Məhkəmə qərarları › İş №2(007)-3439/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-3439/2023

07.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3439/2023 07.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi : İddia tələbi : Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mediasiya prosesi nəticəsində iddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/13/2023-01412 saylı barışıq sazişinin xx.xx.02014-cü il ndən keçərək 22 sentyabr 2023-cü il tarixli barışıq sazişinin 18 iyul 2014-cü il təvəllüdlü X3, 23 mart 2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla, ümumi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment məbləğinin, birgə nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşına çatana kimi hər ay 90 (doxsan) manat məbləğində alimentin könüllü olaraq 22 oktyabr 2023-cü il tarixindən başlayaraq iddiaçının kart hesabına və ya ona aid digər hesablara köçürülməsi hissəsində təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. Ərizəçi İddiaçı Cavabdeh ilə 26 avqust 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan 18 iyul 2014-cü il təvəllüdlü X3, 23 mart 2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. Hazırda ayrı yaşaırlar, aralarında faktiki nikah münasibəti yoxdur. Nikahları formal xarakter daşıyır. Nikahın pozulması tələbi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. İş hal-hazırda Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatındadır. Birgə nikahdan olan uşaqlar onun himayəsindədirlər. Aralarında olan ailə münasibətlərindən irəli gələn mübahisənin həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş, mediasiya prosesindən keçərək 22 sentyabr 2023-cü il tarixli barışıq sazişini imzalamışlar. Barışıq sazişinə əsasən 18 iyul 2014-cü il təvəllüdlü X3, 23 mart 2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatana kimi himayəsində saxlanılmaları, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, ümumi 660 (altı yüz altmış) manat sabit pul məbləğində aliment məbləğinin, birgə nikahdan anadan olmuş xx.xx.2022ci il təvəllüdlü X1 3 yaşına çatana kimi hər ay 90 (doxsan) manat məbləğində alimentin könüllü olaraq 22 oktyabr 2023-cü il tarixindən başlayaraq kart hesabına və ya ona aid digər hesablara ödənilməsi barədə razılığa gəlmişlər. Lakin Cavabdeh barışıq sazişinin şərtlərinə əməl etmir, uşaqlar hazırda onun himayəsində qalır və Cavabdeh uşaqların saxlanılması üçün aliment ödəmir.

Tərəflərin mövqeləri:

3. Ərizəçi və maraqlı şəxs ərizəyə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, gəlməməklərinin səbəbini və ya mümkünsüzlüyünü məhkəməyə bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər.

4. Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.11. iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə; 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. Qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. 260.3. Qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

7. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

Məhkəmənin mövqeyi :

8. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, ərizəçi İddiaçı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır.

9. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizənin baxılmamış saxlanılması haqqında qərardad qəbul edir.

10. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən ərizənin geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh isə ərizəyə mahiyyəti üzrə baxılması ilə bağlı müraciət etməmişdir.

Nəticə :

14. Beləliklə, məhkəmə qeyd edir ki, mülki prossesual qanunvericiliyin tələbinə əsasən ərizəçi ərizənin qaytarılması barəsində ərizə verdiyi və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən ərizəçi İddiaçı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır.

15. Ərizəçiyə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir.

16. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 328276160, qəbz nömrəsi: 21761, tarix: xx.xx.2023, saat: 11:00, GPP qəbz nömrəsi: **********, büdcə səviyyə kodu 142213) dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır.

17. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267, 268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı olan “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, Əməliyyat İD: 328276160, qəbz nömrəsi: 21761, tarix: xx.xx.2023, saat: 11:00, GPP qəbz nömrəsi: **********, büdcə səviyyə kodu 142213) dövlət büdcəsindən ərizəçiyə qaytarılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ərizəçi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar