Məhkəmə qərarları › İş №2(007)-3769/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3769/2025

27.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3769/2025 27.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla mülki iş üzrə (Açar sözlər: “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Tələb

1. Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediassiya sessiyasında Maraqlı şəxs ilə X9 arasında bağlanmış barışıq sazişinin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə 15 aprel 2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 4 övladları var. xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2011-ci il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X15 və xx.xx.2021-ci il təvəllüdlü X12. Aralarında baş vermiş narazılıqlar nəticəsində nikahları pozulması ilə bağlı iddia ərizsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-219/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Ailə mübahisəsinin həlli məqsədi ilə Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etdi və onun əsasında Təşkilatın mediatoru X1 vasitəsi ilə Maraqlı şəxs ilə onun arasında 21 avqust 2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Mübahisənin həlli istiqamətində tərəflərin qəbul eldiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: Birinci tərəf: Ərizəçi bu sazişi imzaladıqdan sonra (sabiq həyat yoldaşı) ikinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn (ananın himayəsində olan) övladları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün ikinci tərəf: Maraqlı şəxs ona xx.xx.2025ci il tarixdən etibarən hər ayın 15-dən 20-nə dək hər ay hər uşaq üçün 75 (yetmiş beş) AZN olmaqla ümumilikdə dörd uşağa 300 (üç yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəyəcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Maraqlı şəxs Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz üzərinə düşən öhdəliklərini pozduğu təqdirdə, aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. İkinci tərəf: Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra (sabiq həyat yoldaşı) Birinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn (ananın himayəsində olan) övladları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün ikinci tərəf: Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 15-dən 20-nə dək hər ay hər uşaq üçün 75 (yetmiş beş) AZN olmaqla ümumilikdə dörd uşağa 300 (üç yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair üzərinə öhdəlik götürür. Bu aliment məbləğinin birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu saziş üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə, birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq Maraqlı şəxs sazişdə göstərilən öhdəliklərini bu günədək icra eləməmişdir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

5. Belə olan halda, məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları:

6. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış 21 avqust 2025-ci il MŞB/8/2025- 01750 nömrəli barışıq sazişinə əsasən Birinci tərəf: Ərizəçi bu sazişi imzaladıqdan sonra (sabiq həyat yoldaşı) ikinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn (ananın himayəsində olan) övladları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün ikinci tərəf: Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 15-dən 20-nə dək hər ay hər uşaq üçün 75 (yetmiş beş) AZN olmaqla ümumilikdə dörd uşağa 300 (üç yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəyəcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Maraqlı şəxs Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz üzərinə düşən öhdəliklərini pozduğu təqdirdə, aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. İkinci tərəf: Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra (sabiq həyat yoldaşı) Birinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn (ananın himayəsində olan) övladları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün ikinci tərəf: Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 15-dən 20-nə dək hər ay hər uşaq üçün 75 (yetmiş beş) AZN olmaqla ümumilikdə dörd uşağa 300 (üç yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair üzərinə öhdəlik götürür. Bu aliment məbləğinin birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu saziş üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə, birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir.

7. Qəbzin surətindən görünür ki, Ərizəçi 51 manat ödəniş etmişdir.

8. Mediasiya xidmətlərinin göstərilməsi barədə 21 avqust 2025-ci il tarixli müqavilədən görünür ki, Ərizəçi 50 manat İMS, 10 manat poçt xərci, 200 manat TMS xərci ödəmişdir.

9. AZ İ seriyalı 452170 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X6 arasında bağlanmış nikah Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 153 nömrəli qeydlə pozulmuşdur. Nikah pozulduqdan sonra qadına “Əsədova” soyadı verilmişdir.

İşin faktiki halları:

10. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında 21 avqust 2025-ci il tarixli, MŞB/8/2025-01750 saylı barışıq sazişi bağlanmışdır. Birinci tərəf: Ərizəçi bu sazişi imzaladıqdan sonra (sabiq həyat yoldaşı) ikinci tərəf: Maraqlı şəxs ilə birgə nikahdan dünyaya gələn (ananın himayəsində olan) övladları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün ikinci tərəf: Maraqlı şəxs ona xx.xx.2025ci il tarixdən etibarən hər ayın 15-dən 20-nə dək hər ay hər uşaq üçün 75 (yetmiş beş) AZN olmaqla ümumilikdə dörd uşağa 300 (üç yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair üzərinə götürdüyü öhdəliklə razıdır. Bu aliment məbləğinin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank hesabına (kartına) ödəyəcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf: Maraqlı şəxs Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. İkinci tərəf öz üzərinə düşən öhdəliklərini pozduğu təqdirdə, aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. İkinci tərəf: Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra (sabiq həyat yoldaşı) Birinci tərəf: Ərizəçi ilə birgə nikahdan dünyaya gələn (ananın himayəsində olan) övladları xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün ikinci tərəf: Maraqlı şəxs ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 15-dən 20-nə dək hər ay hər uşaq üçün 75 (yetmiş beş) AZN olmaqla ümumilikdə dörd uşağa 300 (üç yüz) AZN sabit pul məbləğində aliment ödəyəcəyinə dair üzərinə öhdəlik götürür. Bu aliment məbləğinin birinci tərəfin ona təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs bu mübahisənin məhkəmədən kənar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edir. Bu saziş üzrə öz üzərinə götürdüyü öhdəliklərini pozduğu təqdirdə, birinci tərəfin aidiyyəti məhkəməyə müraciət etmək (barışıq sazişini təsdiq etdirmək) hüququnun olduğu ona məlumdur və buna etiraz etmir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 355-26.1.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda. 355-26.1.2-ci maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

12. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun:

34.1-ci bəndinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməldir.

14. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, lakin maraqlı şəxs barışıq sazişinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Göründüyü kimi, tərəflər arasında 21 avqust 2025-ci il tarixdə mediator tərəfindən təsdiqlənmiş barışıq sazişi maraqlı şəxs tərəfindən pozulmuşdur. Belə ki, həm barışıq sazişində, həm də qanunvericilikdə barışıq sazişinin könüllü icra olunması üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmiş və xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2021-ci il tarixli X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün üzərinə götürdüyü alimenti ödəməmişdir.

15. Məhkəmə barışıq sazişinin icra olunması müddətini nəzərə alaraq hesab edir ki, alimentin tutulması barışıq sazişində nəzərdə tutulmuş tarixdən, yəni 01 sentyabr 2025-ci il tarixdən başlayaraq hesablanmalıdır.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

234-cü maddəsinə müvafiq olaraq şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-25.4-ci maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:

9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəmə xərcləri:

18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, nikahın pozulması ilə bağlı qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edildiyindən və həmin məbləğ ödənilmiş 260 manat məbləğində mediasiya xərcindən az olsa da ərizəçi məhkəməyə ərizə ilə müraciət edərkən 51 manat dövlət rüsumu ödəmişdir.

19. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən ərizənin verilməsi üçün ödənilmiş 51 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

Nəticə:

20. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 21 avqust 2025-ci il tarixli MŞB/8/2025-01750 nömrəli barışıq sazişi aliment hissəsində təsdiq olunmalıdır.

21. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119cu, 216-220-ci, 307-311-ci, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 21 avqust 2025-ci il tarixli MŞB/8/2025- 01750 nömrəli barışıq sazişi aliment hissəsində təsdiq edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar