Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3334/2023 27.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı, Ərizəçi Maraqlı şəxs qarşı olan “mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizənin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”na dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri 6 saylı Mediasiya təşkilatında bağlanmış MSB/6-3194 saylı, 13 iyun 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsini və 18 yanvar 2020-ci il təvəllüdlü X1 adlı uşağı ilə hər həftənin şənbə günü saat 11:00-dan axşam saat 19:00-dək, bazar günü saat 11:00-dan axşam saat 19:00-dək, doğum günü saat 11:00-dan 19:00-dək, hər yeni ilin ilk günü saat 11:00-dan 19:00-dək, novruz bayramının ilk günü saat 11:00-dan axşam saat 19:00-dək, ad günü hər ilin 27 oktyabr tarixdə saat 11:00-dan axşam saat 19:00-dək, ramazan bayramının ilk günü saat 11:00-dan axşam saat 19:00-dək, qurban bayramının ilk günü saat 11:00-dan axşam saat 19:00-dək və 01 iyun uşaq bayramı günü saat 11:00-dan axşam saat 19:00-dək sərbəst qaydada ünsiyyətdə olmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
35.1. qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4. iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.
3. “Dövlət rüsumu haqqında” Qanun :
5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.
Məhkəmənin mövqeyi :
4. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
5. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən edilmişdir ki, ərizəçi tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Mülki prossesual qanunvericiliyə əsasən “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer üzrə məhkəmədə baxılmalıdır.
6. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə riayət olunmadığı üçün Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.
7. Həmçinin məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, qəbz nömrəsi: **********, transaksiya nömrəsi **********, tarix: xx.xx.2023, saat: 14:37) dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır.
Nəticə :
Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 355-23-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, qəbz nömrəsi: **********, transaksiya nömrəsi **********, tarix: xx.xx.2023, saat: 14:37) dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva