Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-3711/2024 14.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, Ərizəçi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı Notariat Ofisinə və Maraqlı şəxs1nə qarşı “ölüm faktlarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :
1. Ərizəçi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı Notariat Ofisinə və Maraqlı şəxs1nə qarşı “ölüm faktlarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1980-cü il təvəllüdlü X1 xx.xx.1980-ci il tarixdə, xx.xx.1984-cü il təvəllüdlü X3 xx.xx.1985-ci il tarixdə və xx.xx.1988-ci il təvəllüdlü X2 xx.xx.2007-ci il tarixdə vəfat etməsi faktlarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq :
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir:
152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.
Məhkəmənin mövqeyi :
3. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
4. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsində iddiaçının tələbinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir.
5. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı hazırki iddia tələbini valideynlərindən qalan mirası qəbul etmək üçün notariat ofisinə müraciət etməsi, lakin bacıları və qardaşı xx.xx.1980-ci il təvəllüdlü X1 xx.xx.1980-ci il tarixdə, xx.xx.1984-cü il təvəllüdlü X3 xx.xx.1985-ci il tarixdə və xx.xx.1988-ci il təvəllüdlü X2 xx.xx.2007-ci il tarixdə vəfat etməsinə baxmayaraq ölüm haqqında şəhadətnamə alınmadığı üçün sistemdə onların da vərəsə kimi görünməsi ilə əlaqədar onların ölüm faktının müəyyən edilməsinin zəruriliyi ilə əsaslandırmışdır. Lakin iddiaçı tərəfindən iddia tələbinin faktiki əsasını təşkil edən xx.xx.1980-ci il təvəllüdlü X1, xx.xx.1984-cü il təvəllüdlü X3, xx.xx.1988-ci il təvəllüdlü X2 doğumlarını və ölümlərini təsdiq edən hər hansı bir sübut (məsələn: doğum haqqında şəhadətnamə, ölümə və dəfn edilməsinə dair sənəd) iş materiallarına əlavə edilməmişdir. Halbuki mülki prosesual qanunvericiliyə əsasən iddiaçının ilk vəzifəsi iddia tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməkdir.
6. Mülki prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən formasına və məzmununa riayət edilmədikdə məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
Nəticə :
7. Beləliklə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmununa dair mülki prosessual qanunvericiliyin tələbinə riayət olunmadığı üçün Ərizəçi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı Notariat Ofisinə və Maraqlı şəxs1nə qarşı “ölüm faktlarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
8. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (Ödəyici: Ərizəçi Şahmalı qızı; FİN:xxxxxxx: qəbzin nömrəsi:**********; Transaksiya nömrəsi:68205029 tarix:xx.xx.2024, saat:11:03) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
9. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
Ərizəçi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 50 saylı Notariat Ofisinə və Maraqlı şəxs1nə qarşı “ölüm faktlarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu (Ödəyici: Ərizəçi Şahmalı qızı; FİN:xxxxxxx: qəbzin nömrəsi:**********; Transaksiya nömrəsi:68205029 tarix:xx.xx.2024, saat:11:03) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Ərizəçi göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva