Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3472/2025 02.12.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 1934-cü il tarixində Füzuli rayonu, Gecəgözlü kəndində anadan olmuş mərhum X3 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun mərhum anası 1934-cü il təvəllüdlü X6 15 fevral 2025-ci il tarixdə, saat 03:11 radələrində B.Nuriyev 75, mənzil 144 ünvanında yerləşən mənzildə vəfat etmişdir. X2 vəfat etdikdən sonra “ölüm haqqında sənəd”ini almaq üçün poliklinikaya müraciət etmələrinə baxmayaraq, poliklinika “ölüm haqqında tibbi şəhədatnamə”ni təqdim etməkdən imtina etmişdir. “Respublika Təcili və X7 Mərkəzi” PHŞ Nizami Təcili və X8 Stansiyası (TTTYS) tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 03:11-də X3 “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” tərtib olunmuş və təqdim edilmişdir. Belə ki, onun X2 xx.xx.2025-ci il tarixində Lökbatan qəbristanlığında dəfn edilmişdir. Bu faktı Bakı şəhəri Qaradağ rayon Lökbatan Bələdiyyəsi tərəfindən verilmiş 02/201 №-li, xx.xx.2025-ci il tarixli arayış və hal şahidləri kimi isə X4 və X10 təsdiq edir. AR Ədliyyə Nazirliyi Maraqlı şəxs 3-16-5/8-934/15/25 saylı,xx.xx.2025-ci il tarixli məktubu ilə anası, mərhum X3 ölüm faktını təsdiq edən sənəd təqdim edilməkdən imtina edilmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. O bildirmişdir ki, anasının dəfn pulunu almaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında X4 şahid qismində ifadə verərək göstərdi ki, mərhum onun anasıdır, ərizəçi də bacısıdır. Anasının 91 yaşı var idi, yataq xəstəsi olmuşdur. Anası 2024-cü ilin fevral ayının 15-də vəfat etmiş, o, həmin vaxt orada olmuşdur. X15 gələndə anası artıq dünyasını dəyişmiş, onu Lökbatan qəbəsəsində dəfn etmişlər. Həzi Aslanovda yerləşən “Zəmzəm” mərasim evində və Neftçilər metrosunun yanında yerləşən mərasim evində yas mərasimi vermişlər. Bacısı dəfn pulunu almaq üçün məhkəməyə müraciət etmişdir. Anasının adına əmlak yoxdur, aralarında da bununla bağlı möbahisə mövcud deyil. Onlar ailədə 7 uşaq olmuş, 2 qardaşı rəhmətə getmişdir. Anası Poliklinikada uçotda olmamışdır. Məhkəmə iclasında X5 şahid qismində ifadə verərək göstərdi ki, mərhum onun anasıdır. Aidə xanımın bacısıdır. Anası Aidəgildə qalırdı, anasına Aidə baxırdı. Anası 2025-ci ilin fevralın 15-də rəhmətə getmiş, X15 yardım çağırmışlar. Anasının 91 yaşı var idi, 2 il idi ki, yataq xəstəsi olmuşdur. Poliklinikaya gedəndə ölüm səbəbinin göstərilmədiyi bildirilmişdir. Anasını Lökbatan qəsəbəsində atasının yanında dəfn etmişlər, yas mərasimləri vermişlər. Anasının əmlakı yoxdur, bacısı ilə da bununla bağlı aralarında mübahisə yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, 02313575 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 XX.XX.1934-cü il tarixdə anadan olmuşdur. - Təcili və X1 15 fevral 2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X3 həkimə qədər ölüm, qadın cinsli meyit olması müəyyən edilmişdir. - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Bakı şəhəri Qaradağ rayonu Lökbatan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 02/201 saylı arayışdan görünür ki, X6 15 fevral 2025-ci il tarixində Lökbatan qəbiristanlığnda dəfn olunmuşdur. - Qəbir daşının fotoşəkilindən görünür ki, X6 XX.XX.1934-cü il tarixdə anadan olmuş, 15 fevral 2025-ci il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi X2 15 fevral 2025-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1ci, 307.2.8-ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi X2 15 fevral 2025-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X3 15 fevral 2025-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. XX.XX.1934-cü il təvəllüdlü X3 15 fevral 2025-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3472/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3472/2025
02.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver