Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3308/2025 08.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh maraqlı şəxs qismində cəlb olunmaqla “xüsusi icraat qaydasında barışıq sazişinin təstiq edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. Ərizəçin maraqlı şəxs Cavabdeh maraqlı şəxs qismində cəlb olunmaqla “xüsusi icraat qaydasında barışıq sazişinin təstiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediator X1 tərəfindən keçirilmiş mediasiya sessiyasında Cavabdeh ilə Ərizəçi arasında bağlanmış 21 avqust 2025-ci i tarixli barışıq sazişinin aliment hissəsinin təstiq ediməsi barədə qətnamə qəbil edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslər:
2. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi iddia ərizəsinin geri götürülməsinin təmin edilməsi və sənədlərinin geri qaytarılmasını xahiş etmişdir.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilmiş marqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.
6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.
Məhkəmənin mövqeyi:
7. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsini nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
8. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
9. İş materiallarına əlavə edilmiş 27626 nömrəli, xx.xx.2025 tarixli mədaxil qəbzindən ("xxxx" MMC vasitəsilə, VÖEN: **********, qəbz nömrəsi: 27626, terminal: 2262, tarix: xx.xx.2025, saat 15:17) görünür ki, Ərizəçi hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 50.6 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Nəticə:
10. Beləliklə, Ərizəçi maraqlı şəxs Cavabdeh maraqlı şəxs qismində cəlb olunmaqla “xüsusi icraat qaydasında barışıq sazişinin təstiq edilməsi” haqqında ərizə baxılmamış saxlanıldığından ödənilmiş 50.60 manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır.
11. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara aldı:
Ərizə təmin edilsin. Ərizəçi maraqlı şəxs Cavabdeh maraqlı şəxs qismində cəlb olunmaqla “xüsusi icraat qaydasında barışıq sazişinin təstiq edilməsi” haqqında ərizə baxılmamış saxlanılsın, ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ərizənin verilməsinə görə Ərizəçi tərəfindən ödənilmiş 50.60 manat dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən 10 gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən: Ülkər Yusifova