Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-377/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X3nun ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qət edilməsini, qətnamənin icrasının Nizami rayonu X2 Dövlət Qeydiyyat İdarəsinə həvalə edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. X3 xx.xx.1960-cı il tarixində Naxçıvan şəhərində anadan olmuşdur. X7 xx.xx.2020-ci il tarixində səhər saatlarında yaşadığı NZS qəsəbəsi, Aşıq Qurbani küçəsi, ev 25 ünvanında ürək tutmasından vəfat etmişdir. Həmin gün Suraxanı rayon Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur. İlk dəfə olaraq belə işlə qarşılaşdığı və hansı sənədlərin alınmasını bilmədiyi üçün, vaxtında ölüm haqqında həkim şəhadətnaməsini və ölüm faktını təsdiqləyən sənədi almamışdır. Nizami rayon Qeydiyyat Şöbəsinə xx.xx.2022ci il tarixdə ərizə ilə müraciət edərək ölüm sənədinin verilməsini xahiş etsə də, rəsmi cavab olaraq ölüm faktının müəyyən olunması barədə məhkəməyə müraciət etməyini bildirmişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, atası X8 rəhmətə gedən vaxt yanında o, anası və uşaqları olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş X6 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçi onun qardaşıdır, atası rəhmətə gedəndə onlar da orada olmuşlar. Həmin vaxt təcili tibbi yardım çağırsalar da həkim gələnə kimi artıq atası rəhmətə getmişdir. Onun atası 2020-ci ilin fevral ayında rəhmətə getmiş, Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur və o, atasının yas mərasimində iştirak etmişdir. Atası şəkər, təzyiq xəstəsi olmuş və 6-7 ay olar ki, yataqda yatmışdır. Ailə üzvləri ilə əmlak barəsində heç bir mübahisələri yoxdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş X9 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçi onun qardaşıdır. Atası 2 il bundan öncə fevral ayında rəhmətə getmiş, atası rəhmətə gedəndə o, anası, bacısı və qardaşı da orada olmuşdur. Həmin vaxt təcili tibbi yardım çağırsalar da həkim gələnə kimi atası rəhmətə getmişdir. Onlar atasını Dədə Qorqud qəbiristanlığında dəfn etmişlər. Ailə üzvləri ilə əmlak barəsində heç bir mübahisələri yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Təcili və X1 xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X5 həkimə qədər ölüm, kişi cinsli meyit olması müəyyən edilmişdir. - Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 433 nömrəli arayışından görünür ki, X4 Qorqud qəbristanlığında xx.xx.2020-ci il tarixdə dəfn olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi X3 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi X3nun xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin olunmamalıdır. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olduğundan ərizə “atasının adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qət edilməsi, qətnamənin icrasının Nizami rayonu X2 Dövlət Qeydiyyat İdarəsinə həvalə edilməsi” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 101 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 101,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-377/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-377/2023
07.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver