurumlarına və əmək müfəttişliyinə müraciət etmişdir. Bu müraciətlərindən sonra Cavabdeh MMC tərəfindən onun işdən azad edilməsi halı prinsipial olaraq baş vermişdir. Onun cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Cavabdeh MMC özəl mühafizə qanununun tələbinə zidd olaraq onu geyim forması ilə təmin etməməsinə baxmayaraq, guya iddiaçının xidmət vaxtı geyim qaydasını pozduğuna görə və özəl mühafizə haqqında qanundan, gündəlik iş təlimatlarından xəbərsiz olduğı onu üçün işdən azad ediblər. (12.1.Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi mühafizəçiləri geyim forması və müvafiq mühafizəçi vəsiqəsi ilə təmin etməlidir. 10.2.6. tutduğu vəzifədən azad edildikdə istifadəsində olan xüsusi vasitələri, mühafizəçi vəsiqəsini və geyim formasını özəl mühafizə müəssisəsinin və ya hüquqi şəxsin mühafizə bölməsinin rəhbərinə təhvil vermək). Mühafizəçi işlədiyi dövrdə (17.04.21-07.06.21) xidmət etdiyi postlarda, post jurnalında onun qüsursuz xidməti qeyd olunmuşdur (Maddi sübutlar,fotolar). Bundan başqa hər gün xidmətə başlamamışdan öncə gündəlik iş təlimatları keçdiyi haqda sənədləri imzalamağı təsdiq edir ki, o, gündəlik iş təlimatları və özəl mühafizə haqqında qanundan xəbərsiz deyil, bundan əlavə onun Qarabağ veteranı olmağı, 23 il peşəkar, nöqsansız, qüsursuz fəaliyyəti, Sertifikatı nəzərə alınmamışdır. Əks halda onu xidmətə buraxmazdılar. Sadalanan faktlar cavabdehin qərəzli şəkildə onun əmək müqaviləsinə xitam verilməsini göstərir. Şifahi və yazılı olaraq dəfələrlə müraciət etsə də, ona AR ƏM maddə 88, maddə 173 əmək haqqı haqda haqq hesab sənədini verməyiblər. Digər müraciətləri (geyim forması, iş vəsiqəsi, postda normal əmək şəraitinin olmaması, SƏTƏM qaydalarının pozulması və sair) cavabsız qaldığından müvafiq dövlət qurumlarına müraciət etmişdir. Maaş kartının başqa tanımadığı mobil nömrəyə bağlanması haqda müraciətinə Mərkəzi Bankdan bildirilmişdir ki, onun kartının bağlandığı nömrə Cavabdeh MMC-nin mühasibliyi tərəfindən təqdim edilib. Ona qarşı edilən qanuna zidd hərəkətləri araşdırıb həll etmək əvəzinə Cavabdeh MMC əmək müqaviləsinə xitam vermişdir. Cavabdehin ona hər hansısa rəsmi bildirişi, töhməti olmamışdır.Buradan da açıq aydın görünür ki, xx.xx.2021-ci il tarixində etdiyi müraciətdən sonra onu işdən azad etmişlər. İddiaçı Manafov Sı̇ ruz Ağaverdi ̇oğlu məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Həmçinin o bildirmişdir ki, ona xidməti vəsiqə şikayət etdikdən sonra verilmiş, başqa müəssisədə,"xxxx" MMC-də geyindiyi formanı burada geyinmişdir. "xxxx" MMC ilə onun arasında əmək münasibətləri ilə bağlı məhkəmə mübahisəsi olmuş, ona əlavə haqq hesablanması müəyyən olunmuşdur. Həmin mübahisənin hazırki mübahisə ilə əlaqəsi yoxdur. Cavabdeh MMC tərəfindən məhkəməyə yazılı etiraz təqdim olunaraq, iddia tələbini qəbul etmədiklərini bildirmişlər. Belə ki, etirazda qeyd edilmişdir ki, iddiaçı Cavabdeh MMC-də “mühafizəçi” qismində işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsinin 12-c maddəsinə əsasən iddiaçı 3 ay sınaq müddəti təyin edilməklə müddətsiz olaraq işə götürülmüşdür. xx.xx.2021-ci il tarixli K.Əliyev tərəfindən Cavabdeh MMC-nin Mühafizənin təşkil və ona nəzarət şöbəsinin rəisi Amil Xankişiyevə ünvanlanmış raportdan (mühafizə barədə tədbirlər görülməsi barədə) göründüyü kimi “Bahar Enerji Ə.Ş” layihəsinin mühafizəsini həyata keçirən 14 saylı komandanın mühafizəçisi İddiaçı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, geyim qaydasını dəfələrlə pozmuşdur. 29 aprel 2021-ci il 13:00-da K.Əliyev tərəfindən postlara yoxlama baxışı keçirilmişdir. Raport etiraza əlavə olunmuşdur. Məlum olmuşdur ki, İddiaçı geyim qaydasını pozmuşdur. Bundan əlavə xx.xx.2021-ci il 01:10-da postlara yoxlama baxışı keçirilməsi nəticəsində məlum olmuşdur ki, İddiaçı şifahi xəbərdarlıq olunmağına baxmayaraq, onun tərəfindən geyim qaydaları kobud surətdə pozulmuşdur. O, izahat verməkdən imtina etmişdir. Müfəttiş T.T.Həsənli tərəfindən Cavabdeh MMC-nin Mühafizənin təşkili və ona nəzarət şöbəsinin rəisi Amil Xankişiyevə ünvanlamış olduğu xx.xx.20021-ci il tarixli raportdan (əlavə olunmuşdur) göründüyü kimi xx.xx.2021-ci il saat 01:00-dan 06:00-dək “Bahar Enerji Ə.Ş” lahiyəsində gecə yoxlaması keçirilmişdir. Yoxlama zamanı 5 nömrəli postun mühafizəçisi İddiaçı “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu, verilmə tarixindən, tələblərindən, vəzifə və iş təlimatlarından xəbərsiz olduğu müəyyən edilmişdir. Gecə yoxlamasında olan zaman müfəttişə xidmətə aid olmayan suallar verərək, xidmət sahəsində onun haqlı sual və tələblərindən yayınmağa çalışmışdır. xx.xx.2021-ci il tarixli Mühafizənin təşkili və ona nəzarət şöbəsinin rəisi A.Xankişiyev tərəfindən Cavabdeh MMC-nin direktoru M.Əhmədova raportlarla eyni məzmunlu arayış ünvanlanmışdır. Son olaraq Cavabdeh MMC-nin direktorunun dərkənarı ilə aidiyyəti şöbə tərəfindən iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq məktubunu qəbul etməsi barədə müəssisəyə gəlməsi təklif edilmiş, lakin o, xəbərdarlıq məktubunu götürməkdən imtina etmişdir. Nəticədə müəssisə qanunvericilik normalarını əsas götürərək, xəbərdarlıq məktubunu poçtla iddiaçının ünvanına göndərmişdir. Xəbərdarlığın iddiaçıya çatmasını təsdiq edən sənəd etiraza əlavə olunmuşdur. xx.xx.2021-ci il tarixli xəbərdarlığın (əlavə olunmuşdur) məzmunundan da göründüyü kimi İddiaçı əmək funksiyasını keyfiyyətli və düzgün yerinə yetirmədiyi və qeyd olunan arayışa əsasən, peşəkarlıq səviyyəsinin müəssisəni qane etmədiyi qənaətinə gəlindiyi bildirilmişdir. Bundan əlavə, məhkəmə hazırki işə mahiyyəti üzrə baxmağa başlamamışdan əvvəl İddiaçı əmək hüquqlarının pozulması barədə müxtəlif dövlət orqanlarına müraciət və şikayətlər etmişdir. Həmin şikayətlərin nəticəsi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Cavabdeh MMC-yə 02 iyun 2021-ci il tarixli xx/xx/21626 nömrəli məktub daxil olmuş və həmin məktubda qeyd olunan sənədlərin müfəttişliyə təqdim edilməsinin zəruriliyi göstərilmişdir. Son olaraq aidiyyəti araşdırmanın nəticəsi olaraq, X2 Xidməti tərəfindən 02 iyul 2021-ci il tarixli ********** nömrəli iddiaçıya cavab məktubu göndərilmişdir. Həmin məktubun məzmunundan da aydın olur ki, Cavabdeh MMC tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş və son haqq-hesabının verilməsi ilə bağlı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, iddiaçının Azərbaycan Respublikasının Baş Prokurorluğuna Nizami rayon Məhkəməsinin hakimi Q.Əliyevadan etdiyi şikayətin (xx.xx.2021-ci il tarixli elektron müraciət) mətni ilə tanış olduqda iddiaçının qərəzli münasibətini görmüş oluruq (iş materiallarında mövcuddur). Belə ki, Nizami rayon Məhkəməsində məhkəmə baxışının keçirilməməsini belə iddiaçı qanunsuzluq kimi qiymətləndirmiş, bundan əlavə Cavabdeh MMC-nin hərəkətlərinə görə hakimin ona qarşı qərəzli mövqedə olmasını və onun işinin süni uzadılmasını qeyd etmişdir. Cavabdeh MMC-nin hansı hərəkət və ya hərəkətsizliyindən bəhs edilir, bu cavabdehə bu günə kimi hələ də aydın olmamışdır. Halbuki, şikayət edən zaman Nizami Rayon Məhkəməsində sözügedən mülki işə məhkəmə iclasında mahiyyəti üzrə baxılmamışdır. İddiaçının bu kimi hərəkətlər etməsi onun özünün Cavabdeh MMC-yə və məhkəməyə qarşı qərəzli mövqedə olmasının göstəricisidir. Qeyd olunanlara əsasən, bildiririk ki, iddiaçı əsası olmayan, qərəzli formada məktublarla dövlət orqanlarına müraciətlər etməklə nəyəsə nail olmaq istəmişdir. Mühafizə işində ən uğurlu beynəlxalq təcrübəyə malik ölkəmizin mühafizəçi sayına və müştəri sayına görə ən iri mühafizə şirkəti olan Cavabdeh MMC “Formula-1 Qran Pri”, 4-cü İslam Həmrəylik oyunları kimi nəhəng layihələrin mühafizəsini təşkil etmiş, habelə özəl sektorun aparıcı müəssisələrinin və dövlət orqanlarının mühafizəsini təşkil etməkdədir. Cavabdeh MMC həm mühafizə, həm də daxili struktur fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həyata keçirmişdir. İddiaçının əsası olmayan və qərəzli məktublarla dövlət orqanlarına müraciət etməsi və aidiyyəti orqanlar tərəfindən aparılmış araşdırmaların nəticəsi ilə üstüstə düşməməsı və son nəticə də iddiaçının bu kimi hərəkətləri davam etdirməsi Cavabdeh MMC-nin işgüzar nüfuzuna xələl gətirir. Cavabdeh MMC iddiaçının sadalanan hərəkətlərini hüquqi şəxsin işgüzar nüfuza xələl gətirməsi kimi qiymətləndirir və aiddiyyəti üzrə məhkəmədə iddia qaldırmağı planlaşdırır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etmədi və yazılı etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, iddiaçı ilə əmək müqaviləsi bağlanılmış və o, üç aylıq sınaq müddətinə işə qəbul edilmişdir. Bu müddət ərzində onun tərəfindən mühafizə qaydalarına əməl edilməsi və qaydaların tələblərini bilməsi ilə əlaqədar iddiaçıya vəsiqənin verilməsi üçün müraciət etmiş, o, bir neçə gündən sonra əldə edilərək ona təqdim edilmişdir. Ona yeni geyim forması ona görə verilməmişdir ki, "xxxx" MMC onların şirkəti ilə eyni holdinqin tərkibində olmalarından və eyni geyim formasından istifadə edildiyi üçün ona həmin geyim formasından bu şirkətdə də istifadə edə bilməsinə icazə verilmişdir. İddiaçıya şirkət tərəfindən qərəzli yanaşılmış olsaydı, onun "xxxx" MMC ilə aralarında mübahisə olduğu halda işə qəbul edilməzdi. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını və çıxışlarını dinləyib, onların təqdim etdiyi sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 17 aprel 2021-ci il tarixdə bağlanmış 5/818 saylı əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı 3 aylıq sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilədə əmək müqaviləsinin müddəti müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 4/385 saylı əmrinin surətindən görünür ki, İddiaçı 3 aylıq sınaq müddəti müəyyən edilməklə Cavabdeh MMC mühafizəçi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin Mühafizənin təşkil və ona nəzarət şöbəsinin şöbəsinin rəisi Amil Xankişiyevə K.Əliyev tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli raportun surətindən görünür ki, “Bahar Enerji Ə.Ş” layihəsinin mühafizəsini həyata keçirən 14 saylı komandanın mühafizəçisi İddiaçı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, geyim qaydasını dəfələrlə pozmuşdur. 29 aprel 2021ci il 13:00-da K.Əliyev tərəfindən postlara yoxlama baxışı keçirilmişdir. Bundan əlavə, İddiaçı geyim qaydasını pozmuşdur. Həmçinin xx.xx.2021-ci il 01:10-da postlara yoxlama baxış keçirilməsi nəticəsində məlum olmuşdur ki, İddiaçı şifahi xəbərdarlıq olunmağına baxmayaraq onun tərəfindən geyim qaydaları kobud surətdə pozulmuşdur. O, izahat verməkdən imtina etmişdir. Onun barəsində tədbir görülməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş müfəttiş T.T.Həsənli tərəfindən Cavabdeh MMC-nin Mühafizənin təşkili və və ona nəzarət şöbəsinin rəisi Amil Xankişiyevə ünvanlamış olduğu xx.xx.2021-ci il tarixli raportun surətindən görünür ki, xx.xx.2021-ci il saat 01:00-dan 06:00dək “Bahar Enerji Ə.Ş” lahiyəsində gecə yoxlaması keçirilmişdir. Yoxlama zamanı 5 nömrəli postun mühafizəçisi İddiaçı “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu, verilmə tarixindən, tələblərindən, vəzifə və iş təlimatlarından xəbərsiz olduğu müəyyən edilmişdir. Gecə yoxlamasında olan zaman müfəttişə xidmətə aid olmayan suallar verərək, xidmət sahəsində onun haqlı sual və tələblərindən yayınmağa çalışmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Mühafizənin təşkili və ona nəzarət şöbəsinin rəisi A.Xankişiyev tərəfindən Cavabdeh MMC-nin direktoru M.Əhmədova ünvanlanmış arayışının surətindən görünür ki, xx.xx.2021-ci il saat 01:00dan 06:00-dək “Bahar Enerji Ə.Ş” lahiyəsində gecə yoxlaması keçirilmişdir. Yoxlama zamanı 5 nömrəli postun mühafizəçisi İddiaçı “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunu, verilmə tarixindən, tələblərindən, vəzifə və işə təlimatlarından xəbərsiz olduğu müəyyən edilmişdir. Gecə yoxlamasında olan zaman müfəttişə xidmətə aid olmayan suallar verərək, xidmət sahəsində onun haqlı sual və tələblərindən yayınmağa çalışmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin direktorunun dərkənarı ilə İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbədarlıq məktubunun surətindən görünür ki, İddiaçı A.Xankişiyevin arayışına əsasən onunla bağlanılmış əmək müqaviləsinin şərtlərinə və vəzifə təlimatlarına uyğun olaraq əmək funksiyalarını keyfiyyətlə və düzgün yerinə yetirməməsi ilə bağlı onunla bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə həmin müqavilənin 2.2-ci maddəsinə uyğun olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin direktoru Maarif Əhmədovun 07 iyun 2021-ci il tarixli 4/527 saylı əmrinin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən sınaq müddəti ərzində özünü doğrutmadığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilmiş və ona istifadə etmədiyi 6.5 məzuniyyət günü üçün pul əvəzinin hesablanıb verilməsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş X2 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 02 iyul 2021-ci il tarixli ********** nömrəli məktubun surətindən görünür ki, Cavabdeh MMC tərəfindən xidmətə təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, onunla cəmiyyət arasında bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə qabaqcadan xəbərdarlıq edilməklə xitam verilməsi və son haqq-hesabın ödənilməsi bildirilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının iddia tələbi aşağıdakı hissələrdən ibarətdir: - 07 iyun 2021-ci il tarixli 4/527 saylı əmək müqaviləsinin ləğv edilməsi; - Cavabdeh MMC-nin mühafizəçi vəzifəsinə bərpa edilməsi; - Məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi. Məhkəmə yuxarıda sadalanan iddia tələbləri ilə bağlı ardıcıllıqla qeyd etməyi zəruri hesab edir ki, mübahisəyə düzgün, obyektiv və qanunvericiliyə riayət edilməklə hüquqi qiymət verilməsi üçün ilk öncə tətbiq edilməli olan maddi hüquq və qanun normalarına nəzər yetirilməlidir. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə görə sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən sınaq müddəti qurtaranadək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər. Həmin Məcəllənin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda işəgötürən tərəfindən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 70-ci maddsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbаycаn Respublikаsı Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə sınaq müddəti ərzində işçi özünü doğrultmaması əsası ilə xitam verilmişdir. İşi özünü sınaq müddətində doğrultmadıqda işəgötürən onunla əmək münasibətlərini davam etdirilməsini mümkünsüz hesab edə bilər. İddiaçı cavabdeh tərəfindən özünü doğrultmaması ilə bağlı əmək münasibətlərinə xitam verilməzdən öncə xəbərdarlıq edilmişdir. İddiaçının əmək müqaviləsi üzrə əmək münasibətlərində olduğu vəzifədə özünü doğrultmadığından və buna görə də onunla əmək münasibətlərinin davam etdirilməsi mümkün olmadığından iddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir. Göründüyü kimi, hazırki işin hallarından da müəyyən olunur ki, iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən xitam verilmiş, əmək müqaviləsinə xitam verilməzdən əvvəl işəgötürən tərəfindən Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əməl edilmiş və İddiaçı son haqq-hesabını almışdır. Bu baxımdan, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən sınaq müddəti ərzində işçi özünü doğrultmaması ilə bağlı qanunla müəyyən edilmiş şərtlərə əməl edilmiş və Əmək Məcəlləsinin qeyd edilən normaları pozulmamışdır. Buna görə də bir halda ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələblərinə əməl olunub, belə olan halda, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab olunması üçün də əsas yoxdur. Məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirdiyi əmrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. İşəgötürən tərəfindən işçini müvafiq qaydada xəbərdar etməklə, onun özünü sınaq müddəti ərzində özünü doğrultmaması əsaslandırılmış bununla bağlı müvafiq sənədləşmələr aparıldıqdan sonra əmək müqaviləsinə xitam verilməsi qənaətinə gəlinmişdir. İddiaçının Cavabdeh MMC-nin mühafizəçi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi tələbinə dair hissələri də, əsas tələbə törəmə tələb olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı Manafov Sı̇ ruz Ağaverdi nunulğȯ "xxxx" MMC-yə qarşı "Tornado-Ş” MMC-nin direktoru Maarif Əhmədovun 07 iyun 2021-ci il tarixli 4/527 nömrəli əmrinin ləğv edilməsi "xxxx" MMC-də mühafizəçi vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə" tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumu Dövlət Büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Manafov Sı̇ ruz Ağaverdi oğlunun "xxxx" MMC-yə qarşı "Tornado-Ş” MMCnin direktoru Maarif Əhmədovun 07 iyun 2021-ci il tarixli 4/527 nömrəli əmrinin ləğv edilməsi "xxxx" MMC-də mühafizəçi vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə" iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhəmdova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar