Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3536/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Hüseynov Dı̇ lqəm Hüseynbaba oğlunun, “Karat-2016 MMC-nin nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhər İcra Hakimiyyətinin MKTD-nin 1 saylı Xüsusi Təyinatlı MKTB-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Hüseynov Dı̇ lqəm Hüseynbaba oğlunun cavabdeh “Karat-2016" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departementi 1 saylı xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X18 cəlb edilməklə “mənzilin sökülməsinə görə yeni mənzil və icarə haqqının verilməsi” tələbinə dair mülki işə iddia icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynov Dı̇ lqəm Hüseynbaba oğlu cavabdeh “Karat-2016 MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departementi 1 saylı xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X18 cəlb edilməklə “mənzilin sökülməsinə görə yeni mənzil və icarə haqqının verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazrlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarı ilə Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 11 ünvanında yerləşən yaşayış binalarının lahiyələşdirilməsi tikintisi üçün “Karat-2016 MMC-yə ayrılmış torpaq sahəsində yerləşən tikililərdə yəni Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 11, mənzil 9 ünvanında yerləşən mənzilin order sahibi olaraq, 3 otağlı mənzilin verilməsi, həmçinin də icarə haqqı olaraq 2019-cu ilin mart ayından həsablayıb aylıq 300 manat olmaqla, cəmi 8 700 (səkkiz min yeddi yüz) manat “Karat-2016 MMC-nin vəsait hesabına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarı ilə “Pilot layihə” çərçivəsində Nizami RİH-ə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər 2018-ci ildə də davam etdirilmiş, indiyədək qəzalı vəziyyətdə olmuş onlarla çoxmənzilli yaşayış binası və onların ətrafındakı primitiv tikililər sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli binalar sakinlərin istifadəsinə verilmişdir. Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 11 ünvanında yerləşən ailəvi yataqxana və digər istismar müddətini keçmiş qəzalı yaşayış binaları və qeyri-yaşayış obyektləri mülkiyyətçilərin razılıqları ilə sökülərək, oradakı ailələr kirayə mənzillərlə təmin edilməsi qərara alınmışdır. “Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 29 noyabr tarixli 868 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı şəhərinin Maraqlı şəxs1 bu Qərarın 1-ci, 2-ci və 3-cı hissələrində göstərilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq 2018-ci il avqustun 1-dək tikintiyə icazə icraatı başlanılmış və ya layihələndirilməsi barəsində sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə mülki və mənzil qanunvericiliklərinin tələblərinə əməl etməklə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərincən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını, qanunvericiliyin tələtlərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətləri tərəfindən yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasının təmin edilməsini qərara almışdır. Yuxarıda qərara alınmış işlərin görülməsi "xxxx" MTK-ya həvalə edilmişdir. Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 9-cu otağı 09 sentyabr 2000-ci il tarixli, 38 saylı Orderə əsasən ona verilmişdir. 21 sentyabr 2004-cü il tarixdən o və ailə üzvləri həmin ünvanın qeydiyyatındadırlar. Lakin, iddiaçının ailəsini yaşayış sahəsi ilə təmi etməkdən imtina olunur. Hətta onda olan qeyri-rəsmi məlumata əsasən ona aid olan yaşayış sahəsini başqa nəfərə vermişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 №-li qərarında qeyd olunan ünvanda yerləşən qəza vəziyyətində olan yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi və kompensasiyanın ödənilməsi "xxxx" MTK-ya həvalə edilmişdir. Məhkəmə iclasında iddiaçı Hüseynov Dı̇ lqəm Hüseynbaba oğlu iddia tələbini müdafiə etdiyini iddianın təmin olunmasını xahiş etdi. Həmçinin o bildirdi ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 9-cu otağı 09 sentyabr 2000-ci il tarixli, 38 saylı orderə əsasən ona ona daimi yaşaması üçün verilmiş, onda olan sənədin özü sürətdir. Ona belə formada verilmişdir. Həmin vaxtlar hamiya belə formada verilirdi. Möhürlü sənədi yoxdur. 21 sentyabr 2004-cü il tarixdən 6 nəfər ailə üzvləri ilə həmin ünvanda qeydiyyatdadır. Onun iki əkiz övladı olduqdan sonra həmin otaq darısqal olması ilə bağlı ona 2004-cü ildə Zavod tərəfindən müvəqqəti yaşamaq üçün Xətaidə müvəqqəti yaşayış sahəsi verilmişdir. Həmin bina 1934-cü ildə qamışdan tikilmiş, qəzalı vəziyyətdədir. Binada 3 dəfə yanğın olmuşdur. Həmin evdə onların heç birinin qeydiyyatı yoxdur. Mubahisəli otaqdan çıxanda oranı kirayə vermək istəyirdi, lakin komendant ondan yanğın baş verə biləcəyini bildirərərk açarları almışdır. Ona aid olan yaşayış sahəsi, yəni yataxadakı 9-cu otaq Maqsudov Şakir adlı şəxsə verilmiş, Şakirin otağı 8-ci otaq olmuş, amma ona həm 8-ci, həm də 9-cu otaq verilmişdir. Otaq iddiaçıya məxsusdur. Maqsudov Şakirin zavodun işçisi olub-olmadığı məlum deyildir, Maqsudov Şakir iş üzrə cəlb edilməli onun evini qaytarmalıdır. Otaq Şakirə 2005-ci ildə verilmiş Şakirin orderində düzəliş olunmuş, onun sənədi saxtadır. Cavabdeh şirkətin təqdim etdiyi orderlə, zavodun təqdim etdiyi orderdə möhürlər fərqlidir. İddiaçı həmçinin məhkəməyə şifahi vəsatət verərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərneftyağ” X14 21.04.2015-ci il tarixli 41 nömrəli orderinin saxtalığının müəyyən edilməsi barədə ekspertiza keçirilməlidir. Bundan əlavə bildirdi ki, yataqxana 2007-ci il tarixdən Neft şirkətinin balansından çıxmış və İcra Hakimiyyətinə keçmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini, onlara söküntü başlamamış Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departementinin 1 saylı xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən təqdim edilmiş və məhkəməyə verilmiş dislokasiya siyahısında adı və orderi olanları mənzil ilə təmin etdiklərini, yataqxanada bir otaqda 10 nəfərin qeydiyyatda ola bildiyini, həmin 10 nəfərin hamısına mənzil verə bilmədiklərini, order təqdim edənlərə mənzil verildiyini, M.Şakirin orderinin əslinin onlarda olmasını, onu tanış olması üçün məhkəməyə təqdim etdiklərini, otağın onlar tərəfindən sökülməsini, iş üzrə ekspertizanın keçirilməsinə, M.Şakirin işə cəlb edilməsinə zərurət olmamasını bildirdi və məhkəmədən iddianın əsasız olduğu üçün rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departementi 1 saylı xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X11 mübahisəli mənzilin İddiaçı məxsus olması barəd onlarda təsdiq edici sənədlərin olmamasını, həmin mənzilin M.Şakirə məxsus olmasını bu barədə tikinti aparılarkən onlar tərəfindən tikinti şirkətinə dislokasiyaların təqdim edilməsini, sonuncunun həmin yaşayış sahəsində uzun müddət yaşamasını, kommunal ödənişlər etməsini bildirdi. O, iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Maraqlı şəxs1, və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X14 nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5ci maddəsinin tələblərini nəzərə alaraq, həmin şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Heydər Əliyev adına X14 nümayəndəsi X9 mübahisəli mənzillərin əvvəllər neftin balansında olduğunu, Onların həmkarlar ittifaqının qərarındakı siyahıda M.Şakirin adı olduğunu və ona order təqdim edildiyini, orderdə 2005-ci ilin blankının olmamasına görə 2004-cü ilin blankında order verilərkən onlar tərəfində 2005-ci il qeydinin aparılmasını, İddiaçı müraciət etdiyini və Zavod tərəfindən ona Xətai rayonu, Keşlə qəsəbəsi, Kaçalov küçəsində müvəqqəti yaşaması üçün ev verildiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi X5 iddia tələbini müdafiə etdiyini, iddiaçıya order verildiyini, bundan başqa sənəd verilmədiyini, iddiaçının Xətai rayonu, Keşlə qəsəbəsi, Kaçalov küçəsində müvvəqqəti əsaslarla köçürüldüyünü, mübahisəli otağa isə orderin iddiaçıya daimi əsaslarla verildiyini bildirərək, hal-hazırda yataxana söküldüyü üçün "xxxx" MMC-nin iddiaçını mənzillə və kirayə haqqı ilə təmin etməli olmasını bildirdi. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, Hüseynov Dı̇ lqəm Hüseynbaba oğlu 21 sentyabr 2004-cü ildən ünvan 1-da qeydiyyatdadır. - 09 sentyabr 2000-ci il tarixli, 38 saylı Orderin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 9-cu otağı Hüseynov Dı̇ lqəm Hüseynbaba oğluna verilmişdir. - ARDNŞ-nin “Azərneftyağ” X14 101 saylı Mənzil İstismar Sahəsinə ünvanlanmış 25.12.2003-cü il tarixli HİK-23\2454 saylı məktubundan görünür ki, “Azərneftyağ” X18 İddiaçı ağır mənzil şəraitini nəzərə alaraq ona 4 nəfər ailə tərkibi ilə Kaçalov küçəsi 18-də, 9 saylı mənzili müvəqqəti yaşayış sahəsi kimi ayırır. - “Azərneftyağ” Neft Emalı müdriyyətinin və HİK-nin Rəyasət Heyətinin 04.06.2004cü il tarixli 47.1 saylı qərarının surətindən görünür ki, 15 saylı sexdə işləyən 4 nəfər ailə tərkibi olan Şakir Maqsudov 11 ünvanında yerləşən 8-9 saylı mənzillərlə təmin edilmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərneftyağ” X14 21.04.2005-ci il tarixli 41 nömrəli orderinin surətindən görünür ki, X7 və ailə üzvlərinə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 8-9-cu otağı verilmişdir. - 3 saylı MKTB 141 saylı MKİS-nin balansında olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 11 ünvanında yerləşən yataqxanada yaşayan sakinlərin Dislokasiyasından görünür ki, mənzil 8/9-da X10 və onunla birliikdə 3 nəfər ailə üzvü qeydiyyata düşmüşdür. - "xxxx" ASC-nin AB-003348 nömrəli arayışdan və ödəniş qəbzindən görünür ki, X10 ünvan 1 ünvanında abonentdir və həmin otaqlara görə ödənişlər etmişdir. - “ASAN” Xidmət mərkəzinin 07.03.2017-ci il tarixli,12 nömrəli arayışından görünür ki, X3 ünvan 1 ünvanında abonent olaraq təbii qazdan stifadəyə görə borcu yoxdur. -141 saylı MKİS-nin 14.02.2017-ci il tarixli 303 saylı arayışdan görünür ki, X8 verilir ki, o həqiqətən ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır və kommunal borcu yoxdur. - "xxxx" ASC tərəfindən verilmiş 25.02.2017-ci il tarixli arayışdan görünür ki, X4 ünvan 3 ünvanında 25.02.2017-ci il tarixinə sudan istifadəyə və çirkab suyun axıdılması xidmətinə görə borcu yoxdur. - X10 ilə “Karat-2016 MMC arasında bağlanılmış 02.03.2017-ci il tarixli, 22 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, (hazırki adı Məhsəti Cəncəvi 2538 məhəllə) ev 11, yataqxana, 8-9 otaqlarda yaşayan X7 həmin yaşayış sahəsinin sökülməsinə görə yeni mənzil verilməsi barədə tərəflər razılığa gəlmişlər. Məhkəmə hesab edir ki, hazırki məsələyə mübahisəli yaşayış sahəsin ilə bağlı münasibətlərin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının 08.07.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəaları nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Belə ki, həmin Məcəllənin 107-ci maddəsinə görə yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Bu Məcəllənin 108-ci maddəsinə görə müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə 25.02.2016-cı il tarixli 86 saylı qərarının 1.1-ci bəndindən görünür ki, Bakı şəhəri Maraqlı şəxs1 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Bakı şəhəri Nizami rayonu üzrə keçən əsrin 50-60-cı illərində inşa edilmiş, 5395 nəfərin yaşadığı 1779 mənzildən ibarət 131 yaşayış binasının sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini həyata keçirməsi qərara alınmışdır. Həmin qərara müvafiq olaraq X10 ilə “Karat-2016 MMC arasında bağlanılmış 02.03.2017-ci il tarixli, 22 nömrəli müqavilədən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, (hazırki adı Məhsəti Cəncəvi 2538 məhəllə) ev 11, yataqxana, 8-9 otaqlarda yaşayan X7 həmin yaşayış sahəsinin sökülməsinə görə yeni mənzil verilməsi barədə tərəflər razılığa gəlmişlər. Qeyd olunmalıdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 11 nömrəli evdə yerləşən ailəvi yataqxananın 9-cu otağı 09 sentyabr 2000-ci il tarixli, 38 saylı orderlə Hüseynov Dı̇ lqəm Hüseynbaba oğluna çalışdığı müəssisə “Azərneftyağ” X18 tərəfindən verilmişdir. 21 sentyabr 2004-cü il tarixdən o və ailə üzvləri həmin ünvanda paspotr qeydiyyatındadırlar. 2004-cü ildə iddiaçının çalışdığı müəssisə “Azərneftyağ” X18 tərəfindən onun ağır mənzil şəraitini nəzərə alınmaqla 4 nəfər ailə tərkibi ilə birlikdə Xətai rayonu, Keşlə qəsəbəsi, Kaçalov küçəsində yerləşən 18 saylı evin 9 saylı mənzilinə müvvəqqəti əsaslarla köçürülmüşdür. Hazırda da həmin mənzildə yaşayır.Hüseynov Dı̇ lqəm Hüseynbaba oğlu mübahisəli yataqxana otağının açarlarını komendata təhvil vermişdir. O, başqa yaşayış sahəsinə köçürüldükdən sonra 9 saylı otaq 21.04.2005-ci il tarixli 41 sayl orderlə dörd nəfər ailə üzvi ilə birlikdə X7 verilmişdir. Həmin orderin verilməsinə əsas “Azərneftyağ” Neft Emalı müdriyyətinin və HİK-nin Rəyasət Heyətinin 07.06.2004-cü il tarixli 47.1 saylı qərarı olmuşdur. Cavabdeh “Karat-2016 MMC tərəfindən haqlı olaraq ona 3 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 141 saylı MKİS-nin balansında olan mübahisəli ünvanda yerləşən yataqxanada yaşayan sakinlərin dislokasiyası, M.Şakirin orderinin əsli, kommunal ödənişlərlə bağlı müvafiq təşkilatlarda qeydiyyatda olmaqla borclarının olmaması barədə sənədlər əsas götürülməklə mübahisəli sahənin sökülməsi və onun əvəzində həmin şəxsə yeni yaşayış sahəsinin verilməsi barədə razılığa gəlinmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı çalışdığı təşkilat tərəfindən mübahisəli yaşayış sahəsindən (yataqxanadan) ağır mənzil şəraitini nəzərə alınmaqla öz razılığı ilə 4 nəfər ailə tərkibi ilə birlikdə başqa yaşayış sahəsinə köçürülmüş və həmin vaxtdan hazırki vaxtadək həmin yaşayış sahəsində yaşayır. İddiaçının və onun ailə üzlərinin 21 sentyabr 2004-cü il tarixdən hazırda sökülmüş mübahisəli ünvanda paspotr qeydiyyatında qalması məhkəməyə həmin mənzilin ona məxsus olması qənaətinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı Hüseynov Dı̇ lqəm Hüseynbaba oğlunun cavabdeh “Karat- 2016" MMC-yə qarşı“Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazrlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarı ilə Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 11 ünvanında yerləşən yaşayış binalarının lahiyələşdirilməsi tikintisi üçün “Karat-2016" MMC-yə ayrılmış torpaq sahəsində yerləşən tikililərdə yəni Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 11, mənzil 9 ünvanında yerləşən mənzilin order sahibi olaraq, 3 otağlı mənzilin verilməsi, həmçinin də icarə haqqı olaraq 2019-cu ilin mart ayından həsablayıb aylıq 300 manat olmaqla, cəmi 8 700 (səkkiz min yeddi yüz) manat "xxxx" MMC-nin vəsait hesabına ona ödənilməsi barədə” iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumu iddia təmin olunmadığı üçün iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Hüseynov Dı̇ lqəm Hüseynbaba oğlunun cavabdeh “Karat-2016" MMC-yə qarşı “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazrlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarı ilə Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 11 ünvanında yerləşən yaşayış binalarının lahiyələşdirilməsi tikintisi üçün “Karat-2016" MMC-yə ayrılmış torpaq sahəsində yerləşən tikililərdə yəni Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 11, mənzil 9 ünvanında yerləşən mənzilin order sahibi olaraq, 3 otağlı mənzilin verilməsi, həmçinin də icarə haqqı olaraq 2019-cu ilin mart ayından həsablayıb aylıq 300 manat olmaqla, cəmi 8 700 (səkkiz min yeddi yüz) manat “Karat-2016 MMC-nin vəsait hesabına ona ödənilməsi barədə” iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-3536/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3536/2021
17.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver