Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-333/2025 15.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs maraqlı şəxs qismində cəlb olunmaqla (Açar sözlər: “ölüm faktının müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 26 may 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 06 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar:
2. Ərizə onunla əsaslandırılmışdır ki, X4 xx.xx.1951-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. 06 sentyabr 2024-cü il tarixdə X2 halı pisləşdiyinə görə Bakı şəhəri Təcili və X14 Stansiyasına zəng etdilər və təcili yardım briqadasının həkimi gələndə artıq atası rəhmətə getmişdi. Bu fakt Bakı şəhəri Təcili və X14 Stansiyasının həkimi tərəfindən verilmiş 06 sentyabr 2024-cü il tarixli xəbərdarlıq vərəqəsində də öz əksini tapmışdır. X4 07 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. Atasının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunması ilə əlaqədar arayışın verilməsi üçün Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin Hövsan Qəsəbəsi İnzibati ərazi dairəsi üzrə Nümayəndəliyinə şifahi və yazılı müraciət etsə də ona həmin arayışı verməkdən imtina etdilər. X2 adına ölüm haqqında tibbi şəhadətnamə alınması ilə əlaqədar Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 "Bakı Baş Səhiyyə Mərkəzi” X25 44 nömrəli Şəhər Poliklinikasına müraciət etdi. 44 nömrəli Şəhər poliklinikası xx.xx.2024-cü il tarixli, 18-1-1-65/2-M-35-xx-xx/2024 nömrəli məktubla onun ərizəsinə cavab olaraq bildirdi ki, xx.xx.1951-ci il təvəllüdlü X10 44 nömrəli Şəhər Poliklinikasına müraciət elmədiyi üçün "ölüm haqqında tibbi şəhadətnamə” verilməmişdir. Bundan sonra X2 adına ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etdi. Maraqlı şəxs 12 sentyabr 2024-cü il tarixli, 316-5/8-2200-12/24 nömrəli imtina məktubu verərək bildirmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə X7 aid ölüm haqqında akt qeydi aparıla bilməz, ona görə də məhkəməyə müraciət etməlisiniz. Ölüm haqqında şəhadətnamə ona görə lazımdır ki, ölüm haqqında şəhadətnamə olmadığına görə X4nu Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 26 saylı evdən pasport qeydiyyatından çıxara bilmirlər. Ona görə də X2 ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qaldı. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, X2 ölməsini şahidlər məhkəmə iclasında təsdiq edəcəklər.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 26 may 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş X5 06 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi X15 ərizənin təmin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir.
5. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilən X19 ifadəsində bildirdi ki, ərizəçinin qonşusudur. X10 təcili yardım gələnə kimi artıq rəhmətə getmişdir. Dəfndə iştirak etmişdir. X1 rayonu Hövsan qəbiristanlığında dəfn edilmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X3 Elşən Faiq oğlu ilə eyniməzmunlu ifadə verdi. İş materialları:
8. Maraqlı şəxs 12 sentyabr 2024-cü il tarixli 3-16-5/8-2200-15/24 nömrəli cavab məktubundan görünür ki, ərizəçinin ərizəsinə baxılmış və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X5 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur.
9. Bakı şəhəri Təcili və X14 Stansiyasının 06 sentyabr 2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X5 ölüm faktı təsdiq olunmuşdur.
10. İV-ЖГ seriyalı, 469484 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X10, ana qrafasında X11 qeyd edilmişdir.
11. AZE seriyalı 05495157 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 26 may 1951-ci ildə anadan olmuşdur.
12. 44 nömrəli şəhər poliklinikasının 13 sentyabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, 26 may 1951-ci il təvəllüdlü X7 44 nömrəli şəhər poliklinikasına müraciət etmədiyi üçün tərəflərindən “ölüm haqqında şəhadətnamə” verilməmişdir.
13. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 26 may 1951-ci il təvəllüdlü X10 06 sentyabr 2024-cü il tarixdə Suraxanı rayonu Hövsan qəsəbəsinin qəbiristanlığında dəfn edilmişdir.
İşin faktiki halları:
14. Məhkəmə iclasında müəyyən olundu ki, X10 26 may 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X10 06 sentyabr 2024-cü il tarixdə vəfat etmiş Bakı şəhərində dəfn olunmuşdur. Ərizəçinin müraciəti Maraqlı şəxs tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi X5 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:
1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini nəzərə alıb və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
18. Göründüyü kimi X5 06 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X5 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmə xərcləri:
20. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
Nəticə:
21. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 26 may 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 06 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
Ərizə təmin olunsun. 26 may 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 06 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova